Bir musiqi dinləyirəm... Həzin bir musiqi... Küncdə oturmuşam və qucaqlamışam özüm-özümü nə edə bilərəm ki, yalnızam çox... Heç kəsim yoxdur, heç kəsin görmədiyi bir küncdə oturmuşam mən... İndi hər kəs məni xoşbəxt bilir, amma hardan bilə-bilərlər ki, səhərlər doyunca gülən bir qız, gecələr sakit-sakit sayıqlıya-sayıqlıya ağlayır? Əslində doyunca da gülmürəm heç, ürəkdən belə gülmürəm, sadəcə elə görünürəm... Qəlbim çox yaralıdır. Amma hər kəs məni xoşbəxt bilir. Səni çox sevirəm, amma bu sözü yalnız öz-özümə deyə bilirəm... İstəmirəm səni hələ də sevdiyimi biləsən, yoxsa lovğalanarsan... Bilirsən də ən pisi nədir? Mən burda göz yaşı tökərəm, ağlaram sakit-sakit, içimə ata-ata, özümə "güclü ol" deyə sakitcə pıçıldayaraq... Amma sən orda gülüb, dostlarına "məni sevir bu qız" deyib, lovğalanarsan... Etiraf etdiyim gündən peşman olmuşam... Hardan biləydim belə olacağını? Hardan sənin belə edəcəyini bilərdim? Aşiq olduqda hər kəs bəlkə sevər deyə öz-özünə ümid verər... Elə bu idi hər şeyimi məhv edən! Artıq üzünə baxmağa belə cəsarətim yoxdur, çünki hər baxdıqda lovğalanarsan... Həyatım məhv oldu, amma bəlkə bir gün mənim olarsan deyə yenə öz-özümə ümid verirəm... Başqasını sevməyindir mənə əzab verən... Mən sənə gizlincə baxıb gülümsərkən, xəyal edərkən, sən başqasına baxıb, xəyal edərsən... Budur mənə əzab verən... Həyatım bir vərəq olsa, hər sətrin sonuna adını yazardım sənin... Və sənin gülüşünü düşünərdim.. Bilirsən, sənin o şirin gülümsəməyin mənim o acı göz yaşlarıma səbəb oldu... Əzab verəndə bilirsən nədir? Sənin dəyərli düşündüyün birinin dəyərsiz olması... Amma mən səbr edəcəm... Bəlkə unudaram səni, hə? Heç düşünmək belə olmur bunu... Bəlkə heç bir zaman sənlə olmayacağam... Yalnız əlimdən səbr gələr, başqa heçnə...