Modern insanın faciəsi

 
Modern insanın faciəsi

Bütün həqiqətin özündə olduğunu iddia edən və onu pornoqrafik şəkildə nümayiş etdirib mütləqləşdirən bir zehniyyət yaratdı modernizm. Bu zehniyyətin yetişdirdiyi modern insan Həqiqətin gözündə çox cılız görsəndi. Modernizmin insanlara gətirdiyi həqiqət ola bilməzdi. Bəs nə gətirdi bizə? -Heç nə... Bu heç nədi insanın ürəyini bulandıran, insanı özündən diksindirən, bezdirən, hər şeyi dəyərsiz və boş göstərən. Müasir dövrün faciəsidi bu. Bəli, artıq postmodern dövrün astanasındayıq. Boşluğun içində dəbələnirik. Bütün sirlər ifşa olunub. İndiana Jones gəldi və bütün sirləri ifşa etdi. İndiana Jones, şərqə çılpaqlıqla öz nifrətini, əsəbini qusdu… Artıq çılpaqlıq bir göstəriş olub.Yaxşı, bəs nə mənası var bu çılpaqlığın? Çılpaqlığın mənasıda bəlkə elə mənanın, batinin özünə olan kinidi? Dünyəvi zövqlər, həzzçilik, sekulyarizm, texnologiyaların bizə gətirdiyi rahatlıq və s. Modern insan dünyəvi illüziyaların əsarətindədi. Bəs bu dünyəviləşmə insana necə təsir edir?

Nitsşe «tanrı öldü» dedi. Və bu modernizmin, müasir qərb paradiqmasının yaranmasının da ilk xəbərçisi oldu. Tanrını öldürüb insanı, insan ağlını mütləqləşdirdilər. Kapitalizmin fonunda insan fövqəlinsana doğru yol aldı. Bu ən birinci özünü düşüncəmizdə və dolayısıyla dilimizdə göstərdi. Nəticədə ədəbiyyatımız, memarlığımız, musiqimiz bir sözlə incəsənətimiz dəyişikliyə məruz qaldı. Alman filosof Heidegger, «Dil, düşüncənin evidir» deyir. Düşünənlər cılız məfhumlarla düşünməyə, danışanlarsa cansız sözlərlə danışmağa başladı. Çünki modern dövr, insanların zahirlə, görünənlə aldandığı dövrdü. Sözün batini, dərin mənası, sözün sehri uçub getdi. İnsanlar bildiklərini sözə soyundu. Keçmişdən gələn ədəbi-tarixi mirasımızı kəsdik və hazır sözə, hazır düşüncəyə meyl etdik. Mistik, dini, ənənəvi dəyərlərə göstərilən ironik münasibət nəyin xəbərçisidi? Bu bəlkə də göstərişin, üzdə olanın, bilinməyənə, gizlinə duyduğu nifrətdi.

Şərq təfəkkürü gizlini, sirri, mistikanı, dolayını sevir. Şərq, əşyanı, dünyanı gözüylə yox qulağıyla dərk edir. Buna görə şərq, şeirin, musiqinin beşiyidi. Qərbsə göstərişi, görməyi sevir. Qərb, əşyanı dolayı yox əyani dərk edir. Buna görədə qərbdə heykəltəraşlıq, rəssamlıq inkişaf edib. Qərb əşyanı çılpaq görmək istəyir. Həqiqəti qamarlamaq istəyir. Şərqsə gözucu baxar, qamarlamaz sadəcə yaxınlaşmağa çalışar. Eynən qərb və şərqin qadına olan münasibəti kimi. Qərb qadını soyundurar, şərqsə örtər. Şərq onu kəşf etmək istəyər qərbsə əldə etmək. Burada islamı qəbul edən məşhur filosof Rene Guenonun sözü yerinə düşür: "… bunu müəyyənləşdirmək lazımdır ki, gözün görməyinin məkanla, qulağın eşitməyinin isə zamanla birbaşa bir əlaqəsi var. Belə ki; Əyani simvolun elementləri eyni zamanda ifadə edilərkən, səsli simvolun elementləri ard-arda ifadə edilir."

İnsan ətraf aləmi yad bir labarotoriya ünsürü kimi görməyə başladığı andan etibarən özünə yadlaşdı. İnsan, ağlının sərhədləriylə çərçivələdi dünyanı, dolayısıyla dünyasını. Halbuki insan hər yerdə özünü tapar. İnsanı xilasa götürəcək həqiqi elm, varlığın, özünün qarşısındakı utancaqlığı, təvazökarlığıdır. Modernizmin dağıdıcılığı, pornografiyası qarşısında insanın öz cövhərində duran təvazökarlıq, dərinlik, mövcudluğunun sirridir.

Üzümüzü səmaya tutub baxarkən gördüyümüz sonsuzluq qarşısında duyduğumuz ürpənti artıq yoxdu. Artıq səmanı, içindəki qutularda yaşadığımız göydələnlər tutub. Artıq təbiətlə əlaqəmizi itirmişik. Hər şeyi məlumat kimi filmlərdən, internetdən öyrənirik. Bu dövrün yaratdığı illüziya aləmi bizə özümüzü unutdurur. Belədə bu modern dövrdə şəhərdə, bu sürətin, məlumat axınının, içində insan özüylə qarşılaşa bilərmi? Özünü necə? harda? tapa bilər? Məncə bütün bu sualların cavabını biz kənarda yox, yenə özümüzdə axtarmalıyıq.


Geri dön

Roya_____

  • 14 may 2013 16:26
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
tesekkurelr wırınım xeber ucun..

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 19 aprel 2013 15:54
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
Ureyim choooxxxx sagole meqaleye gore uwww ellerine saglig

--------------------

✰_DeLNoLiNi_✰

  • 18 aprel 2013 17:08
  • Məqalə: 155
  • Şərh: 6036
  • Bal:
{awards}
menim hec faciem olmur .nese olanda aaaa ne gozeel men neynim wink
Twk ler baciw superrrrrrrrrrrrrrr

--------------------

Nemiwkaa

  • 18 aprel 2013 14:25
  • Məqalə: 1
  • Şərh: 41
  • Bal:
{awards}
Milawka R-vaa
Canim Bacim seni cox ama coooooooooox isteyirem isteyecem wirinim coooox wiirnsen seni cox isteyirem:****
.
............................................................

--------------------
Mən Xəyallarımı Heç Kimə Satmadım!!! Onları, Məni Xoşbəxtliklə Aldadan İnsanlar Oğurladı...!!!:/

berke 1gun ozlersin

  • 17 aprel 2013 20:36
  • Məqalə: 0
  • Şərh: 300
  • Bal:
{awards}
tesekurler muellife

--------------------
yjkuykyk,fkluy

unfaithful

  • 17 aprel 2013 18:03
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
Faciə..........Thanks...

--------------------

:: Pure Love ::

  • 17 aprel 2013 17:16
  • Məqalə: 11
  • Şərh: 2195
  • Bal:
{awards}
Twkler...........

Banned549678

  • 17 aprel 2013 17:08
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
XaXaXiXi-Ne-GuLuRsEn,neye goreki wirin?

Dj_Günay,uss sagol gozelimmmm

Sarah Hyland,beyendiyine sevindim

Gun_el,sagol canim

sebnem98

  • 17 aprel 2013 14:49
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
Məncə bütün bu sualların cavabını biz kənarda yox, yenə özümüzdə axtarmalıyıq.

--------------------

ღ★Yağmur★ღ

  • 17 aprel 2013 13:28
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Təşəkkürlər gözəl bacım

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

shop_050

  • 17 aprel 2013 13:00
  • Məqalə: 0
  • Şərh: 2789
  • Bal:
{awards}
maraqlidir tewekkurler...

--------------------
*** ♥ ♥ ♥ NE GOZELDIR "SECDE",SEN YERIN DIBINE PICILDAYIRSAN,SEMADAN EWIDILIR.... !!! ♥ ♥ ♥ ***

★Украду Девушку★

  • 17 aprel 2013 12:33
  • Məqalə: 100
  • Şərh: 3646
  • Bal:
{awards}
Tewekkur....

--------------------

Sarah Hyland

  • 17 aprel 2013 12:22
  • Məqalə: 0
  • Şərh: 49
  • Bal:
{awards}
tesekkurlerrrrrr...canim maraqlidir

--------------------
oglanlar dostluq atmayin!!!

Gun_el

  • 17 aprel 2013 11:48
  • Məqalə: 21
  • Şərh: 2088
  • Bal:
{awards}
Maraqlidi menim milawkam

--------------------


goz yasi

  • 17 aprel 2013 11:19
  • Məqalə: 0
  • Şərh: 572
  • Bal:
{awards}
incidim oxumaqa

Əkbər007

  • 17 aprel 2013 10:53
  • Məqalə: 255
  • Şərh: 4709
  • Bal:
{awards}
Çox bəyəndim təşəkkürlər

Çox bəyəndim təşəkkürlər saq olun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 27
Cəmi: 38

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}