Nə qədər su içməliyik?

 
Nə qədər su içməliyik?

İnsan orqanizminin 2/3 hissəsini su təşkil edir. Bunu biz məktəb vaxtından bilirik. Reallıqda isə insan orqanizmində olan suyun həcmi daim dəyişilir və 45%-dan 60%-a qədər çata bilər.

Bu suyun böyük hissəsi hüceyrələrin içərisində, daha az hissəsi — hüceyrələr arasında olan boşluqlarda və damarlarda olur. Məhz suyun köməyilə orqanizmimizdə gedən, demək olar, bütün proseslər (hüceyrələr arası mübadilələrdən başlayaraq, sinir impulsların ötürülməsinə kimi) mümkün olur. Bu səbəbdən su insan üçün həyat deməkdir. Susuzlaşma zamanı insanın orqanizmində çox ciddi pozulmalar baş verir. Kəskin susuzlaşma hətta insanın az bir müddət ərzində həlak olmasına səbəb ola bilər.

Orqanizmimizin bütün ehtiyaclarını ödəmək üçün bizə nə qədər su lazımdır? Belə bir formul mövcuddur — insan çəkisinin hər 1 kiloqramı üçün 30-40 ml su.

Digər formula görə — 1500 ml + insan çəkisinin hər 1 kq-na 20 ml su (bədən çəkisi 20 kq-dan artıq olduqda). Orta hesabla 70 kq bədən çəkisi olan insan gün ərzində 2,5 l və daha artıq su qəbul etməlidir.Təbii ki, bu heç də o demək deyil ki, insan hər gün mütləq düz 3 l su içməlidir. Axı biz suyu digər mənbələrdən də alırıq — suplar, şirələr, meyvə və tərəvəzlərdə olan su və s.

Hər gün insan orqanizmindən orta hesabla 2 l (isti yay günlərində bundan da artıq) maye ifraz olunur. Yalnız böyrəklər gün ərzində təxminən 1-1,3 l qədər maye ifraz edir. Bundan əlavə dərimiz, bağırsaqlarımız və ağ ciyərlərimiz vasitəsilə də ətraf mühitə maye ifraz olunur.

İnsanların bir hissəsi az su içir. Bu səbəbdən bu insanların sağlamlığında müxtəlif pozulmalar baş verir — böyrək xəstəlikləri, qəbizlik və s. Belə insanların dərisi daha tez qocalaraq öz təravətini itirir. Bir sıra həkimlərin fikirinə görə, insanın immun sistemində olan pozulmalar məhz orqanizmin susuzlaşması ilə bağlıdır.

Digər qrup insanlar gün ərzində hətta 3 l-dən artıq su içirlər. İnsan sağlamdırsa, bu ona heç bir mənfi təsir etməz. Lakin insanda ağır xroniki ürək (ürək çatışmazlığı, bəzi ürək qüsurları formalarında və s. ) və böyrək (böyrək çatışmazlığı, kəskin qlomerulonefrit və s.) xəstəlikləri zamanı mayenin qəbulu məhdudlaşdırılmalıdır (bunu müalicə həkimi təyin edir).

Su qida qəbulundan əvvəl, qida qəbulu zamanı və ya qida qəbulundan sonra içilməlidir? Bu sual hər zaman mübahisə yaradır. Deyirlər ki, acqarına su içmək ziyandır ki, bu zaman mədə şirəsi mədədən yuyulub aparılır. Digər tərəfdən qida qəbulu zamanı içilən su həzm proseslərini ləngidir. Bütün bunlar dəqiq sübut olunmayıb. Əksinə bəzi tədqiqatçıların fikirinə görə, suyun qida qəbulundan əvvəl, sonra və ya qida zamanı qəbul edilməsi həzm prosesində heç bir ciddi dəyişiklik etmir. Lakin bir mübahisəsiz məsələ də vardır ki, heç bir mayesiz qəbul edilən quru qidalar həqiqətən gec və çətin həzm olunur. Beləliklə bizə hər zaman «quru yemə» deyən ana və nənələrimiz tam haqlı idilər.

Qida qəbulundan sonra (xüsusən yağlı qidalardan sonra) içilən soyuq maye qarında ağırlıq və ağrılara səbəb ola bilər. Diareya (ishal) zamanı ilıq su, qəbizlik zamanı isə əksinə daha soyuq su içmək lazımdır. Ümumiyyətlə isə qəbizlik zamanı su ən yaxşı «dərmandır». Hər gün səhər tezdən içilən 1-2 stəkan təmiz su bağırsaqları «hərəkətə gətirir». Lakin bu o demək deyil ki, gün ərzində bu su ilə kifayyətlənmək lazımdır. Qəbizlikdən əziyyət çəkən insan mümkün qədər çox su içməlidir (buna əks göstərişlər yoxdursa).

Arıqlamaq istəyən insanlara qida qəbulundan 1/2 saat əvvəl 250-350 ml su qəbul etmək tövsiyyə olunur ki, bu halda onlar daha az miqdarda qida qəbul edəcəklər.

Hər gün kifayyət miqdarda içilən su bizi ürək və damar, böyrək, oynaqlar, allergik və s. xəstəliklərdən qoruyur. Kifayyət miqdarda qəbul etdikdə su orqanizmimizi şlaklar, zəhərlər, toksinlərdən, mikroblar və s-dan. təmizləyir ki, nəticədə bu immun sistemimizi möhkəmləndirir.

Əgər siz əsəbləşmisinizsə, xırda qurtumlarla 1 stəkan adi su için. Bu sizi sakitləşdirəcək.

Su dərinin daha cavan və sağlam qalmasına kömək edir.

Mayelərin qəbulunun əsas hissəsi günün birinci yarısında olmalıdır. Digər orqanlar kimi, bizim sidik ifrazı sistemimiz də gecə ərzində «dincəlməlidir». Bundan əlavə əgər siz axşam vaxtı çoxlu maye içsəniz, səhər üzünüz şişkin və yorğun görünəcək.

Hansı su daha xeyirlidir? Plastik butulkalarda satılan su krandan gələn su ilə müqayisədə daha təmiz və ziyansızdır. Lakin belə su tanınmış istehsalçılar tərəfindən buraxılmış olmalıdır. Suyun iyinə və dadına da fikir verin. Su şəffaf olmalıdır. Əgər butulkanın dibində çöküntü varsa, belə suyu almayın.

Müalicəvi suları adi sular kimi qəbul etmək olmaz. Bu suları yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə etmək olar. Əks halda (xüsusən belə sular uzun müddət qəbul etdikdə) bu sizin səhhətinizə mənfi təsir edə bilər.


Geri dön

Roya_____

  • 14 may 2013 16:19
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
Bu suyun böyük hissəsi hüceyrələrin içərisində, daha az hissəsi — hüceyrələr arasında olan boşluqlarda və damarlarda olur. Məhz suyun köməyilə orqanizmimizdə gedən, demək olar, bütün proseslər (hüceyrələr arası mübadilələrdən başlayaraq, sinir impulsların ötürülməsinə kimi) mümkün olur. Bu səbəbdən su insan üçün həyat deməkdir. Susuzlaşma zamanı insanın orqanizmində çox ciddi pozulmalar baş verir. Kəskin susuzlaşma hətta insanın az bir müddət ərzində həlak olmasına səbəb ola bilər.

ZayNster

  • 11 may 2013 10:14
  • Məqalə: 12
  • Şərh: 2029
  • Bal:
{awards}
tewekkurler

Re►PLay

  • 6 may 2013 04:47
  • Məqalə: 11
  • Şərh: 2923
  • Bal:
{awards}
тəşəkkürlər. . .<3

Bash Belası

  • 30 aprel 2013 16:06
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Xəbərə görə saolun...

ღ★ Firuzə ★ღ

  • 22 aprel 2013 20:47
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
tewekkurrler maraqli idi..

--------------------

✰_DeLNoLiNi_✰

  • 18 aprel 2013 17:06
  • Məqalə: 155
  • Şərh: 6036
  • Bal:
{awards}
meqale ucun twkler baciw superdir.ellerive sagliq

--------------------

Sarah Hyland

  • 18 aprel 2013 15:37
  • Məqalə: 0
  • Şərh: 49
  • Bal:
{awards}
canim bacim meqaleye gore tesekkurler ellerine sagliq

--------------------
oglanlar dostluq atmayin!!!

REAL_GIRL

  • 18 aprel 2013 14:50
  • Məqalə: 26
  • Şərh: 159
  • Bal:
{awards}
Canim meqaleye gore coox sagol

--------------------
Milawka R-vaa+forever.+Little_Girl=:*

Nemiwkaa

  • 18 aprel 2013 14:25
  • Məqalə: 1
  • Şərh: 41
  • Bal:
{awards}
Milawka R-vaa
Canim Bacim seni cox ama coooooooooox isteyirem isteyecem wirinim coooox wiirnsen seni cox isteyirem:****

--------------------
Mən Xəyallarımı Heç Kimə Satmadım!!! Onları, Məni Xoşbəxtliklə Aldadan İnsanlar Oğurladı...!!!:/

ShoKKi_MoKKi

  • 17 aprel 2013 20:20
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
lazimli melumatdii caniimm coox saolll...

--------------------

::KraSaV4iK::

  • 17 aprel 2013 20:20
  • Məqalə: 49
  • Şərh: 2233
  • Bal:
{awards}
twkler...........

--------------------

VIPTOZ

  • 17 aprel 2013 20:06
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
hmmm bu haqda melumatim var tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

:: Pure Love ::

  • 17 aprel 2013 17:36
  • Məqalə: 11
  • Şərh: 2195
  • Bal:
{awards}
Twkler...........

Banned549678

  • 17 aprel 2013 17:33
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}












teshekkurlerrrrrrrrrrrrrr

VitamiN_Ka

  • 17 aprel 2013 17:32
  • Məqalə: 160
  • Şərh: 2123
  • Bal:
{awards}
təşəkkürlər

--------------------

unfaithful

  • 17 aprel 2013 17:29
  • Məqalə: 31
  • Şərh: 3681
  • Bal:
{awards}
Hamısını oxudum.Su nə qədər faydalıymış...


Çoooox sağ ol...

--------------------

Banned549678

  • 17 aprel 2013 17:10
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
XaXaXiXi-Ne-GuLuRsEn,xosdu sende serh ucun cox sagollllll
D.Ayka,caan askimmmm usss sagolda :******

Banned1

  • 17 aprel 2013 16:56
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
Təşəkkürlər şirinim

goz yasi

  • 17 aprel 2013 16:42
  • Məqalə: 0
  • Şərh: 572
  • Bal:
{awards}
tewekleeer

Əkbər007

  • 17 aprel 2013 16:19
  • Məqalə: 255
  • Şərh: 4709
  • Bal:
{awards}
teshekkur melumat ucun...
tesekkurler
smile

tesekkurler
Çox saqol

--------------------

-Kralica-

  • 17 aprel 2013 15:37
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
ttwwwkk......

--------------------




Banned1

  • 17 aprel 2013 15:32
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
Çox saqol şirin bacım ))

ღ★ Firuzə ★ღ

  • 17 aprel 2013 15:22
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
teshekkur melumat ucun...

--------------------

sebnem98

  • 17 aprel 2013 14:41
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
İnsan orqanizminin 2/3 hissəsini su təşkil edir. Bunu biz məktəb vaxtından bilirik. Reallıqda isə insan orqanizmində olan suyun həcmi daim dəyişilir və 45%-dan 60%-a qədər çata bilər.

--------------------

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 17 aprel 2013 14:35
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
AShkitommm chox sagol meqaleye gore ureyim ellerine saglig

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 27
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}