Новый год?!

 
Новый год?!


Bismiləhir Rahmənir Rəhim

“Bayram” sözü toplumumuzda çox işlədilir. İslam məntiqinə görə, bayram – o gün deyil ki, insan həmin gündə günah etsin, o gün deyil ki, içki içilsin. İslam məntiqində o gün bayramdır ki, həmin gün insan Allah dərgahında özünü tamamilə təslim edə bilsin. Həzrət Əlidən (ə) buyurulur: “Hansı gün ki, insan günah etmədi, o gün onun bayramıdır”.

Xeyli yayılmış yanlışlıqlara rəğmən, “Novıy qod”un Milada heç bir aiddiyatı yoxdur. Həzrət İsa (ə) ilə bağlı olan Milad bayramı dünyada iki tarixdə keçirilir. Ya dekabrın 25-də dünya katolikləri tərəfindən keçirilər, ya da yanvar ayının 7-də pravoslavlar tərəfindən keçirilər. Məmləkətimizdə də xristian əksəriyyəti təşkil edən rus pravoslavları Milad gününü məhz həmin tarixdə keçirir. Protestantlar da əsasən katoliklərin təqvimi ilə həmahəng qeyd edirlər Milad bayramını. Beləliklə, xristian dünyası yalnız iki tarixdə Milad keçirdir. İstər katoliklərdə olsun, istər protestantlarda, istərsə də pravoslavlarda – yanvarın 1-də bayram adına heç bir şey yoxdur. Deməli, dekabrın 31-dən yanvarın 1-nə keçən tarixdə olan məsələlərin hər hansı İlahi bir dinə aidiyyatı yoxdur. “Novıy qod”da olan təzahürlər, içki içilmə və bu kimi xurafatların özləri də əslində göstərir ki, bu günün zatında İlahi bir dəyər yoxdur. Bu azmış kimi, pravoslavlarda dekabrın 31-i – yanvarın 1-i “post” deyilən ayinin (təqribən pəhriz orucu mənasındadır) icrasının ən məsuliyyətli günləridir ki, bunlarada nəinki alcohollu içki qəbul etmək, bir çox qidaları qəbul etmək belə dindarlar üçün məqbul deyildir.

Qədim Romada təqvim aylarının günlərində maraqlı bir məsələ var. Misal üçün, Hicri təqvimində 29-30 gün olur, Miladi təvimində 30-31 gün və s. Qədim Romada isə ayın günlərinin sayı müxtəlif olub. Hətta tarixçilər bildirirlər ki, rüşvət verib onu dəyişdirmək də olurdu. Amma burada bir toxunulmaz gün var idi – o da yanvarın 1-i ilə əlaqədar idi. Yəni, nə olursa-olsun yanvarın 1-i öz yerində qalmalı idi. Əsirlər keçir, Roma dövləti rəsmi olaraq xristian dövləti kimi tanınır. Bundan sonra onlar Həzrət İsanın (ə) miladını yanvarın 1-i ilə uzlaşdırmağa başlayırlar. Beləliklə onlar istəyirlər ki, yanvarın 1-i bu tarixlə bağlansın. Həmin mədəniyyətdən iki təqvim ortalığa çıxır – biri Yuli, digəri isə Qriqori təqvimi. I Pyotrun sərəncamı ilə Rusiya Yuli təqviminə keçir. Həmin təqvimlə onlar yanvarın 1-ni də Həzrət İsanın (ə) miladı kimi götürürlər. 1918-ci ildən isə Leninin imzaladığı dekret ilə Rusiya Qriqori təqviminə keçir. Biz də Çar imperiyasının tərkibində olduğumuzdan Yuli təqvimini yaşayırıq, Lenindən sonra isə Qriqori təqviminə keçirik. Qriqori təqvimində də yanvarın 1-i məsələsi qalır. Bu gün də məntiqi davamı olaraq Qriqori təqvimi saxlanılır. Ona görə də bunu təbii olaraq “Yeni il” də adlandırmaq olmaz. Sadəcə, Qriqori təqviminə görə, il bu gündən başlayır. Sadəcə, öncə Çar imperiyası, daha sonra isə Sovet imperiyası xalqımızın mədəniyyətinə bu xurafatı hopdurmağa çalışır. Sovet bunu ona görə edirdi ki, “novıy qod”u miladın qarşısında inkişaf etdirsin. “Novıq qod”a ona görə güc verilirdi ki, insanlar miladdan uzaqlaşsınlar. Ona görə də sovetdə “novıy qod”un yeni-yeni çalarları, rəngləri meydana gəldi. Miladın qarşısında yeni, “rəngarən” bir “novıy qod” ortalığa çıxarıldı. Təbii ki, Novruz kimi milli bayramlarımızı unutdurmaq üçün, “novıy qod” - əl atılan ən işlək vasitələrdən idi.

Əgər bunu Həmrəylik günü bayramı ilə əlaqələndirirlərsə, çox gözəl! Azərbaycanın Həmrəylik anlamı çar imperiyasının bizə gətirdiyi xurafatlar üzərində qurulmalıdır? Bəs necə olur ki, Dünya Azərbaycanlılarının Həmrəylik günü tamamilə çar imperiyasından gəlmə “novıy qod”un ritualları üzərində əks olunur? Bütün dünyada azərbaycanlılarının həmrəy olduğu əsas iki məsələ varsa – bunlardan biri Aşura günü, bir də Novruz bayramıdır. Ana dili fundamental məsələ olaraq, öz yerində, amma bu iki məfhumdan başqa, dünyanın harasında olmasından asılı olmayaraq azərbaycanlıların duyğularını müəyyən edən üçüncü məsələ yoxdur. Dünyanın harasında olurlarsa-olsunlar, azərbaycanlılar Məhərrəm-Səfər əyyamını və Novruz bayramını yaşadır. Məhərrəm-Səfər əyyamında azərbaycanlılar dünyanın hansı yerində olsalar da toy etməzlər. Elə həmrəylik də budur!

Bəli, aydın olur ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gün – nə bizim milli-mənəvi dəyərlərə, nə əqlaniyyətə, nə milli folklora uyğun gəlir. Beləliklə, kimliyimizdə "novıy qod” adında bir şey yoxdur.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 16:15
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

_RONALDO_

  • 12 may 2011 23:33
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Thanks canim xebere gore minnetdares senin xeberlerine soz ola bilmez

--------------------

only-girl

  • 5 aprel 2011 20:36
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
twk maraglidi

--------------------

Ulya

  • 5 yanvar 2011 12:01
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol

MuslimGirl

  • 1 yanvar 2011 15:11
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Deyerli xebere gore derin minnetdarliq

CrazyGirl

  • 1 yanvar 2011 15:01
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Tsk eziyete gore...

--------------------
Sən varsansa həyat çox gözəl!

Sergio Ramos

  • 1 yanvar 2011 03:01
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
təşəkkür

--------------------

BaKiNkA_

  • 1 yanvar 2011 01:49
  • Məqalə: 1
  • Şərh: 264
  • Bal:
{awards}
Thanks canim xebere gore minnetdares senin xeberlerine soz ola bilmez

CandyGirl

  • 1 yanvar 2011 01:49
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
eziyyete gore thanksss

--------------------

Just For Legend

  • 1 yanvar 2011 01:27
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
eziyyetine gore cox sag ol

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 26
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}