Mənə yalanlar danış

 
Mənə yalanlar danış

Əgər bir gün bitərsə mənə olan eşqin, əgər bir gün sadəcə çıxıb getmək istəsən və mən israrla Niyə? soruşsam demə... Dürüst olma, istəmirəm... Bəhanələr tap, yalanlar uydur... Məni günahkar et. De ki, hər şeyin günahkarı sənsən.And içirəm, etiraz etmərəm heç nəyə. Sadəcə məni sevmədiyini eşitməyə dayana bilmərəm. Bunu söyləyəcəksənsə, öldür daha yaxşıdır. Əmin ol ki, canım daha çox yanmayacaq...

Mənə yalanlar danış

Getmək istəsən əgər bir gün bir başqası var həyatımda demə mənə... Varsa elə biri, özündə saxla, mən bilmək istəmirəm...
Getməyi ağlına qoydunsa əgər və artıq səni həyəcanlandırmıramsa, xəbər vermədən get, bir şey demək məcburiyyətində deyilsən. Burax intizarda qalım, burax yollara düşüb səni axtarım, tapa bilməyəndə də ağlayım...
Amma yetər ki, eşitməyim artıq məni görəndə əllərinin tərləmədiyini, dizlərinin titrəmədiyini...


Mənə yalanlar danış

Doğrular həmişə ən yaxşıs deyildir və mən gerçəyə tab gətirəcək qədər güclü deyiləm... Baxma belə göründüyümə... Söhbət səndən gedəndə, ən zəif, ən aciz halıma bürünürəm... Səni itirməkdən dəli kimi qorxuram...
Bezdinsə məndən və topladınsa bütün əşyalarını, mən görmədən get... Gizlicə və səssizcə...
Şahid olmaq istəmirəm gedişinə... Gözümün içinə baxa-baxa Salamat qal deməyini istəmirəm... Üz-üzə bir vəda mənlik deyil... Qaç istəyirsənsə bir oğru kimi... Uzun bir tətil de, bir də heç vaxt geri dönmə. Bir məktub belə buraxma, səndən sonra onu oxumaq belə mənə ağır gələr...

Mənə yalanlar danış


Getmək istəyirsənsə əgər, ləngimə, tez get... Məni məşğul edib, biraz daha alışdırma özünə...
Gedərkən, dəqiq olsun gedişin, bir də heç vaxt dönməyəcəkmiş kimi... Mənə səndən sonra heç nə qalmasın...
Xatirələrə qalib gələrəm, sən narahat olma mənim üçün...
Amma sən gedəcəksənsə əgər, hazır et bəhanələrini, məni HƏQİQƏTLƏRLƏ üzləşdirmə...


Geri dön

Ulya

  • 5 yanvar 2011 12:34
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
oox gozel yazi idi. winked

Sergio Ramos

  • 1 yanvar 2011 20:14
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
ok danışaram

--------------------

qaraqan_girl

  • 1 yanvar 2011 13:12
  • Məqalə: 0
  • Şərh: 355
  • Bal:
{awards}
MEN SEVGIDEN XOSUM GELMIR. CUNKU SEVENDE ADM UREK AGRISI CEKIR.


Morning_Star

  • 1 yanvar 2011 12:53
  • Məqalə: 47
  • Şərh: 813
  • Bal:
{awards}
Təşəkkürlər

CandyGirl

  • 1 yanvar 2011 12:50
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
L_SimuS,
duz diyirsennnnn

--------------------

Lindo

  • 1 yanvar 2011 12:47
  • Məqalə: 437
  • Şərh: 2389
  • Bal:
{awards}
twk
Amma sən gedəcəksənsə əgər, hazır et bəhanələrini, məni HƏQİQƏTLƏRLƏ üzləşdirmə...

L_SimuS

  • 1 yanvar 2011 12:44
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
sevgi yalansiz olmur ki...ona gore bezilerine wirin gelir,cunki terkibinde yalan var

tewekkur eziyete gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 67
Cəmi: 85

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 53
Cəmi: 149
 
ραყιȥ
Xəbərləri: 51
Cəmi: 131
 
NIGAR
Xəbərləri: 42
Cəmi: 788
 
lamiye_2001
Xəbərləri: 29
Cəmi: 31
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 241
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 504
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}