Müqəddəs və şeytan rəqəmləri həyatımızı necə dəyişir?

 
Müqəddəs və şeytan rəqəmləri həyatımızı necə dəyişir?

Bir çoxlarımız rəqəmlərin uğuruna və ya uğursuzluğuna çox ciddi inanırıq.

Bəzilərimiz uğulu və uğursuz dediyimiz rəqəmlərin anlamı barədə o qədər

dərin biliyə malik olmasaq da, hər hansı bir rəqəmin həyatımızda

önəmli yer tutduğuna şübhə etmirik. Bir çox insan uğurlu və uğursuz

rəqəmini də təyin edib. İnandığımız və

qorxduğumuz bu rəqəmlər barədə nələri bilirik?

Rəqəmlər dinlərin gözü ilə

İncildə yazılır: “O hər kəsi məcbur etdi, kiçik-böyük, zəngin-kasıb,

sərbəst və ya kölə, hər kəsin alnına yapışdırıldı, aləm aldadılan

ruhları görsün deyə şeytanın rəqəmi yazıldı – 666.

İslamda 99 rəqəmi qutsal hesab olunur. Çünki Tanrının ərəb dilində

99 adı var. Xristian ənənəsinə görə isə bu ədəd

Tanrının birliyinə işarə edən mələkləri ifadə edir.

Dinlərə görə 7 qat göy, 7 kainat, 7 qat cənnət, 7 qat cəhənnəm,

yerüstü 7 qat, yeraltı 7 qat, 7 əsas rəng, Kəbənin ətrafında 7 dövr,

və s. kimi özəlliklər var. Bu özəlliklər barədə bir azdan...

İslam dinində 7 mərtəbə var. Quranın ilk surəsi “Fatihə” 7 ayədir.

İslam inanclarına görə yeraltında günahkarların gedəcəyi yeddi

cəhənnəm var. Namaz qılarkən alın, iki əl, iki düz, iki ayağın baş

barmaqları olmaq üzrə gövdənin yeddi əzasının yerə dəyməsi

vacibdir. İslam inanclarına görə ölünün sarındığı kəfən yeddi

ərşin olmalıdır. Kəbədə Məscidi-hərəm deyilən məscidin yeddi

minarəsi var. İslam inanclarına görə qiyamət

günü Mədinənin yeddi ayrı qapısı olacaq.

Yəhudilərdə müqəddəs şamdan 7 şamın birləşməsindən əmələ gəlir.

Yəhudilər Qamış Bayramı dedikləri bayramda məbədlərdə toplanar,

mehrabın ətrafında yeddi dəfə dolanarlar.

Hindlilərdə, romalılarda, buddistlərdə də belə bir dini mərasim var.

Müqəddəs saydıqları bir obyektin ətrafında yeddi dəfə dolanarlar.

Krişna Şüurunda müqəddəs rəqəm 108 hesab edilir.

Bu Tanrını əhatə edən 108 mələk deməkdir.

Krişnaçıların ibadət zamanı istifadə etdikləri

müqəddəs təsbehin 108 muncuğu var.

13 niyə nəhs rəqəmdir?

Xristian dünyasında 13 rəqəmi nəhs rəqəm kimi qəbul edilir.

Bu rəqəmin uğursuz hesab edilməsinin səbəbi kimi isə, İsa

peyğəmbərə xəyanət edən 13 şagird göstərilir.

13 rəqəminin nəhs hesab edilməsinin daha bir səbəbi də var,

xristianlara görə cəhənnəmin 13 mələyi var.

Digər inanclara görə, 13 rəqəminin uğursuzluq sayılmasının əsas səbəbi

Hz.İsanın 13-cü həvariyununun ona xəyanət etməsidir.

Ümumiyyətlə isə, çağdaş tarixçi alimlərin fikrinccə, 13 rəqəminin

belə "uğursuzluq simvolu" olmasının başlıca səbəbi qədim romalılarda

"13 qapı" aplamından doğur. Belə ki, Qədim Romada mülkədarlar

və dövlət adamlarının malikanələrində 12-ci otaqdan sonrakı

otaq gözləmə yeri sayılırdı. Oraya göndərilən insan və ya sənəd

uzun müddət yaddan çıxdığından, "13-cü otağa get"

kəlməsini eşidən romalı uğursuzluğa düçar olduğunu anlayırdı.

Şeytanın 666-sı

Elə rəqəmlər də var ki, elliklə ondan çəkinirik. Bu “şeytan rəqəmi”

dediyimiz tip rəqəmlərdir. Üç altının birləşməsinin yaratdığı 666

rəqəmi bir çoxlarının kabusudur. Bu rəqəm konkret olaraq

bütün ölkələrdə “şeytan rəqəmi” kimi tanınır.

Bu rəqəm haqqında bir çox inanclar var.

İyun ayının 6-sı 2006-cı il, yəni 06.06.06 tarixi.

Bu tarix bütün dünyada qorxu ilə qarşılandı. Xristian dünyasında

bu tarixdə uşaq dünyaya gətirmək istəməyən qadınlar doğuşu

ləngitmək üçün əllərindən gələni edirdilər. Onların inancına görə,

bu tarixdə dünyaya gələn uşaq bədbəxt və şeytan ruhlu ola bilər.

Bu inanca dünya şöhrətli siyasətçilər belə inanır. Amerika Birləşmiş

Ştatlarının eks prezidentlərindən biri- Ronald Reyqan evinin

nömrəsinin 666 olmasından çox narahat idi, ona görə

bu nömrənin 668-lə əvəzləndirilməsi üçün müraciət edir

və nömrə dəyişdirilir.Elmdə də 666 rəqəmi əks olunub.

Həyatın qaynağı sayılan karbon atomlarının tərkibi belədir:

6 proton, 6 neytron, 6 elektron. Yəni 6-6-6.

9 rəqəmi mütləqiyyət deməkdir

9 rəqəmi isə mütləqiyyətin simvolu kimi xarakterizə edilir.

Bir çox inanclarda bu rəqəm ölümü və yenidən doğuluşu ifadə edir.

Bunun səbəbi kimi də 9-dan sonra gələn 10 rəqəminin

1 və 0-ın təkrarlanması kimi göstərilir. Hesab edilir ki,

10 yeni nəsə demək deyil, artıq hesablanmış iki rəqəmin birləşməsidir.

Bilirsinizmi, biz anamızın bətnində dəqiq olaraq nə qədər yaşayırıq?

Təbii ki, bunu hamımız bilirik, 9 ay. Amma 9 ayın sonrası da var.

Dünyaya normal yollarla gələn hər bir insan anasının bətnində

9 ay, 9 gün, 9 saat yaşayır. Yaşlı nəslin nümayəndələri bu sayın

sonuna 9 dəqiqə və 9 saniyəni də əlavə edirlər.

Çox maraqlı saydır, elə deyil?

Türk mifologiyasına görə, dünyanı yaradan Qara Xan,

dünyanın tam mərkəzinə 9 budaqlı şam ağacı əkmişdi.

Altaylara görə isə, insanın skeletində; baş, bel, diz, topuq,

bilək, çiyin, dirsək, ovuc və ayaq biləyi olmaqla 9 adda əlavə var.

Yaqutlara görə 9 Göy Tanrısı var. Altay türklərinin

qiyaməti təsvir edən bir rəsimlərində dənizin dibində

9 ucluqlu bir qara daş var. Onların inancına görə,

qiyamət günü bu daş 9 yerindən ayrılacaq, tünd sarı rəngdə

dəmir atlara minmiş 9 döyüşçü ətrafa hücum edəcək.

Dədə Qorqut dastanında, Dəli Domrul doğulanda atası 9 buğa yenir.

Rəqəmlərin yaratdığı maraqlı təsadüflərdən biri də böyük öndər

Atatürkün həyatında ortaya çıxır. Atatürk 1881-ci ildə 19-cu

yüzilliyin bitməsinə 19 il qalmış doğulub. 1900-ci ildə 19 yaşında

hərbi məktəbə daxil olub. 19 May 1919-cu ildə Samsuna getmişdi

və mindiyi gəmidə yalnız 19 sərnişin vardı. 19 il türk millətinin

taleyini həll edib. Adı və soyadı- “Mustafa Kamal Atatürk” birləşməsi

19 hərfdir. 10 Noyabr 1938-ci ildə saat 9-da dünyasını dəyişib.

10 noyabr+ saat 9 = yenə 19. Atatürk vəfat edərkən 57 yaşında olub.

57 rəqəmi üç 19-un toplamından əmələ gəlir.

Bu da ilginc deyilmi?

Türklərin müqəddəs rəqəmi - 7

Yəqin ki, hər biriniz bizim inancımızda 7 rəqəminin qutsal olduğunu bilirsiniz.

Körpəliyimizdən bu yana nənələrimizdən dinlədiyimiz

nağıllarda həmişə bu rəqəm bizə sehirli görünüb.

“7 qardaş 1 bacının nağılı”, “7 divin nağılı”, “7 qu quşu əfsanəsi”

və s kimi nağılları çox dinləmişik.Həm şifahi xalq ədəbiyyatında,

həm də yazılı ədəbiyyatımızda bu rəqəm barəsində çox danışılır.

Eyni zamanda mifologiyada da bu rəqəmin qutsallığı vurğulanır.

Maraqlıdır ki, həftənin də 7 günü var.

Göy qurşağı 7 rəngdən ibarətdir.

Şaman inanclarına görə Tanrı Ülgən insanlara yaxşılıq edən

uca bir varlıqdır. Onun qatına gedən yolda yeddi maneə var.

Şamanlara görə Tanrı Ülgən yer üzündə ilk olaraq yeddi kişi yaradıb.

Onların inanclarına görə tufanın olacağını əvvəldən bildirən

dəmir buynuzlu Göy təkə dünyanın ətrafını yeddi dəfə gəzmişdi.

Sonra yeddi gün zəlzələ olmuş, yeddi gün dağlar atəş püskürmüşdü,

yeddi gün yağış yağmış, yeddi gün fırtına olmuş dolu düşmüş

, yeddi gün də qar yağmışdı.Yeniçərilərdə yeddi qapı var.

Adət qapısı, Ət qapısı, Ağa bölüyü qapısı, Solaxaylar qapısı,

Meydan qapısı, Çayır qapısı, Qara kənd qapısı.

İstanbulda Topqapı Sarayının yeddi böyük qapısı var.

Müqəddəs Novruz bayramımızda gözəl adətlərimiz var.

Bu adətlərdən biri də bayram axşamı süfrəyə 7 rəngdə boyanmış

yumurta qoyulur. Sonuncu çərşənbə günü

süfrədə ən az 7 cür nemət olmalıdır.

Dünyadakı sirli 7-lər

Həftə 7 gun, göyqurşağı 7 rəng, dünyanın 7 möcüzəsi, doğmalıq bildirən

7 nəsil, notların sayı 7, İslam dininə görə kainat 7 mərhələdə

yaradıldı, Kəbənin ətrafı 7 dəfə dövr edilir, yəhudilərdə Müqəddəs

Şamdan 7 Şamlıdır, qədim yunan adətlərində 7 ağıllı ağsaqqal varmış,

yunan mifalogiyasına görə 7 əsas Tanrıça varmış,

Misirdə günəş tanrıçası Ra 7 ruhludur, Cində müqəddəs 7 element

varmış, Fenq-Şhuidə münasibət forması 7, Afrikalıların Kvanza

bayramı 7 simvolludur, istirahət günü həftənin 7-ci günündə,

Rio, Roma, İstanbulun hər biri 7 təpə üzərində, hətta Ceyms Bond da

007, üzümüzdə 7 dəlik var, agız, qulaqlar, burun deşikləri,

gozlər, dünyada 7 qitə, qızıldərililərə görə 7 mövsüm var,

7 dəniz var, bütün yaponlara görə 7 rəqəmi uğurludur,

məktəb yaşı 7, göy üzü 7 qatdır.

“Kainat rəqəmlərdən ibarətdir” deyən Pifaqordan bu yana bütün

insanlar həmişə rəqəmlərin özəlliyinə inanıb.

Texnoloji inkişafda yeni dövrün- rəqəmsal eranın

başlanğıcı isə daha geniş söhbətin mövzusudur.

Qutsal kitablardakı qutsal rəqəmlər də bu sıraya daxil edilə bilər.

Uğurlu və uğursuz rəqəmlərə həmişə inandıq. Real olan da oldu,

əyal olan da. Amma gerçək olan yalnız bir şeydir- Tanrı heç

bir şeyi təsadüf etməyib.

Bütün təsadüflərin tarixçəsi onun zəruriliyini əks etdirir.


Geri dön

Sladkiy Ray

  • 28 avqust 2011 16:46
  • Məqalə: 1
  • Şərh: 32
  • Bal:
maraqlidi tewekkur

angeloka

  • 30 iyun 2011 16:29
  • Məqalə: 0
  • Şərh: 507
  • Bal:
{awards}
twk maraqlidir

Ulya

  • 5 yanvar 2011 20:37
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol xebere gore

CrazyGirl

  • 3 yanvar 2011 13:12
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Bos bos seydir hamisi eziyete gore tsk.......

--------------------
Sən varsansa həyat çox gözəl!

YazYamuru

  • 2 yanvar 2011 00:37
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
SINAMAMIŞAM recourse

--------------------



Sergio Ramos

  • 1 yanvar 2011 22:04
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
biraz uzundu deyə səbrim çatmadı oxumağa

--------------------

Asiyan

  • 1 yanvar 2011 16:17
  • Məqalə: 0
  • Şərh: 655
  • Bal:
{awards}
7 REQEMİ İLE HEÇNE BİLMEDEN SEVMİŞEM 7 REQEMİNİ..MENİM UĞURUM smile

MuslimGirl

  • 1 yanvar 2011 14:58
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Sitat: L_SimuS
bular menasiz weylerdi

weytan reqemi de muqeddes reqemde.bele weyler yoxdu.....

tewekkur eziyete gore

Tamamile raziyam. 13 reqeminin de nesh olduguna inanmiram. Tesekkurler

Made_In_Bakinka

  • 1 yanvar 2011 14:04
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
tesekkuler maraqli idi

Just For Legend

  • 1 yanvar 2011 13:17
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
nezere alariq minnettaram

--------------------

qaraqan_girl

  • 1 yanvar 2011 13:08
  • Məqalə: 0
  • Şərh: 355
  • Bal:
{awards}
MENIM SEYTAN REQEMIM 2-DIR

L_SimuS

  • 1 yanvar 2011 13:04
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
bular menasiz weylerdi

weytan reqemi de muqeddes reqemde.bele weyler yoxdu.....

tewekkur eziyete gore

Lindo

  • 1 yanvar 2011 13:02
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
twk amma men bele sheylere inanmiram.

CandyGirl

  • 1 yanvar 2011 13:01
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
maraqliydi..

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 23
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}