Körpənin yuxusu

 
Körpənin yuxusu

Qədim yunanlar hesab edirdiləri ki, yuxu allah Hipnosun oğullarından biri olan qanadlı Moreyem allahı tərəfindən insanlara bəxş edilmiş vergidir. Onlar həqiqətən də haqlı idilər, yuxu doğurdan da Təbiətin bizlərə bəxş etdiyi vergidir, onun əhəmiyyətinini yenidən qiymətləndirmək çətindir.
Yuxu gücün bərpa edilməsinin əsas vasitələrindən biridir. Yuxu zamanı enerji eytiyyatının toplanması, regenerasiya, plastik mübadilə prosesləri gedir. Nəticədə isə gün ərzində sərf edilmiş enerji ehtiyyatları yenidən bərpa olunur.

***

Yuxu ərzində insan orqanizmində əhəmiyyətli dəyişikliklər baş verir. Hər şeydən əvvəl mərkəzi əsəb sisteminin təsirinin dərhal düşməsini qeyd etmək lazımdır ki, bu da bütün orqanizm üçün, xüsusilə də əsəb sistemi üçün tam dinclik və raharlıq şəraiti yaradır. Yuxu sinir sisteminin “xilaskarına”, onun əsəb hüceyrələrinin həddən artıq qıcıqlanmasına qarşı mühafizəçiyə çevrilir.

***

Aparılan araşdırmalar da göstərdiyi kimi, yuxu zamanı insan orqanizmi, xüsusilə də əsəb sisteminin sonrakı fəaliyyəti üçün zəruri və faydalı olan mürəkkəb biokimyəvi bərpa, qida maddələrinin enerji həzmi və enerji toplanması prosesləri gedir. Deməli yuxu istirahətin əsas və əvəzedilməz formasıdır. Hələ keçmiş zamanlarda da deyilmişdir ki, yuxu “təbiət qoynunda yeməkdən daha yaxşıdır”.

Yuxu silsiləli prosesdir. Yatmış insanın beynindəki bioloji prosesləri qeydə alınması zamanı silsilələrin formalaşması ilə yuxunun yavaş yaxud ortodoksal və sürətli yaxud paradoksal mərhələlərinin növbələşməsi aşkar olunmuşdur. Yuxunun yavaş mərhələsi də öz növbəsində dörd dövrə bölünür. Birinci mərhələ mürgüləməyə aid edilir. İkinci dövr əsil yuxunun başlanğıcını özündə təmsil edir. Üçüncü və sonrakı dövr dərin yuxudur. Bundan sonra sürətli yuxunun növbəti mərhələsi inkişaf edir. O, özlüyündə müəyyən dərəcədə ayıqlığa uyğun olan, lakin daxilə yönələn orqanizm vəziyyətini təqdim edir. Məhz bu səbəbdən sürətli yuxunu paradoksal adlandırırlar. Bu zaman əzələlər darin yuxu vaxtındakı kimi daha çox rahatlaşır, lakin insanı yüngül yuxudakı kimi asanlıqla oyatmaq olar. Bu mərhələdə insanda gözlərin sürətli hərəkətləri çoxsaylı yuxugörmələr müşahidə olunur.

***

Yuxudan sonra uşağın özünü gümrah və istirahət etmiş hiss etməsi üçün onun yuxu silsiləsinin ortasında deygil, sonunda (sürətli yuxu zamanı və ya sürətli yuxunun sona çatmasına qədər) oyanması lazımdır. Qədim yapon təbibləri silsilənin ortasında oyanmağı baş nayihəsinə dəyənəklə vurulan zərbə ilə müqayisə edirdilər. Balaca uşaqlarda (xüsusilə körpələrdə) adətən yuxunun bio-ritmi pozulmur. Lakin gioritmi körpənin rejim üzrə yedizdirilməsi, yalnız valideynlərin onun yemək vaxtının çatdığını hesab edərək oyatmaları poza bilər. Körpənin rejimə deyil, tələbata əsasən sinə ilə bəslənməsi təkcə yaxşı həzm etməsinə deyil, həm də yuxunun təbii bioritmini qorumasına imkan verir.

***

Sutka ərzində uşaq yuxusunun davamlılığı ayrı-ayrı

uşaqlarda fəqli ola bilər. Orta miqdar cədvəl 4-də göstərilmişdir.

Cədvəl 4. Sutka ərzində uşaq neçə saat yatmalıdır (orta rəqəmlər)

Uşağın yaşı (sutka ərzində saat)
Yeni doğulmuş 16 – 17
3 aydan 6 aya qədər 14 – 15
7 aydan 12 aya qədər 13 – 14


Əgər sizin körpənizdə yuxu ilə bağlı hər hansı problemlər

meydana gələrsə aşağıdakı məsləhətlərə riayət edin:

1. Əgər körpəniz çətinliklə rahatlaşırsa onun otağının interyerinə

pastel-mavi və ya yaşıl rəngli predmetlər daxil etməyi sınayın.

Bu çalarları divar kağızına, döşəkağına, gecə köynəyinə tətbiq

etməklə kifayətlənin. Daima nədənsə narahat olanlar üçün

çəhrayı və yasəmən gülü rəng boyaları da münasibdir.

2. Çarpayınızı (və ya körpəniz sizinlə yatmırsa onun da çarpayısını) metal

konstruksiyasından və televizor kimi elektro-maqnit şüalarından,

o cümlədən elektrik naqilləri keçən divardan uzaq yerləşdirdin.

Uşaq çarpayısının söykənəcəyi uşağın boyundan 20-30 sm hündür olmalıdır.

3. Uşağın yataq ağları nəinki təmiz, həmçinin müxtəlif əyləncəli

rəsmlərlə gözəl olmalıdır. ən yaxşı

ağ təbii pambıq hazırlanmış olanlardır.

4. Körpənizi mümkün qədər çılpaq yatızdırmağa

çalışın – dəri məsamələr vasitəsilə yaxşı nəfəs almalıdır.

5. Yatmazdan əvvəl yeri yaxşı yoxlamaq tövsiyyə olunur.

Yaxşı olardı ki, uşaq yatarkən nəfəslik

(havanı dəyişdirmək üçün pəncərədə kiçik göz) və ya eyvanın

qapısı açıq olsunlar. Hava şəraiti

imkan verərsə açıq havada yatmaq daha yaxşı olardı.

6. Yatarkən körpəni heç vaxt oyatmayın, hətta onun yemək

vaxtı çatsa belə: körpə üçün yuxu bioritmini

və oyaqlılığı formalaşdırmaq daha vacibdir.

7. Gecə yedirməsi zamanı mümkün qədər sakit davranın: çalışın az

danışıq səsləri, daha az işıq, körpə ilə daha az baxış kontaktı olsun.

Gündüz yedirməsi zamanı coşğun olun, uşağı tez-tez

pəncərəyə– gündüz işığına tərəf gətirin, onunla ucadan və sevinclə danışın.

8. 9 – 12 aydan gec olmamaq şərti ilə gecə yedirmələrindən imtina edin.

9. Uşaq üçün onun yatacağı gözəl oyuncaq

(daha yaxşı olardı ki, o özü bunu seçsin) seçin.

Oyuncaq uşağın onu qucaqlaması üçün həddən artıq böyük,

eyni zamanda da gecələr yataqda itməməsi

üçün həddən artıq kiçik olmamalıdır.

10. Çarpayının yanında alaqaranlıqda uşağı qorxudacaq

predmetlərin olmamasına əmin olun.

11. Uşağın matrası həddən artıq yumşaq olmamalıdır, yaxşı olardı ki,

o, müəyyən dərəcədə sərt olsun. O, cutdan (hind kəndiri) və ya

küləşdən ola bilər və ya xüsusi körpə ortopepik matras əldə

etmək olar. Mütəxəssislərin qeyd etdiyi kimi uşağa yaylı və ya

pambıqla (sinteponla) doldurdulmuş matras almaq məsləhət

görülmür. Matras alarkən onun hipo-allergik materialdan

hazırlandığından əmin olun.Həmçinin qeyd etmək lazımdır ki,

küləş və ya digər təbii materiallardan hazırlanmış matrasdan

“nəsillikcə” bir uşaqdan digərinə verməklə çox uzun müddət

istifadə etmək məsləhət görülmür. Məsələ burasındadırd ki,

zamanda keçdikcə bunda nəinki toz əmələ gəlir, həmçinin

uşaqda allergiya yarada biləcək müxtəlif növ

mikroorqanizmlər formalaşmağa başlayır.

Çox uzun müddətə istifadə olunan matras zaman keçdikcə öz formasını itirir.

12. Əgər uşaq sizdən ayrı yatırsa onun çarpayısını pəncərənin

yanına qoymayın: küçədən gələn qəfil səslər onun yatmasına

mane olacaq. Bundan əlavə pəncərə pərdəsinin şnurları da

müəyyən dərəcədə qorxu hissi oyada bilər, ələxsus da əgər

uşağın əli onlara çatırsa belə qorxu hissi istisna edilmir.

Bəzən onlar bəxbəxt hadisələrə də səbəb olmuşlar.

13. Bir çox valideynlər uzun müddət yatmayan, gecələr

tez-tez oyanan, səhərlər həmişəkindən gec oyanan körpə

uşaqlarından narahat olurlar. Analar və atalar qorxurlar ki, bu hansısa

patalogiyanın əlaməti ola bilər. Həqiqətdə isə belə körpələr

böyük əksəriyyət hallarında tamamilə normaldırlar, sadəcə onların

bioloji ritmi belədir. Həkim N. V. Rimaşevskaya qeyd

etmişdir: “Nədənsə analar və atalar yaddan çıxarırlar ki,

onlardan bəziləri gecə yarısına qədər kitabla qalmağı xoşlayır,

“ömrü boyu” pis yuxuya gedir, çox sayıq yatır və işə

getmək üçün güclə oyanırlar.

Məlum olduğu kimi, “pediatrik normalar” körpələrdən müəyyən qəti

rejim tələb edir. Qeyd etmək lazımdır ki, “bayquşlarda” gələcəkdə meydana

gələcək yüksək həyəcanlılığa uyğunlaşma qabiliyyəti daha azdır,

böyük meyllilik isə nervoz reaksiyalara olur... Beləlilə, tez-tez

oyanıqlıq, səthi yuxu və bəzi digər xüsusiyyətlər ayrı-ayrı

körpələr üçün fizioloji olıa bilər və heç bir müalicə tələb

etməyə də bilər... Bu hallada körpənin gecələr yatmasına alışmaq

və onu bir neçə saat ərzində əlinizdə yırğalayib yatızdırmağa

çalışaraq əziyyət vermək lazım deyil”.

14. Yatmazdan əvvəl anaların öz övladlarına layla deməsi çox yaxşıdır.

Layla uşağı sakitləşdirir, ayıqlıq vəziyyətindən yuxuya

getməsinə yardım edir. Bundan əlavə, layla uşağın eşitmə qabiliyyətini

artırır və onun estetik duğusunu formalaşdırır. Aşağıda qadınların

bu günkü dövrümüzdə də öz körpələrlərinə oxuya biləcəkləri

bəzi mili rus laylalarının sözləri (əlbəttə ki, müasir laylaları da,

məsələn cizgi filmlərindən götürülmüş

nəğmələr də oxumaq olar) təqdim edilmişdir


Geri dön

NELLY19

  • 2 avqust 2011 14:47
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
Maraqli melumata gore cox sag ol

SeBiNe91

  • 20 may 2011 00:51
  • Məqalə: 0
  • Şərh: 93
  • Bal:
{awards}
tesekkurler her bir xanima qismet olsun love

--------------------
Ağlama! Ağlat ki, qiymətini bilsinlər.

nilayka

  • 1 may 2011 19:17
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
TWK XEBERE GORE

--------------------

batyak1987

  • 6 yanvar 2011 22:00
  • Məqalə: 12
  • Şərh: 51
  • Bal:
{awards}
salam cox tasakkur ediram bu dayarli malumatlara gora.coxlarinin sabri catmayib oxumaqa amma man sona kimi oxudum cunki ehtiyacim var.man (ozumdan boyuklardan uzr istayiram) 4aya gedir ki ana olmusam va ilk korpamdi bu cur malumatlarada cox ehtiyacim var. smile

man forma yeni qeydolundum zahmat olmazdisa kimsa mana qaydalari izah edardi.bali neca toplayirsan har istifadacida yazilir xabarlar 33.sarhlar 1342.bunlar neca olur?

Ulya

  • 5 yanvar 2011 20:39
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
coox maraqli idi winked

Sergio Ramos

  • 1 yanvar 2011 23:12
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
xəbərə görə sağol

--------------------

CandyGirl

  • 1 yanvar 2011 19:31
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
boyuklerin yatisi gosterilmiyib

--------------------

qaraqan_girl

  • 1 yanvar 2011 17:00
  • Məqalə: 0
  • Şərh: 355
  • Bal:
{awards}
kaski korpelerin yerinde ola bilseydim. Belke heyat onda menim ucun maraqli olardi

sevgim

  • 1 yanvar 2011 16:59
  • Məqalə: 0
  • Şərh: 762
  • Bal:
{awards}
deyerli meslehetlerdi tsk

--------------------
MEN INDI BILDIM KI SENLI YASAMAQ SENSIZ YASAMAGA BERABER IMIS

Asiyan

  • 1 yanvar 2011 16:06
  • Məqalə: 0
  • Şərh: 655
  • Bal:
{awards}
BÜTÜN SÖZLERİ OXUDUM VE ÇOX SEVİNDİMKİ BELE MÜVZUYA BAŞ TUTMUSAN.TEŞEKKÜRLER smile

MuslimGirl

  • 1 yanvar 2011 14:53
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Yaridan coxunu oxudum. Cox maraqli informasiyalar var. Qeribe de olsa, cox balaca usaqlarin 16-17 saat yatmasini bilmirdi. Tesekkurler, baciska. Ellerine sagliq

CrazyGirl

  • 1 yanvar 2011 14:47
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Sekildeki usaq nece siri yatib smile

--------------------
Sən varsansa həyat çox gözəl!

Morning_Star

  • 1 yanvar 2011 14:14
  • Məqalə: 47
  • Şərh: 815
  • Bal:
{awards}
Təşəkkürlər

L_SimuS

  • 1 yanvar 2011 14:08
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkur eziyete gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 9
Cəmi: 24

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}