Peyğəmbərin kitabı

 
Peyğəmbərin kitabı

Malaki

Peyğəmbərin Kitabı


Giriş

1


«Malaki» Kitabında təsvir olunan hadisələr miladdan əvvəl VI əsrdə Yerusəlimdəki mə’bədin yenidən tikilməsindən sonrakı dövrə aiddir. «Malaki» adı ibrani dilində «Mənim elçim» deməkdir.

Peyğəmbərin əsas qayğısı kahinlərin və xalqın Allahla bağladığı əhdə sadiq qalmasıdır. Allah xalqının həyatında və Allaha ibadətində qüsurlar var idi. Onlar yollarını azmışdı. Kahinlərlə xalq təqdim və ianələri sidq ürəkdən vermir, Allaha hiyləgərliklə yanaşır və Onun tə’liminə uyğun yaşamırdılar. Amma Rəbb, yolunu hazırlamaq və əhdini e’lan etmək üçün Öz elçisini əvvəlcədən göndərəcək, sonra Özü xalqını mühakimə və pak etmək üçün gələcək.

Kitabın məzmunu:

İsrailin günahları 1:1-2:16
Allahın məhkəməsi və mərhəməti 2:17-4:6

1 Bu xəbərdarlıq Rəbbin Malaki vasitəsilə İsrailə dediyi sözdür.

Rəbbin İsrailə məhəbbəti


2 Rəbb «sizi sevdim» deyir. Ancaq siz «Bizi necə sevdin?» deyib soruşursunuz. Rəbb də cavab verir: «Esav Yaqubun qardaşı deyildimi? Amma Mən Yaqubu sevdim, 3 Esava isə nifrət etdim. Onun dağlarını viran etdim, mirasını çöl çaqqallarına verdim». 4 Edomlular deyir: «Biz əzildik, amma yenidən xarabalıqları bərpa edəcəyik». Ancaq Ordular Rəbbi belə deyir: «Qoy onlar qursun, amma Mən yıxacağam. Onların ölkəsi pislik ölkəsi, özləri isə həmişə Rəbbin qəzəbləndiyi xalq olaraq tanınacaq». 5 Siz bunu gözlərinizlə görəndə «Rəbb İsrail sərhədlərindən kənarda da əzəmətlidir!» deyəcəksiniz.

Kahinləri məzəmmət

6 Ordular Rəbbi sizə deyir: «Ey adıma hörmət etməyən kahinlər! Oğul atasına, qul ağasına hörmət göstərir. Əgər Mən atayamsa, hanı mənə hörmətiniz? Əgər ağayamsa, hanı Məndən qorxunuz? Ancaq siz “Adına necə hörmət etmədik?” deyib soruşursunuz. 7 Qurbangahımın üzərində murdar çörək təqdim edirsiniz, hələ “Səni necə murdar etdik?” deyib soruşursunuz. “Rəbbin süfrəsinə hörmət etmək lazım deyil” deməklə belə edirsiniz. 8 Kor heyvanı qurban olaraq gətirmək pis iş deyilmi? Topal yaxud xəstə heyvan qurban etmək pis iş deyilmi? Belə bir heyvanı öz valinə təqdim et, gör səndən razı qalırmı yaxud səni qəbul edirmi?» deyir Ordular Rəbbi. 9 «İndi bizə lütf etməsi üçün Allaha yalvarın. Siz belə qurbanlar gətirərkən O heç sizi qəbul edərmi?» deyir Ordular Rəbbi. 10 «Kaş ki aranızdan bir nəfər qurbangahımda boş-boşuna od yandırmamaq üçün mə’bədin qapılarını bağlayaydı! Mən sizdən razı deyiləm, gətirəcəyiniz qurbanları da qəbul etməyəcəyəm» deyir Ordular Rəbbi. 11 «Günəşin çıxdığı yerdən batdığı yerə qədər Mənim adım millətlər arasında əzəmətli olacaq. Hər yerdə adıma buxur yandırılacaq, pak təqdimlər gətiriləcək. Çünki millətlər arasında adım əzəmətli olacaq» deyir Ordular Rəbbi. 12 «Siz “Rəbbin süfrəsi murdardır, çörəyinə isə hörmət etmək lazım deyil” deyərək adımın müqəddəsliyini pozursunuz. 13 Üstəlik “bu nə zəhmətdir” deyə Mənə burun sallayırsınız» deyir Ordular Rəbbi. «Siz qurban olaraq oğurluq, çolaq, xəstə heyvan gətirirsinizsə, Mən onu sizdən qəbul edəcəyəmmi?» deyə soruşur Rəbb. 14 «Sürüsündən nəzir etdiyi erkək heyvan əvəzinə Rəbbə qüsurlu heyvan qurban edən fırıldaqçıya lə’nət olsun! Çünki Mən böyük bir padşaham və adım millətlər arasında zəhmlidir» deyir Ordular Rəbbi.

2

1 «İndi, ey kahinlər, bu əmr sizin üçündür». 2 Ordular Rəbbi deyir: «Əgər sözə qulaq asmasanız, adıma izzət verməyi ürəkdən istəməsəniz, üzərinizə lə’nət yağdırıb xeyir-dualarınızı lə’nətə çevirəcəyəm. Bəli, Mən onları lə’nətlədim. Çünki Məni izzətləndirməyi ürəkdən istəmirsiniz. 3 Mən sizin nəslinizi məhv edəcəyəm. Bayramlarınızda qurban etdiyiniz heyvanların təzəyini üzünüzə çırpacağam, siz onunla birgə atılacaqsınız. 4 Onda biləcəksiniz ki, Mən bu əmri Levi ilə bağladığım əhdimin yaşaması üçün sizə göndərmişəm» deyir Ordular Rəbbi. 5 «Onunla həyat və sülh verən bir əhd bağladım, Mənə hörmət etdiyi təqdirdə bunları ona verdim. O da Məndən qorxub adıma hörmət göstərdi. 6 Onun dilindən həqiqi nəsihət çıxardı, ağzından hiylə çıxmazdı. O, sülh və həqiqət içində Mənimlə birgə addımlayırdı. Çoxunu da günah yolundan qaytarmışdı. 7 Kahinin ağzı biliyi qorumalı, insanlar onun dilində nəsihət axtarmalıdır. Çünki o, Ordular Rəbbinin elçisidir. 8 Ancaq siz yoldan azdınız və nəsihətinizlə çox adamı günaha çəkdiniz. Levi ilə bağladığım əhdi pozdunuz» deyir Ordular Rəbbi. 9 «Siz Mənim yollarımla getmədiniz, qanunla bağlı məsələlərdə tərəfkeşlik etdiniz. Buna görə də Mən bütün xalqın önündə sizi alçaldıb xəcalətli hala saldım».

Yəhuda xalqının xəyanəti

10 Hamımızın atası bir deyilmi? Bizi eyni Allah yaratmadımı? Elə isə nə üçün biz atalarımızın bağladığı əhdi pozaraq öz qonşumuza xəyanət edirik? 11 Yəhuda xalqı xəyanət etdi. İsraildə və Yerusəlimdə iyrənc işlər edildi: Yəhudalılar yad allahlara tapınan qızlarla evlənərək Rəbbin sevdiyi müqəddəs yeri murdar etdi. 12 Bunu edən adam, hətta keşik çəksə, cavabdeh olsa, Ordular Rəbbinə qurban gətirsə də, Rəbb onu Yaqubun icmasından qovsun.

13 Siz başqa bir şeyi də edirsiniz: ağlayıb sızlamaqla Rəbbin qurbangahını göz yaşları ilə doldurursunuz. Çünki Rəbb artıq gətirdiyiniz qurbanlara diqqət etmir, onları sizdən könül xoşluğu ilə qəbul etmir. 14 Siz «Nə üçün?» deyib soruşursunuz. Çünki səninlə cavanlığında evləndiyin arvadın arasında Rəbb şahiddir. O qadın sənin yoldaşın və nikah əhdi ilə arvadın olduğu halda ona xəyanət etdin. 15 Allah sizi bir bədən və bir ruh olaraq yaratmadımı? Bəs nə üçün bir? Çünki O Özü üçün xüsusi bir nəsil istəyirdi. Buna görə də özünüzü gözləyin. Qoy heç kəs cavanlığında evləndiyi arvadına xəyanət etməsin. 16 İsrailin Allahı Rəbb belə deyir: «Mən nikahını pozub qəddarlığa bürünən adama nifrət edirəm. Buna görə də özünüzü gözləyin və xəyanət etməyin» Ordular Rəbbi deyir.

Cəza günü yaxındır

17 Dediklərinizlə Rəbbi yordunuz. «Onu nə ilə yorduq?» deyə soruşursunuz. «Pislik edən hər kəs Rəbbin gözündə yaxşıdır və Rəbb onlardan razıdır» yaxud «Ədalət keşikçisi olan Allah haradadır?» deyərək Onu yordunuz.

3

1 «Budur, Mən Öz elçimi göndərirəm. O, önümdə yol hazırlayacaq. Axtardığınız Xudavənd qəflətən Öz mə’bədinə gələcək. Görmək arzusunda olduğunuz əhd elçisi gələcək» deyir Ordular Rəbbi. 2 «Ancaq onun gələcəyi günə kim tab gətirə bilər? Zühur edəndə kim davam gətirə bilər? Çünki o, əridicinin odu, yuyucunun sabunu kimi olacaq. 3 O, gümüş əridib təmizləyən adam kimi rəftar edəcək: Levililəri saflaşdırıb qızıl və gümüşü təmizləyən kimi təmizləyəcək. Beləcə salehliklə Rəbbə qurbanlar gətirəcəklər. 4 Onda Yəhudanın və Yerusəlimin qurbanları əvvəlki vaxtlar, keçmiş illərdə olduğu kimi Rəbbə xoş gələcək. 5 Mən cəza vermək üçün sizə yaxınlaşacağam. Ovsunçulara, zinakarlara, yalandan and içənlərə, muzdurun, dul qadının, yetimin, qəribin haqqını tapdalayanlara – Məndən qorxmayanlara qarşı tezliklə şahid olacağam» Ordular Rəbbi belə deyir.

Ondabirləri oğurlayanları məzəmmət

6 «Mən Rəbbəm və heç vaxt dəyişmirəm. Siz bunun üçün məhv olmadınız, ey Yaqub övladları! 7 Atalarınızın dövründən bəri qaydalarımdan döndünüz və onlara əməl etmədiniz. Mənə tərəf dönün, Mən də sizə tərəf dönərəm» deyir Ordular Rəbbi. «Siz “Necə dönək?” deyə soruşursunuz. 8 İnsan da Allahdan oğurlayarmı? Siz isə Məndən oğurlayırsınız. “Səndən nəyi oğurlayırıq?” deyə soruşursunuz. Ondabirləri və təqdimləri oğurlayırsınız. 9 Siz böyük lə’nətə düçar oldunuz. Çünki bütün millət – hamınız Məndən oğurlayırsınız. 10 Bütün ondabirlərinizi anbara gətirin ki, mə’bədimdə ərzaq olsun». Ordular Rəbbi deyir: «Siz bununla Məni sınayın. Görəcəksiniz ki, göylərin pəncərələrini sizə açacağam, üzərinizə ehtiyaclarınızdan da çox bərəkət yağdıracağam. 11 Çəyirtkələri əkinlərinizi yeməyə qoymayacağam, tarlada meynəniz məhsulsuz qalmayacaq» deyir Ordular Rəbbi. 12 «Bütün millətlər sizi bəxtiyar sayacaq. Çünki ölkəniz gözəl bir yer olacaq» deyir Ordular Rəbbi.
13 «Mənə qarşı sərt sözlər söylədiniz» deyir Rəbb, «siz isə “Sənə qarşı nə söylədik?” deyə soruşursunuz. 14 Siz dediniz: “Allaha xidmət etmək faydasızdır. Ordular Rəbbinin buyruğunu yerinə yetirsək də, Onun önündə yas içində gəzsək də, bunlardan bizə nə xeyir oldu? 15 İndi biz məğrurları bəxtiyar sayırıq. Pislik edənlər işlərində uğur qazanır, Allahı sınayanlar da cəzadan qurtarır”».

16 O zaman Rəbdən qorxanlar bir-birləri ilə danışdı. Rəbb bu sözlərə qulaq asıb dinlədi. Rəbdən qorxub adına hörmət edənlər üçün Onun önündə bir yaddaş kitabı yazıldı. 17 Ordular Rəbbi deyir: «Fəaliyyətə keçdiyim gün onlar Mənə məxsus xalq olacaq. Bir ata özünə xidmət edən oğluna necə rəhm edərsə, Mən də onlara elə rəhm edəcəyəm. 18 O zaman siz salehlə pis adam, Allaha qulluq edənlə etməyən arasındakı fərqi yenə görəcəksiniz».

Rəbbin günü

4


1 Ordular Rəbbi deyir: «Budur, soba kimi yanan o gün gəlir. Bütün məğrurlar və pislik edənlər saman kimi olacaq. Gələn o gün onları yandıracaq. Onlardan nə kök, nə də budaq qalacaq. 2 Ancaq adıma hörmət edən sizlər üçün şüalarında şəfa olan salehlik günəşi doğacaq. Tövlədən buraxılan danalar kimi oynayacaqsınız. 3 Pis adamları tapdalayacaqsınız. Bu işləri etdiyim gün onlar sizin ayağınızın altında kül olacaq» deyir Ordular Rəbbi.

4 «Qulum Musanın qanununu – Xorevdə olarkən bütün İsrail üçün ona verdiyim qaydaları və hökmləri yadda saxlayın. 5 Rəbbin böyük və dəhşətli günü gəlməzdən qabaq İlyas peyğəmbəri sizin yanınıza göndərəcəyəm. 6 O, ataların ürəklərini oğullarına,oğullarının ürəklərini isə atalarına tərəf döndərəcək ki, daha Mən gəlib ölkəni lə’nətləyib məhv etməyim».


Geri dön

Roya_____

  • 13 may 2013 20:15
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
ALLAH RAZI OLSUN TWK

☮★Azerbaijan Boy★☮

  • 3 may 2013 17:45
  • Məqalə: 89
  • Şərh: 7392
  • Bal:
{awards}
Peyğəmbərin əsas qayğısı kahinlərin və xalqın Allahla bağladığı əhdə sadiq qalmasıdır. Allah xalqının həyatında və Allaha ibadətində qüsurlar var idi. Onlar yollarını azmışdı. Kahinlərlə xalq təqdim və ianələri sidq ürəkdən vermir, Allaha hiyləgərliklə yanaşır və Onun tə’liminə uyğun yaşamırdılar. Amma Rəbb, yolunu hazırlamaq və əhdini e’lan etmək üçün Öz elçisini əvvəlcədən göndərəcək, sonra Özü xalqını mühakimə və pak etmək üçün gələcək.

--------------------

Əkbər007

  • 23 aprel 2013 00:12
  • Məqalə: 255
  • Şərh: 4549
  • Bal:
{awards}
tewekkurler.Allah sizi saxlasin Allah Razi Olsun smile

--------------------

ShoKKi_MoKKi

  • 22 aprel 2013 17:32
  • Məqalə: 801
  • Şərh: 11344
  • Bal:
{awards}
ALLAH Razi OLsun...

--------------------

ღ★ Firuzə ★ღ

  • 22 aprel 2013 17:14
  • Məqalə: 359
  • Şərh: 8839
  • Bal:
{awards}
Allah Razi Olsun...

--------------------

Gül Əliyeva

  • 22 aprel 2013 17:03
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}
Allah razı olsun Rafael

naz_sam

  • 22 aprel 2013 15:33
  • Məqalə: 52
  • Şərh: 886
  • Bal:
{awards}
Cəza günü yaxındır..

Tewekkurler..

--------------------

★Украду Девушку★

  • 22 aprel 2013 14:30
  • Məqalə: 100
  • Şərh: 3474
  • Bal:
{awards}
Kitabın məzmunu:

İsrailin günahları 1:1-2:16
Allahın məhkəməsi və mərhəməti 2:17-4:6

--------------------

мυsLiмαηκα

  • 22 aprel 2013 13:38
  • Məqalə: 0
  • Şərh: 8834
  • Bal:
{awards}
İsrailin günahları 1:1-2:16
Allahın məhkəməsi və mərhəməti 2:17-4:6

:: Pure Love ::

  • 22 aprel 2013 13:22
  • Məqalə: 11
  • Şərh: 2093
  • Bal:
{awards}
Allah Razi Olsun

sebnem98

  • 22 aprel 2013 13:06
  • Məqalə: 0
  • Şərh: 6592
  • Bal:
{awards}
İsrailin günahları 1:1-2:16
Allahın məhkəməsi və mərhəməti 2:17-4:6

--------------------

Nara Neznakomka

  • 22 aprel 2013 13:00
  • Məqalə: 174
  • Şərh: 10792
  • Bal:
{awards}
Kitabın məzmunu:

İsrailin günahları 1:1-2:16
Allahın məhkəməsi və mərhəməti 2:17-4:6

1 Bu xəbərdarlıq Rəbbin Malaki vasitəsilə İsrailə dediyi sözdür.

Rəbbin İsrailə məhəbbəti

Allah Razi Olsun

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

Feat Deniz

  • 22 aprel 2013 12:38
  • Məqalə: 10
  • Şərh: 1950
  • Bal:
{awards}
tewekkurler.Allah sizi saxlasin

--------------------

berke 1gun ozlersin

  • 22 aprel 2013 12:31
  • Məqalə: 0
  • Şərh: 283
  • Bal:
{awards}
tesekurler maraqli idi

--------------------
yjkuykyk,fkluy

alyaska x

  • 22 aprel 2013 11:35
  • Məqalə: 0
  • Şərh: 6
  • Bal:
{awards}
Allha razi olsun

tagi.ikramli

  • 22 aprel 2013 10:46
  • Məqalə: 0
  • Şərh: 157
  • Bal:
{awards}
winked winked winked winked winked winked )))))))))))))))

Gun_el

  • 22 aprel 2013 10:46
  • Məqalə: 21
  • Şərh: 1976
  • Bal:
{awards}
Allah Razi Olsun

--------------------


★Love me★

  • 22 aprel 2013 10:05
  • Məqalə: 14
  • Şərh: 1747
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 33
Cəmi: 56

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 719
 
The Shield
Xəbərləri: 51
Cəmi: 68
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 199
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}