85 yaşlı qoca zibildən kilsə tikir

 
85 yaşlı qoca zibildən kilsə tikir


O, əlinə keçən nə varsa, tikintidə istifadə edir.

ETA bildirir ki, İspaniyanın paytaxtı Madridin həndəvərində artıq 50 ildir ki, qeyri-adi katolik kilsəsi tikilir.
Kilsəni yaşlı madridli praktiki olaraq təkbaşına tikir və o, əlinə keçən nə varsa, inşaatda istifadə edir. Xusto Qalyeqonun indi 85 yaşı var.

Tikinti illərində kilsənin baş gümbəzinin hündürlüyü 40 metrə çatıb.
Don Xusto istirahət günləri olmadan çalışır, yalnız Milad günü dincəlir. Yay və qışda o, tikdiyi kilsəyə səhər saat 6-da gəlir. Qışın sazaqlı günlərində isə o, evdlə çalışır.

"Bunu etiqadım və dinim naminə edirəm. Anam çox dindar qadındı. Etiqadı mənə o öyrətdi və kilsəni sevirəm. Bu işə də hər şeyimi verirəm", - qoca madridli deyib.
Xusto Qalyeqo memar və ya bənna deyil, onun inşaat təhsili də yoxdur. Onun ibtidai məktəbdə təhsili də 1930-cu illərin sonlarındakı vətəndaş savaşında yarımçıq qalıb.
"Lakin burada öyrənəsi heç nə yoxdur. Sadəcə, inam gərəkdir. Hər şey səmalardan gəlir", - 85 yaşlı qoca deyir.

Don Xustonun tikdiyi kilsə Vatikandakı Müqəddəs Pyotr kilsəsi, Ağ Ev, habelə Madriddəki kilsələr və qalaları xatırladır.
Kilsənin yalnız nəhəng mərkəzi gümbəzinin inşasına 20 il sərf olunub.
Binada isə 20 başa çatmamış qüllə var.

Don Xusto heç bir maliyyə yardımı almadığından kilsəni zibildən tikir.
Hər səhər saat 4-də o, qonşu fabrik və həyətlərdə atılmış zay kərpic və parçalanmış daş lövhələri yığır, onları kilsənin həyətinə daşıyır.
Tavanı saxlayan sütunlar boş yanacaq çəlləklərindən tikilib.

"Adamlar məni "dəli" adlandırır, təhqir edirlər. Amma onlar heç nə anlamırlar. Tikdiyim kilsəyə baxanda heyrətə gəlir və Tanrıya minnətdarlıq edirəm", - Don Xusto söyləyir.


Geri dön

Ulya

  • 5 yanvar 2011 20:42
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
belay

YazYamuru

  • 2 yanvar 2011 00:28
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
EEEEEEEEEEEHHH HƏYATDA BELƏ İNSANLARDA VAR İMİŞ.......... recourse HELAAAAAAL OLSUN

--------------------



Sergio Ramos

  • 1 yanvar 2011 23:48
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
halaldı

--------------------

L_SimuS

  • 1 yanvar 2011 20:51
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Zibilden kilse hee maraqlidi.

maraqli tehqirdi

CandyGirl

  • 1 yanvar 2011 19:25
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
sohret qazana biler eeeee

--------------------

sevgim

  • 1 yanvar 2011 16:43
  • Məqalə: 0
  • Şərh: 762
  • Bal:
{awards}
halaldi vallah

--------------------
MEN INDI BILDIM KI SENLI YASAMAQ SENSIZ YASAMAGA BERABER IMIS

MuslimGirl

  • 1 yanvar 2011 16:32
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Deyilecek bir soz tapmiram. Sadece, tesekkurler

qaraqan_girl

  • 1 yanvar 2011 16:22
  • Məqalə: 0
  • Şərh: 355
  • Bal:
{awards}
TWK MARAQLIDI

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 32
Cəmi: 52

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}