Romantik qaydalar yeniləndi

 
Romantik qaydalar yeniləndi

Romantik qaydalar yeniləndi

Bəlkə də ilk öpüşün hər şeyi müəyyən edəcəyini düşünənlərdənsiniz...

Amma mütəxəssislər bu və bənzər romantik qaydaların

günümüz əlaqələrində etibarlılığını itirdiyini müdafiə edir.

İş eşqi tapmağa gəldiyində, qarşı qoyula bilməz görünən

bəzi müəyyən gerçəklər vardır. Bəlkə də birindən təsirlənib

təsirlənmədiyinizi saniyələr içində söyləyə biləcək qatı

inanclarınız var. Ya da bəlkə ilk öpüşün hər şeyi müəyyən

edəcəyini düşünənlərdənsiniz. Bu romantik qaydaların özünə xas

pərəstişkarları olsa da, mütəxəssislər bunların günümüz əlaqələrində

etibarlılığını itirdiyini müdafiə edir. Qısacası, subayların doğru

bildiyi qaydaların az da olsa revizyona ehtiyacı var. Necəmi?

Köhnə qayda: Birindən həqiqətən təsirlənib

təsirlənmədiyinizi saniyələr içində söyləyə bilərsiniz.

Yeni qayda: Birindən həqiqətən təsirlənib təsirlənmədiyinizi

ancaq ilk 3 görüşdən sonra söyləyə bilərsiniz.

‘İlk fikirdə eşq' tanış bir romantik qaydadır. Çoxumuz birinə qarşı

ilk hiss etdiklərimizin etibarlı olduğunu düşünərkən, mütəxəssislər

bir az səyə dəvət edir və ən az 3 dəfə görüşmək lazım olduğunu

söyləyir. Səbəbi isə, ilk görüşmədə insanların sinir yumağı olması,

ikincidə həll edilməyə başlaması və üçüncüdə tamamilə rahatlayıb hətta

bəlkə ahəng tutmasıdır… Və hər nə qədər havada ulduzların, mədədə

kəpənəklərin uçuşması gözəl olsa da bunlar bir

insanın uzun vədə potensialı olduğunu göstərməz.

Köhnə qayda: Olmazsa olmaz siyahınızdakı

bütün meyarları qarşılayır olmalı.

Yeni qayda: ‘Olmazsa olmaz' siyahısı kağız üzərində yaxşı

dayana bilər, amma bir kağız parçası gecələri sizə sarılmayacaqdır ki.

İstədiyiniz xüsusiyyətləri - xarici görünüş, infrastruktur, təhsil,

karieri maaş- idarə edə bilərsiniz, amma sevgilinizi bir labaratoriya

mühitində yaratmayacaqsınızsa istədiyiniz bütün xüsusiyyətləri bir

yerdə tapmaq qeyri-mümkündür. Təbii ki müəyyən standartlarınız olmalı,

amma mükəmməldən azıyla kifayətlənə bilməmək çox realist

bir tutum deyil. "Olmazsa olmaz siyahıları

müvəffəqiyyətsiz eşqbazlıqlar üçün klassik bir deyimdir"

Köhnə qayda: Zidd qütblər bir-birini çəkər

Yeni qayda: Zidd qütblər narahat edər

Tam tərsiniz birisiylə çıxmaq, sizə tamamilə xarici və fərqli biriylə

vaxt keçirmənin kefini daddıracaq olsa da başlarda, əlaqə

yaratmaq üçün heç ağla uyğun bir seçim deyil. "Əgər eyni

şeylərdən xoşlanmırsınızsa və gələcək üçün eyni şeyləri

arzulamırsınızsa, necə bir gələcəyini ola bilər?" Sizə klonunuzu

otapın demirik, amma yanınızdakı

insan şəxsiyyətinizi tamamlayan biri olmalıdır.

Köhnə qayda: Musiqi seçimləri sizinkiylə

çox bənzəyir, elə isə ruhyoldaşı olmalısınız

Yeni qayda: Bir insan istəyirsiniz, iPod siyahısı deyil.

Bəzən biriylə tanış olar və bir çox ortaq istiqamətiniz olduğunu kəşf edərsiniz;

bilərsiniz ki bu eşq olmalıdır! Əslində maraq sahələriniz və

zövqlərinizin birə-bir uyğun gəlməsi də sandığınız qədər yaxşı deyil.

Bu fərdi sərhədlərinizi təyin etmənizi çətinləşdirəcəyi kimi,

sevgiliniz sayəsində yeni maraq sahələri əldə etmənizə də imkan yaratmaz.

Köhnə qayda: İlk öpüşün çox önəmli olması.

Yeni qayda: İlk öpüş əhəmiyyətsizdir.

Nağıllarda, ilk öpüş sonsuza qədər xoşbəxt yaşamanın ilk şərtidir.

Ancaq gerçək dünyada möhtəşəm bir sevgili olma potensialı

daşıyan insanla yaşanan ilk öpüşün çox kefsiz bir anıya çevrilə bilər.

"Fiziki olaraq cazibədar tapdığınız biriylə paylaşılan bir öpüş

romantik və erotik bir təcrübə ola bilər, amma bir əlaqə ortaq

dəyərlər kimi daha qarışıq xüsusiyyətlər olmadan mütləq parçalanacaq"

Köhnə qayda: Gerçək eşqsə, davamlı onu düşünərsiniz.

Yeni Qayda: Gerçək eşqsə, onun haqqında

düşünmək yaxşı hiss etməyinizə səbəb olar

"Davamlı birini düşünmək eşq deyil, bağımlılıqdır və bağımlılığın

yaxşı bir uyğunlaşmaqla əlaqəsi yoxdur" Nəticədə, nə qədər

çox düşündüyünüzdən çox necə düşündüyünüz əhəmiyyətlidir.

"Əgər onu düşündüyünüzdə isti və rahat duyğular hiss edirsinizsə,

bu tarazlıq, güvən və güclü yoldaşlıq faktoru üzərinə qurulmuş

bir əlaqəni göstərər" Digər tərəfdən, sizə yazdığı maillərdə

öz gerçək duyğularını saxladığı sətir aralarında

nə demək istədiyini düşünərək səhərləyirsinizsə,

sizin olmaq istəməyən birinin arxasında ola bilərsiniz.


Geri dön

Ulya

  • 7 yanvar 2011 12:46
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
cox sagol xebere gore

Sergio Ramos

  • 2 yanvar 2011 00:36
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
biraz ordan-burdan oxudum maraqlı olmadı

--------------------

фея

  • 1 yanvar 2011 23:09
  • Məqalə: 594
  • Şərh: 2972
  • Bal:
{awards}
Köhnə qayda: Birindən həqiqətən təsirlənib

təsirlənmədiyinizi saniyələr içində söyləyə bilərsiniz.

Yeni qayda: Birindən həqiqətən təsirlənib təsirlənmədiyinizi

ancaq ilk 3 görüşdən sonra söyləyə bilərsiniz.
cox saqol

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

ugur

  • 1 yanvar 2011 21:48
  • Məqalə: 0
  • Şərh: 38
  • Bal:
{awards}
MELUMATA GORE SAGOL

L_SimuS

  • 1 yanvar 2011 20:43
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
))romantika menlik deyil

tewekkur xebere gore

Lindo

  • 1 yanvar 2011 19:56
  • Məqalə: 437
  • Şərh: 2389
  • Bal:
{awards}
twk maraqliydi

CandyGirl

  • 1 yanvar 2011 19:22
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
cox saqol..

--------------------

MinawkA

  • 1 yanvar 2011 19:21
  • Məqalə: 0
  • Şərh: 53
  • Bal:
{awards}
cox sagol.ela..cox dogrudu.. love love

--------------------
herkese inanmamagi heyat oyretdi..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 101
Cəmi: 134

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 43
Cəmi: 146
 
The Shield
Xəbərləri: 40
Cəmi: 302
 
Darling
Xəbərləri: 37
Cəmi: 924
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 76
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 580
 
❤Queen❤
Xəbərləri: 15
Cəmi: 74
 
Jesicca
Xəbərləri: 14
Cəmi: 55
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}