Bu dördləri yadda saxlayın

 
Bu dördləri yadda saxlayın

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub:

Dörd şey qəlbi öldürər: günah üzərindən günah etmək, naməhrəm qadınlarla çox ünsiyyətdə olmaq, ağılsız adamlarla çənə-boğaz etmək (yəni mənasız mübahisələr aparmaq), ölülərlə ünsiyyət qurmaq”.

Soruşdular: “Ölülərlə ünsiyyət qurmaq nə deməkdir?” Cavab verdi: “Yəni cah-cəlalı xoşlayan sərvətli adamlarla durub-oturmaq” (Vəsailüş-şiə, XIV, 143).

Dörd şey var ki, bunlardan biri hansı evə yol tapsa, o evin bərəkətini aparar, evi viran qoyar: xəyanət, oğurluq, şərab və zina” (Şeyx Səduq. Əmali, səh. 398, məclis 62, hədis 12).

Dörd şey dörd şeydən ötrü yaradılıb: Sərvət yığıb-saxlamaqdan ötrü yox, başqalarına infaq etməkdən (paylamaqdan) ötrü; elm başqaları ilə mücadilə etmək üçün yox, əməl etməkdən ötrü; bəndə özünə qürrələnib lovğalanmaqdan ötrü yox, ibadətdən ötrü; dünya, onu abad etməkdən ötrü yox, ondan ibrət almaqdan ötrü yaradılıb” (İsna əşəriyyə, səh. 159).

Həzrət Əli ibn Əbu Talibdən (ə) elm haqqında soruşdular. Cavab verdi:

Elm dörd kəlmədən ibarətdir: Allaha nə qədər ehtiyacın varsa, o qədər ibadət et. Cəhənnəm atəşinə dözümün nə qədərdirsə, o qədər günah et. Ömrün nə qədərdirsə, dünyadan ötrü o qədər çalış. Axirət aləmində nə qədər qalacaqsansa, axirətdən ötrü də o qədər çalış” (Tənbihül-xəvatir, II, 37).

İmam Cəfər Sadiq (ə) buyurub:

Allah Adəmi yaratdıqdan sonra ona vəhy etdi: “Ey Adəm! Mən bütün yaxşılıqları dörd sözdə cəmləyib sənə öyrətdim. Bunların biri mənə, biri sənə, biri səninlə mənim münasibətimə, axırıncısı da səninlə öz həmcinslərinin münasibətinə aiddir. Mənə aid olan tövsiyəm budur ki, yalnız mənə ibadət edib, mənə şərik qoşmayasan. Sənə aid olan tövsiyə budur ki, etdiyin hər əmələ görə sənə əvəz verəcəyəm. Səninlə mənim aramızdakı münasibətə aid olan tövsiyə budur ki, əgər dua edib məndən nəsə istəsən, dilədiyini sənə verərəm. Səninlə sair insanların münasibətinə aid olan tövsiyə isə budur ki, özün üçün istədiyini başqaları üçün də istə” (Şeyx Səduq. Əl-Məvaiz, səh. 100).

“Dörd adamın duası müstəcab olmaz:

Evində oturub, “İlahi, mənə ruzi yetir” deyən adamın. Allah ona buyurar ki, məgər sənə ruzi axtarışında olmağı əmr etmədimmi?

Öz həyat yoldaşına qarğış edən kişinin. Allah ona buyurar ki, məgər talaq imkanını sənə vermədimmi?

Mal-dövlətini səhlənkarlıq üzündən itirən və Allahdan ruzi istəyən adamın. Allah buyurar ki, məgər sənə dolanışıqda orta yolu izləməyi və malını qorumağı tapşırmadımmı?

Başqasına şahidsiz borc verən adamın. Allah ona buyurar ki, məgər borc verəndə şahid tutmağı tapşırmadımmı?” (Üsuli-Kafi, VI, 135-137).

İmam Musa Kazim (ə) buyurub:

Bəşər elminin dörd şeydən ibarət olduğunu gördüm. Birincisi, rəbbini tanı. İkincisi, rəbbinin sənə etdiklərini öyrənib-bil (yəni sənə verilmiş nemətləri tanı, onların qədrini bil və şükrünü et). Üçüncüsü, rəbbinin səndən nə istədiyini bil. Dördüncüsü, səni dindən çıxaran əməlləri öyrənib-bil (yəni hansı əməllərin günah olduğunu öyrən və onlardan uzaq ol)” (Əl-Kafi, I, 50).

İnsanlar dörd qismə bölünüblər: öz nəfsinə tabe olan və fəlakətə doğru gedən cahil; özünü təqvalı kimi göstərən, amma nə qədər çox ibadət edərsə, bir o qədər çox təkəbbür edən abid; arxasınca gedilməsini və tərif olunmasını istəyən alim; haqq yolu izləyən, haqqı dirçəltmək istəyən, amma ya buna gücü çatmayan, ya da zülm altında olan arif. Bu sonuncu öz zəmanəsinin adamları üçün ən gözəl nümunədir, ağılda onların hamısından üstündür” (Şeyx Səduq, Əl-Xisal, səh. 262).


Geri dön

Roya_____

  • 13 may 2013 14:38
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
ALLAH RAZI OLSUN

VitamiN_Ka

  • 25 aprel 2013 11:19
  • Məqalə: 160
  • Şərh: 2123
  • Bal:
{awards}
Allah razı olsun...

--------------------

★Love me★

  • 25 aprel 2013 09:41
  • Məqalə: 14
  • Şərh: 1822
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

sebnem98

  • 24 aprel 2013 23:09
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
“Dörd şey qəlbi öldürər: günah üzərindən günah etmək, naməhrəm qadınlarla çox ünsiyyətdə olmaq, ağılsız adamlarla çənə-boğaz etmək (yəni mənasız mübahisələr aparmaq), ölülərlə ünsiyyət qurmaq”.

--------------------

Əkbər007

  • 24 aprel 2013 21:10
  • Məqalə: 255
  • Şərh: 4709
  • Bal:
{awards}
Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub:

“Dörd şey qəlbi öldürər: günah üzərindən günah etmək, naməhrəm qadınlarla çox ünsiyyətdə olmaq, ağılsız adamlarla çənə-boğaz etmək (yəni mənasız mübahisələr aparmaq), ölülərlə ünsiyyət qurmaq”.ilk serh menden tewkkk

--------------------

☮★Azerbaijan Boy★☮

  • 24 aprel 2013 19:33
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------

:: Pure Love ::

  • 24 aprel 2013 17:28
  • Məqalə: 11
  • Şərh: 2195
  • Bal:
{awards}
ALLAh razi olsun

barsa yek

  • 24 aprel 2013 16:44
  • Məqalə: 28
  • Şərh: 2876
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN..........

--------------------

Banned549678

  • 24 aprel 2013 16:41
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Allah Razi Olsun.

✰_DeLNoLiNi_✰

  • 24 aprel 2013 15:20
  • Məqalə: 155
  • Şərh: 6036
  • Bal:
{awards}
Allah Razi Olsun.

--------------------

ღ★ Firuzə ★ღ

  • 24 aprel 2013 14:16
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
Allah Razi Olsun...

--------------------

Banned1

  • 24 aprel 2013 13:23
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
Allah razi olsun

ღ★Yağmur★ღ

  • 24 aprel 2013 13:22
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 24 aprel 2013 13:07
  • Məqalə: 985
  • Şərh: 11804
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Nara Neznakomka

  • 24 aprel 2013 12:26
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
“Dörd şey qəlbi öldürər: günah üzərindən günah etmək, naməhrəm qadınlarla çox ünsiyyətdə olmaq, ağılsız adamlarla çənə-boğaz etmək (yəni mənasız mübahisələr aparmaq), ölülərlə ünsiyyət qurmaq”.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

PriNch

  • 24 aprel 2013 12:10
  • Məqalə: 0
  • Şərh: 97
  • Bal:
{awards}
ALLAH razi olsun

★Украду Девушку★

  • 24 aprel 2013 11:31
  • Məqalə: 100
  • Şərh: 3646
  • Bal:
{awards}
Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub:

“Dörd şey qəlbi öldürər: günah üzərindən günah etmək, naməhrəm qadınlarla çox ünsiyyətdə olmaq, ağılsız adamlarla çənə-boğaz etmək (yəni mənasız mübahisələr aparmaq), ölülərlə ünsiyyət qurmaq”.

--------------------

romantik_awk

  • 24 aprel 2013 11:13
  • Məqalə: 35
  • Şərh: 3372
  • Bal:
{awards}
Həzrət Əli ibn Əbu Talibdən (ə) elm haqqında soruşdular. Cavab verdi:

“Elm dörd kəlmədən ibarətdir: Allaha nə qədər ehtiyacın varsa, o qədər ibadət et. Cəhənnəm atəşinə dözümün nə qədərdirsə, o qədər günah et. Ömrün nə qədərdirsə, dünyadan ötrü o qədər çalış. Axirət aləmində nə qədər qalacaqsansa, axirətdən ötrü də o qədər çalış” (Tənbihül-xəvatir, II, 37).

--------------------

diablos

  • 24 aprel 2013 10:52
  • Məqalə: 0
  • Şərh: 206
  • Bal:
{awards}
Çox maraqlıdı bunları bilmək

--------------------
Bu dünyada nəyi çox istəsən, o sənin imtahanındı...
Əgər bu dünyada nəyi unutduğunu bilirsənsə,deməli heç nəyi unutmamısan...

Glamurnaya_DevocKa

  • 24 aprel 2013 10:43
  • Məqalə: 0
  • Şərh: 13
  • Bal:
{awards}
xebere gore twk
ellerinize sagliq

-Anonimka-

  • 24 aprel 2013 10:42
  • Məqalə: 0
  • Şərh: 285
  • Bal:
{awards}
Allah razi olsun...···

--------------------
Qıraqdan necə göründüyümün mənası yox..
Ürəyimi görə bilənlər bəs edər mənə!
Qıraqda məni müzakirə edənlərə bir sözüm yox...
Qıraqda qalmaqları bəs edər onlara !!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 54
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}