Ən zəif halqa

 
Ən zəif halqa


Sənə sevgimi izah etdikcə uzaq dayandın məndən. Mən "Eşq" dedikcə, sən "Dayan" dedin. Halbuki mən həqiqətən "Sevmişəm Səni". Buna görə içimdəki eşq fırtınasını dayandırmağım mümkün deyil. Deməyə bilməzdim ki Sənə sevgi sözlərimi…

Həyata dair nə varsa paylaşmaq istədim səninlə. Güləcəyiksə birlikdə, ağlayacaqsaq birlikdə olmağını istədim. Qarşımıza eşqimizin işığını alıb, bizim üçün işıqlandırdığı yolda heç bir maneəyə ilişmədən, ürəklə, qorxusuzca getməyimizi istədim. Ancaq belə yaşanardı bir eşq çünki...

Hər kəsin ayrı bir dünyası var bilirəm. Amma eşq ayrı dünyaları bir araya gətirib, yeni bir dünya yaratmaq deyil mi? Yaradılan o dünyada kimsənin mənliyini itirmədən ortaq ehtirasları, duyğuları yaşamaq deyil mi eşq? Hər cür qarşıdurmaya baxmayaraq, bir kiçik təbəssüm, bir isti baxışla unutmaq deyil mi bütün inciklikləri...

Mən səni itirmə duyğusunu daşıyıram içimdə. İnciyəcəksən deyə toxunmağa qorxuram. Yoxluğunu düşünməyin verdiyi iç narahatlığıyla yuxusuz gecələr keçirirəm. Səhərə qədər qırpmıram gözlərimi, səhər səni gördüyümdə elə bil ki saatlardır yatırmışım kimi enerjiylə doluram. Tərifi qeyri-mümkün bir həyəcandı bu...

Bir toxumsan Sən ürəyimə əkdiyim. Qanımın dəli axışıyla sulayıram səni. Sevgimin atəşiylə isidirəm ayazda. Böyüyəcək, bir qönçə olacaq, rəngarəng çiçəklər açacaqsan...

İndi yorğundu ürəyim... Bu qədər səyə baxmayaraq, o xoşbəxtlik gülüşünü üzündə görə bilmədiyim üçün yorğundu. Cəsarətsizliyinlə, əhəmiyyətli hesab etməzliyinlə, eşqə ağız büzməyinlə yorğundu...

Ürəyim, Səni bu eşqin ən zəif halqası seçdi…


Geri dön

gul_93

  • 5 yanvar 2011 16:43
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
tewekkurler

L_SimuS

  • 4 yanvar 2011 21:10
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tewekkur xebere gore

Sergio Ramos

  • 4 yanvar 2011 20:31
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
Müəllifə təşəkkür

--------------------

Ay_Nur

  • 4 yanvar 2011 14:24
  • Məqalə: 0
  • Şərh: 188
  • Bal:
{awards}
cox beyendim. tesekkurler

--------------------
Gərçək dəyər gəlməsi boşluq dolduran deyil;
getməsi boşluq yaradandır.

YazYamuru

  • 4 yanvar 2011 13:47
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
HƏƏƏƏƏƏƏ NƏYSƏ belay

--------------------



CrazyGirl

  • 4 yanvar 2011 13:16
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Tesekkur edirem......

--------------------
Sən varsansa həyat çox gözəl!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 43
Cəmi: 59

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}