
İlahi! Xəbərin yoxdumu məndən?
Səndən ayrı salıb günahlar məni
Gündüzə yad kimi gecəyə düşmən
Qovur qapısından sabahlar məni
Dərdim parçalanır çevrilir sözə
Elə dağ boydadı sinəmdə dərdim
Əgər görünsəydin bir dəfə gözə
Mən sənə illərin dərdin deyərdim
Niyə taleyimi belə yazmısan?
Bəlkə zövq alırsan çəkdiyim ahdan
Bəlkə tələsmisən, yolu azmısan
Qaça biməmisən sən də günahdan
Qəlbimi yusada kədər göz yaşı
Silinmir ömürdən hicran ləkəsi
Gətirir içimdən xəbər göz yaşı
Doğur ümidlərdə ölüm həvəsi
Çətindir ayrılıq yükü daşımaq
İlahi gözümdə xəyal yaratma
Daha istəmirəm onsuz yaşamaq
Ya məni qovuşdur, yada yaşatma!
Əlisa Ağammədli
