Tanınmış teleaparıcı Zaur Baxşəliyev ata olacaq. Anspress-in məlumatına görə, teleaparıcının xanımı və həmkarı Günay Qələndərli hamiləliyin 7-ci ayındadır. Cütlük körpənin cinsiyyətini hər kəsdən gizli saxlayır və bu barədə mətbuatın yazmasını istəmir.
Qeyd edək ki, Zaur Baxşəliyev hal-hazırda ATV-nin "Ümid var" verilişinin aparıcısıdır. Bir çox proqramlarda aparıcılıq etmiş Günay Qələndərli isə indi heç bir verilişin aparıcısı deyil.
Xatırladaq ki, Zaur Baxşəliyev və Günay Qələndərli cütlüyünün toyu 26 oktyabr 2012-ci ildə olub.