Bentley Continental GT Speed Convertible 2013

Bentley Continental GT Speed Convertible 2013

Bentley yeni üstüaçıq flaqmanı Bentley Continental GT Speed dünyada ən sürətli dördyerli kabrioletdir.

Özündə idarəetmənin rahatlığını və təmtəraqlı görünüşü birləşdirən, 6 litr həcmə və 616 at gücünə malik iki turbokompressorlu W12 mühərrikinin böyük gücü sayəsində rəqiblərinə meydan oxuyan yeni Bentley Continental GT Speed eyni zamanda sələfinə nisbətən yanacağa 15% qənaət edilməsi ilə seçilir. Səkkiz pilləli transmissiya və gücləndirilmiş, bir qədər aşağı endirilmiş asqı avtomobilin asanlıqla yüksək sürət yığmasını və bu zaman hərəkətin komfortluluğuna qətiyyən xələl gətirilməməsini təmin edir. Daimi ötürücü istənilən yol şəraitində optimal dartı qüvvəsini təmin edir.

21 düymlük yüngül lehimli disklər, tünd rəngli radiator barmaqlığı və səsboğucu boruları avtomobilə idmansayağı xarici görünüş verir. Kabinənin daxilində isə təmtəraqlı müasir dizaynla idman xarakterinin birləşməsi müşahidə olunur.

Yeni Continental GT Speed Convertible avtomobili barədə şərh verərkən Bentley-nin prezidenti və baş icraçı direktoru doktor Volfqanq Şrayber bunları bildirib: "GT Speed-in bu yaxınlardakı uğurundan sonra üstüaçıq avtomobildə hərəkətin doğurduğu yeni hissləri duymağa və eyni zamanda, avtomobilin təmtəraqlılığından və zərifliyindən zövq almağa can atan sürücülərə yeni GT Speed Convertible təklif olunacaq. Bu avtomobil kompromisi qəbul etməyənlər üçün nəzərdə tutulub".

Continental GT Speed-in əsas üstünlüyü onun 616 at gücünə malik olan, 48 klapanı və iki turbokompressoru olan W12 mühərrikindədir. Bu güc aqreqatı ilə avtomobilin 0 km/saatdan 100 km/saatadək sürət yığmasına cəmi 4,4 saniyə tələb olunur, onun maksimal sürəti isə saatda 325 kilometr təşkil edir. Yeni kabrioletin saatda 160 km/saat sürət yığmasına cəmi 9,7 saniyə sərf olunur. Fırlanma momentinin zirvə göstəricisi də heyrətamizdir: 1 dəqiqədə 2000 fırlanma dövrəsi ilə 800 Nm.

ME17 mühərrikinin idarəetmə sistemi saniyədə 180 milyon müxtəlif əməliyyatları icra etməyə qadirdir və turbokompressorun daha yaxşı idarə edilməsini təmin edərək idarəetmənin keyfiyyətini artırır. W12 mühərrikinin bütün modelləri kimi, GT Speed kabrioletinin mühərriki də enerjinin rekuperasiyası sistemi ilə təchiz olunub. Bu sistemin və səkkiz pilləli transmissiyanın işi sayəsində yeni kabrioletin yanacağa qənaət göstəricisi 15% yaxşılaşıb, havaya buraxılan karbon qazının miqdarı isə minimal səviyyəyə enib.

Şassi

Continental GT Speed kabrioletinin kuzovu yüksək sərtliyi ilə seçilir. Asqının alüminiumdan hazırlanmış ikiqat köndələn rıçaqları sürücünün komfortluluğuna ciddi xələl gətirmədən avtomobilin manevrlilik qabiliyyətini artırır. Qeyd edək ki, asqı 575PS Continental GT modelindəkinə nisbətən 10 mm alçaqda quraşdırılıb. Həmin modelin asqısı ilə müqayisədə daha sərt olması ilə seçilən yeni kabrioletin asqısı köndələn dayanıqlığı təmin edən stabilizatorlarla birlikdə balansı optimallaşdırır. Nəticədə sərt döngələrdə idarəetmə imkanları yaxşılaşır.

Dayanıqlığa nəzarət edən elektron sistem (ESC) mühərrikin yeni idarəetmə proqramına uyğun surətdə optimallaşdırılıb və təhlükəsiz hərəkəti təmin edir.

Eksteryer

Continental GT Speed kabrioletinə kənardan baxdıqda tünd rəngli xromlanmış radiator barmaqlığı və havaçəkənlər diqqəti cəlb edir. Bundan başqa, 21 düymlük təkər diskləri bu modelin unikal detallarıdır, onlar gümüşü və tünd rənglərdə təklif olunur. Avtomobilin iri səsboğucu boruları ellips formasındadır. Qanadlı Bentley nişanı qara emalın fonunda avtomobilin gövdəsini bəzəyir. Continental GT Speed kabrioletinin ön cinahları alüminiumdan hazırlanıb. Yüksək sürət göstəricisinə malik olduğuna baxmayaraq, superkara əlavə spoylerlər quraşdırılmayıb. Avtomobilin yerə sıxılmasını və yerdən üzülməməsini onun baqaj bölməsindəki xüsusi elementlər təmin edir.

İnteryer

Kabrioletin dörd nəfər üçün nəzərdə tutulmuş salonu Mulliner Driving Specification ustaları tərəfindən işlənib. Continental GT Speed modellərinin salonu üçün Bentley tünd çalarlı xüsusi eksklüziv üzlük təklif edir. Qeyd edək ki, tünd çalar radiator barmaqlığının və bamperin tünd rəngi ilə əla uzlaşır. İnformasiya-əyləncə sisteminin proqram təminatı yenilənib. Bu sistem musiqi üçün 15 Gb əlavə yaddaş yeri ilə, habelə musiqinin iPod, MP3-pleyer, kompakt disklər və SD-kart vasitəsilə oxudulması üçün vasitələrlə təchiz olunub.

Orta və yüksək tezlikli dinamiklərin funksiyalarını bir korpusda birləşdirən yeni dinamiklər səslərin aydınlığını təmin edir. Opsiya qismində avtomobilə səsi nizamlayan fərdi rəqəmsal rejim quraşdırıla bilər. Qeyd edək ki, dam örtüyü açıldıqda və bağlandıqda audiosistemdə səsin balansı dəyişir.

Bentley Continental GT Speed Convertible 2013

Bentley Continental GT Speed Convertible 2013

Bentley Continental GT Speed Convertible 2013

Bentley Continental GT Speed Convertible 2013

Bentley Continental GT Speed Convertible 2013

Bentley Continental GT Speed Convertible 2013

Geri dön

Roya_____

  • 13 may 2013 14:13
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
o qederde beyenmedım twklerrr..

☮★Azerbaijan Boy★☮

  • 5 may 2013 15:54
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}
Özündə idarəetmənin rahatlığını və təmtəraqlı görünüşü birləşdirən, 6 litr həcmə və 616 at gücünə malik iki turbokompressorlu W12 mühərrikinin böyük gücü sayəsində rəqiblərinə meydan oxuyan yeni Bentley Continental GT Speed eyni zamanda sələfinə nisbətən yanacağa 15% qənaət edilməsi ilə seçilir. Səkkiz pilləli transmissiya və gücləndirilmiş, bir qədər aşağı endirilmiş asqı avtomobilin asanlıqla yüksək sürət yığmasını və bu zaman hərəkətin komfortluluğuna qətiyyən xələl gətirilməməsini təmin edir. Daimi ötürücü istənilən yol şəraitində optimal dartı qüvvəsini təmin edir.

--------------------

☮★Azerbaijan Boy★☮

  • 3 may 2013 17:39

Bash Belası

  • 2 may 2013 14:26
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Bəyənmədim...

pervis

  • 27 aprel 2013 11:01
  • Məqalə: 68
  • Şərh: 4366
  • Bal:
{awards}
tewekkurler

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

Banned549678

  • 25 aprel 2013 14:14
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Tesekkurler..

sebnem98

  • 25 aprel 2013 00:02
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
tesekkkkkurler

--------------------

ShoKKi_MoKKi

  • 24 aprel 2013 23:40
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
Tesekkurler..

--------------------

★Azerbaijan girl★

  • 24 aprel 2013 23:29
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Tewekkurler xebere goreeeeeeeeeeee

Nara Neznakomka

  • 24 aprel 2013 23:00
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Bentley yeni üstüaçıq flaqmanı Bentley Continental GT Speed dünyada ən sürətli dördyerli kabrioletdir

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

Əkbər007

  • 24 aprel 2013 22:10
  • Məqalə: 255
  • Şərh: 4709
  • Bal:
{awards}
Pis Deyil TwklerBu ne yaa

--------------------

☮★Azerbaijan Boy★☮

  • 24 aprel 2013 21:04
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}
Orta və yüksək tezlikli dinamiklərin funksiyalarını bir korpusda birləşdirən yeni dinamiklər səslərin aydınlığını təmin edir. Opsiya qismində avtomobilə səsi nizamlayan fərdi rəqəmsal rejim quraşdırıla bilər. Qeyd edək ki, dam örtüyü açıldıqda və bağlandıqda audiosistemdə səsin balansı dəyişir.

--------------------

★Украду Девушку★

  • 24 aprel 2013 20:39
  • Məqalə: 100
  • Şərh: 3646
  • Bal:
{awards}
Bentley yeni üstüaçıq flaqmanı Bentley Continental GT Speed dünyada ən sürətli dördyerli kabrioletdir.

--------------------

★WirinKa★

  • 24 aprel 2013 20:12
  • Məqalə: 14
  • Şərh: 4476
  • Bal:
{awards}
tesekkurler

--------------------

evil_angel

  • 24 aprel 2013 19:51
  • Məqalə: 56
  • Şərh: 1187
  • Bal:
{awards}
Tesekkurler...

--------------------

★Love me★

  • 24 aprel 2013 19:38
  • Məqalə: 14
  • Şərh: 1822
  • Bal:
{awards}
tewekkurler....

--------------------

мυsLiмαηκα

  • 24 aprel 2013 19:28
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Cox beyenmedim arxasi kobuddur... Twk

Banned1

  • 24 aprel 2013 19:26
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
təşəkkürlər məqalə üçün

ღ★ Firuzə ★ღ

  • 24 aprel 2013 19:23
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
tewekkurler..

--------------------

::KraSaV4iK::

  • 24 aprel 2013 19:20
  • Məqalə: 49
  • Şərh: 2233
  • Bal:
{awards}
reng baximindan xosuma gelmedi qara olsaydi super olardi..bentleyi xoslayiram.twkler

--------------------

☮★Azerbaijan Boy★☮

  • 24 aprel 2013 19:10
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}
Yeni Continental GT Speed Convertible avtomobili barədə şərh verərkən Bentley-nin prezidenti və baş icraçı direktoru doktor Volfqanq Şrayber bunları bildirib: "GT Speed-in bu yaxınlardakı uğurundan sonra üstüaçıq avtomobildə hərəkətin doğurduğu yeni hissləri duymağa və eyni zamanda, avtomobilin təmtəraqlılığından və zərifliyindən zövq almağa can atan sürücülərə yeni GT Speed Convertible təklif olunacaq. Bu avtomobil kompromisi qəbul etməyənlər üçün nəzərdə tutulub".

--------------------

LEGEND 18

  • 24 aprel 2013 19:08
  • Məqalə: 0
  • Şərh: 274
  • Bal:
{awards}
Zor masindi twk

--------------------
Ucuz insanlarla bahali gorunmeyin senlik deyil.Onlarin gunahidir.Unutma ki,insan anlayana cox,anlamayana eskik goruner.

legend sun girl

  • 24 aprel 2013 18:52
  • Məqalə: 89
  • Şərh: 1623
  • Bal:
{awards}
təşəkkürlər

:: Pure Love ::

  • 24 aprel 2013 18:51
  • Məqalə: 11
  • Şərh: 2195
  • Bal:
{awards}
Pis Deyil Twkler

shop_050

  • 24 aprel 2013 18:28
  • Məqalə: 0
  • Şərh: 2789
  • Bal:
{awards}
tewekkurler...

--------------------
*** ♥ ♥ ♥ NE GOZELDIR "SECDE",SEN YERIN DIBINE PICILDAYIRSAN,SEMADAN EWIDILIR.... !!! ♥ ♥ ♥ ***

angels never die

  • 24 aprel 2013 18:21
  • Məqalə: 0
  • Şərh: 1161
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
BIZ AWAGIDA PLAN QURARKEN,TANRI YUXARIDAN BIZE GULER.
HEYAT COX ZALIM BIR MUELLIMDIR.EVVEL IMTAHAN EDER SONRA DERS VERER.
BUGUNKI AGLIM OLSAYDI DUNEN ETDIKLERIMI ETMEZDIM,AMMA DUNEN ETDIKLERIMI ETMESEYDIM BUGUNKI AGLIM OLMAZDI....

barsa yek

  • 24 aprel 2013 18:17
  • Məqalə: 28
  • Şərh: 2876
  • Bal:
{awards}
Yarawmireee bu mawina ustuaciqliq ........twkler

--------------------

✰_DeLNoLiNi_✰

  • 24 aprel 2013 18:11
  • Məqalə: 155
  • Şərh: 6036
  • Bal:
{awards}
Bu ne yaa
neyse twkkkkkkkkkkk

--------------------

VitamiN_Ka

  • 24 aprel 2013 18:08
  • Məqalə: 160
  • Şərh: 2123
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 
Online

İstifadəçilər: 1
Qonaqlar: 18
Cəmi: 37

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
{slinks}