Sevdiyim

 
Sevdiyim


Əllərimin sənə toxunmadığı bir dünyada yaşamaqdan, ancaq səsini eşidərək məhdud vaxtlarda xoşbəxt olmağa çalışmaqdan, bədənini və ağlını yanımda hiss edə bilməməkdən yoruldum. Qurduğum bütün xəyallar puç, heç birini reallaşdıra bilmirəm, ətrafı sularla dolu tək bir ada kimiyəm. Arada qonan quşlar olmasa, içimdə yaşayan bir nəfəs qalmayacaq. Səbr etməyi öyrənmişdim, amma bu qədəri artıq bəs edər. Daş olsaydı çatlayardı deyirəm. Sevgini yaşamaq həqiqətən çətindir. Sənin üçün bunları bacara biləcəyimə inandım, sənin üçün yaşadım, sənin üçün dözdüm bütün çətinliklərə. Amma artıq yoruldum, gücüm qalmadı...

Sevdiyim

Bu qədər yorğunluqdan sonra bir az dayanıb istirahət etmək istəyir ürəyim. Başımı çiyninə qoyub, azca nəfəsini duymaq, hətta bir ömür boyunca tökdüyüm göz yaşlarını qollarında sərbəst buraxmaq istəyirəm. İstədiklərim əslində çox sadədi, bəlkə də mənə elə gəlir. Yaşadığım çətinlikləri üstünə atmaq deyil dərdim. Tam əksidi. Bütün bunları unutmaq üçün səninlə olmaq istəyirəm. Yanğın yerinə dönən bu ürəyimi sevginlə söndürmək istəyirəm. Elə yuxusuzam gecələrdə, bilə bilməzsən. Sənsizliyin acılarından, hər gün oyandığım narahat yuxulardan yoruldum. Sən gəlsən, xoşbəxt bir yuxumun həsrətini çəkirəm.Əllərimizdən itkin gedən bu zamanın geri dönüşüdə yoxdu üstəlik, buna görədir ən çox qovuşmamaq təlaşım. Həyatımı nəzərdən keçirirəm, nə qədər təxirə salınmış ümidlərim var. Səni təxirə salınmışlar siyahısında qoymaq istəmirəm. Nə varsa yaşayaq, xoşbəxt olaq. Bəzən ağlının içinə girmək istəyirəm. Nə düşündüyünü bilmək, ürəyinin içinə sızaraq, nə hiss etdiyini anlamaq və nə etdimsə bu günə qədər hamısını ürəyindən silərək, səninlə yenidən başlamaq istəyirəm bu acı sevgimizə.

Sevdiyim

Ağlım, ruhum hamısı səndə qalmış, sənsiz həyatıma öyrəşmək çətin olmuşdur. Gördüyüm hər şey səni xatırladır mənə. Səndən ayrılmağı qəbul etsəm bəs sonra nə olar? Ağlım ayrılığı qəbul etsə də, başqa bir bədən bədənimə dəydiyi zaman, ürəyim bunu yenə xəyanət sayar. Sənə aid olmaqdan imtina etmək üçün, ürəyimin bunu qəbul etməsi lazımdı. Başqasının yanında olarkən sənin adını söyləyirəmsə, gördüyüm hər yazı da dəli kimi sənin adını axtarıramsa, sevdiyim mahnılarda ağlıma sən gəlirsənsə, həqiqətən səndən ayrılmış sayılırammı?...

Sevdiyim

Sevdiyim... Kaş bu gecə gəlsən, heç xəbərim olmadan... Qapını döyüb, mən qapını açdıqda, qarşımda səni gördüyümdə gözlərim işıqlansa, içimdə səssəz qışqırsam, dəqiqələr boyu sarılıb qalsaq o qapının qarşısında çox xoşbəxt olardım Sevdiyim. Əllərimiz birləşsə bir-birinə, hətta bədənimiz, səhərə kimi qucaqlaşıb yatsaq, neçə ildən sonra, xoşbəxt yuxumu görərdim Sevdiyim. Gəl artıq Sevdiyim... Hər şeyi unut gəl... Bağışla məni Sevdiyim... Bağışla... Çünki bu ürəyimin sənə çox ehtiyacı var..


Geri dön

Ulya

  • 7 yanvar 2011 13:26
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
cox sagol xebere gore

Irane

  • 6 yanvar 2011 23:22
  • Məqalə: 8
  • Şərh: 651
  • Bal:
{awards}
tesekkkkkur

--------------------

Lindo

  • 2 yanvar 2011 12:05
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
təşəkkürlər

CandyGirl

  • 2 yanvar 2011 11:55
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
qesenq xeberdi tesekkur

--------------------

Sergio Ramos

  • 2 yanvar 2011 03:10
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
SEVDİYİM feel

--------------------

Asiyan

  • 1 yanvar 2011 23:35
  • Məqalə: 0
  • Şərh: 655
  • Bal:
{awards}
sevdiyimmmmmmmmm wink

Ay_Nur

  • 1 yanvar 2011 22:40
  • Məqalə: 0
  • Şərh: 188
  • Bal:
{awards}
Tesekkurler.

--------------------
Gərçək dəyər gəlməsi boşluq dolduran deyil;
getməsi boşluq yaradandır.

CrazyGirl

  • 1 yanvar 2011 22:02
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
tesekkur maraqli idi

--------------------
Sən varsansa həyat çox gözəl!

L_SimuS

  • 1 yanvar 2011 21:38
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
eziyyete gore tewekkur

R_O_M_A

  • 1 yanvar 2011 21:34
  • Məqalə: 463
  • Şərh: 1137
  • Bal:
{awards}
GOZEL MOVZUDUR TEW

--------------------

Pianistka_k

  • 1 yanvar 2011 21:33
  • Məqalə: 0
  • Şərh: 27
  • Bal:
{awards}
kapirovat eledim bucur yazilardan umumiyetle xosum gelir tesekkurler

Just For Legend

  • 1 yanvar 2011 21:08
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
maraqli yaziya gore minnettaram

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 28
Cəmi: 43

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}