Jeep Grand Cherokee 2014 və onun güclü SRT versiyası

 
Jeep Grand Cherokee 2014 və onun güclü SRT versiyası

Yenilənmiş Jeep Grand Cherokee Detroytda (ABŞ) NAIAS 2013 avtosalonu çərçivəsində ziyarətçilərə nümayiş etdirildi. Məşhur ofrouderin xarici görünüşü feysliftinq əməliyyatına məruz qalıb, texniki detallarında da dəyişikliklər edilib. Nəticədə avtomobil yeni qənaətcil dizel mühərriki və müasir avtomat transmissiya əldə edib.

Jeep Grand Cherokee-nin dizaynında əsaslı dəyişikliklər son dövrlərdə həyata keçirildiyinə görə 2014-cü model ilinin bu avtomobilini hazırlayarkən istehsalçı onun xarici görünüşündə bəzi kiçik dəyişikliklər etməklə kifayətlənib. Bu Amerika ofrouderinə yeni faralar, xromla işlənmiş yeni bamper və radiator barmaqlığı quraşdırılıb. Qeyd edək ki, sonuncunun konstruksiyasında dəyişiklik edilsə də, üzərindəki yeddi ventilyasiya dəliyi saxlanılıb.

Avtomobilin arxa hissəsini işıq-diod fənərləri və spoyler bəzəyir. Komplektasiyadan asılı olaraq, arxa görüntü güzgüləri kuzovun rəngində rənglənib, yaxud üzərinə xrom çəkilib. Jeep Grand Cherokee 2014-ün təchizat, yəni komplektasiya səviyyəsindən asılı olaraq yüngül lehimli təkər disklərinin ölçüləri və dizaynı fərqlənir.Summit adlanan lüks versiya dönməyə nəzarət edən adaptiv biksenon faralarla təchiz olunub.

Jeep Grand Cherokee 2014-ün salonu

Avtomobilin interyeri kifayət qədər yaraşıqlıdır. Mərkəzi konsolun əsas elementi 5,0 və ya 8,4 düym diaqonallı sensor ekrandır. Salonda avtomat transmissiyanın "T" formalı yeni selektoru quraşdırılıb. Cihazlar panelində 7 düymlük TFT-displey diqqəti cəlb edir. Displeydə informasiyaların əks olunmasını tənzimləmək mümkündür.

Grand Cherokee 2014-ün bahalı komplektasiyalarında əla səs imkanları olan Harman Kardon akustika sistemi nəzərdə tutulub. Bu sistem 18 dinamikdən, üç sabvuferdən və 12 kanallı gücləndiricidən ibarətdir. Sonuncu nəsil Uconnect multimedia sisteminə müxtəlif mobil qurğuları rahatca qoşmaq olar.

Avtomobilin mühərrikləri və xarakteristikaları

Jeep Grand Cherokee 2014-ə yeni dizel mühərriki quraşdırılıb ki, bu da qənaətcillik reytinqində modelin mövqeyinə müsbət təsir göstərib. 240 at güclü 3,0 litr həcmli EcoDiesel V-6 dizel mühərrikinin fırlanma momenti 570 Nm təşkil edir. Səkkiz pilləli müasir avtomat transmissiya ilə birlikdə bu mühərrik qənaətcil tandem təşkil edir. Belə ki, şəhər kənarında 100 km məsafəyə cəmi 7,8 litr yanacaq sərf olunur. Şəhər yollarında isə bu göstərici artaraq 11,2 litrə çatır.

Məlumata görə, dizel yanacağı ilə bir dəfə doldurulduqdan sonra yeni Grand Cherokee 1170 kilometrədək məsafəni qət edə bilər. Dizel yanacağının sayəsində ofrouder 3,3 tonadək çəkisi olan qoşqunu arxasınca dartmaq iqtidarındadır. Pentastar V-6 benzin mühərriki quraşdırılmış versiyada isə bu göstərici cəmi 2,8 ton təşkil edir.

Ədalət naminə qeyd etməliyik ki, benzin mühərrikinin qənaətcilliyi artırılıb. 3,6 litr həcmli Pentastar V-6 benzin mühərrikinin gücü 290 at gücünə, fırlanma momenti 352 Nm-ə bərabərdir. Mühəndislərin bildirdiyinə görə, mühərrikin yanacaq sərfiyyatı 9 faiz azalıb.

Jeep Grand Cherokee ofrouderinin mühərriklərinin cərgəsində ən güclüsü 5,7 litr həcmə malik olan V8 motorudur. Onun qüvvəsi 360 at gücü, fırlanma momenti 530 Nm təşkil edir. Lazımi vaxtlarda dörd silindrin işinin dayandırılmasını təmin edən sistemin və Eco Mode texnologiyasının sayəsində bu mühərrikin də yanacaq sərfiyyatı azalıb. Belə ki, müxtəlif hərəkət rejimlərində yanacaq sərfiyyatının göstəricisi 11,2 litrdən 16 litrədək dəyişir.

Yeni Grand Cherokee-nin yolsuzluq şəraitini dəf etməsinə və sadəcə olaraq yollarda komfortlu hərəkət etməsinə pnevmatik Quadra-Lift asqısı kömək edir. O, klirensin optimal hündürlüyünü təmin edir ki, bu da yanacağa qənaət edilməsinə şərait yaradır.

Güclü Jeep Grand Cherokee SRT 2014 versiyası adi modifikasiyanın fonunda daha idmansayağı və emosional görünüşə malikdir. Bu ofrouderin kapotunun altında 6,4 litr həcmi olan HEMI V-8 mühərriki quraşdırılıb. Aqreqatın potensialı 470 at gücü (1 dəqiqədə 6000 fırlanma dövrəsi ilə), fırlanma momenti 630 Nm (1 dəqiqədə 4300 fırlanma dövrəsi ilə) təşkil edir. Qoşqunu dartma imkanlarına görə SRT-nin mühərriki EcoDiesel V-6-dan heç də geri qalmır. Tam ötürücülü Selec-Track transmissiyası beş hərəkət rejimindən (Auto, Sport, Tow, Track, və Snow) birini seçməyə imkan verir ki, bu da öz növbəsində sürücünün avtomobili öz tələbatına və yol şəraitinə uyğunlaşdırmasına imkan yaradır.

Güclü Jeep Grand Cherokee SRT versiyasının təmtəraqlı salonunda aşağıdakı detallar diqqəti cəlb edir: panellərdə karbon materialından hazırlanmış elementlər; isidilmə ilə təchiz olunmuş idmansayağı sükan; dəri üzlüklü oturacaqlar; Uconnect informasiya-əyləncə sistemi; yüksək keyfiyyətli Harman Kardon akustikası.

Jeep Grand Cherokee SRT versiyasına 20 düymlük yeni beşmilli təkər diskləri (Goliath) quraşdırılır. Disklərə 295/45ZR20 ölçülü Pirelli Scorpion Verde və ya Pirelli P Zero şinləri taxılır.

Jeep Grand Cherokee 2014 və onun güclü SRT versiyası

Jeep Grand Cherokee 2014 və onun güclü SRT versiyası

Jeep Grand Cherokee 2014 və onun güclü SRT versiyası

Jeep Grand Cherokee 2014 və onun güclü SRT versiyası

Jeep Grand Cherokee 2014 və onun güclü SRT versiyası


Geri dön

Roya_____

  • 12 may 2013 18:23
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
suppa mawındı twklerr

☮★Azerbaijan Boy★☮

  • 5 may 2013 15:48
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}
Yenilənmiş Jeep Grand Cherokee Detroytda (ABŞ) NAIAS 2013 avtosalonu çərçivəsində ziyarətçilərə nümayiş etdirildi. Məşhur ofrouderin xarici görünüşü feysliftinq əməliyyatına məruz qalıb, texniki detallarında da dəyişikliklər edilib. Nəticədə avtomobil yeni qənaətcil dizel mühərriki və müasir avtomat transmissiya əldə edib.

--------------------

☮★Azerbaijan Boy★☮

  • 3 may 2013 17:34
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}
Jeep Grand Cherokee-nin dizaynında əsaslı dəyişikliklər son dövrlərdə həyata keçirildiyinə görə 2014-cü model ilinin bu avtomobilini hazırlayarkən istehsalçı onun xarici görünüşündə bəzi kiçik dəyişikliklər etməklə kifayətlənib. Bu Amerika ofrouderinə yeni faralar, xromla işlənmiş yeni bamper və radiator barmaqlığı quraşdırılıb. Qeyd edək ki, sonuncunun konstruksiyasında dəyişiklik edilsə də, üzərindəki yeddi ventilyasiya dəliyi saxlanılıb.

--------------------

Bash Belası

  • 2 may 2013 14:49
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Təşəkkürlər xəbərə görə...

☮★Azerbaijan Boy★☮

  • 2 may 2013 14:19
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}
Avtomobilin arxa hissəsini işıq-diod fənərləri və spoyler bəzəyir. Komplektasiyadan asılı olaraq, arxa görüntü güzgüləri kuzovun rəngində rənglənib, yaxud üzərinə xrom çəkilib. Jeep Grand Cherokee 2014-ün təchizat, yəni komplektasiya səviyyəsindən asılı olaraq yüngül lehimli təkər disklərinin ölçüləri və dizaynı fərqlənir.Summit adlanan lüks versiya dönməyə nəzarət edən adaptiv biksenon faralarla təchiz olunub.

--------------------

ღ★ Firuzə ★ღ

  • 28 aprel 2013 12:14
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
chox saol...

--------------------

★Love me★

  • 28 aprel 2013 01:18
  • Məqalə: 14
  • Şərh: 1822
  • Bal:
{awards}
gorunur ki mawina yaman hevesiniz var tewekkur edirem eziyyet ucun smile

--------------------

Əkbər007

  • 28 aprel 2013 00:21
  • Məqalə: 255
  • Şərh: 4709
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin
smile

--------------------

Banned549678

  • 27 aprel 2013 23:27
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
tewekkurler xebere goreee

★Azerbaijan girl★

  • 27 aprel 2013 22:36
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tewekkurler xebere goreee

✰_DeLNoLiNi_✰

  • 27 aprel 2013 22:36
  • Məqalə: 155
  • Şərh: 6036
  • Bal:
{awards}
sadece tesekkurler.

--------------------

Banned1

  • 27 aprel 2013 22:19
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
TeSheKkuRLeR

ShoKKi_MoKKi

  • 27 aprel 2013 22:03
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
Tesekkurler..

--------------------

★Love Pearl★

  • 27 aprel 2013 21:52
  • Məqalə: 335
  • Şərh: 4367
  • Bal:
{awards}
tewekkurlerrrrrr

--------------------
Azerbaijan Medical University smile

sebnem98

  • 27 aprel 2013 21:40
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
tesekkurler

--------------------

barsa yek

  • 27 aprel 2013 21:34
  • Məqalə: 28
  • Şərh: 2876
  • Bal:
{awards}
Qeweng mawindi twkler...............

--------------------

:: Pure Love ::

  • 27 aprel 2013 21:17
  • Məqalə: 11
  • Şərh: 2195
  • Bal:
{awards}
Meqaleye gore Twk..........

-Kralica-

  • 27 aprel 2013 21:13
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
ttwwkklerrr

--------------------




romantik_awk

  • 27 aprel 2013 21:07
  • Məqalə: 35
  • Şərh: 3372
  • Bal:
{awards}
Jeep Grand Cherokee SRT versiyasına 20 düymlük yeni beşmilli təkər diskləri (Goliath) quraşdırılır. Disklərə 295/45ZR20 ölçülü Pirelli Scorpion Verde və ya Pirelli P Zero şinləri taxılır.

--------------------

VitamiN_Ka

  • 27 aprel 2013 21:07
  • Məqalə: 160
  • Şərh: 2123
  • Bal:
{awards}
təşəkkürlər

--------------------

Nazli95

  • 27 aprel 2013 21:06
  • Məqalə: 0
  • Şərh: 207
  • Bal:
{awards}
tskleeeeeeeeeeer

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 38
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}