2010-cu ildə kimləri itirdik?

 
2010-cu ildə kimləri itirdik?


Azərbaycan mədəniyyəti, elmi və jurnalistikası bu il çox dəyərli simaları ilə vidalaşıb

Azərbaycan mədəniyyəti və incəsənəti 2010-cu il ərzində çoxsaylı itkilərlə yadda qalıb. 2010-cu ilin ilk itikisi ədəbiyyat sahəsinə üz verib. Yanvarın 28-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, tanınmış qələm sahibi Sabir Azəri 72 yaşında dünyasını dəyişib.Yazın gəlişinin ilk günlərində isə Azərbaycan teatrı itki ilə üzləşib. Çoxsaylı insanların “Şirbalanın məhəbbəti” tamaşasında Nazlı kimi tanıdığı Dövlət Musiqili Komediya Teatrının aktrisası Lütfiyyə Səfərova uzun sürən xəstəlikdən sonra martın 1-də 69 yaşında dünyasını dəyişib.Azərbaycan incəsənətində öz dəsti-xətti ilə tanınan tikmə ustası Sitarə Rəhimova martın 9-da, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəhman Quliyev aprelin 8-də dünyalarını dəyişiblər.Elə həmin ayın 15-də yaratdığı obrazlarla böyük sevgi qazanan xalq artisti, Telman Adıgözəlov qəflətən vəfat edib. Aprel ayı Azərbaycan teatrı daha bir sənətkarın itkisi ilə yadda qalıb. Xalq artisti, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri Yusif Muxtarov aprelin 26-da 69 yaşında dünyasını dəyişib. Ayın son günləri isə milli rəqs sənətimizin şahzadəsi titulunu qazanan Əminə Dilbazini itirmişik. Sənətkar aprelin 30-da 91 yaşında vəfat edib. Mayın 18-də Azərbaycan mədəniyyəti Musiqili Komediya Teatrının aktrisası, xalq artisti Siyavuş Aslanın həyat yoldaşı olan aktrisa Ofeliya Aslanı itirib. Avqust ayında da Azərbaycan mədəniyyətində böyük itki yaşanıb. Azərbaycanın xalq artisti, görkəmli bəstəkar Oqtay Kazımi avqustun 9-da əbədi olaraq həyatla vidalaşıb.Sentyabrın 4-də isə Türkiyənin Bilkənd Universitetinin professoru, xalq artisti Sərvər Qəniyev ömrünün 73-cü ilində Ankarada vəfat edib. Sentyabrın 14-də Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, xalq artisti, İrina Perlova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 8 oktyabr tarixi xalq artisti, Elxan Əhədzadənin ölümü ilə yadda qalib.2010-cu il Azərbaycan elmi üçün də itkisiz ötüşməyib. Dekabrın 4-də Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli elm xadimi, professor, AMEA Zoologiya İnstitutunun direktoru Musa Musayev 89 yaşında vəfat edib. Dekabrın 27-də isə Azərbaycan elminə ağır itki üz verib. Azərbaycanın görkəmli tarixçi alimi, akademik Cəmil Quliyev dekabrın 27-də vəfat edib.Yola saldığımız il jurnalistikamız üçün də itkilərlə yadda qalıb. Martın 16-da “Zerkalo” qəzetinin şərhçisi, Qarabağ müharibəsi veteranı İbrahim Bayandurlu uzun sürən xəstəlikdən sonra vəfat edib. Daha bir həmkarımız, “BBC” radiosunun əməkdaşı İlham Rzayev aprelin 23-də 34 yaşında dünyasını dəyişib. İyunun 12-də məşhur telejurnalist, əməkdar jurnalist Mailə Muradxanlı vəfat edib. Dünyasını dəyişənlər arasında “Qanun” jurnalının redaktoru Şaiq Bəhramoğlu və “Azərbaycan” qəzetinin əməkdaşı Raqif Şirinov da var. Jurnalistika sahəsində daha bir itki oktyabrda baş verib. “Poliqon” İnformasiya Agentliyinin rəhbəri, “Milli Yol” qəzetinin baş redaktoru Şahin Ağabəyli oktyabrın 27-də, “Reqnum” agentliyinin əməkdaşı Rafael Mustafayev thyabrın 19-a faciəli şəkildə yol qəzasında dünyasını dəyişib. Dekabrın 19-da isə tanınmış fotoqraf Elxan Kərimov 62 yaşında vəfat edib.


Geri dön

Ulya

  • 7 yanvar 2011 13:30
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
cox sagol xebere gore

Poppy

  • 2 yanvar 2011 13:25
  • Məqalə: 79
  • Şərh: 692
  • Bal:
{awards}
twk xebere gore.

--------------------

Lindo

  • 2 yanvar 2011 12:27
  • Məqalə: 437
  • Şərh: 2389
  • Bal:
{awards}
Allah rehmet elesin !
twk

CrazyGirl

  • 2 yanvar 2011 12:12
  • Məqalə: 601
  • Şərh: 2349
  • Bal:
{awards}
Hmm tesekkur xebere gore

--------------------
Sən varsansa həyat çox gözəl!

CandyGirl

  • 2 yanvar 2011 12:10
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
allah rehmet elesin!

--------------------

MuslimGirl

  • 2 yanvar 2011 11:39
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
Allah rehmet elesin! Tesekkurler

qaraqan_girl

  • 2 yanvar 2011 10:58
  • Məqalə: 0
  • Şərh: 355
  • Bal:
{awards}
ALLAH rehmet elesin

only-girl

  • 2 yanvar 2011 10:44
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
Eh mende itirdim en deyerli insanmi .ALLAh rehmet elesin

--------------------

Sergio Ramos

  • 2 yanvar 2011 03:44
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
Allah rəhmət eləsin

--------------------

Made_In_Bakinka

  • 2 yanvar 2011 02:07
  • Məqalə: 86
  • Şərh: 2343
  • Bal:
{awards}
Allah rehmet etsin......

YazYamuru

  • 2 yanvar 2011 01:52
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
RƏHMƏT DİLƏMƏKDƏN BAŞQA ƏLDƏN NƏ GƏLƏR belay

--------------------



L_SimuS

  • 2 yanvar 2011 01:47
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah rehmet elesin

tewekkur eziyyete gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 41
Cəmi: 59

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}