Nə yeyirik, haradan yeyirik?

 
Nə yeyirik, haradan yeyirik?

Bu günlərdə gündəmi məşğul edən ən əsas məsələlərdən biri halal qida mövzusudur. Əslində nə yediyimiz qədər haradan yediyimiz də əhəmiyyət kəsb edir. Aldığımız maaşa layiq olmaqdan tutun, qazancımızı boş yerə xərcləyib israf etməyə qədər bir çox məsələ birbaşa olmasa da, dolaylı yolla haram sayılır.

İnsanın yediyinə və içdiyinə diqqət etməsi lazımdır” sözünü hər kəs deyir: həkim, müəllim, televiziyadakı aparıcı və s. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buyurur: “Haram loğma ilə əmələ gələn bədəninin hüceyrələri ancaq cəhənnəmdə təmizlənəcək”. Bu səbəbdən haram loğma mövzusunda başda əshabi-kiram olmaqla, bütün Allah dostları maksimum dərəcədə həssaslıq göstərmişlər.

Həzrəti Əbu Bəkrin həssaslığı

Həzrət Əbu Bəkir əfəndimizin bu mövzumuzdakı həssaslığı də bizlərə gözəl nümunədir. O, hər gün yeməyini gətirən xidmətçisinə, hər dəfə yeməyi haradan gətirdiyini, hansı yolla əldə etdiyini soruşardı. Bir dəfə soruşmağı unutdu. Yəqin, uzun müddət idi ki, ağzına bir loğma qoymamışdı. Tikəni ağzına qoyduqdan sonra bir anda diksindi və xidmətçisinə yeməyi haradan alıb hazırladığını soruşdu. Xidmətçisi utana-utana: “Ey Allahın Peyğəmbərinin xəlifəsi! Mən cahiliyyə dövründə falçılıq edirdim. Xalq bunun qarşılığında mənə pul verirdi. O vaxtlar gördüyüm işdən ötəri birindən alacağım vardı. Onu aldım və bu yeməyi də onunla hazırladım. ” Bunu eşidən Həzrəti Əbu Bəkrin rəngi bir anda avazıdı, bənizi saraldı. Heç tərəddüd etmədən əlini boğazına aparıb yediyinin hamısını qaytardı.

Günlərdir, ac olduğunu bilən ətrafındakılar: “Ey Allahın Peyğəmbərinin xəlifəsi! Bu qədər çox deyilmi? Niyə özünə bu qədər iztirab verirsən?” – dedilər. Hz. Əbu Bəkir: “Mən Allah Rəsulundan eşitmişdim ki, bədənə bir tikə haram loğma girsə, onu ancaq cəhənnəm odu təmizləyər”.

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) hədisi-şəriflərində də belə buyurmaqdadır: “Halal da məlumdur, haram da. İkisinin ortasında hökmü bəyan edilməyən və insanların da çoxunun bilmədiyi şübhəli şeylər vardır. Müttəqi və zahid odur ki, bu şübhəli şeylərdən də çəkinsin. Bunlardan çəkinən, dinini və ismətini qorumuş olar. İnsan bir qoruğun ətrafında qoyun otaran çoban kimi olmalıdır. Hər an qoruq sahəsinə keçmə təhlükəsi ilə qarşı-qarşıya olan, minalanmış tarlada gəzən bir insan kimi ayıq-sayıq və həssas olmalıdır. İnsanda bir ət parçası vardır. Bu ət düzgün və sağlam olarsa, bədən də sağlam olar, pozularsa, bütün bədən pozular. Diqqət edin, bu, ürəkdir.

Bəzən namaz qılmaq nəfsimizə ağır gəlir. Namazdan sonra üç-beş dəqiqə çəkən təsbihatı gözümüzdə böyüdür, tənbəllik ucbatından tərk edirik. Bu laqeydliyin bir səbəbi məhz haramlara qarşı həssas olmamağımızdır. Bəs görəsən, ruhumuzun ibadətdən zövq almamasını, hətta ibadətlərin gözümüzdə adiləşməsini başqa nə ilə izah edə bilərik?! İnternetdə gəzib nə dünyaya, nə də axirətə heç bir faydası olmayan mənasız şeylərə saatlarını sərf edən bizlər gündə bir neçə səhifə Quran oxumağa vaxt ayırmırıqsa, bu təzadla vicdanımız necə barışır?!

Dərədə üzən alma

Haram loğma mövzusunda həssas davrandığı üçün hekayəsi dillərə dastan olan məşhurlardan biri də İmam Əzəm Əbu Hənifə Həzrətlərinin atası Sabitdir. O möhtərəm şəxsin harama qarşı böyük bir həssaslığı vardı. Onun haqqında belə bir mənqibə rəvayət olunur: Sabit bir gün dəstəmaz almaq üçün bir dərə kənarına gəlir. Bu vaxt suda bir alma görür. Dəstəmaz alandan sonra “Onsuz da suda çürüyüb gedəcək” deyə düşünür və almanı götürüb yeyir. Bir müddət sonra tüpürcəyində qan izi görür. İndiyə qədər belə bir hala şahid olmadığı üçün tüpürcəkdəki qanın bu almadan olduğunu təxmin edir. Yediyinə min peşman olur. Almanın sahibini tapıb halallaşmaq üçün dərə boyunca üzü yuxarı yola düzəlir. Nəhayət, bağ sahibini tapır və halallıq istəyir.

Bağ sahibi halallıq vermək üçün şərt qoyur: “Mənim kor, kar, dilsiz və şikəst bir qızım var. Onunla evlənməyə razı olarsan, almanı sənə halal edərəm”. Sabit Həzrətləri axirətə qul haqqı ilə getmək qorxusundan tir-tir titrədiyi üçün bu təklifi dərhal qəbul edir. Toy hazırlıqları görülməyə başlanır. Sabit Həzrətlərinin toy gecəsi gərdəyə girməsi ilə çıxması bir olur. Dərhal qayınatasının yanına gələrək təəccüblə soruşur: “Bir səhv var, yəqin, içəridə sizin bəhs etdiyiniz xüsusiyyətlərdə bir qız yoxdur?” Qayınatası təbəssüm edərək: “Oğlum, qız mənimdir. Sənin halalındır. Mən sənə kor dedimsə, demək istədiyim odur ki, o heç vaxt harama baxmayıb. Kar dedimsə, o, heç vaxt haram olan bir söz eşitməyib. Dilsiz dedimsə, o, heç vaxt haram olan bir şey danışmayıb. Şikəst dedimsə, o, heç vaxt harama tərəf bircə addım da atmayıb. Var get məhrəminin yanına, Allah Təala sizi məsud, ailənizi mübarək etsin”, – deyir. Bəli, məhz bu cür halal-haram həssaslığı ilə qurulan ailədən, yəni belə pak ana və atadan İmam Əzəm Əbu Hənifə Həzrətləri kimi bir şəxsiyyət dünyaya gəlir.

Qalanını özümüz düşünək…

meneviyat.az


Geri dön

Roya_____

  • 12 may 2013 18:01
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
ALLAH RAZI OLSUN

ShoKKi_MoKKi

  • 11 may 2013 19:41
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
ALLAH razi Olsun..

--------------------

Banned1

  • 30 aprel 2013 21:55
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
maraqlıydi tşk

Banned1

  • 29 aprel 2013 16:43
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
təşəkkürlər məlumata görə

pervis

  • 29 aprel 2013 16:36
  • Məqalə: 68
  • Şərh: 4366
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

sebnem98

  • 29 aprel 2013 14:07
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
İnsanın yediyinə və içdiyinə diqqət etməsi lazımdır” sözünü hər kəs deyir: həkim, müəllim, televiziyadakı aparıcı və s. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) buyurur: “Haram loğma ilə əmələ gələn bədəninin hüceyrələri ancaq cəhənnəmdə təmizlənəcək”. Bu səbəbdən haram loğma mövzusunda başda əshabi-kiram olmaqla, bütün Allah dostları maksimum dərəcədə həssaslıq göstərmişlər.

--------------------

Əkbər007

  • 29 aprel 2013 01:44
  • Məqalə: 255
  • Şərh: 4709
  • Bal:
{awards}
twkler ALLAH razi olsun saq ol

--------------------

★Украду Девушку★

  • 28 aprel 2013 20:48
  • Məqalə: 100
  • Şərh: 3646
  • Bal:
{awards}
Bu günlərdə gündəmi məşğul edən ən əsas məsələlərdən biri halal qida mövzusudur. Əslində nə yediyimiz qədər haradan yediyimiz də əhəmiyyət kəsb edir. Aldığımız maaşa layiq olmaqdan tutun, qazancımızı boş yerə xərcləyib israf etməyə qədər bir çox məsələ birbaşa olmasa da, dolaylı yolla haram sayılır.

--------------------

:: Pure Love ::

  • 28 aprel 2013 14:35
  • Məqalə: 11
  • Şərh: 2195
  • Bal:
{awards}
Allah razi olsun........

angels never die

  • 28 aprel 2013 14:01
  • Məqalə: 0
  • Şərh: 1161
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN MARAQLIDIR.

--------------------
BIZ AWAGIDA PLAN QURARKEN,TANRI YUXARIDAN BIZE GULER.
HEYAT COX ZALIM BIR MUELLIMDIR.EVVEL IMTAHAN EDER SONRA DERS VERER.
BUGUNKI AGLIM OLSAYDI DUNEN ETDIKLERIMI ETMEZDIM,AMMA DUNEN ETDIKLERIMI ETMESEYDIM BUGUNKI AGLIM OLMAZDI....

Nara Neznakomka

  • 28 aprel 2013 13:45
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
tewekkurlerrrr ^^

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

katara_paris

  • 28 aprel 2013 13:43
  • Məqalə: 0
  • Şərh: 440
  • Bal:
{awards}
twkler ALLAH razi olsun

--------------------
Ş+S+G

-Kralica-

  • 28 aprel 2013 13:20
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
tttwwkllerrrr

--------------------




...Yene men...

  • 28 aprel 2013 12:57
  • Məqalə: 0
  • Şərh: 66
  • Bal:
{awards}
maraqli xeber ucun tewekkurler...

★Azerbaijan girl★

  • 28 aprel 2013 12:46
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tewekkkurlerrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

★Love Pearl★

  • 28 aprel 2013 12:04
  • Məqalə: 335
  • Şərh: 4367
  • Bal:
{awards}
xebere gore tewekkurler

--------------------
Azerbaijan Medical University smile

ღ★ Firuzə ★ღ

  • 28 aprel 2013 11:58
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
Allah Razi Olsun...

--------------------

goz yasi

  • 28 aprel 2013 09:57
  • Məqalə: 0
  • Şərh: 572
  • Bal:
{awards}
evde yeyirik amma ne yediyimi bilmirem

мυsLiмαηκα

  • 28 aprel 2013 09:35
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Allah razi olsun..

-JullieT-

  • 28 aprel 2013 09:21
  • Məqalə: 1
  • Şərh: 33
  • Bal:
{awards}
Oxumaq maraqli oldu thanks

Zehra Awiqi

  • 28 aprel 2013 09:19
  • Məqalə: 39
  • Şərh: 3019
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------
http:// [?] Загрузить с интернета:
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 25
Cəmi: 43

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 411
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}