Chevrolet Corvette Stingray 2014

 
Chevrolet Corvette Stingray 2014

Detroyt-2013 avtosalonunda Chevrolet Corvette superkarının Stingray adlı yeni (yeddinci) nəsli təqdim edildi. Bu ad yeni avtomobilin əla xarakteristikalara, əla dizayna və texnologiyalara və zəngin təchizata malik olduğunu bildirir. Buna qədər "Stingray" sözü yalnız iki dəfə – əfsanəvi dördtəkərli Amerika avtomobilinin ikinci və üçüncü nəsillərinin adlarında istifadə edilib.

Chevrolet-in konstruktorları öz işlərində bu prinsipi rəhbər tuturlar: "Corvette avtomobilinin hər bir yeni nəsli əvvəlkindən daha yaxşı olmalıdır". C7 Stingray 2014 modeli yeni konstruksiyalı şassiyə və yüksək texnologiyalı güc aqreqatına malikdir, avtomobilin kütləsinin ön və arxa oxlar arasında bölgüsü ideal nisbətdədir: 50/50.

Yeni avtomobil öz adını doğrultmalıdır, buna görə də istehsalçı Chevrolet Corvette C7 2014-ün istehsal olunduğu zavodun modernləşdirilməsi ilə ciddi surətdə məşğul olub. Avtomobilin alüminiumdan hazırlanmış yeni raması əvvəlkindən 57 faiz möhkəm və 45 faiz yüngüldür. Kapotun və dam örtüyünün panelinin karbondan hazırlanması, eləcə də eksteryerin digər elementlərinin istehsalında kompozit materialların tətbiqi sayəsində avtomobilin çəkisi əlavə olaraq 17 faiz azalıb.

Yaxşı aerodinamik keyfiyyətlərə malik kuzov hazırlamaq üçün mühəndislər və dizaynerlər böyük əmək sərf ediblər. Dizayner Kirk Bennionun sözlərinə görə, Chevrolet Corvette C7 Stingray-in kuzovunun hər kvadratmetri yüksək səviyyəli idarəetməni təmin etməyə hesablanıb. Avtomobil həvəskarlarının adət etdiyi bəzi cizgilər dəyişikliyə uğrayıb. Altıncı nəsillə müqayisədə yeni avtomobildə arxa şüşə fərqli formadadır. Arxa fənərlərin forması da fərqlidir. Belə ki, altıncı nəsildə onlar dairəvi olduğu halda yeni avtomobildə onların küncləri itibucaqlıdır.

Superkarın interyeri erqonomika baxımından çox yaxşı düşünülüb və olduqca təmtəraqlıdır. Xüsusən sürücünün rahatlığı tam təmin edilib. Belə ki, mərkəzi konsol sürücünün tələbatları nəzərə alınmaqla tərtib edilib. Seçim üçün alıcılara yüngül karkaslı iki növ idman oturacaqları təklif olunur.

Chevrolet Corvette C7-nin interyerinin tərtibatında Napa dərisindən, karbondan və alüminiumdan istifadə olunub ki, bu da superkarın çəkisinin daha yüngül olmasına və yollarda sürətli hərəkətinə şərait yaradır. İdarəetmədə sürücüyə işıqlılıq dərəcəsi artırılmış iki 8 düymlük ekran kömək edir. Onlardan biri mərkəzi konsolda yerləşir, digəri isə cihazlar panelinə quraşdırılıb.

Chevrolet Corvette Stingray 2014-ün mühərriki və xarakteristikaları

Yanacağa qənaətin zəruriliyi superkarlardan da yan ötüşməyib. 6,2 litr həcmli yeni LT1 V-8 mühərriki 450 at gücünə malikdir, fırlanma momenti isə 610 Nm təşkil edir. Bu aqreqat birbaşa yanacaqçiləmə sisteminə və qazbölüşdürmə fazalarının dəyişdirilməsi sisteminə malikdir. Bundan əlavə, iş yükünün həcmi az olduqda dörd silindrin işinin dayandırılması mümkündür.

Chevrolet Corvette C7 Stingray-in 100 km/saat sürət yığmasına cəmi 4 saniyə tələb olunur. O, 100 km məsafəyə 9 litr benzin işlədir. Bu göstəricisinə görə Chevrolet Corvette C7 Stingray bu avtomobilin əvvəlki nəsillərinin təmsilçiləri arasında ən qənaətcilidir.

Sürət qutusuna gəlincə, alıcılara iki növ transmissiya təklif olunur: 6 pilləli avtomat transmissiya və yeddi pilləli ən yeni mexaniki transmissiya (Tremec TR6070). Qeyd edək ki, Tremec TR6070 transmissiyası mühərrikin fırlanma dövrələrinin korrektə olunması funksiyası (Active Rev Matching) ilə təchiz olunub.

Chevrolet yürüş traslarında hərəkət üçün nəzərdə tutulmuş Corvette Stingray Z51 Performance Package modifikasiyasını da hazırlayıb. Bu modifikasiya aşağıdakılarla təchiz olunub: elektron arxa differensial; mühərriki sürtünmələrdən qoruyan sistem; yenidən tənzimlənmiş asqı; dəyişikliyə uğramış aerodinamik komponentlər.

Qeyd etmək lazımdır ki, Chevrolet Corvette C7 Stingray Z51-in sürücüsü dönmə zamanı 1G yük həcmini sınamaq imkanına malikdir.

Superkarda beş hərəkət rejimi nəzərdə tutulub: Weather, Eco, Tour, Sport və Track. Sürücü istədiyi rejimi asanlıqla seçə bilər. Öz növbəsində bu rejimlər mühərrikin, Magnetic Ride Control asqısının, transmissiyanın, tullantı sisteminin və hətta cihazlar panelindəki monitorun işinin ümumilikdə 12 parametrinə təsir göstərir.

Chevrolet Corvette Stingray 2014

Chevrolet Corvette Stingray 2014

Chevrolet Corvette Stingray 2014

Chevrolet Corvette Stingray 2014

Chevrolet Corvette Stingray 2014

Chevrolet Corvette Stingray 2014

Chevrolet Corvette Stingray 2014

Chevrolet Corvette Stingray 2014

Chevrolet Corvette Stingray 2014


Geri dön

Roya_____

  • 12 may 2013 17:44
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
superdır twklerr

☮★Azerbaijan Boy★☮

  • 5 may 2013 15:46
  • Məqalə: 89
  • Şərh: 7392
  • Bal:
{awards}
Detroyt-2013 avtosalonunda Chevrolet Corvette superkarının Stingray adlı yeni (yeddinci) nəsli təqdim edildi. Bu ad yeni avtomobilin əla xarakteristikalara, əla dizayna və texnologiyalara və zəngin təchizata malik olduğunu bildirir. Buna qədər "Stingray" sözü yalnız iki dəfə – əfsanəvi dördtəkərli Amerika avtomobilinin ikinci və üçüncü nəsillərinin adlarında istifadə edilib.

--------------------

☮★Azerbaijan Boy★☮

  • 3 may 2013 17:33
  • Məqalə: 89
  • Şərh: 7392
  • Bal:
{awards}
Chevrolet-in konstruktorları öz işlərində bu prinsipi rəhbər tuturlar: "Corvette avtomobilinin hər bir yeni nəsli əvvəlkindən daha yaxşı olmalıdır". C7 Stingray 2014 modeli yeni konstruksiyalı şassiyə və yüksək texnologiyalı güc aqreqatına malikdir, avtomobilin kütləsinin ön və arxa oxlar arasında bölgüsü ideal nisbətdədir: 50/50.

--------------------

Bash Belası

  • 2 may 2013 14:59
  • Məqalə: 158
  • Şərh: 4873
  • Bal:
{awards}
təşəkkürlər...

sebnem98

  • 29 aprel 2013 14:29
  • Məqalə: 0
  • Şərh: 6592
  • Bal:
{awards}
twk..............

--------------------

Əkbər007

  • 29 aprel 2013 02:05
  • Məqalə: 255
  • Şərh: 4549
  • Bal:
{awards}
TeSheKkuRLeR SUPER MAWINDI.

--------------------

★Украду Девушку★

  • 28 aprel 2013 20:55
  • Məqalə: 100
  • Şərh: 3474
  • Bal:
{awards}
Chevrolet-in konstruktorları öz işlərində bu prinsipi rəhbər tuturlar: "Corvette avtomobilinin hər bir yeni nəsli əvvəlkindən daha yaxşı olmalıdır". C7 Stingray 2014 modeli yeni konstruksiyalı şassiyə və yüksək texnologiyalı güc aqreqatına malikdir, avtomobilin kütləsinin ön və arxa oxlar arasında bölgüsü ideal nisbətdədir: 50/50.

--------------------

☮★Azerbaijan Boy★☮

  • 28 aprel 2013 18:45
  • Məqalə: 89
  • Şərh: 7392
  • Bal:
{awards}
Yaxşı aerodinamik keyfiyyətlərə malik kuzov hazırlamaq üçün mühəndislər və dizaynerlər böyük əmək sərf ediblər. Dizayner Kirk Bennionun sözlərinə görə, Chevrolet Corvette C7 Stingray-in kuzovunun hər kvadratmetri yüksək səviyyəli idarəetməni təmin etməyə hesablanıb. Avtomobil həvəskarlarının adət etdiyi bəzi cizgilər dəyişikliyə uğrayıb. Altıncı nəsillə müqayisədə yeni avtomobildə arxa şüşə fərqli formadadır. Arxa fənərlərin forması da fərqlidir. Belə ki, altıncı nəsildə onlar dairəvi olduğu halda yeni avtomobildə onların küncləri itibucaqlıdır.

--------------------

Gül Əliyeva

  • 28 aprel 2013 18:36
  • Məqalə: 1526
  • Şərh: 12032
  • Bal:
{awards}
TeSheKkuRLeR

☮★Azerbaijan Boy★☮

  • 28 aprel 2013 17:22
  • Məqalə: 89
  • Şərh: 7392
  • Bal:
{awards}
Yaxşı aerodinamik keyfiyyətlərə malik kuzov hazırlamaq üçün mühəndislər və dizaynerlər böyük əmək sərf ediblər. Dizayner Kirk Bennionun sözlərinə görə, Chevrolet Corvette C7 Stingray-in kuzovunun hər kvadratmetri yüksək səviyyəli idarəetməni təmin etməyə hesablanıb. Avtomobil həvəskarlarının adət etdiyi bəzi cizgilər dəyişikliyə uğrayıb. Altıncı nəsillə müqayisədə yeni avtomobildə arxa şüşə fərqli formadadır. Arxa fənərlərin forması da fərqlidir. Belə ki, altıncı nəsildə onlar dairəvi olduğu halda yeni avtomobildə onların küncləri itibucaqlıdır.

--------------------

ShoKKi_MoKKi

  • 28 aprel 2013 17:02
  • Məqalə: 801
  • Şərh: 11344
  • Bal:
{awards}
super masindi...tesekkurler...

--------------------

...Yene men...

  • 28 aprel 2013 16:52
  • Məqalə: 0
  • Şərh: 66
  • Bal:
{awards}
tewekkurler super mawindi...

classic_guiter_girl

  • 28 aprel 2013 16:49
  • Məqalə: 37
  • Şərh: 5440
  • Bal:
{awards}
tewekkurlerrr )

-Kralica-

  • 28 aprel 2013 16:44
  • Məqalə: 696
  • Şərh: 8591
  • Bal:
{awards}
suupikkk........

--------------------




Perfect Boy

  • 28 aprel 2013 16:23
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
fulll masindi cox beyendim

✰_DeLNoLiNi_✰

  • 28 aprel 2013 15:39
  • Məqalə: 156
  • Şərh: 5825
  • Bal:
{awards}
menlik deyil bu masin

--------------------
[

★NuTeLLa★

  • 28 aprel 2013 15:34
  • Məqalə: 278
  • Şərh: 5538
  • Bal:
{awards}
Vaybeeeeeeeeeeeeeee yavrum arabaya bakkkkkkkkkkk

Feat Deniz

  • 28 aprel 2013 15:13
  • Məqalə: 10
  • Şərh: 1950
  • Bal:
{awards}
maragli idi twekkuler.

--------------------

★Alex★

  • 28 aprel 2013 15:05
  • Məqalə: 14
  • Şərh: 275
  • Bal:
{awards}
Təşəkkürlər!

:: Pure Love ::

  • 28 aprel 2013 14:56
  • Məqalə: 11
  • Şərh: 2093
  • Bal:
{awards}
Super Mawindi twk...........

★WirinKa★

  • 28 aprel 2013 14:47
  • Məqalə: 14
  • Şərh: 4283
  • Bal:
{awards}
mawin qeweydi twkler

--------------------

_-nermin-_

  • 28 aprel 2013 14:31
  • Məqalə: 0
  • Şərh: 16
  • Bal:
{awards}
I LOVE YOU love RED CAR FULL. VERY NICE.RED CAR VERY VERY NICE

★Love Pearl★

  • 28 aprel 2013 14:25
  • Məqalə: 335
  • Şərh: 4258
  • Bal:
{awards}
qesng masindi tewekkurlerrrr

ღ★ Firuzə ★ღ

  • 28 aprel 2013 14:20
  • Məqalə: 359
  • Şərh: 8839
  • Bal:
{awards}
tewekkurlerrr chox sagolun..

--------------------

goz yasi

  • 28 aprel 2013 14:12
  • Məqalə: 0
  • Şərh: 543
  • Bal:
{awards}
super bir mawindi

angels never die

  • 28 aprel 2013 14:08
  • Məqalə: 0
  • Şərh: 1101
  • Bal:
{awards}
SUPER MAWINDI....

--------------------
BIZ AWAGIDA PLAN QURARKEN,TANRI YUXARIDAN BIZE GULER.
HEYAT COX ZALIM BIR MUELLIMDIR.EVVEL IMTAHAN EDER SONRA DERS VERER.
BUGUNKI AGLIM OLSAYDI DUNEN ETDIKLERIMI ETMEZDIM,AMMA DUNEN ETDIKLERIMI ETMESEYDIM BUGUNKI AGLIM OLMAZDI....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 49
Cəmi: 73

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 53
Cəmi: 149
 
ραყιȥ
Xəbərləri: 49
Cəmi: 129
 
NIGAR
Xəbərləri: 42
Cəmi: 788
 
lamiye_2001
Xəbərləri: 29
Cəmi: 31
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 241
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 504
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}