Cəsarət və ya niyə uğur qazana bilmirik?

 
Cəsarət və ya niyə uğur qazana bilmirik?

Bir neçə ildir xanımların çox olduğu kollektivdə virtual olaraq çalışıram. Bu müddət ərzində cəmiyyətimizdə ailə daxili münasibətlərdə daha çox qabarıq olan bir problem diqqətimdən qaçmadı. Kənardan xoşbəxt görünməyə səy göstərən neçə xanımlarımız var ki, əslində heç də tam belə deyillər. Bunun ən başlıca səbəbi onların daxillərində həm özlərinin, həm də ətraflarının bilərəkdən inkişaf etdirdikləri cəsarətsizlikləridir. Bu yaxınlarda portalımıza dərin mənəvi sarsıntı keçirmiş, psixoloji zədələr almış bir xanımın göndərdiyi etiraf xəbəri məni bu haqda düşündüklərimi sizlərlə də paylaşmağa vadar etdi.

Etiraf edək ki, cəmiyyətimizdə əksər xanımlarımız ailə daxili münasibətlərin necə yaşanması lazım olduğunu kifayət qədər bilmirlər. Bu haqda lazımı bilikləri almırlar. Atalarımız isə nə demişlər? -“Bilməmək ayıb deyil, bilməyib öyrənməmək ayıbdir.” Odur ki, gəlin birlikdə öyrənək!

Araşdırmalarıma əsasən daxilimizdəki cəsarəti itirməmizin 10 təməl səbəbi vardır:

1.Hədəfsizlik:

Bizi həyatda cəsarətsiz edən ilk səbəb yaşamaq məqsədimizi bilməməkdir. Nə üçün yaşayıram ? Nə üçün varam ?

Hər məqsəd sənə ümid, hər ümid də cəsarət verir. Yaşamaq məqsədini hələ də bilməyən çox insan var. Hər insan xüsusi bir varlıqdır. Özündən başqa heç kimə bənzəməyən individual bir varlıqdır. Özünü inkişaf etdirməyi həyatının məqsədinə çevirəcəyin müddətdə özünü ifadənin qapıları da üzünə açılacaqdır.

Öyrən, inkişaf et. İnkişafın həzzini dadan bir insanın təbii olaraq cəsarəti də artar. Çünki, inkişaf daxilimizdəki gücü hərəkətə keçirir. Etmək istədiyimiz o qədər şeylər var ki… Özünü inkişafı məqsədimizə çevirək…

2.Süni maneələr:

Bizləri cəsarətsiz edən ikinci səbəb ətrafımızın “sevgi” adı ilə bizə maneələr törətməsi, istəklərimizi əngəlləməsidir. Bu insanlar daha çox bizi sevdiklərini söyləyən yaxınlarımız olurlar. Öz arzularımıza doğru bir addım atmaq istədikdə analar, atalar, qardaşlar, bacılar, həyat yoldaşları, dostlar, qohumlar yaxşı niyyətlə cəsarətimizi qırırlar. “Kaş ki, anamı, atamı, yoldaşımı, dostumu dinləməsəydim” cümləsini işlədən nə çox insan var. İstədiyin məktəbə daxil olmağına, istədiyin işə girməyinə, istədiyin insanla ailə qurmağına, başqa bir şəhər və ya ölkəyə getməyinə, istədiyin şeyi almağına qarışırlar. Çünki, onlar sənin üçün nəyin yaxşı olduğunu “səndən daha yaxşı bilirlər.”

İlk dəfə edəcəyimiz , yoxlayacayımız hər şeyin içərisində həm də risk vardır. Amma aldığımız risklər qədər də inkişaf edə bilirik. Risksiz yaşamaq rahatdır, amma bir o qədər də monoton. Buna görə də yaxınlarınızın öz cəsarətsizliklərini sizə də ötürmələrinə icazə vermək və ya verməmək sizin seçiminizdir.

3. Fobiyalar:

Bizləri cəsarətsiz edən üçüncü səbəb qorxularımızdır - müxtəlif qorxularımız, fobiyalarımız. Genlərimiz bizi gerçək qorxulardan onsuz da qoruyur. Məsələn, yüksəklikdən qorxmaq (aviafobiya), Ölüm qorxusu, akrofobiya, hemofobiya və s.

Biri də var, bizə uşaqlıqdan öyrədilən saxta qorxular. Risk almaqdan qorxmaq bizim təbii qorxumuz deyil, öyrədilmiş bir qorxudur. Bir anlıq xatırlamağa çalışın, nələrə risk etməyi düşünmüsüz həyatınızda, amma ətrafınız tərəfindən bu riski etmək qorxudulub. Qorxuların səbəbi nədir?

Bilməmək və əmin olmamaq. Gəlin belə deyək , həyatımızın özündə bilinməzlik və əmin olmamaq yoxdurmu? Həyatımızın sonrakı yaşayışını addım-addım bilsəydik, belə həyatı yaşamaqdan zövq ala bilərdikmi? Yaxud da, gələcəyimizdə nələr olacağını , nə zaman öləcəyimizi həqiqətən bilmək istərdikmi? Falçı, baxıcı yanına gedənlər belə sadəcə yaxşı şeyləri eşitmək istəyirlər. Bütün qorxuların arxasında həyatda qala bilmək qorxusu vardır. Cəsarət qorxunun olmaması deyil , qorxulara baxmayaraq addım ata bilmək hünəridir. Cəsarət sizə əngəl kimi görünən divarları aşmaq və var gücünüzlə qorxularınızın üstünə getmək qərarını verə bilməkdir. Qorxuları özümüz yaradırıq və onları aşa bilmək gücü də özümüzdədir. Təbii ki, burda söhbət axmaqcasına, cahilliklə edilmiş riskdən getmir. Gerçək cəsarətin içində bilik və təcrübə vardır. Həyat cəsurları sevər.

4. Sözlərin təsir gücü:

Bizi cəsarətsiz edən dördüncü səbəb bir şeyləri etməyə çalışdığımızı söyləməkdir. Burda məsələ ondadır ki, etdiyimiz şeylər haqqında özümüz danışarkən “etməyə çalışacam” kimi ifadələr işlədirik. “Kömək etməyə çalışmaq”, “bitirməyə çalışmaq”, və s. “kömək edəcəm”, “bitirəcəm” – lə eyni deyildir. Məsələn, bu imtahanı “keçməyə çalışacam” demək , yoxsa bu imtahanı “keçəcəm” deməkmi sizə cəsarət verər? Əlbəttə ikincisi. Bu səbəbdən “Mən uğur qazanmağa çalışacam” demək sizə uğur gətirməz. “Uğur qazanacam!” deyəcəksiniz. Tərəddüd qəti qadağandır!

5. Beynin tətili:

Bizi cəsarətsiz edən beşinci səbəb bəzi mövzuları tez bir zamanda qavramamaqdır. Dahi insanların belə,
bəzi mövzuları qavramaqda çətinlik çəkdiklərini bilirik. Hətta alimlər üstün zəkalı insan beyni ilə normal zəka sahibi insan beynini onların ölümlərindən sonra müqayisə edərək araşdırma aparmışlar. Bu beyinlər arasında heç bir fərq görülməmişdir. Ehtiyacımız olan beyinə hamı eyni səviyyədə sahibdir, sadəcə onu lazım olduğu şəkildə istifadə etməyi öyrənmək lazımdır. İnsanların beyni eynidir, amma hər kəs onu fərqli şəkildə istifadə edir.

6. Toxunulmazlıq arzusu:

Bizi cəsarətsiz edən altıncı səbəb tənqid narahatlığıdır. Tənqid qorxusu qəbul görməmək qorxusudur. Bu qorxunu yenə bilməyin üsulu sadəcə səmimi ola bilməkdir. Daxilinizdən gəldiyi kimi dürüstcə davrana bilməkdir. Beşikdən məzara qədər həyat boyu tənqid edilirik. Valideynlər uşaqlarını, uşaqlar valideynlərini, tələbələr müəllimlərini, müəllimlər tələbələrini, rəhbərlər işçilərini, işçilər rəhbərlərini tənqid edir, hər kəs hər kəsi tənqid edir. Hər kəs də hər kəsdən mükəmməllik gözləyir. Mükəmməllik gözləmək də cəsarətsizliyi dəvət edir. Buna görə də nə kimsədən mükəmməllik gözlə, nə də özündən gözlə. Sadəcə ola biləciyinin ən yaxşısı ol, yetər. Mükəmməlliyi mexanizmlərdən gözləmək olar, amma insanlar maşın deyildir. Bilməliyik ki, biz bu dünyaya başqalarının gözlədiklərini yerinə yetirmək üçün gəlməmişik. Tənqidlərə qulaq asın və içindəki dərsi axtarın. Tərifi hər kəs xoşlayar. Tənqidi isə qaldıra biləcəyiniz qədər güclüsüz. Tənqidlərə necə yanaşsanız həyata da elə yanaşacaqsınız.

Sizi tənqid edəni sevin, ən azı sizə qarşı laqeyd deyildir.

Bundan əlavə, İmam Sadiq (ə) buyurur: “Sənin ovcunun içində çox qiymətli bir mirvarid giləsi varsa, bütün aləm yığışıb desin ki, ovcundakı çürük qozdu, bunun sənə nə ziyanı olacaq ki?

Demək, özündən əmin olan tənqiddən çəkinməməlidir!

7. Baxış bucağı

Bizi cəsarətsiz edən yeddinci səbəb həyatı gərəkdiyindən daha ciddiyə almaqdır. Hər şeyə ciddi – cəhdlə yanaşdığınızda yaşamaq zövqünü itirirsiz. Həyatın komediya tərəflərini də görmək lazımdır, həyat ciddiyə alınmayacaq qədər də rənglidir. O yalnız ağ və qara rəngdən ibarət deyildir. Həyata çox ciddi yanaşan insanlar tez yaşlanırlar. Həyat əslində sadədir, onu mürəkkəb hala gətirən insanların düşüncələridir. Gülməyi öyrənin, güldükcə yaşamaq sizə daha asan gələcək. Nə edərsən et, hər kəsi məmnun etmək olmur. (Məhz bu səbəbdəndir ki, Qurani-kərimin ayələrində Ulu yaradan -həyat sadəcə bir oyundan ibarətdir, deyir.)

8. Bəyənilməmək nigaranlığı:

Bizi cəsarətsiz edən səkkizinci səbəb bizdən əhəmiyyətli olan insanların fikirlərimizi bəyənməməsi qorxusudur. Bu səbəblə fikirlərimizi, düşüncələrimizi bəyan etməkdə cəsarətsizlik göstəririk. Fikir ayrılığından çox insanlar çəkinirlər. Mübahisələr zamanı deməyə sözləri belə olsa, susar və oturarlar və daxilən danışarlar öz-özləri ilə. Ancaq bunu da bilməliyik ki, fikir ayrılığı həyatımızın rəngidir. Sokrat – hər kəs eyni düşünürsə demək heç kim düşünmür deyirdi. Demək, fikir ayrılığında bir problem yoxdur. Problem fikir ayrılığına qatlanamamaqdır. Hörmətli insanlar həm öz düşüncələrini cəsarətlə bəyan edər, həm də həmin düşüncələrə tərs olan düşüncə sahiblərini aşağılamazlar.

9. Dirəniş və dözümlülük

Bizi cəsarətsiz edən doqquzuncu səbəb tez bir zamanda təslim olmaqdır. Müvəffəqiyyət ilə müvəffəqiyyətsizlik arasında incə bir xətt vardır. Bu xətt təslim olmaq xəttidir. Unutmayaq, bizi uğura, müvəffəqiyyətə aparan məsafə sadəcə çox böyük deyildir. Sadəcə buna inanmaq və təslim olmadan davam etmək lazımdır. Böyük olmaq istəyənlərın sayı milyonlarladırsa böyük insan ola bilənlər minlərlədirlər! Niyə? Çünki Çoxları yarıyolda qoyub qaçıblar. Uğurun sirri dirənişdədir, unutmayaq ki, möhkəm daşı deşən onun üzərinə bir dəfəyə tökülən neçə tonluq su yox, damcı-damcı amma davamlı olaraq tökülən su damlaları olar!

10. Çarə hökmən var!

Bizi cəsarətsiz edən onuncu səbəb hər hansı bir problemin çarəsinin olmamasına inanmaqdır. Halbuki hər hansı bir dərdin bir çarəsi hökmən vardır! (Hər bir çətinliklə birgə bir asanlıq var, deyir Ulu yaradan) Çarəsiz problem yoxdur! Problemə deyil, həllinə diqqəti artırdıqda mütləq çarə tapılacaqdır. Bəzən belə hallarda cəsarətinizi itiridiyinizdə dərindən nəfəs almaq, təsələsməmək, sakitləşmək lazımdır. Sakit halda çarələr də rahat tapılır.

Hər şey düşüncədə başlayar və davranışlarla ifadə olunar. Unutmayın, beynimizdə ən çox nələri düşünürüksə, həyatımıza da onları qatırıq.

Və...

Və bu həyatda Cəsarəti olmayanın heçnəyi yoxdur demək!


Geri dön

Roya_____

  • 12 may 2013 14:15
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
tesekkurler xebere gore fellow

ShoKKi_MoKKi

  • 4 may 2013 20:17
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
XaXaXiXi-Ne-GuLuRsEn,
Tesekkurler melumat ucun..

--------------------

sevgi-nifret

  • 29 aprel 2013 23:13
  • Məqalə: 0
  • Şərh: 162
  • Bal:
{awards}
tesekkurler axiracan oxumadim

Banned549678

  • 29 aprel 2013 19:14
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
TesHekKurlEr=)

angels never die

  • 29 aprel 2013 18:28
  • Məqalə: 0
  • Şərh: 1161
  • Bal:
{awards}
MARAQLIDIR TWK.

--------------------
BIZ AWAGIDA PLAN QURARKEN,TANRI YUXARIDAN BIZE GULER.
HEYAT COX ZALIM BIR MUELLIMDIR.EVVEL IMTAHAN EDER SONRA DERS VERER.
BUGUNKI AGLIM OLSAYDI DUNEN ETDIKLERIMI ETMEZDIM,AMMA DUNEN ETDIKLERIMI ETMESEYDIM BUGUNKI AGLIM OLMAZDI....

Banned1

  • 29 aprel 2013 16:15
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
Tesekkurler melumat ucun..

ღ★ Firuzə ★ღ

  • 29 aprel 2013 16:04
  • Məqalə: 359
  • Şərh: 9095
  • Bal:
{awards}
beyendiyinize sevindim chox sagolun...

--------------------

pervis

  • 29 aprel 2013 15:38
  • Məqalə: 68
  • Şərh: 4366
  • Bal:
{awards}
Bizi cəsarətsiz edən onuncu səbəb hər hansı bir problemin çarəsinin olmamasına inanmaqdır. Halbuki hər hansı bir dərdin bir çarəsi hökmən vardır!

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

:: Pure Love ::

  • 29 aprel 2013 15:27
  • Məqalə: 11
  • Şərh: 2195
  • Bal:
{awards}

Bizi həyatda cəsarətsiz edən ilk səbəb yaşamaq məqsədimizi bilməməkdir. Nə üçün yaşayıram ? Nə üçün varam ?

★Azerbaijan girl★

  • 29 aprel 2013 15:24
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Tewekkurler xebere gore

sebnem98

  • 29 aprel 2013 15:12
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
Və bu həyatda Cəsarəti olmayanın heçnəyi yoxdur demək!

--------------------

barsa yek

  • 29 aprel 2013 15:08
  • Məqalə: 28
  • Şərh: 2876
  • Bal:
{awards}
Twkler............

--------------------

VitamiN_Ka

  • 29 aprel 2013 15:04
  • Məqalə: 160
  • Şərh: 2123
  • Bal:
{awards}
Xəbərə görə təşəkkür..

--------------------

goz yasi

  • 29 aprel 2013 13:50
  • Məqalə: 0
  • Şərh: 572
  • Bal:
{awards}
twkler.....................................

Nara Neznakomka

  • 29 aprel 2013 13:04
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Fobiyalar:

Bizləri cəsarətsiz edən üçüncü səbəb qorxularımızdır - müxtəlif qorxularımız, fobiyalarımız. Genlərimiz bizi gerçək qorxulardan onsuz da qoruyur. Məsələn, yüksəklikdən qorxmaq (aviafobiya), Ölüm qorxusu, akrofobiya, hemofobiya və s.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

Xeyale97

  • 29 aprel 2013 12:19
  • Məqalə: 1
  • Şərh: 860
  • Bal:
{awards}
Araşdırmalarıma əsasən daxilimizdəki cəsarəti itirməmizin 10 təməl səbəbi vardır:

--------------------
Eşitdim demisən ki " Mən onun kimilərini cibimdən çıxardaram "
Indi oxu...." Məndə sənin kimiləri təsbehə düzər tövbə deyə çevirərəm "... (

Russiya_girl

  • 29 aprel 2013 12:09
  • Məqalə: 2
  • Şərh: 781
  • Bal:
{awards}
cooox uzun olduye axira kimi oxumadim twkk

-Kralica-

  • 29 aprel 2013 12:05
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
Və bu həyatda Cəsarəti olmayanın heçnəyi yoxdur demək!

--------------------




so_sad

  • 29 aprel 2013 10:53
  • Məqalə: 1412
  • Şərh: 13030
  • Bal:
{awards}
1.Hədəfsizlik:

Bizi həyatda cəsarətsiz edən ilk səbəb yaşamaq məqsədimizi bilməməkdir. Nə üçün yaşayıram ? Nə üçün varam ?

Hər məqsəd sənə ümid, hər ümid də cəsarət verir. Yaşamaq məqsədini hələ də bilməyən çox insan var. Hər insan xüsusi bir varlıqdır. Özündən başqa heç kimə bənzəməyən individual bir varlıqdır. Özünü inkişaf etdirməyi həyatının məqsədinə çevirəcəyin müddətdə özünü ifadənin qapıları da üzünə açılacaqdır.

Öyrən, inkişaf et. İnkişafın həzzini dadan bir insanın təbii olaraq cəsarəti də artar. Çünki, inkişaf daxilimizdəki gücü hərəkətə keçirir. Etmək istədiyimiz o qədər şeylər var ki… Özünü inkişafı məqsədimizə çevirək…

Əkbər007

  • 29 aprel 2013 10:47
  • Məqalə: 255
  • Şərh: 4709
  • Bal:
{awards}
tewekurlerr

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 23
Cəmi: 40

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}