Həyat da bir məktəbdir!

 
Həyat da bir məktəbdir!

Aylar öncə bir film («Xarabalıqdan çıxmış milyonçu», “Slumdog Millionaire”, “Миллионер из трущоб”) izlədim. Hansı ki, bu film 2009-cu ildə mükafatlara da layiq görüldü. Mən də izlədim və istədim ki, öz təəssüratlarımı bölüşəm. Filmdən çıxartdığım nəticə: həyat da bir məktəbdir, elə deyilmi?! Həm də böyük məktəb!
Film mənə çox təsir etmişdi. Məncə filmi hər biriniz izləmiş olarsınız, amma, filmi izləməyənlər üçün bildirim ki, film kasıb, töküntü bir yerdən olan oğlandan, o oğlanın yaşamında başına gələnlərdən və bütün bunların onun milyonlara sahib olmasından bəhs edir. Ən əsası da sonda sevdiyi qıza qovuşur.
Qısacası oğlanın sevdiyi qız həmişə milyonçu verlişini izləyirmiş və elə olur ki, müxtəlif səbəblərdən dolayı onlar bir-birindən ayrı düşürlər. Oğlan da düşünür ki, əgər o bu verlişə çıxarsa qız onu görər və onların qovuşmaq şansı olar. Oğlan çox çətin həyat şərtləri ilə böyümüş, oxumamış biridir və onun milyonçu verlişinə düşüb, bütün suallara doğru cavab verib, pulları qazanması hamını heyrətə salır və verliş aparıcısı düşünür ki, burda nəsə yolunda deyil, guya oğlan bu suallara hec cürə cavab verə bilməz, deməli burda hiylə var. Bundan sonra aparıcı onu həbsə verir ki, bu oğlanı danışdırıb, nə hiylə törətdiyini bilsinlər. Oğlan da öz növbəsində bu suallara necə cavab verdiyini danışır. O hər sualda öz həyatının bir məqamını xatırlayır. O dərsi, savadı kitablardan, məktəblərdən yox, həyatdan alıb və beləcə, o, suallara da cavab verib.

Bilirsinizmi, filmdə mənə təsir edən nə oldu? Bizlər tez-tez təhsildən, bilikdən, savaddan, dünya görüşünüdən çox dəm vururuq. Amma, bəzən bəzi şeylər bizə bir “stop” deyir. “Dur da ətrafa yaxşıca boylan” deyir. Hər şey əksinə necə də başqadır.

Bir dəfə bir bloqda təhsil, kitab oxumaq haqqında bir yazı var idi və bu yazının ətrafında çox müzakirələr, mübahisələr olunmuşdu və mən də o vaxt belə bir şərh yazmışdım ki, bəzi insanlar ancaq düşünürlər ki, bir iş görüm, çörək pulu qazanım, balalarım ac qalmasın...və təsəvvür edin belə fikirlərlə gününü keçirən bir insanın həvəsi hardandır ki, kitablarla maraqlansın, oxusun...Həvəs də bir yana, heç vaxt da yoxdur. Çoxları deyəcək ki, kitab oxumaq istəyən gecə də oxuyar. Ay başına dönüm, bəs bu adam bütün günün mənəvi və fiziki yorğunluğunu necə çıxardacaq!? Çətin ki, həmən an Poelo Koelyo və ya digərləri ona yuxunu əvəz edəcək qədər şirin və gərəkli ola.
Mən də, o filmə baxdıqdan sonra həmən o yazını xatırladım və bir daha öz sözlərimin üstündə durdum.

Film insanı elə bil əsl həyata qaytarır. Hətta filmdə onlar hələ uşaq ikən biri iki turisti gəzdirən vaxt digərləri maşının nəyi var idisə söküb, aparmışdılar. Bu turistlər qayıdıb bu halı görəndə, uşaq onlara belə bir söz dedi: «Hindistanı gəzmək, görmək istəyirdiniz, bu da sizə əsl Hindistan.»

Bəli həyat bir rəngdən ibarət deyil, ağı da var qarası da, qırmızısı da var, yaşılı da və s. Biz isə ancaq birindən yapışır, qovrulduğumuz həyatın rəngində bişib gedirik. Danışanda da elə danışırıq ki, elə bil dünyanı biz yaratmış, hər şeyin doğrusunu biz bilirik. Mütləq oxumaq, oxumaq, oxumaq… Bəli bu mütləqdir, vacibdir, amma, məncə oxumayanları, daha doğrusu da oxuya bilməyənləri, həyatda yaşaya bilmək üçün mübarizə aparanları dəhşətlə qınamaq da lazım deyil. Həyat çox başqadır. Kiminə rahat, kiminə çətin. Bir şeyi bir daha lap yaxşı başa düşdüm ki, həyat özü də məktəbdir.


Geri dön

Ulya

  • 7 yanvar 2011 13:50
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
twk

CrazyGirl

  • 3 yanvar 2011 12:18
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
her kese tesekkur.......

--------------------
Sən varsansa həyat çox gözəl!

фея

  • 2 yanvar 2011 21:57
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
eheyat 1 imtahandi kimisi uzu ag kimisi uzu qara cixir o mektebden

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

DoMIaN

  • 2 yanvar 2011 20:48
  • Məqalə: 90
  • Şərh: 261
  • Bal:
{awards}
Filme baxmisam ela film di . Xebere gore tesekkur..

--------------------
MeN SeNiN ArZuLaDiGin BiRi OLa BiLMeDiM, aMa MeN SeNiN HeC VaXt ElDe Ede BiLMeYeCeYiN BiRi OlMaGi BaCaRaCaM !!



AdiNi BiR SiGaRaNiN UzErINe YaZDiM , SiGaRa BiTiNCe SeNi UnUTuCaKDiM aMa NeRDeN BiLeYDiMKi , SeNi HeR NeFeSiMDe IcIme CeKiYoRMuSuM !

L_SimuS

  • 2 yanvar 2011 20:00
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
bu mektebin imtahani cox cetindi

tewekkur xeber gore

sevgim

  • 2 yanvar 2011 17:56
  • Məqalə: 0
  • Şərh: 762
  • Bal:
{awards}
o kino onsanalr ucun bir ornek olmalidi

--------------------
MEN INDI BILDIM KI SENLI YASAMAQ SENSIZ YASAMAGA BERABER IMIS

Asiyan

  • 2 yanvar 2011 16:36
  • Məqalə: 0
  • Şərh: 655
  • Bal:
{awards}
men o məktəbi çox gəşəng bitirmişəmm..

Ay_Nur

  • 2 yanvar 2011 16:16
  • Məqalə: 0
  • Şərh: 188
  • Bal:
{awards}
Beli heyatda bir mektebdir. heyat ele bir mektebdir ki müellimsiz kitabsiz. ancaq burda öyrendiklerini ömrü boyu unutmursan.

--------------------
Gərçək dəyər gəlməsi boşluq dolduran deyil;
getməsi boşluq yaradandır.

ayselaxundova

  • 2 yanvar 2011 15:27
  • Məqalə: 0
  • Şərh: 30
  • Bal:
{awards}
supper sozderdi.. ve hamsi doxrudur 100%[i][/i][u][/u]

Made_In_Bakinka

  • 2 yanvar 2011 15:25
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
boyuk maraqla oxudum tesekkurler bacis elerine sagliq smile

CandyGirl

  • 2 yanvar 2011 14:52
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
MuslimGirl,
duzdu heyatda bir mektebdir

--------------------

YazYamuru

  • 2 yanvar 2011 14:40
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
ƏLBƏTTƏ HƏYAT DA BİR MƏKTƏBDİR ARADA ÇƏTİN İMTAHANLARIDA OLUR feel belay

--------------------



MuslimGirl

  • 2 yanvar 2011 14:39
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Oxudum. Beli heyat da bir mektebdir. Tesekkurler

Lindo

  • 2 yanvar 2011 14:29
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
twk oxumadim duzu

_MISS ANGEL_

  • 2 yanvar 2011 14:18
  • Məqalə: 0
  • Şərh: 142
  • Bal:
{awards}
thanks

--------------------

Poppy

  • 2 yanvar 2011 14:05
  • Məqalə: 79
  • Şərh: 695
  • Bal:
{awards}
twk ilk sherh menden

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 18
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}