İki nöqtə

 
İki nöqtə

Nöqtə... Durğu işarəsi.

Cümlənin sonunda gələn bir nöqtə (.) fikrin bitdiyini bildirir.

Nöqtəli vergül (;) - nöqtə ilə vergül arasında orta mövqe tutan, nöqtədən az, vergüldən çox fasilə tələb edən bir durğu işarəsidir.
Qoşa nöqtə (:) - fikri daha da aydınlaşdırmaq məqsədi ilə işlədilir.

Üç nöqtə (...) - bir tərəfdən vergülə, o biri tərəfdən nöqtəyə yaxındır. Sitatlarda başqasının fikrinin yarımçıq yazıldığı cümlələrdə (sitatın əvvəlində, ortasında və ya sonunda) üç nöqtə qoyulur. Cümlənin ortasında və ya sonunda qoyulan üç nöqtə fikrin bitmədiyini bildirir.

Bir də başqa bir nöqtə var. Hərflərin üstündə olan nöqtə. Hərfi dəyişməklə fikri də dəyişən nöqtə. Bəzən bir şeyə son qoyaraq, yeni başlanğıcı bildirən nöqtə. Olum və Ölüm kimi... O və u hərflərinə nöqtə qoyacaqsınız və yeni bir söz yaranacaq: ölüm

Bu gün varsınız. “Olum!” məqamındasınız. Hər şey haqqında “olumlu” düşünürsünüz. Bu olacaq, o olacaq, bunu edəcəm, onu edəcəm... Davamlılıq bildirən arzu və xəyallar qurursunuz. Çünki “olmusunuz”.

Sabah da olacağınıza inanırsınız. Artıq bütün arzu və planlarınız bu günlə deyil, sabahla, gələcəklə bağlıdır. Bəlkə bir il sonranı, bəlkə on il sonranı, bəlkə də yüz il sonranı artıq planlamısınız. Hər gün o planınıza bir az əlavələr edir, arzularınızı daha da dəqiqləşdirirsiniz. Üç il bundan qabaq son model telefon almağı planlaşdırmışdınız. İndi o plan və arzunuz sizə gərəksiz gəlir. Texnika inkişaf etdikcə sizin xəyallarınız da dəyişir. Daha da inkişaf etmiş olur. Arzularınız bitmir, tükənmir...

Arzular, ümidlər, istəklər...

Burada bir nöqtə qoya bilməzsiniz. Bu cümlənin sonunda mütləq üç nöqtə qoyulmalıdır. Natamamlığı bildirən üç nöqtə.
Amma birdən nəsə olur. O nəsəni siz planlaşdırmamısınız, sizin arzuların içində o yox idi. Onun olacağını bilirdiniz. Amma onun olmasının nə sizə, nə də sizin arzulara heç bir adiyatı yox idi deyə, onu düşünməməyə çalışırdınız. Axı o nəsə başqasının planıdır. Və həmin o nəsə “o və u”nun üzərinə iki nöqtə qoyur.

Və bütün arzularınız bu nöqtə ilə yarıda qırılır. Arzularınızın sonuna yenə üç nöqtə qoyulur. Amma bu üç nöqtə fikrin natamamlığını yox, aqibətin məchulluğunu bildirir.

Ölüm... Bu son deyil. Olumdan sonra yeni bir başlanğıcın başladığını bildirir. Ölüm və sonrası...

Quran ölümdən son kimi danışmır. Ölümdən yeni həyat kimi danışır. Elə bir həyat ki, alışdığımız hər şeyi dəyişəcək. Biz Günəşin yanmağına, Ayın nur saçmağına alışmışıq. Ulduzlar bizim üçün uzaq göy bəzəyi olublar. Biz dağları güc simvolu bilmişik, yeri sabit bildiyimiz üçün ayağımızı yerə möhkəm basmışıq. Biz əlimizi, ayağımızı, dilimizi... idarə etmişik.

Allahsa qiyamətlə onlara başqa bir həyat da qazandıracaq. Qiyamət hər yaradılanın ölüm anını yaşamaqla gerçəkləşəcək.

Günəş dürüləcək, Ay işığını itirəcək, göy çatlayacaq, dağlar yerindən oynayıb yun kimi didiləcək, əlimiz, ayağımız, dilimiz, dərimiz bizə şahidlik edəcək. Ay dilə gəlib gördüklərini danışacaq, Günəş şahid olduqlarını bir-bir anladacaq, Yer içindəkiləri boşaldacaq, Cəhənnəm danışdırılacaq... Hər şey yeni həyat qazanacaq.

Və bu qiyamətin qopması ilə ölümün üzərindən iki nöqtə silinəcək. Hər şey yenidən “ol”mağa başlayacaq.

Bu “olum” əvvəlki “olum”a heç bənzəməyəcək. Bu, iki nöqtəsini itirmiş. ölümdən sonra DİRİldilmiş bir “olum” olacaq. Bu dəfə insan anlayacaq: Bu dəfəki “olum”un əsl olduğunu, əvvəlkinin isə müvəqqəti...

Daha heç bir nöqtəyə ehtiyac qalmayacaq: olumu bitirən iki nöqtəyə də...

Yeni həyat ölümdən sonra gələcək və bu həyatı biz birinci “olum”la özümüz seçirik. Bu dünyaya göndərilməyi seçmək şansımız olmadı. Nə ata-ana seçə bildik, nə bacı-qardaş, nə vətən, nə dil. Amma ölümdən sonrakı olumu seçmək şansımız var. Onu biz özümüz seçirik. “Necə yaşayarsınızsa, elə də ölərsiniz, necə ölərsinizsə elə də həşr olunarsınız” deyir, Allah Rəsulu.

Bəli, necə həşr olunmağı biz özümüz seçirik, seçə bilirik.
Lazımı anda, lazımı yerdə bir fikri kəsib kiçik bir nöqtə qoya bildiyimiz kimi...
Bir anda bir həyatı dəyişə bilən cümləni deyib, sonunu eşitməmək üçün qoyduğumuz son nöqtə kimi...

Keçmiş həyatımıza nöqtə qoyub, yeni həyata başlaya bildiyimiz kimi.
Əslində bütün bunlar bir dəyişimlə başlayır: “Nəzər nöqtəsi”nin dəyişməsi ilə.

Dünən görmədiklərimizi görərək, dünən anlamadıqlarımızı anlayaraq dünənə nöqtə qoyub, həyata yeni baxışlarla başlaya bilmək arzusu ilə...
...

P.S. Sonla başlanğıcı iki nöqtə ayıracaq: ölüm və olum. Yanlış oxumadınız. Ölüm əvvəl gələcək.
Hər kəs öləcək. Amma bu ölümlə hər şeyə son verilməyəcək. Əslində bu ölüm olum üçün start olacaq.
Hər kəsə qürur duya biləcəyi bir olumla dirilməyi arzu edirəm.


Geri dön

Roya_____

  • 21 may 2013 17:37
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
twkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk

Roya_____

  • 11 may 2013 14:13
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tesekkurler

ShoKKi_MoKKi

  • 4 may 2013 01:12
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
Tesekkurler coox maraqli meqale idi oxudum...

--------------------

✰GlaMurKa✰

  • 3 may 2013 21:25
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
coxx maraqli idi tesekkurler

★Azerbaijan girl★

  • 3 may 2013 10:41
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tttwwklerr..........

:: Pure Love ::

  • 2 may 2013 22:20
  • Məqalə: 11
  • Şərh: 2195
  • Bal:
{awards}
Hər kəs öləcək. Amma bu ölümlə hər şeyə son verilməyəcək.

Əkbər007

  • 2 may 2013 17:13
  • Məqalə: 255
  • Şərh: 4709
  • Bal:
{awards}
saq olun maraqli idi twlwer

--------------------

pervis

  • 2 may 2013 15:39
  • Məqalə: 68
  • Şərh: 4366
  • Bal:
{awards}
tewekkurler

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

★NuTeLLa★

  • 2 may 2013 15:09
  • Məqalə: 278
  • Şərh: 5715
  • Bal:
{awards}
Bu gün varsınız. “Olum!” məqamındasınız. Hər şey haqqında “olumlu” düşünürsünüz. Bu olacaq, o olacaq, bunu edəcəm, onu edəcəm... Davamlılıq bildirən arzu və xəyallar qurursunuz. Çünki “olmusunuz”. Sabah da olacağınıza inanırsınız. Artıq bütün arzu və planlarınız bu günlə deyil, sabahla, gələcəklə bağlıdır. Bəlkə bir il sonranı, bəlkə on il sonranı, bəlkə də yüz il sonranı artıq planlamısınız. Hər gün o planınıza bir az əlavələr edir, arzularınızı daha da dəqiqləşdirirsiniz. Üç il bundan qabaq son model telefon almağı planlaşdırmışdınız. İndi o plan və arzunuz sizə gərəksiz gəlir. Texnika inkişaf etdikcə sizin xəyallarınız da dəyişir. Daha da inkişaf etmiş olur. Arzularınız bitmir, tükənmir...

lady anna

  • 2 may 2013 14:40
  • Məqalə: 26
  • Şərh: 2973
  • Bal:
{awards}
TESEKURLER

--------------------

VitamiN_Ka

  • 2 may 2013 14:37
  • Məqalə: 160
  • Şərh: 2123
  • Bal:
{awards}
təşəkkürlər

--------------------

::KraSaV4iK::

  • 2 may 2013 14:06
  • Məqalə: 49
  • Şərh: 2233
  • Bal:
{awards}
Milawka R-vaa,
bir xebere nece serh yazirsan?

--------------------

sebnem98

  • 2 may 2013 13:40
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
Arzular, ümidlər, istəklər...
Burada bir nöqtə qoya bilməzsiniz. Bu cümlənin sonunda mütləq üç nöqtə qoyulmalıdır. Natamamlığı bildirən üç nöqtə.

--------------------

Banned549678

  • 2 may 2013 13:30
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
tesekkurlerrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

Bee PosiTive

  • 2 may 2013 13:30
  • Məqalə: 0
  • Şərh: 116
  • Bal:
{awards}
Aaaaa ne maragli twkler

surawka

  • 2 may 2013 13:24
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
Hər kəs öləcək. Amma bu ölümlə hər şeyə son verilməyəcək. Əslində bu ölüm olum üçün start olacaq.
Hər kəsə qürur duya biləcəyi bir olumla dirilməyi arzu edirəm.

Banned549678

  • 2 may 2013 13:24
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
tesekkurlerrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

damla 505

  • 2 may 2013 13:21
  • Məqalə: 5
  • Şərh: 1544
  • Bal:
{awards}
Bir də başqa bir nöqtə var. Hərflərin üstündə olan nöqtə. Hərfi dəyişməklə fikri də dəyişən nöqtə. Bəzən bir şeyə son qoyaraq, yeni başlanğıcı bildirən nöqtə. Olum və Ölüm kimi... O və u hərflərinə nöqtə qoyacaqsınız və yeni bir söz yaranacaq: ölüm

--------------------
Torpagin ustunde risofka kimi gezme,cunki torpagin altinda senden zor oglanlar yatir

☮★Azerbaijan Boy★☮

  • 2 may 2013 12:59
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}
Bu gün varsınız. “Olum!” məqamındasınız. Hər şey haqqında “olumlu” düşünürsünüz. Bu olacaq, o olacaq, bunu edəcəm, onu edəcəm... Davamlılıq bildirən arzu və xəyallar qurursunuz. Çünki “olmusunuz”. Sabah da olacağınıza inanırsınız. Artıq bütün arzu və planlarınız bu günlə deyil, sabahla, gələcəklə bağlıdır. Bəlkə bir il sonranı, bəlkə on il sonranı, bəlkə də yüz il sonranı artıq planlamısınız. Hər gün o planınıza bir az əlavələr edir, arzularınızı daha da dəqiqləşdirirsiniz. Üç il bundan qabaq son model telefon almağı planlaşdırmışdınız. İndi o plan və arzunuz sizə gərəksiz gəlir. Texnika inkişaf etdikcə sizin xəyallarınız da dəyişir. Daha da inkişaf etmiş olur. Arzularınız bitmir, tükənmir...

--------------------

-Kralica-

  • 2 may 2013 12:12
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
tttwwklerr..........

--------------------




nuray95

  • 2 may 2013 11:17
  • Məqalə: 0
  • Şərh: 368
  • Bal:
{awards}
tesekkurlerrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

--------------------
Sən mənim silahımda sonuncu güllə olsaydın, silahla ürəyimə atəş açardım....

Banned549678

  • 2 may 2013 09:38
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Teshekkurlerrrr ilk serh menden:p

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 40
Cəmi: 56

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}