
Düz, dalğalı, buruq necə olduğu fərq etməz!
Saç rənginizin nə mənanı verdiyini öyrənməyə nə deyərsiniz?
1. Tünd rəngli saçlar

Qara və şabalıd saçlılar həm quruluş həm də yaradılış baxımından digərlərindən çox fərqlidirlər. Evlərini çox sevərlər. Alışdıqları həyatdan ayrılmaq onlara çox çətin gəlir. Bir az səbirsiz, tədbirli, düşüncəli və vasvası olarlar. Enerjilərini diqqətlə istifadə etməni bilərlər. Tünd rəng saçlara sahib olanlar vasvası və diqqətli olduqları üçün detallı işlərdə çox müvəffəqiyyətlidirlər. Sənət qabiliyyəti və sənət sevgisi qüvvətlidir. Anlayışlı və sadiqdirlər.
2. Sarı rəngli saçlar

Sarışınlar ümumiyyətlə qüvvətli, orijinal fikirli, hər vəziyyətə uyğunlaşan, həvəsli, yaradıcı və müxtəlif qabiliyyətlərə sahib kəslərdir. Dəyişikliyi çox sevərlər. Bir işdə tez möhkəmlənə bilərlər. Özlərini və enerjilərini idarə edə bilmədikləri zaman enerjilərini lazımlılığından çox sərf edər və dərhal yorularlar. Ümumiyyətlə səbirli deyildirlər. Həyəcanı və əyləncəni sevərlər.
3. Qırmızı rəngli saçlar

Qırmızı saçlılar səbirsizdirlər. Çox tez sevinər və çox tez kədərlənə bilərlər. Sevincləri olduqca coşğulu olar. Amma bir dəfə canları sıxılsa özlərini çox bədbəxt hiss edərlər. Kiçik şeyləri problemə çevirirlər, amma bu vəziyyət uzun sürməz. Sevincləri, tez özünü göstərər. Qırmızı saçlı olan qadınlar maraqlıdır. Hər hansı bir mövzu üzərində qərar vermələri çətin ola bilər. Şübhəçi ola bilərlər. Çox dost canlısı, istiqanlıdırlar.