İlham Əliyev əhaliyə 2018-ci il üçün problemsizlik vəd etdi

 
İlham Əliyev əhaliyə 2018-ci il üçün problemsizlik vəd etdi

"Azərbaycan sürətlə inkişaf edir. Bizdə olan inkişaf templəri dünya miqyasında ən yüksəkdir. Son 10 ilin tarixi bunu göstərir və biz bundan sonra da yüksək templərlə inkişaf edəcəyik”. ANS PRESS-in AzərTAc dövlət agentliyinə istinadən verdiyi məlumata görə, bunu prezudent İlham Əliyev Qobustan ictimaiyyətinin nümayəndələri qarşısındakı çıxışında deyib “Baxmayaraq ki, indi dünyada, Avropada böhran dərinləşir, insanlar öz işlərini itirirlər, iş yerləri ixtisar olunur, maaşlar kəsilir və görürük ki, bu, nə qədər böyük problemlərə gətirib çıxarır. Ancaq Azərbaycanda biz bunun tam əksini görürük. Böhran bizə heç bir təsir etməyib. Çünki bizim çox düşünülmüş siyasətimiz var. Həm iqtisadi sahədə, həm sosial məsələlərin həllində müstəqil siyasətimiz var. Bax, bu müstəqil siyasətimiz bizi həmin problemlərdən qorudu”, - dövlət başçısı bildirib.

İlham Əliyev deyib ki, Azərbaycan bazar iqtisadiyyatını tam şəkildə tətbiq edib: “İqtisadi sahədə bizim tam müstəqil siyasətimiz var. Bu siyasət özünü həm iqtisadi islahatlarda göstərir, eyni zamanda, maliyyə-kredit siyasətimiz də tam müstəqildir, milli valyutanın məzənnəsi sabitdir. Bir-iki il bundan əvvəl bölgənin bir çox ölkələrində milli valyuta devalvasiyaya uğrayıb, yəni, qiymətdən düşüb və insanlar bundan böyük əziyyət çəkiblər. Ancaq Azərbaycanda manatın məzənnəsi gündən-günə güclənir və indi 1 manat 1 avroya bərabərdir. Yəni, bu nailiyyətlərə çatmaq üçün əlbəttə ki, düşünülmüş siyasət və müstəqil xətt olmalıdır. Bax, bunlar Azərbaycanda var. Ölkəmizin bundan sonra da uğurlu inkişafı üçün bütün proqramlar var və qəbul edilib. Bu ilin sonunda regionların inkişafına dair ikinci Dövlət Proqramı başa çatır. İndi hökumət üçüncü proqram üzərində işləyir. Üçüncü beşillik proqram bütün rayonlarda görüləcək işləri əhatə edəcək və 2018-ci ilə qədər bir dənə də olsun nə iqtisadi, nə sosial, nə infrastruktur problemi qalmayacaq”.


Geri dön

Online

İstifadəçilər: 0



Qonaqlar: 42
Cəmi: 57

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}