“Eurovision-2011” yarımfinal turu başa çatıb

 
“Eurovision-2011”  yarımfinal turu başa çatıb

“Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin müəyyənləşməsi üçün aparılan milli seçimlərin yarımfinal mərhələsi yekunlaşıb.
APA-nın məlumatına görə, 2010-cu ilin son günü - dekabrın 31-də keçirilən yarımfinalın axırıncı həftəsinin qalibi “Yeni ulduz” yarışmasının laureatı İlhamə Qasımova və gənc müğənni Nigar Camal olub. Yarımfinalın yeddinci həftəsində də növbəti gözlənilməz hal baş verib və 12 ifaçıdan ikisi finala vəsiqə qazanıb. Yeddinci həftənin üçüncüsü Azad Şabanov, dördüncüsü Günay Əhmədova, beşincisi Nigar Dərgahzadə, altıncısı Səbinə Məmmədova, yeddincisi Lalə Əliyeva, səkkizincisi Davud Əsgərli, doqquzuncusu Sadıq Ağamalıyev, onuncusu Tahir Quliyev, on birincisi Habil Əhmədov, on ikincisi isə Orxan Nəsibov olub.
Sonuncu yarımfinal həftəsinin yekun günündə Azərbaycan estradasının tanınmış müğənniləri qonaq qismində iştirak edib, yarımfinalçılara dəstək olublar. Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova isə doğum gününü namizədlərlə birgə keçirib. Sonuncu yarımfinal həftəsinin yekun günü bayram əhval-ruhiyyəsi ilə yadda qalıb. 7 yarımfinal həftəsindən finala vəsiqə qazanan ifaçılar da öz mahnılarını təqdim ediblər.
Beləliklə, bu ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision” müsabiqəsində iştirak edəcək Azərbaycan təmsilçisi Çingiz Mustafayev, Nurlan Növrəsli, Günay İbrahimli, Nikola Barklay, Arzum, Aynişan Quliyeva, İlqarə İbrahimova, Eldar Qasımov, İlhamə QasımovaNigar Camal arasından seçiləcək. Təmsilçi isə final mərhələsində müəyyən olunacaq. Final mərhələsinin fevralın ilk günlərində təşkil olunması nəzərdə tutulur.


Geri dön

MuslimGirl

  • 3 yanvar 2011 14:50
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
Tesekkurler melumata gore

CrazyGirl

  • 3 yanvar 2011 12:17
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
mr.Mamed,
only-girl,
tesekkur.....

--------------------
Sən varsansa həyat çox gözəl!

only-girl

  • 3 yanvar 2011 10:43
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
Təşəkkür

--------------------

CrazyGirl

  • 2 yanvar 2011 21:49
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Her birinze tesekkur

--------------------
Sən varsansa həyat çox gözəl!

L_SimuS

  • 2 yanvar 2011 20:01
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkur xebere gore

Sergio Ramos

  • 2 yanvar 2011 19:03
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
Bu xəbəri mən də göndəmişəm amma sən məni qabaqlamısan...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 23
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}