Sevgi nədir?

 
Sevgi nədir?

Sevgi nədir?

Bəlkə də, dünyada ən çox söyləmək və ən çox eşitmək istədiyimiz cümlələrdən biridir:
“Mən səni çox sevirəm”.


Sevgi insan oğluna bəxş edilən ən gözəl duyğudur. Hər kəs sevmək və sevilmək istəyir. Madam ki, sevgi bu qədər vacibdir, elə isə sevgi nədir?
Sevmək də bir duyğudur. Necə ki, Allah (c.c.) acımaq duyğusunu qəlbimizə yerləşdirib, eləcə də sevmək duyğusu da Allah (c.c.) tərəfindən bizə bəxş edilən bir nemətdir.
Hər bir insan mütləq sevir. Sevməmək mümkün deyil. Heç acımayan insan gördünüzmü? Elə isə, sevməmək də mümkün deyil. İnsan varsa, sevgi də var.
Ancaq insan nəyi sevməlidir? Bu, çox vacibdir. İmanımız varsa, yalnız Allahı (c.c.) sevməliyik. Allahı (c.c.) sevmək Onun sevdiklərini və Onu sevənləri də sevmək deməkdir. Sevginin əlaməti sevilənə xidmət etməkdir, onun yolunda lazım gəlsə, can qoymaqdır.
Ailələr sevgi əsasında qurulur. Yalnız sevgi sayəsində insanlar bir-birilərinə bağlanırlar. Sevgi insanı vətəninə məftun edir. Sevgi insanı işinə bağlayır. Sevgi cazibədir. Sevgi olmasa, heç nə, heç kim bir-birinə yaxınlaşmaz, bağlanmaz, hər şey bir-birindən qaçar, uzaqlaşar.
Hər şeydə bir sevgi var. Torpaq buluda aşiqdir, bulud çiçəklərə, çiçəklər də torpağa. Budaq yarpağa aşiqdir. Kainatda hər şey bir-biri ilə bağlı olduğu üçün kainatın mayası sevgidir. Bunun nəticəsidir ki, hər şey bir-birinə aşiqdir. Bu eşq onları bir-birinə möhtac edir. Məhz bu ehtiyac onlar arasında müəyyən əlaqəyə səbəb olur. Bu əlaqə isə eşqdir.
Məhəbbət kainatda hər şeyi bir-birinə bağlayır. İnsan kainat ağacının meyvəsidir. Biz bir insan kimi təbiəti sevirik, meyvələri sevirik, həyatı sevirik. Ancaq sevgimizi bu şəkildə paylasaq, Allahı (c.c.) sevmək üçün heç nəyimiz qalmaz. Ona görə də sevgimizi, ilk növbədə, ən layiq olana - Allaha (c.c.) və Peyğəmbər Əfəndimizə (s.ə.s.) (Qeyd: və əlbəttə ki, həmçinin Quran və Əhli-beytə) yönəltməliyik.
Günəş çıxır, torpaq yaşıllaşır. Susuz qalan bitkilər yarpaqlarını əl kimi açıb, Allahdan su istəyir. Allahın əmri ilə külək buludları bitkilərin üzərinə gətirir və yağış rəhmət kimi yağır. Yağan yağış dünyanı güldürür, sonra dərələrə axır. Oradan digər ehtiyacı olanların imdadına çatmaq üçün tələsir.
Sevgi yardımlaşmadır. Mayası sevgi olan kainatda hər şey bir-birinin yardımına tələsir. Ancaq təəssüf ki, hələ də “həyat mübarizə meydanıdır” deyənlər var.
Sevgi görünməyən zəncirdir. Elementləri bir-birinə bağlayır. Maddənin ən kiçik atomundan tutmuş, ta ən böyük günəş sisteminə qədər hər şeydə sevgi ilə rastlaşırıq. Köklər torpağın içində olsalar da, onun nə olduğunu anlamır. Sevgi də torpaq kimidir, hər kəs bu sevginin içindədir. Ancaq sevginin nə olduğunu, onun nələrə qadir olduğunu anlayanlar çox azdır...


Geri dön

CandyGirl

  • 11 iyul 2011 15:18
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
tewekkurler maraqlidi

--------------------

::..ONSLAUGHT::..

  • 11 mart 2011 19:10
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tewekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Mr_Unlimited

  • 23 may 2010 00:52
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
sevgi yalandir.sevgi yoxdu.sevgi cezadi. sevgi gunahdi.

OK

  • 22 may 2010 22:57
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}

--------------------

GuLLi

  • 21 may 2010 23:42
  • Məqalə: 19
  • Şərh: 496
  • Bal:
{awards}
sevende gelib bura werh yazacam ne demekdi sevgi

--------------------

Живи, как можешь, раз нельзя как хочется.

Love_you

  • 21 may 2010 23:36
  • Məqalə: 0
  • Şərh: 83
  • Bal:
{awards}
sevgiye inanmiyana sevgi yoxdu,sevilib sevilmiyen deyir sevgi yoxdu...
teshekkurler
sevgi mence sevilib sevilmekdi,sevmekdense sevimli olmaq yaxshidi

--------------------
Men +Sen=Birik
Men -Sen=Hecneyik
Men/Sen=Bolunmerik

nn_nn

  • 21 may 2010 20:26
  • Məqalə: 53
  • Şərh: 784
  • Bal:
{awards}
Sevgi...... Heqiqi sevgi heqiqeten insana en agir cezadi ,Cox saqol xeberine gore

--------------------

VESNA

  • 21 may 2010 20:26
  • Məqalə: 0
  • Şərh: 758
  • Bal:
{awards}
teshekkurler SEVGI TEKCE SENI SEVIREM DEMEK DEYIL

Ulya

  • 21 may 2010 11:59
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
Sevgi hər insana nəsib olmayan müqəddəs bir hissdi...
Ən böyük sevgi isə Allah sevgisidi, ondan uca sevgi ola bilməz!
Yazı çox maraqli idi. Əllərinə sağlıq

MIDNİGHTS_ANGEL

  • 21 may 2010 09:29
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
sevgi insanın özünə verdiyi ən ağır cəzadır...

_SliPkNoTkA_

  • 21 may 2010 01:30
  • Məqalə: 17
  • Şərh: 521
  • Bal:
{awards}
sevgi sudur ic ic qudur neyse thanks :)))))

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 41
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}