Amma sən yox idin

 
Günlər saralmış yarpaqlar kimi bir-bir ayaqlarımın dibinə tökülərkən,

mən hər gecə gözlərimi qaranlığa dikib sənin aydınlığını gözlədim. Sən yox idin.

Minlərcə addım atdım bu şəhərin hər guşəsində. Hər parkı,

hər ağacı əzbərlədim. Sevdaya qovşanmış hər bir yerdə sənin adını axtardım.

Evlərin divarları bir-bir üzərimə yıxıldı. Üzərimə yıxılmış sevgi acısını

ürəyimin dərinliyində hiss edərkən məni bu acıdan dartıb çıxaracaq

əllərini axtardım. Gözlənti şerləri yazdım. Kimisinə ucadan kimisinə

səssizcə söylədim. Qaranlıqlara qışqırdım həsrətimi. Səsimi duyarsan

deyə gözlədim. Səndən gələcək bir tək xəbəri gözlədim. Saatlar

əsrlər kimi gəldi. Çağıran hər telefon zəngini ürəyimin çağlayan

atışları ilə götürdüm. Səndən başqa duyduğum hər səsdə eyni xəyal

qırıqlarını yaşadım. Onlar məni, mən isə səni duymaq istəyirdim.

Səni axtarmaqdan yorğun olmuş bədənimi qaranlığın qucağına uzatdım

hər gecə. Bir göz qırpımında səhərin açılması üçün yuxuya

getməyimi istədim. Bacarmadım. Səhəri gözlərimi bağlamadan

açdım. Hər gecə sakitcə ayaq səsləri dinlədim, bəlkə gələn

sən olarsan deyə. Hər yağışla birgə hüzndə yağdı ürəyimin

üzərinə. Buludlar yalnızlıq rəmzi idi mənim üçün. Məni isladan

yağış damlaları olmadı. Mən hər mövsümdə sənin

yoxluğun ilə islandım. Həyat bahara çiçəklərini açaraq xoş

gəldin deyirdi. Uzun qış aylarından sonra gəlməz sandığım

köçəri quşlarında döndüyünü gördüm. Sən yox idin.

Hər avtobus, hər stansiya adresim oldu. Hər hansı bir avtobusdan

düşərsən deyə sandım. Avtobuslardakı hər bir kəsə səni görərəm

deyə baxdım. Adı bilinməyən qəsəbələrə getdim səndən

bir iz tapmaq üçün. Dənizin sonsuz dalğalarına ümid bağladım.

Limanlarda keçirirdim gözləntilərimi. Hər zamanda olduğu kimi

limanlardan sən olmadığın gəmilər keçdi. Gözümdən bir tək

damla yaş axmadı. Onlar sənə qalmalı idi. Heç kimsəyə

söyləmədim həsrətini. Gözləntini kimsəyə anlatmadım.

Fırtınalar qopdu ürəyimdə, dalğalar qovdu xəyallarımı.

Sığınacaq bir liman, yaşlanacaq bir köşə axtardım. İçimi açıb

tökəcək bir insan axtardım. Hər gecə ay param parça oldu.

Hər gecə ulduzlar bir-bir düşdü soraqlara. Ulduzları saçına taxıb

gəlişini gözlədim. Ayı ovcunda mənə gətirməni gözlədim və

bir günəş kimi doğub bu qara dünyamı

aydınlatmanı istədim. Amma sən yox idin...


Geri dön

Su Perisi

  • 16 fevral 2012 20:56
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
Hər gecə ay param parça oldu.

Hər gecə ulduzlar bir-bir düşdü soraqlara. Ulduzları saçına taxıb

gəlişini gözlədim. Ayı ovcunda mənə gətirməni gözlədim və

bir günəş kimi doğub bu qara dünyamı

aydınlatmanı istədim. Amma sən yox idin...

--------------------

Sweet life

  • 11 iyun 2011 14:40
  • Məqalə: 53
  • Şərh: 1261
  • Bal:
{awards}
piis deyil...

--------------------

ozlem2010

  • 22 mart 2011 03:30
  • Məqalə: 0
  • Şərh: 545
  • Bal:
{awards}
Amma sən yox idin...

hec vaxt da olmayassan!

--------------------
Hər mahnıda, hər kitabda,hər şeirdə ağlıyacam və beləcə nifrətim daha çox artacaq sənə,hər göz yaşımla zərrə-zərrə gedəcəksən ürəyimdən...

nilayka

  • 19 fevral 2011 18:59
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Xəbərə görə müəllifə təşəkkür

--------------------

Ulya

  • 7 yanvar 2011 15:19
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
twk yaziya gore

Irane

  • 6 yanvar 2011 23:11
  • Məqalə: 8
  • Şərh: 651
  • Bal:
{awards}
tesekkur smile

--------------------

L_SimuS

  • 3 yanvar 2011 23:26
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
eziyyete gore tewekkur

Sergio Ramos

  • 3 yanvar 2011 20:16
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
Xəbərə görə müəllifə təşəkkür

--------------------

CandyGirl

  • 3 yanvar 2011 18:00
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
cox qozel idi..........

--------------------

Ay_Nur

  • 3 yanvar 2011 17:03
  • Məqalə: 0
  • Şərh: 188
  • Bal:
{awards}
cox gozel yazi idi. cox beyendim.

--------------------
Gərçək dəyər gəlməsi boşluq dolduran deyil;
getməsi boşluq yaradandır.

R_O_M_A

  • 3 yanvar 2011 16:41
  • Məqalə: 463
  • Şərh: 1137
  • Bal:
{awards}
GOZEL SOZLERDIR SEVDIM BUNU

--------------------

CrazyGirl

  • 3 yanvar 2011 16:40
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Ilk serh menden tesekkur ama ikinci sehifede xeberin sekli yoxdur winked

--------------------
Sən varsansa həyat çox gözəl!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 46

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}