Mövsüm depressiyasından necə qurtulmalı?

 
Mövsüm depressiyasından necə qurtulmalı?

Mövsüm depressiyası daha çox qadınlarda müşahidə olunur.

Artıq baharın sonuncu ayını - mayı yaşayırıq. Yağışlı, soyuq günlərdən sonra havanın birdən-birə isinməsi insanda fərqli duyğular oyandırır. Kimisi günəşlə birlikdə xoş əhval-ruhiyyəsi ilə ətrafındakılara xoş enerji bəxş edir, kimisi isə məhz belə havalarda özünə qapanır, yorğun, üzgün, süst həyat tərzinə keçir. Bahar depressiyalarına isə elə ən çox baharın sonunda rast gəlinir, çünki havaların kəskin dəyişməsi may ayına təsadüf edir.

Çoxlarında narazılıq, yorğunluq açıq-aşkar hiss olunur. Səbəbsiz yaranan baş ağrıları, əhvalsızlıq, əsəbilik əslində bahar depressiyasının göstəriciləridir və insanlar arasında elə də diqqətə alınmır. Halbuki, fəsillərə uyğun olaraq dəyişən əhval məhz yaz aylarında daha pik nöqtəyə çatır. Bəlkə elə buna görə də, may ayında toy edilməsi cəmiyyətdə birmənalı qarşılanmır. Bəziləri üçün aylar fərq etməsə də, əksər insanlar üçün may ayında toy etmək yolverilməzdir.

Psixoloq Nahidə Orucovanın sözlərinə görə, depressiyaya meylli insanlar üçün aylardan may, yaxud dekabr olmasının fərqi yoxdur. İnsanların kiçik əhval dəyişikliyi isə onların depressiyaya düşməsi demək deyil, amma düşməyəcək anlamına da gəlmir. Buna görə də, əhvalında daim dəyişiklik olan insanlar, xüsusən belə aylarda daha diqqətli olmalıdırlar: "Bahar aylarında insanları bahar depressiyaları, demək olar ki, əsir alır. Normal, gündəlik həyatın axarına uyğunlaşa bilməyənlər aqressivlik, narahatlıq hiss edir ki, bunun də səbəblərini günəşin çıxmasında, havanın normadan artıq isinməsində və bu kimi səbəblərdə görürlər. Halsızlıq, tez yorulma, işləməyə həvəssizlik, iştah və yuxuda problemlərə belə aylarda tez-tez rast gəlinir. Qış aylarında insanlar ətraf mühitdən, dost-tanışdan təcrid olunmaqla, tənhalığa çəkilməklə sakitləşirlərsə, bahar aylarında bu tam tərsinə olur. Aqressiya, əsəb, gərginlik üzə çıxır və insan bununla özünü rahat hiss edir. İstəksizlik insanın etməsi vacib olan işlərin axsamasına səbəb olar və bununla da elə hiss yaranar ki, sanki heç nəyə yaramırsan və həyat mənasızdır. Təəssüfedici haldır ki, intiharlar da ən çox belə aylarda artır".

Belə hallarla üzləşdikdə "bahardandır, havadandır, keçib gedər" demək yerinə əhvalda olan dəyişiklikləri diqqətdə saxlamaq lazımdır. Çünki əksər vaxtlarda bahar qurtarsa da onun əhvalsızlığı uzun müddət davam edir. Əgər heç bir əlavə narahatedici vəziyyət yoxdursa, əhvalı korlayan heç bir artıq problem nəzərə çarpmırsa, onda bu dəyişimin bahar aylarından qaynaqlandığını demək olar. "Bahar aylarında əhvalın belə dəyişikliyi insan orqanizmindəki hormanlarda yaranan dəyişikliklə bağlıdır. Günəş işığının təsiri nəticəsində insan orqanizmindəki melotonin hormonunda dəyişiklik olur ki, bu da birbaşa insan əhvalına təsir edir".

Psixoloq bildirir ki, bahar depressiyası əsasən genetik olaraq depressiyaya meylli insanların rastlaşdığı bir haldır. Depressiyaya meyli olmayan insanlarda yaranan əhvalsızlıq və depressiyaya uyğun dəyişikliklər insanın yorğun olması, az yatması, işlərinin yolunda getməməsi kimi problemlərdən qaynaqlanır. "Mövsüm depressiyası kişilərdən çox qadınlarda tez-tez görünür. Nəticə olaraq qadınlarda dəmir əskikliyi yaranır. Halsız hiss etmə, qanazlığı müşahidə olunur. Orqanizmdə B12 əskikliyi insanın unutqan olmasına və qan azlığına səbəb olur. Təzə meyvə, tərəvəzdə olan folium turşusu da orqanizmdə azaldığı zaman insan depressiyaya yönəlik olur. Əgər insan gün ərzində əhvalının kəskin dəyişimindən narahat olursa, bu dəyişim onun gündəlik iş həyatına təsir edirsə və həqiqətən narahatlıq yaradırsa, onda həkimə müraciət edib bu halsızlığın hansı səbəbdən yarandığını öyrənmək lazımdır. Yox, əgər depressiyaya meylli insanda bu hallar görülürsə, onda vəziyyət daha da ağırlaşmadan psixoloqa müraciət etmək yaxşı olar".

Yorğunluq, kefsizlik, oynaq ağrıları, yuxusuzluq kimi əlamətlərlə özünü büruzə verən bahar yorğunluğu, qarşısı alınmadıqda depressiya ilə nəticələnir. Mütəxəssislər, ciddi psixoloji problemlərə yol açan bahar yorğunluğunun qarşısını almaq üçün C və B vitamini qəbul etməyi, idmanla məşğul olmağı və günəş vannası qəbul etməyi məsləhət görür. NP İstanbul Neyropsixiatriya Xəstəxanasının mütəxəssisləri bahar yorğunluğu kimi başlayıb sonradan depressiyaya çevrilən bu yorğunluğun qarşısı alınmazsa, ciddi problemlərə yol aça biləcəyini açıqlayıblar. Yorğunluğun qarşısını almaq isə elə də çətin deyil. Belə ki, gün ərzində yuxunu normal saxlamaq, nə az, nə də çox yatmaq, yatan zaman gün ərzində yaşanılan neqativ hadisələri unutmaq, tənbəlliyə qarşı mübarizə aparmaq lazımdır. Günəşdən qaçmayıb, daim bol günəşli məkanlarda olmaq da insanın daha tez fəsilə uyğunlaşmasına kömək edir.

Əhvaldakı dəyişimlər gündəlik nəzarətdə saxlanılmalıdır. Əgər bir gün əhvalınız pis, digər gün inanılmaz dərəcədə xoş olaraq qalxırsa bu, depressiya deyil. Çünki bir günlük depressiya olmur. Daim, günbəgün artan mənfi hisslər azalmaq yerinə əksinə narahat edirsə, onda vəziyyət gərgindir. Diqqətli olmaq və mümkün qədər günəşli günlərdən zövq almaq lazımdır.


Geri dön

☮★Azerbaijan Boy★☮

  • 30 may 2013 14:06
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
Artıq baharın sonuncu ayını - mayı yaşayırıq. Yağışlı, soyuq günlərdən sonra havanın birdən-birə isinməsi insanda fərqli duyğular oyandırır. Kimisi günəşlə birlikdə xoş əhval-ruhiyyəsi ilə ətrafındakılara xoş enerji bəxş edir, kimisi isə məhz belə havalarda özünə qapanır, yorğun, üzgün, süst həyat tərzinə keçir. Bahar depressiyalarına isə elə ən çox baharın sonunda rast gəlinir, çünki havaların kəskin dəyişməsi may ayına təsadüf edir.

--------------------

Re►PLay

  • 18 may 2013 06:56
  • Məqalə: 11
  • Şərh: 2923
  • Bal:
{awards}
cox sagolun

lady anna

  • 15 may 2013 17:29
  • Məqalə: 26
  • Şərh: 2973
  • Bal:
{awards}
amma wink menim en wen oldugum vaxt may ayidi

--------------------

Bash Belası

  • 14 may 2013 10:46
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Xəbərçün saolun...

Roya_____

  • 9 may 2013 14:56
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
twkler meslehet fellow ler ucun

pervis

  • 8 may 2013 19:38
  • Məqalə: 68
  • Şərh: 4366
  • Bal:
{awards}
Belə hallarla üzləşdikdə "bahardandır, havadandır, keçib gedər" demək yerinə əhvalda olan dəyişiklikləri diqqətdə saxlamaq lazımdır. Çünki əksər vaxtlarda bahar qurtarsa da onun əhvalsızlığı uzun müddət davam edir. Əgər heç bir əlavə narahatedici vəziyyət yoxdursa, əhvalı korlayan heç bir artıq problem nəzərə çarpmırsa, onda bu dəyişimin bahar aylarından qaynaqlandığını demək olar.

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

sebnem98

  • 8 may 2013 15:12
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
Diqqətli olmaq və mümkün qədər günəşli günlərdən zövq almaq lazımdır.

--------------------

★Miss_Alekss★

  • 7 may 2013 00:56
  • Məqalə: 11
  • Şərh: 1269
  • Bal:
{awards}
\···...Eziyete gore tesekkurler ama oxumadim...···\

--------------------

PSIXOPATKA

  • 6 may 2013 20:19
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
MARAQLIDI TWK XEBERCUN

--------------------

pervis

  • 6 may 2013 15:21
  • Məqalə: 68
  • Şərh: 4366
  • Bal:
{awards}
"Bahar aylarında insanları bahar depressiyaları, demək olar ki, əsir alır. Normal, gündəlik həyatın axarına uyğunlaşa bilməyənlər aqressivlik, narahatlıq hiss edir ki, bunun də səbəblərini günəşin çıxmasında, havanın normadan artıq isinməsində və bu kimi səbəblərdə görürlər. Halsızlıq, tez yorulma, işləməyə həvəssizlik, iştah və yuxuda problemlərə belə aylarda tez-tez rast gəlinir. Qış aylarında insanlar ətraf mühitdən, dost-tanışdan təcrid olunmaqla, tənhalığa çəkilməklə sakitləşirlərsə, bahar aylarında bu tam tərsinə olur. Aqressiya, əsəb, gərginlik üzə çıxır və insan bununla özünü rahat hiss edir. İstəksizlik insanın etməsi vacib olan işlərin axsamasına səbəb olar və bununla da elə hiss yaranar ki, sanki heç nəyə yaramırsan və həyat mənasızdır. Təəssüfedici haldır ki, intiharlar da ən çox belə aylarda artır".

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

Əkbər007

  • 6 may 2013 15:10
  • Məqalə: 255
  • Şərh: 4709
  • Bal:
{awards}
çox super məqalədir təşəkkürlər yeri yoxdu

--------------------

☮★Azerbaijan Boy★☮

  • 5 may 2013 22:53
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}
Artıq baharın sonuncu ayını - mayı yaşayırıq. Yağışlı, soyuq günlərdən sonra havanın birdən-birə isinməsi insanda fərqli duyğular oyandırır. Kimisi günəşlə birlikdə xoş əhval-ruhiyyəsi ilə ətrafındakılara xoş enerji bəxş edir, kimisi isə məhz belə havalarda özünə qapanır, yorğun, üzgün, süst həyat tərzinə keçir. Bahar depressiyalarına isə elə ən çox baharın sonunda rast gəlinir, çünki havaların kəskin dəyişməsi may ayına təsadüf edir.

--------------------

★WirinKa★

  • 5 may 2013 22:52
  • Məqalə: 14
  • Şərh: 4476
  • Bal:
{awards}
cox sagolunn...

--------------------

★Украду Девушку★

  • 5 may 2013 22:46
  • Məqalə: 100
  • Şərh: 3646
  • Bal:
{awards}
Twkr,,,,............ ))

--------------------

ShoKKi_MoKKi

  • 5 may 2013 22:40
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
Eziyete gore tesekkurler ama oxumadim..

--------------------

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 5 may 2013 22:15
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
tewekkurler

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

мυsLiмαηκα

  • 5 may 2013 22:02
  • Məqalə: 0
  • Şərh: 9113
  • Bal:
{awards}
Tewekkurler ehtiyac yoxdu...

Banned549678

  • 5 may 2013 21:54
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Twkler...........

:: Pure Love ::

  • 5 may 2013 21:45
  • Məqalə: 11
  • Şərh: 2195
  • Bal:
{awards}
Twkler...........

surawka

  • 5 may 2013 21:39
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
Tesekkurler

Aytac98

  • 5 may 2013 20:57
  • Məqalə: 0
  • Şərh: 700
  • Bal:
{awards}
twk iki ile lazim olacaq

--------------------
Eshedu enle ilehe ilellah!
Eshedu enle Muhemmedu ve abduhu resuluhu!
Men sehadet getiriremki Allahdan baska tanri ve ibadete layiq megbud yoxdu,ve Mehemmed onun qulu ve elcisidir!

Banned1

  • 5 may 2013 20:52
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
ilk şərh mənnən...ehtiyacım yoxdu oxumadım...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 42
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}