Victoria's Secret Tarixi

 
Victoria's Secret Tarixi

Roy Raymond bu düşüncəni başında yaxşıca formalaşdıran kimi dərhal Stanford İş Mərkəzində bir mağaza açdı. Təqvimlər 1977-ci ili göstərirdi. Raymond mağazanı açarkən kapitalı 80 min dollar idi. 40 min dollarını bankdan, qalan 40 minini də qohumlarından borc almışdı.

Şirkət fəaliyyətə başladığı ilk il 500 min dollar qazanc əldə etdi. Raymond, bu müvəffəqiyyətdən cəsarət alaraq 3 mağaza daha açdı və katalogdan sifariş yolu ilə satışa başladı. 1982-ci ildə Victora's Secretin 6 mağazası vardı və gəliri də yaxşıca artmışdı.
Firma ildə 6 milyon dollar qazanırdı. Tam bu sırada Raymond Victoria's Secreti The Limited-in yaradıcısı olan Leslie Wexnera satdı həm də 4 milyon dollar qarşılığında. Bu onun üçün sonun başlanğıcı oldu... Raymond 1984-ci ildə My Child's Destiny adında bir uşaq mağazası qurdu. Amma Victorianın sehri onun üçün pozulmuşdu artıq. Firma iki il sonra müflis oldu.
Roy Raymond'un sürətli və uğurlu başlayan əhvalatı sirrli bir şəkildə sona çatdı. Raymond 26 Avqust 1993-cü ildə Golden Gate Körpüsündən özünü aşağıya atdı. Bunu etdiyində yalnız 47 yaşı var idi.
Günümüzün ən cazibədar və fantastik alt paltarı markası olan Victoria's Secretin yaradıcısının cəsədi körpüdən tullandıqdan tam 1 həftə sonra San Francisco Körfəzində tapıldı. Ölümü ilə bağlı aralarında Raymond-ın fərqli seçimlərinin də olduğu bir çox iddia ortaya atıldı. Ancaq Roy Raymond'ın ölümü bir sirr olaraq qaldı.
Amma firma Raymond'dan sonrakı sahibi Leslie Wexner'a uğurlu gəldi... Onsuz da zəngin olan Wexner dəfələrlə dünyanın ən zəngin iş adamı seçildi.



Victoria's Secret moda dünyasındakı manekenlər üçün də nadir rast gəlinən bir pillədir. Bir dəfə belə olsa bu firmanın nümayişində çıxmaq, ya da kataloglarında yer almaq digər güclü firmaların diqqətini çəkmənin və ildə milyonlarla dollar qazanmanın zəmanətidir. Amma firmanın üzü olmaq heç də asan deyil. Yalnız gözəllik yetərli deyil. Bundan çoxu lazımdır.

Əvvəlcə firmaya maneken ola bilmək üçün ən az 1.76 sm boyunda olmaq lazımdır.

18 yaşından kiçik 30 yaşından böyük olmamaq lazımdır. ABŞ vətəndaşı olmaq ya da ABŞ-ın əyalətlərindən birində yaşamaq icazəsinə sahib olmaq tələb olunan şərtlərdəndir.

İngilis dilində oxuyub danışmağı bacarmalı, sağlamlığı mükəmməl olmalıdır.
Victoria’s Secret mağazaları ya da firma şəriklərindən heç biri ilə şəxsi münasibəti olmamalıdır.

Cinayət qeydiyyatı birmənalı şəkildə təmiz olmalıdır. Yalnız cinayət törətmək deyil, cinayətə cəhd etmək belə dünyanın ən gözəl qadını olsanız da firmanın qapılarını üzünüzə bağlayır.
Victoria’s Secret modellərini yüz ölçüb bir biçərək seçir, lakin sözün əsl mənasında onları xoşbəxt edir.
Firmanın günümüzdəki ən məşhur manekenlərinin gəlirləri sözün əsl mənasında dodaq uçuqladır.
Firmanın sevimlilərindən Gisele Bundchen-in firma ilə olan müqaviləsi bitib amma o 2009-cu ildə 35 milyon dollar qazanıb. Əlbəttə bu pul sadəcə Victoria's Secret-dən qazandığı deyil. Amma firmanın karyerasına təsirini də qeyd etməmək olmaz. Tom Brady ilə evli olan Bundchen bir oğul anasıdır.

Adriana Lima isə 7 milyon dollar qazanıb. Bu gəlirin çox hissəsi isə Victoria's Secret-dən gəlib.

Heidi Klum isə 16 milyon dollar qazanıb

Firmanın bir başqa tanınan ismi Karolina Kurkova da 5 milyon dollar qazanıb.

Doutzen Kroes
da 6 milyon dollar qazanıb.
Alessandra Ambrosio isə 5 mln 500 min gəlir əldə edib.

əşhur aktyor Orlando Bloom ilə ailə quran və hazırda hamilə olan Miranda Kerr də firmanın məşhur simalarındandır. Onun gəliri isə 3 mln 500 min təşkil edib.

Əlbəttə moda dünyasının bu məşhur modellərinin yeganə qazanc yeri Victoria's Secret deyil. Reklamlar, təqdimatlar və bir çox tədbirlərdən də gəlir əldə edirlər. Amma hamısı da karyeralarındakı bu sürətli yüksəlişi əlbəttə çox işləməyə və intizama sonra da Victoria's Secret firmasına borcludurlar. Çünki CV-lərində yer alan bu maddə onları digər firmaların da sevimli axtarılan modelinə çevirir.

Victoria's Secret ildə bir dəfə moda nümayişi təşkil edib öz yeni kolleksiyasını təqdim edir. Hazırlıqları aylar əvvəl başlayan bu nümayiş bitdikdən sonra da aylarla gündəmdə olur.
Əlbəttə firmanın ilk illərdə təşkil etdiyi nümayişlər indiki qədər görkəmli deyildi.
Firmanın ilk nümayişi 1995-ci ildə New Yorkda yerləşən Plaza Oteldə baş tutub.


Geri dön

nilayka

  • 6 may 2011 01:16
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
tesekkur

--------------------

Ulya

  • 7 yanvar 2011 14:42
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
superdi baciw

CrazyGirl

  • 4 yanvar 2011 09:59
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
celal,
Bir xebere 5-10 serh yazma daa!!

--------------------
Sən varsansa həyat çox gözəl!

CrazyGirl

  • 3 yanvar 2011 23:34
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Emo_girl_98,
sene de tsk canim....

--------------------
Sən varsansa həyat çox gözəl!

CandyGirl

  • 3 yanvar 2011 19:02
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
maraqli xeberdi tesekkur

--------------------

CrazyGirl

  • 3 yanvar 2011 12:10
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
Deyerli fikirlerinize gor tesekur....

--------------------
Sən varsansa həyat çox gözəl!

Lindo

  • 3 yanvar 2011 11:11
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
Alessandro Ambrosio ve Adriana LIma ikisi de gozeldi.
twk

Sergio Ramos

  • 3 yanvar 2011 01:22
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
Qəşəng qızdı
Müəllifə təşəkkür

--------------------

L_SimuS

  • 3 yanvar 2011 00:23
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tewekkur maraqli idi

boyuk iwler kicik addimlardan bawdiyir...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 31
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}