Qohum-əqrəba ziyarəti

 
Qohum-əqrəba ziyarəti

Silei-rəhm – qohum-əqrəba və yaxınlara baş çəkmək, hal-əhval tutmaq, könülləri xoş etmək mənasında işlənən dini-əxlaqi bir termindir.

İslam bəşəri münasibətlərlə yanaşı, yaxınlardan başlayaraq ana-ataya və növbə ilə digər qohumlara baş çəkməyə də olduqca əhəmiyyət vermişdir.

Xalid ibn Zeyd (Əbu Əyyub əl-Ənsari) həzrətləri nəql edir:

Bir nəfər Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) hüzuruna gəlib soruşdu:

– Ey Allahın Rəsulu, mənə elə bir ibadət deyin, onu etməklə cənnətə gedim.

Rəsulullah (sallallahu əleyhi və səlləm) belə cavab verdi:

– Allaha ibadət et, Ona heç nəyi şərik qoşma, namaz qıl, zəkat ver və silei-rəhm et
”.

Müsəlmanların Cənnətə aparan əməllərdən biri olan silei-rəhm qohum-əqrəbaya baş çəkməklə yanaşı, hər bir xeyirli işdə onlara kömək olmaq deməkdir. İstər ayələrdə, istərsə də hədisi-şəriflərdə namaz, zəkat kimi fərz ibadətlərdən sonra qohum-əqrəba ziyarətinin gəlməsi silei-rəhmin İslamda nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu səbəbdən, İslam alimləri qohum-əqrəba ziyarətinin vacib olduğu barədə hökm vermişlər. Qohum-əqrəba ilə münasibətləri kəsmək böyük günah sayılmışdır. Allah-Təala belə buyurur:

Ey insanlar! Sizi bir insandan xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizin əmrlərinə əməl etməməkdən qorxun! (Adı ilə) bir-birinizdən (cür­bəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər (çəkinin) edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir” (“Nisa” surəsi, 4/1).

Bu ayə insanları qohumluq əlaqələrini kəsməkdən çəkindirir. Aşağıda verdiyimiz ayə isə qohumluq əlaqələrinin davam etdirilməsini əmr edir.

O kəslər ki Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir (qohumluq əlaqələrini qoruyub saxlayır, möminlərə hörmət edir), Rəbbindən və pis haqq-hesabdan qorxurlar.

Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) qıranlar, yer üzündə fitnə-fəsad törədənlər isə lənətə düçar olacaqlar. Onları pis yurd (cəhənnəm, o biri dünyanın pislikləri) gözləyir
” (“Rəd” surəsi, 13/21,25).

Bu ayə və hədislərdə keçən “rəhm” (qohum) sözünün hansı qohumları ehtiva etməsi ilə əlaqədar fikirlər fərqlidir. Bəzi alimlərə görə, aralarında nikah haram olan kəslər, bəzilərinin fikrincə isə, varislər nəzərdə tutulur. Bəzi alimlər isə bütün yaxın qohum-əqrəbanın “rəhm” məfhumuna daxil olduğunu deyir. Sonuncu fikir ictimai yardımlaşma baxımından daha əhatəli görünür.

Xülasə, Allah (cəllə cəlaluhu) və Rəsulu (sallallahu əleyhi və səlləm) qohumlara baş çəkməyi əmr edir. Buna görə də silei-rəhm qaydalarını bilmək vacibdir.

Silei-rəhmin bir neçə dərəcəsi var:

1. Ən aşağı dərəcəsi qohumlarımıza gülərüz olmaq, onlara xoş sözlər demək, yəni görəndə salamlaşmaq, hal-əhval tutmaq. Daim onlar barəsində gözəl şeylər fikirləşib onların yaxşılıqlarını istəməkdir.

2. İkinci dərəcəsi isə onlara baş çəkmək və müxtəlif işlərdə əl uzatmaqdır. Bunlar daha çox fiziki işlərdir. Xüsusilə, yaşlılara tez-tez baş çəkmək, işlərini görmək onları sevindirir.

3. Silei-rəhmin üçüncü və ən önəmli dərəcəsi isə qohum-əqrəbaya maddi dəstək və arxa olmaqdır.

Silei-rəhmdə bəzi istisna hallar da var, məsələn, kasıb qohumdan maddi dəstək ummaq doğru deyildir. Lakin varlı bir müsəlmanın təkcə qohumlarına baş çəkməklə, hal-əhval tutmaqla silei-rəhm vəzifəsini yerinə yetirdiyini də demək olmaz. Belə varlı insanlar kasıb qohum-əqrəbaya mümkün qədər maddi kömək göstərməlidir. Onlara borc da verə və ya təmənnasız maddi kömək göstərə bilərlər. Beləliklə, yaxınlara əl uzatmaq yuxarıda qeyd edilən üç bənddən hansına gücümüz çatırsa, ona əməl et­mək deməkdir. Müsəlman gücü çatan hər şeyə görə məsuliyyət da­şıyır. Yuxarıdakı ayədə Allah-Təalanın bu vəzifəni yerinə yetirməyənə lənət etdiyini də yaddan çıxarmamalıyıq. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurur: “Hər cümə gecəsi insanların əməlləri Allaha ərz edilir. Yalnız silei-rəhm etməyənlərin əməl­ləri qəbul olunmur”.

Rəsulullah (sallallahu əleyhi və səlləm) başqa bir hədisi-şərifində qohum-əqrəba münasibətinin Allaha və axirətə ürəkdən imanın bir tələbi olduğunu bəyan etmişdir. Bir hədisində belə buyurur: “Silei-rəhm Ərşdən asılıdır. Deyir ki: “Məni yerinə yetirəni Allah qorusun, məni tərk edəni Allah tərk etsin

Silei-rəhmi yerinə yetirməyənlərə edilən xəbərdarlıq bununla bitmir. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) belə insanların cən­nətə girməyəcəyini bəyan etmişdir. Əksinə, qohum-əqrəba əlaqələrinə əhəmiyyət verib, qoruyan şəxslərə uzun ömür və bol ruzi bəxş ediləcəyi, qohumlarına maddi dəstək olanların isə həm sədəqə savabı, həm də silei-rəhm savabı qazanacağı bildirilmişdir.

Qohum-əqrəbalarımız, xüsusilə, xala, bibi, dayı, əmi kimi yaxınlarımız ailəmiz sayılır. Onları yaxınlarımız bilməli, bu düşüncə ilə hərəkət etməliyik. Rəsulullah (sallallahu əleyhi və səlləm): “Xala ana yerindədir”, – buyurur. "Əmi də ata yerindədir". Bu qədər ya­xın insanlarla münasibətdə müəyyən əxlaqi vəzifələrin olması təbiidir. Bu vəzifələr arasında onlara baş çəkmək mühüm əhəmiyyət daşıyır. Yaxınlara başda bayram günləri olmaqla, vaxtaşırı baş çəkmək, imkan varsa, hədiyyə aparmaq gözəl davranışlardandır. Bu ziyarətlərin qarşılıqlı olması, yəni gələnə getmək də əhəmiyyətlidir. Çünki gələnə getməmək münasibətlərdə soyuqluğa gətirib çıxarır.

Ziyarətlər qohumları bir-birinə möhkəm bağlayır. Küskünlüklər aradan qalxır. Sevinc və kədəri bölüşməyə, problemləri birgə həll etməyə zəmin hazırlayır. Xüsusilə, yaşlılar tək-tənha, kimsəsiz olmadıqlarını, insanların onları arayıb-axtardığını, hal-əhvalını tutduğunu görüb son günlərini xoşbəxt yaşayırlar.

Silei-rəhmlə bağlı əsas xüsuslardan biri də yaxşılığın təmən­nasız edilməsi, silei-rəhmin qohumluq əlaqələrini saxlayanlarla yanaşı, münasibətləri kəsənlərə də şamil olunmasıdır. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurur:

Yaxşılığa yaxşılıqla cavab verən qohumluq əlaqələrinə tam riayət etmiş olmaz. Bu vəzifənin tam yerinə yetirilməsi münasibəti kəsən qohumlarla əlaqə saxlamaq, onlara baş çəkmək və kömək etməklə mümkündür”. Bundan başqa, yaxşılıq həmişə edilməlidir. Yoxsulluqda yaxşılıqdan və əl tutmaqdan dəm vurub varlananda bunları unutmaq doğru deyil:

Deməli, hakimiyyəti ələ alsanız, yer üzündə fitnə-fəsad çıxaracaq, qohumluq münasibətlərini parça-parça edəcəksiniz? Allah onları mərhəmətindən məhrum etmiş, kar və kor etmişdir!” (“Məhəmməd” surəsi, 47/22-23)


Geri dön

GuNaY_83

  • 6 iyun 2013 13:56
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
ALLAH Razi Olsun..

--------------------

Roya_____

  • 20 may 2013 20:37
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
twkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk

ShoKKi_MoKKi

  • 9 may 2013 22:36
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
ALLAH Razi Olsun..

--------------------

leyluwka_20

  • 8 may 2013 23:13
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
“Ey insanlar! Sizi bir insandan xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizin əmrlərinə əməl etməməkdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər (çəkinin) edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir” (“Nisa” surəsi, 4/1).

--------------------

Roya_____

  • 8 may 2013 20:34
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
TWK ALLAH RAZI OLSUN

pervis

  • 8 may 2013 18:05
  • Məqalə: 68
  • Şərh: 4366
  • Bal:
{awards}
“Bir nəfər Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) hüzuruna gəlib soruşdu:

– Ey Allahın Rəsulu, mənə elə bir ibadət deyin, onu etməklə cənnətə gedim.

Rəsulullah (sallallahu əleyhi və səlləm) belə cavab verdi:

– Allaha ibadət et, Ona heç nəyi şərik qoşma, namaz qıl, zəkat ver və silei-rəhm et”.


ALLAH razi olsun

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

sebnem98

  • 8 may 2013 17:42
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
İslam bəşəri münasibətlərlə yanaşı, yaxınlardan başlayaraq ana-ataya və növbə ilə digər qohumlara baş çəkməyə də olduqca əhəmiyyət vermişdir.

--------------------

Banned549678

  • 8 may 2013 15:43
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH razi olsunnnnnnnnnnnnnnn

Re►PLay

  • 8 may 2013 04:45
  • Məqalə: 11
  • Şərh: 2923
  • Bal:
{awards}
Allah razi olsun

Əkbər007

  • 8 may 2013 00:47
  • Məqalə: 255
  • Şərh: 4709
  • Bal:
{awards}
Allah razı olsun saq olun fellow

--------------------

VitamiN_Ka

  • 7 may 2013 23:47
  • Məqalə: 160
  • Şərh: 2123
  • Bal:
{awards}
Allah razı olsun...

--------------------

:: Pure Love ::

  • 7 may 2013 22:33
  • Məqalə: 11
  • Şərh: 2195
  • Bal:
{awards}
Allah razi olsun.

angels never die

  • 7 may 2013 21:24
  • Məqalə: 0
  • Şərh: 1161
  • Bal:
{awards}
ELHEMDULILLAH.

--------------------
BIZ AWAGIDA PLAN QURARKEN,TANRI YUXARIDAN BIZE GULER.
HEYAT COX ZALIM BIR MUELLIMDIR.EVVEL IMTAHAN EDER SONRA DERS VERER.
BUGUNKI AGLIM OLSAYDI DUNEN ETDIKLERIMI ETMEZDIM,AMMA DUNEN ETDIKLERIMI ETMESEYDIM BUGUNKI AGLIM OLMAZDI....

-Kralica-

  • 7 may 2013 21:15
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
ttttttwwwwwkkkkkkkkkk

--------------------




leyluwka_20

  • 7 may 2013 20:31
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
1. Ən aşağı dərəcəsi qohumlarımıza gülərüz olmaq, onlara xoş sözlər demək, yəni görəndə salamlaşmaq, hal-əhval tutmaq. Daim onlar barəsində gözəl şeylər fikirləşib onların yaxşılıqlarını istəməkdir.

--------------------

ShoKKi_MoKKi

  • 7 may 2013 20:26
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------

☮★Azerbaijan Boy★☮

  • 7 may 2013 20:18
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}
“Bir nəfər Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) hüzuruna gəlib soruşdu:

– Ey Allahın Rəsulu, mənə elə bir ibadət deyin, onu etməklə cənnətə gedim.

Rəsulullah (sallallahu əleyhi və səlləm) belə cavab verdi:

– Allaha ibadət et, Ona heç nəyi şərik qoşma, namaz qıl, zəkat ver və silei-rəhm et”.

--------------------

Sorry_No_Name

  • 7 may 2013 20:07
  • Məqalə: 13
  • Şərh: 317
  • Bal:
{awards}
Allah Razı Olsun

--------------------
Mэnimlэ 0yuna vaгsan?

surawka

  • 7 may 2013 20:05
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
Allah razı olsun

damla 505

  • 7 may 2013 20:01
  • Məqalə: 5
  • Şərh: 1544
  • Bal:
{awards}
Silei-rəhmin bir neçə dərəcəsi var:

1. Ən aşağı dərəcəsi qohumlarımıza gülərüz olmaq, onlara xoş sözlər demək, yəni görəndə salamlaşmaq, hal-əhval tutmaq. Daim onlar barəsində gözəl şeylər fikirləşib onların yaxşılıqlarını istəməkdir.

2. İkinci dərəcəsi isə onlara baş çəkmək və müxtəlif işlərdə əl uzatmaqdır. Bunlar daha çox fiziki işlərdir. Xüsusilə, yaşlılara tez-tez baş çəkmək, işlərini görmək onları sevindirir.

3. Silei-rəhmin üçüncü və ən önəmli dərəcəsi isə qohum-əqrəbaya maddi dəstək və arxa olmaqdır.

--------------------
Torpagin ustunde risofka kimi gezme,cunki torpagin altinda senden zor oglanlar yatir

Nara Neznakomka

  • 7 may 2013 20:00
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Silei-rəhm – qohum-əqrəba və yaxınlara baş çəkmək, hal-əhval tutmaq, könülləri xoş etmək mənasında işlənən dini-əxlaqi bir termindir.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

Banned1

  • 7 may 2013 20:00
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
Allah razı olsun bacı

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 57
Cəmi: 75

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}