Seriyalı “Mercedes-Benz” markasının avtomobilərinin tamamlandırılması üzrə ixtisaslaşan, Avropa bazarlarında məşhur olan “Famous Parts” tüninq-atelyesi bu yaxınlarda kupe“CL500”-ün sonuncu nəslini kökləmək üçün hazırlanmış paketi təqdim etdi. Avtomobilin tamamlanmasında texniki içliyin çox az yenilik əldə etdiyi halda, əsas diqqət xarici görünüşə verilib. İşin sonunda qara rəngin çox olduğuna görə “Mercedes-Benz CL500 Premium”-un adını dəyişib “CL500 Black Matte Edition” qoydular.
“Prior Design” şirkətindən olan aerodinamik asma “Brabus” atelyesindən və “AMG”-nin idman bölməsindən olan bəzi detallarla birgə idman kupesinin eksteryerinə daha aqressiv üslub verdi. Alman tünerləri avtomobilin banına yenidən işlənmiş bamperlər, yan ətəklər, daha geniş təkər yarımhalqaları olan yeni qanadlar, yük yerinin qapağının kiçik spoyleri və yenidən işlənmiş kapot bağışladılar.
Avtomobilin fərdi üslubunu yenilənmiş fənərlər, olmayan xromlaşdırılmış dekor elementləri, işıqdiodlu hərəkət işıqları, tonlaşdırılmış şüşələr və avtomobilin bütün banına çəkilmiş qara tutqun “Moonshine Deep Black Matte” təbəqəsi nəzərə çarpdırır. Əsas qara rəngə uyğun olaraq radiator barmaqlığındakı “Famous Parts” emblemini rənglədilər və kapotda qara “Famous Parts” loqotipi quraşdırdılar. Qıraqda avtomobilin qapısının üstündə alman tünerinin simvolu olan açıq zolaqlar meydna gəlib.
Möhtəşəm kupenin idman “qamətini” hərəkət işığının yüksəkliyinin köklənməsinə cavabdeh ABC asılqanının elektrik modulu və 21-düymlük ikirəngli Brabus Monoblock E disklərinə “bürünmüş”, qabaq oxda 265/30, arxa oxda isə 305/25 ölçülü, aşağı profilli Continental Sport Contact rezinləri nəzərə çarpdırır. 408 a.g. və 600 Nm fırlanma anı verən 4,7-litrlik V8 mühərikinin səsini yaxşılaşdırmağa CL63 AMG modifikasiyasından olan qazçıxma sistemi və ekstremal rodster SL65 AMG Black Series-dən kənar borular imkan verdi.