Siqaret çəkmənin məhdudlaşdırılması
haqqında qanun layihəsinin müzakirəsinin parlamentin yaz sessiyasında
baş tutacaq. Artıq bu məsələ parlamentin gündəliyinə salınıb. Millət vəkilləri
hesab edir ki, ölkədə siqaretdən istifadənin məhdudlaşdırılması üçün
həqiqətən zərurət yaranıb. Ümumdünya səhiyyə təşkilatının hazırladığı
son siyahıda Azərbaycan siqaret çəkən ölkələr arasında 85-ci yeri tutur.
Bu rəqəm o qədər də qorxulu görünməyə bilər. Amma nəzərə
alanda ki, bu gün ölkə əhalisinin 3 milyon
200 min nəfəri siqaret çəkir, problemin ağırlığı məlum olar.
***
Layihə qüvvəyə minərsə, aeroport, dəmiryolu vağzalı, gəmi limanı,
avtovağzal, taksilər də daxil olmaqla ictimai nəqliyyatda, səhiyyə
və təhsil müəssisələrində, ictimai-iaşə obyektlərində
siqaret çəkilməsinə icazə verilməyəcək. Qanun layihəsində
orta məktəblərdə siqaret əleyhinə dərs saatlarının salınması da
nəzərdə tutulur. Layihə qüvvəyə minəcəyi halda siqaretin yayıldığı
orta məktəblərdə aparılan anti-siqaret kampaniyası bu
zərərli vərdişlərin azalmasına təsir göstərə bilər.