Libasa görə verilən dəyər

 
Libasa görə verilən dəyər

Atalar misalıdır: “Adamı əyin-başına görə qarşılayıb, ağlına görə yola salırlar”. Təəssüf ki, dünyanın yazılmamış qanunlarından biri də budur: Insanı çox vaxt var-dövlətinə, vəzifəsinə, hətta əynindəki paltarın, mindiyi maşının, yaşadığı evin qiymətinə görə dəyərləndirirlər.

Amma unudurlar ki, əslində hər kəsin dəyəri Allahın yanında malik olduğu qiymətə görə ölçülər. Allahın yanında isə ən dəyərli şəxs – ən təqvalı olandır (Hücurat surəsi, 13-cü ayə).

Bu, keçmişdə də belə olub, indi də belədir. Nümunə üçün miladi XIII əsrdə yaşamış görkəmli alimlərdən birinin başına gələn hadisəni diqqətinizə təqdim edirik.

Nəhcül-bəlağəyə yazdığı geniş şərhlə məşhurlaşmış İbn Meysəm Bəhrani təfsir, hədis, kəlam, fəlsəfə, hikmət və ədəbiyyat sahələrində uca məqama sahib idi. Zəmanəsinin böyük alimləri Xacə Nəsirəddin Tusi, Sədrəddin Şirazi, Seyyid Şərif Cürcani onu yüksək dəyərləndirirdilər. İbn Meysəm Əllamə Hilli və Seyyid ibn Tavus kimi görkəmli alimlərə dərs demişdi. O zamanlar Nəcəf və Hillə şəhərləri şiə dünyasının elm mərkəzi sayılsa da, İbn Meysəm buralardan uzaqda, Bəhreyndə yaşayırdı.

İbn Meysəm elmi fəaliyyətinin ilk dövrlərində zahidanə həyat tərzi sürür, cəmiyyət içində çox tanınmırdı. Çünki alim var-dövlətdən və şan-şöhrətdən uzaq qaçırdı. Müasiri olduğu İraq alimlərindən bəziləri ona məktub yazıb irad tuturdular ki, niyə öz elmini camaata aşkar etmirsən? Niyə xalq içində tanınmırsan? Halbuki, bu qədər elm və ədəblə alimlərin ön cərgəsində durmağa layiqsən. İbn Meysəm onlara cavab olaraq bir şeir parçası yazıb göndərdi. Şeirin mənası belə idi ki, cəmiyyətdə adama geyim-keçiminə, var-dövlətinə görə qiymət verirlər. Hər kimin pulu yoxdursa, insanlar içində qədr-qiyməti də yoxdur. Ona görə də mən camaatdan üz çevirmişəm. Əgər olduğum şəkildə cəmiyyət içinə çıxsam, mənə hörmət qoymazlar. Hörmət qazanmaq istəsəm, gərək özümü var-dövlətlə bəzəyim. Amma mən istəmirəm ki, zahirimə əsasən mənə hörmət qoysunlar.

Alimə irad tutanlar bu sözlərlə razılaşmayıb yenə nəsihət verməkdə davam edirdilər. İbn Meysəm onlara qəti və tutarlı cavab vermək üçün İraqa yola düşdü. Ona məktub yazan şəxslərin şəhərinə çatandan sonra əynindəki köhnə pal-paltarla məşhur mədrəsələrin birinə gəldi. Dərs məclisinə daxil olub özünü tanıtdırmadan ən aşağı başda oturdu. Elmi müzakirə başladı. Məclisdə olanların heç biri müzakirə edilən mövzu barədə düzgün fikir söyləyə bilmədilər. Bu zaman İbn Meysəm mövzunu tam açaraq məsələnin doqquz cür fərqli izahını verdi. Amma məclisdəkilər onun əyin-başını süzüb sözlərini ciddiyə almadılar, istehza ilə dedilər: “Nə vaxtdan fəqir-füqəra elm barəsində danışmağa başlayıb? Sənin belə şeylərdən başın çıxmaz”. Mədrəsədə nahar vaxtı çatanda alimlər və tələbələr süfrə arxasına keçib xörək yeməyə başlayırlar, süfrədən artıq qalanları isə ayaqqabı çıxarılan yerdə oturmuş İbn Meysəm üçün göndərirlər.

Ertəsi gün İbn Meysəm əyninə bahalı libas geyinib, vüqarlı addımlarla həmin mədrəsəyə gəlir. Bu dəfə onu hörmət-izzətlə qarşılayırlar. İbn Meysəmi məclisin yuxarı başına keçirib, elmi söhbətə qoşulmasını xahiş edirlər. Bu dəfə o, qəsdən mövzu haqqında çox qarışıq fikirlər söyləyir. Amma məclisdəkilər onu alqışlayıb, dediyi fikirlərə heyran olduqlarını bildirirlər. Yemək vaxtı çatanda İbn Meysəmi süfrənin yuxarı başına keçirirlər, hər kəs ona xidmət etməyi özünə şərəf bilir.

İbn Meysəm isə öz məqsədini axıra kimi həyata keçirmək və həqiqəti hamıya sübut etmək fikrində idi. Yemək zamanı alim əynindəki bahalı əbanın ətəyini xörək qabının içinə salıb deyir: “Ye, ye, doyunca ye! Bu hörmət-izzət sənin haqqındır, sən bunu qazanmısan”. Ətrafdakılar heyrət içində ona baxırlar. İbn Meysəm hər şeyi olduğu kimi onlara danışıb deyir: “Dünən mən dərs vaxtı sizin həll edə bilmədiyiniz məsələnin cavabını söylədim, amma əyin-başımın köhnəliyinə görə mənə əhəmiyyət vermədiniz. Bu gün isə ağzıma gələn cəfəngiyyatı danışdım, amma bəh-bəhlə əhsən dediniz. Mən həmin adamam, dəyişən libasımdır. Demək, bu günkü hörmət-izzətin səbəbi də bu libasdır. Elə isə, məclisin yuxarı başında oturmaq da, bu dadlı xörəkdən yemək də onun haqqıdır”.

İbn Meysəmə məktub yazıb nəsihət verən adamlar əslində onun haqlı olduğunu etiraf edib alimdən üzr istəyirlər.


Geri dön

GuNaY_83

  • 6 iyun 2013 14:22
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------

Zehra Awiqi

  • 12 may 2013 09:17
  • Məqalə: 39
  • Şərh: 3019
  • Bal:
{awards}

İbn Meysəmə məktub yazıb nəsihət verən adamlar əslində onun haqlı olduğunu etiraf edib alimdən üzr istəyirlər

--------------------
http:// [?] Загрузить с интернета:

pervis

  • 10 may 2013 18:02
  • Məqalə: 68
  • Şərh: 4366
  • Bal:
{awards}
Amma unudurlar ki, əslində hər kəsin dəyəri Allahın yanında malik olduğu qiymətə görə ölçülər. Allahın yanında isə ən dəyərli şəxs – ən təqvalı olandır (Hücurat surəsi, 13-cü ayə).

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

ZayNster

  • 10 may 2013 18:02
  • Məqalə: 12
  • Şərh: 2029
  • Bal:
{awards}
Allah razi olsun

ShoKKi_MoKKi

  • 9 may 2013 22:45
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
ALLAH razi Olsun..

--------------------

prosta bakinka

  • 9 may 2013 19:58
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN COX GOZEL SOZLERDIR

--------------------
Gecedir seni mene xatirladan, Ulduzsan gecemi aydinlatan, bilki gece ulduzsuz, mende sensiz yasayamam.

__ALISHKA__

  • 9 may 2013 08:31
  • Məqalə: 0
  • Şərh: 14
  • Bal:
{awards}
allah haminizdan razi qalsin !!! AMIN

angels never die

  • 9 may 2013 00:02
  • Məqalə: 0
  • Şərh: 1161
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.

--------------------
BIZ AWAGIDA PLAN QURARKEN,TANRI YUXARIDAN BIZE GULER.
HEYAT COX ZALIM BIR MUELLIMDIR.EVVEL IMTAHAN EDER SONRA DERS VERER.
BUGUNKI AGLIM OLSAYDI DUNEN ETDIKLERIMI ETMEZDIM,AMMA DUNEN ETDIKLERIMI ETMESEYDIM BUGUNKI AGLIM OLMAZDI....

leyluwka_20

  • 8 may 2013 22:43
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
Zəmanəsinin böyük alimləri Xacə Nəsirəddin Tusi, Sədrəddin Şirazi, Seyyid Şərif Cürcani onu yüksək dəyərləndirirdilər.

--------------------

Roya_____

  • 8 may 2013 19:46
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tesekkurlerrr

pervis

  • 8 may 2013 19:31
  • Məqalə: 68
  • Şərh: 4366
  • Bal:
{awards}
İbn Meysəm elmi fəaliyyətinin ilk dövrlərində zahidanə həyat tərzi sürür, cəmiyyət içində çox tanınmırdı. Çünki alim var-dövlətdən və şan-şöhrətdən uzaq qaçırdı. Müasiri olduğu İraq alimlərindən bəziləri ona məktub yazıb irad tuturdular ki, niyə öz elmini camaata aşkar etmirsən? Niyə xalq içində tanınmırsan? Halbuki, bu qədər elm və ədəblə alimlərin ön cərgəsində durmağa layiqsən. İbn Meysəm onlara cavab olaraq bir şeir parçası yazıb göndərdi. Şeirin mənası belə idi ki, cəmiyyətdə adama geyim-keçiminə, var-dövlətinə görə qiymət verirlər. Hər kimin pulu yoxdursa, insanlar içində qədr-qiyməti də yoxdur. Ona görə də mən camaatdan üz çevirmişəm. Əgər olduğum şəkildə cəmiyyət içinə çıxsam, mənə hörmət qoymazlar. Hörmət qazanmaq istəsəm, gərək özümü var-dövlətlə bəzəyim. Amma mən istəmirəm ki, zahirimə əsasən mənə hörmət qoysunlar.

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

☮★Azerbaijan Boy★☮

  • 8 may 2013 19:12
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}
Atalar misalıdır: “Adamı əyin-başına görə qarşılayıb, ağlına görə yola salırlar”. Təəssüf ki, dünyanın yazılmamış qanunlarından biri də budur: Insanı çox vaxt var-dövlətinə, vəzifəsinə, hətta əynindəki paltarın, mindiyi maşının, yaşadığı evin qiymətinə görə dəyərləndirirlər.

--------------------

sebnem98

  • 8 may 2013 17:44
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
Atalar misalıdır: “Adamı əyin-başına görə qarşılayıb, ağlına görə yola salırlar”. Təəssüf ki, dünyanın yazılmamış qanunlarından biri də budur: Insanı çox vaxt var-dövlətinə, vəzifəsinə, hətta əynindəki paltarın, mindiyi maşının, yaşadığı evin qiymətinə görə dəyərləndirirlər.

--------------------

Nara Neznakomka

  • 8 may 2013 15:59
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Amma unudurlar ki, əslində hər kəsin dəyəri Allahın yanında malik olduğu qiymətə görə ölçülər. Allahın yanında isə ən dəyərli şəxs – ən təqvalı olandır (Hücurat surəsi, 13-cü ayə).

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

:: Pure Love ::

  • 8 may 2013 15:41
  • Məqalə: 11
  • Şərh: 2195
  • Bal:
{awards}
Twkler.........

Banned549678

  • 8 may 2013 14:49
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
♥♥Allah razi olsun♥♥

★Украду Девушку★

  • 8 may 2013 13:53
  • Məqalə: 100
  • Şərh: 3646
  • Bal:
{awards}
Atalar misalıdır: “Adamı əyin-başına görə qarşılayıb, ağlına görə yola salırlar”. Təəssüf ki, dünyanın yazılmamış qanunlarından biri də budur: Insanı çox vaxt var-dövlətinə, vəzifəsinə, hətta əynindəki paltarın, mindiyi maşının, yaşadığı evin qiymətinə görə dəyərləndirirlər.

--------------------

★Miss_Alekss★

  • 8 may 2013 13:14
  • Məqalə: 11
  • Şərh: 1269
  • Bal:
{awards}
♥♥Allah razi olsun♥♥

--------------------

Angry Boy

  • 8 may 2013 13:03
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
Allah razi olsun

surawka

  • 8 may 2013 11:42
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
tesekkurler

Re►PLay

  • 8 may 2013 10:04
  • Məqalə: 11
  • Şərh: 2923
  • Bal:
{awards}
tewekurler

Əkbər007

  • 8 may 2013 09:07
  • Məqalə: 255
  • Şərh: 4709
  • Bal:
{awards}
ilk şərh menden saq olun wink

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 45
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 385
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}