Nadinclik diqqət çəkməyin bir yoludur

 
Nadinclik diqqət çəkməyin bir yoludur

Anaların ən böyük dərdi sözə baxmayan, nadinc, başqalarının yanında özünü "baş bəlası" kimi aparan uşaqlarını yola gətirməkdir.

Məhz bu səbəbdən valideynlərin əksəriyyəti hələ körpə dünyaya gəlməmişdən bir sıra qidalardan imtina edir və bu qidaların uşağın gələcəkdə nadinc olmasına səbəb olacağına inanır.

Kimisi uşağın sözə baxan olması üçün təzyiq göstərir, kimisi necə var, elə də böyüdür, kimisi isə müxtəlif tərbiyə üsullarına baş vurur ki, təki uşaq sakit və sözə baxan olsun. Bu üsullar isə hər zaman işə yaramır. Adi günlərdə əlini yeməyə uzatmayan uşaq başqa insanların yanında acgöz təəssüratı bağışlayır, qışqırır, dağıdır və bütün nadincliklərinə baxmayaraq, bir gözü anasında olur. Bu isə nə qədər nadinc olsa da, hələ də ana qorxusu olmağının göstəricisidir.

Uşağın nadinc olmasının başlıca səbəblərindən biri valideynlərin qərarlarında qərarsız olmalarıdır. Valideyn qərarsızlığından özünə pay götürən uşaqlar özlərində bir forma yaradır və bu formaya uyğun hərəkət edir. Valideynlər yaradılan nadinc uşaq formasından narazı qalır, danlayır, cəzalandırır və bunu uşağın xarakteri kimi başa düşürlər. Halbuki uşaq xarakterini yaradan da valideynlərdir. Uşağın bütöv və sağlam xarakterdə olması ata-ananın qərarlarında sağlam və yekdil olmalarından asılıdır. Ananın "olmaz" dediklərinə atanın "olar" deməyi, atanın övladını danlaması zamanı ananın qucaqlayıb sakitləşdirməsi ailədə iki cəbhə yaradır. Uşaq hansı valideynin hansı hərəkət qarşılığında nə reaksiya verəcəyini bilmir. Nəticədə istədiyini edir. Alacağı cəzanın arxasından bir qucaqlama, bir təsəlli gözləyir və çox zaman da əldə edir. Bu da uşaqda valideynə qarşı qorxusuzluq əmələ gətirir.

Psixoloq Qurban Talıblının sözlərinə görə, bəzən valideynlər yaxşılıq etmək istədikləri zaman bilmədən yamanlıq edirlər. Gündəlik işin, təlaşın arasında uşağa vaxt ayırmaq vacibdir. Əks təqdirdə uşaq özünə qarşı diqqəti nadincliklə də əldə edəcək: "Əksər valideynlər uşaqlarını körpəlikdən baxçaya qoyur. Uşaqlara nəzər saldıqda görərik ki, bir qisim uşaqlar çox sakit, mehriban, sözə baxandır. Digər qisim uşaqlar nadinc, sözə baxmayan, ağlayan, başqa uşaqlara qarşı daim hücum mövqeyində duranlardır. Nəzərə alsaq ki, baxçada bütün uşaqlara eyni kollektiv xidmət göstərir, eyni qida, eyni yuxu rejimi tətbiq olunur, deməli, məsələ birbaşa valideyndən asılıdır. Evdə, baxçadan əvvəlki və sonrakı vaxtda valideynin uşaqla keçirdiyi vaxtın necəliyi uşaq xarakteri üçün vacibdir. İşin çoxluğundan əgər valideyn uşağına yarım saat ayırıb onunla ana-bala kimi söhbət etmir, oyun oynamır, ona qulaq asmırsa, uşaq o diqqəti başqa yollarla almağa çalışır. Nadinc bir hərəkət qarşılığında valideynin uşağa nəsə deməsi uşaq üçün diqqəti özünə yönəltməyin ən rahat yoludur".

Valideynlərindən birinin, yaxud hər ikisinin evə gec gəlməsi, gələn kimi "ay uşaq, əl-ayağıma dolaşma" kimi sözlərini eşitməsi, yaxud nənə və baba ilə böyüyən uşaqların birdən onlardan birini, yaxud hər ikisini itirməsi, valideynlərinin ayrılması zamanı ata və ya ana fiqurunun boş qalması, uşağın yanında qalan valideynin o boşluğu doldurmaması onlarda iki formada üzə çıxar. Birinci halda uşaq aqressiyasını üzə vurar. Nadinc olar, sözə baxmaz, dağıtmağa meylli olar. Uşaq olsalar belə içlərindəki narazılıq bu yolla üzə çıxar. İkinci halda isə bütün bu aqressiyanı uşaq içinə salar. Bundan da dırnaq yemə, barmaq əmmə, həddindən artıq sakitlik, könülsüzlük ortaya çıxar. Hər iki halda sağlam fikirli uşaq böyütmək çətindir. Buna görə, uşağa zaman ayırmaq, aqressiv olmasının qarşısını almaq üçün bu aqressiyasının, nadincliyinin səbəbini öyrənmək vacibdir.

Psixoloq bildirir ki, nadinc olan uşağa "sən bunu belə etdin və cəzalısan" demək yanlışdır. Əgər uşaq bu yanlışı özünün etdiyini və ailəsinin də bunun fərqində olduğunu anlayarsa, bu, artıq uşaq üçün yanlışlıqdan çıxıb təbii hala çevrilər. Nadincliyə vərdiş etməyən uşağı "sən etdin" deyərək yönləndirmək səhvdir: "Əgər uşaq 6 yaşdan yuxarıdırsa, onunla ən yaxşısı söhbət etməkdir. Açıq-açıq hansı hərəkətin niyə bəyənilməz olduğunu izah etmək o yaşda olan uşaqlar üçün başadüşülən olacaq. Əgər uşaq 6 yaşdan kiçikdirsə, bu zaman onu ittiham etmək olmaz. Ən yaxşısı nadinc uşaq nağılları uydurulmalıdır. Uşaq yatan vaxtı, yaxud daha sakit olan zaman nağıl adı ilə uydurulmuş nadinc uşaq hekayəsini uşağa danışmaq lazımdır. Hekayəni dinləyən uşaq qəhrəmanda özünü görür. Bu səfər qəhrəmanın da eynilə özü kimi nadinc olduğunu və sonunda çox pis, heç kimin sevmədiyi bir uşaq olduğunu eşidir və düşünməyə başlayır. Valideynlər diqqətlə bu üsulu həyata keçirsə, nə qədər işə yarar olduğunu hiss edəcəklər".

Uşaqlar hər nə qədər kiçik olsalar belə onlar hər zaman valideynlərinin, yaxud ətrafdakıların nə danışdıqlarını, ən azından bunun yaxşı və ya pis olduğunu hiss edirlər. Buna görə də onlarla danışan zaman sözlərin seçilməsi vacibdir ki, beyinlərində heç bir sual qalmasın. Əslində böyüklərin nadinclik dediyi hərəkətlə uşaqlar üçün normasında olduğu müddətcə normaldır. Uşaq daim nəyisə kəşf etmək, aktiv olmaq istəyir. Lakin 4 yaşından sonra bu nadincliklər qismən də olsa azalmalıdır. 6 yaşdan sonra azalmayan nadincliklər zamanı isə ailə artıq ailədaxili münasibətlərə fikir verməlidir.


Geri dön

GuNaY_83

  • 6 iyun 2013 13:43
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
maraqli idi tewekkurler.....

--------------------

leyluwka_20

  • 8 may 2013 23:09
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
Valideynlərindən birinin, yaxud hər ikisinin evə gec gəlməsi, gələn kimi "ay uşaq, əl-ayağıma dolaşma" kimi sözlərini eşitməsi, yaxud nənə və baba ilə böyüyən uşaqların birdən onlardan birini, yaxud hər ikisini itirməsi, valideynlərinin ayrılması zamanı ata və ya ana fiqurunun boş qalması, uşağın yanında qalan valideynin o boşluğu doldurmaması onlarda iki formada üzə çıxar.

--------------------

Roya_____

  • 8 may 2013 20:28
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
hmmm twklerrr))

pervis

  • 8 may 2013 18:02
  • Məqalə: 68
  • Şərh: 4366
  • Bal:
{awards}
"Əksər valideynlər uşaqlarını körpəlikdən baxçaya qoyur. Uşaqlara nəzər saldıqda görərik ki, bir qisim uşaqlar çox sakit, mehriban, sözə baxandır. Digər qisim uşaqlar nadinc, sözə baxmayan, ağlayan, başqa uşaqlara qarşı daim hücum mövqeyində duranlardır. Nəzərə alsaq ki, baxçada bütün uşaqlara eyni kollektiv xidmət göstərir, eyni qida, eyni yuxu rejimi tətbiq olunur, deməli, məsələ birbaşa valideyndən asılıdır. Evdə, baxçadan əvvəlki və sonrakı vaxtda valideynin uşaqla keçirdiyi vaxtın necəliyi uşaq xarakteri üçün vacibdir. İşin çoxluğundan əgər valideyn uşağına yarım saat ayırıb onunla ana-bala kimi söhbət etmir, oyun oynamır, ona qulaq asmırsa, uşaq o diqqəti başqa yollarla almağa çalışır. Nadinc bir hərəkət qarşılığında valideynin uşağa nəsə deməsi uşaq üçün diqqəti özünə yönəltməyin ən rahat yoludur".

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

Banned549678

  • 8 may 2013 15:33
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
maraqli idi tewekkurle

sebnem98

  • 8 may 2013 15:04
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
Anaların ən böyük dərdi sözə baxmayan, nadinc, başqalarının yanında özünü "baş bəlası" kimi aparan uşaqlarını yola gətirməkdir.

--------------------

✰GoLd GirL✰

  • 8 may 2013 14:15
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Toçnu mənim kimi tongue

Re►PLay

  • 8 may 2013 04:36
  • Məqalə: 11
  • Şərh: 2923
  • Bal:
{awards}
Tesekkurler __)))

Tesekkurler

Əkbər007

  • 8 may 2013 00:56
  • Məqalə: 255
  • Şərh: 4709
  • Bal:
{awards}
maraqli idi tewekkurler.saq olun fellow

--------------------

VitamiN_Ka

  • 7 may 2013 23:43
  • Məqalə: 160
  • Şərh: 2123
  • Bal:
{awards}
təşəkkürlər

--------------------

-Kralica-

  • 7 may 2013 23:21
  • Məqalə: 696
  • Şərh: 8731
  • Bal:
{awards}
tttttwwwwwwwwkkkkkkkk

--------------------




★NuTeLLa★

  • 7 may 2013 23:16
  • Məqalə: 278
  • Şərh: 5715
  • Bal:
{awards}
Menim kimi xD wink

:: Pure Love ::

  • 7 may 2013 22:44
  • Məqalə: 11
  • Şərh: 2195
  • Bal:
{awards}
Mence duzdu bu

★Miss_Alekss★

  • 7 may 2013 22:08
  • Məqalə: 11
  • Şərh: 1269
  • Bal:
{awards}
men agilli uwaq olmuwameeyyy, hec mamami papami incitmemiweem:D

--------------------

surawka

  • 7 may 2013 22:07
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
tewekkurler

ShoKKi_MoKKi

  • 7 may 2013 21:21
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
Tewekkurler...

--------------------

Xeyale97

  • 7 may 2013 21:14
  • Məqalə: 1
  • Şərh: 860
  • Bal:
{awards}
Nadinclik diqqət çəkməyin bir yoludur
Diqqet cekmek....ola biler :D

--------------------
Eşitdim demisən ki " Mən onun kimilərini cibimdən çıxardaram "
Indi oxu...." Məndə sənin kimiləri təsbehə düzər tövbə deyə çevirərəm "... (

^^Nazli^^

  • 7 may 2013 21:13
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
duzdu mencede hansisa usaq diqqet cekmek istiyirse etrafi dagidir ozumde musahide etmiksem

--------------------

angels never die

  • 7 may 2013 20:56
  • Məqalə: 0
  • Şərh: 1161
  • Bal:
{awards}
MUEYYEN BIR YAW DOVRU VAR NADINC OLMAGIN.
TEWEKKURLER.

--------------------
BIZ AWAGIDA PLAN QURARKEN,TANRI YUXARIDAN BIZE GULER.
HEYAT COX ZALIM BIR MUELLIMDIR.EVVEL IMTAHAN EDER SONRA DERS VERER.
BUGUNKI AGLIM OLSAYDI DUNEN ETDIKLERIMI ETMEZDIM,AMMA DUNEN ETDIKLERIMI ETMESEYDIM BUGUNKI AGLIM OLMAZDI....

✰_DeLNoLiNi_✰

  • 7 may 2013 20:31
  • Məqalə: 155
  • Şərh: 6036
  • Bal:
{awards}
sadece chox shagolun...

--------------------

leyluwka_20

  • 7 may 2013 20:25
  • Məqalə: 12
  • Şərh: 5912
  • Bal:
{awards}
Valideynlərindən birinin, yaxud hər ikisinin evə gec gəlməsi, gələn kimi "ay uşaq, əl-ayağıma dolaşma" kimi sözlərini eşitməsi, yaxud nənə və baba ilə böyüyən uşaqların birdən onlardan birini, yaxud hər ikisini itirməsi, valideynlərinin ayrılması zamanı ata və ya ana fiqurunun boş qalması, uşağın yanında qalan valideynin o boşluğu doldurmaması onlarda iki formada üzə çıxar.

--------------------

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 7 may 2013 20:24
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
Kimisi uşağın sözə baxan olması üçün təzyiq göstərir, kimisi necə var, elə də böyüdür, kimisi isə müxtəlif tərbiyə üsullarına baş vurur ki, təki uşaq sakit və sözə baxan olsun. Bu üsullar isə hər zaman işə yaramır. Adi günlərdə əlini yeməyə uzatmayan uşaq başqa insanların yanında acgöz təəssüratı bağışlayır, qışqırır, dağıdır və bütün nadincliklərinə baxmayaraq, bir gözü anasında olur. Bu isə nə qədər nadinc olsa da, hələ də ana qorxusu olmağının göstəricisidir.

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

ShoKKi_MoKKi

  • 7 may 2013 20:20
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
maraqli idi tewekkurler....

--------------------

☮★Azerbaijan Boy★☮

  • 7 may 2013 20:13
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}
Kimisi uşağın sözə baxan olması üçün təzyiq göstərir, kimisi necə var, elə də böyüdür, kimisi isə müxtəlif tərbiyə üsullarına baş vurur ki, təki uşaq sakit və sözə baxan olsun. Bu üsullar isə hər zaman işə yaramır. Adi günlərdə əlini yeməyə uzatmayan uşaq başqa insanların yanında acgöz təəssüratı bağışlayır, qışqırır, dağıdır və bütün nadincliklərinə baxmayaraq, bir gözü anasında olur. Bu isə nə qədər nadinc olsa da, hələ də ana qorxusu olmağının göstəricisidir.

--------------------

damla 505

  • 7 may 2013 20:05
  • Məqalə: 5
  • Şərh: 1544
  • Bal:
{awards}
Anaların ən böyük dərdi sözə baxmayan, nadinc, başqalarının yanında özünü "baş bəlası" kimi aparan uşaqlarını yola gətirməkdir.

--------------------
Torpagin ustunde risofka kimi gezme,cunki torpagin altinda senden zor oglanlar yatir

ツMrs.Crazy ツ

  • 7 may 2013 20:04
  • Məqalə: 120
  • Şərh: 3682
  • Bal:
{awards}
Nadinclik diqqət çəkməyin bir yoludur
Diqqet cekmek....ola biler :D

Banned1

  • 7 may 2013 20:04
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
Təşəkkürlər

Nara Neznakomka

  • 7 may 2013 20:03
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Anaların ən böyük dərdi sözə baxmayan, nadinc, başqalarının yanında özünü "baş bəlası" kimi aparan uşaqlarını yola gətirməkdir.


hhhah MeN Nadinc Qizam :P

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 20
Cəmi: 35

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}