Gülüş insan ömrünü uzadır

 
Gülüş insan ömrünü uzadır

Cim və Meri

Cim və Meri dəlixanadakı dəlilərdəndir. Bir gün dəlixanada hovuzun ətrafında gəzərkən Cim hoppanıb hovuzun dibinə batır. Meri bunu görən kimi tullanıb Cimini xilas edir. Merinin bu qəhrəmanlığı bütün dəlixanaya yayılır. Dəlixana müdiri Merinin ağıllandığını düşünür və onu yanına çağıtdırıb azad etmək üçün əmr verməyə hazırlaşır.
Meri baş həkimin otağına daxil olur.
Baş həkim :
- Meri sənə bir yaxşı, bir də pis xəbərim var. Yaxşı xəbərim odur ki, səni azadlığa buraxacağıq. Pis xəbərim odur ki, sən Cimi qurtardıqdan sonra o özünü hamamda asıb.
Meri :
- O özünün asmayıb. Sudan çıxarıb mən asmışam ki, qurusun...

Adəm və Həvva

Adəmlə Həvva cənnətdə gəzinirmişlər. Həvva soruşur :
-Əzizim, sən məni həqiqətən sevirsən?
Adəm kədərli bir halda :
-Başqa birisi varmı ki? – deyə cavab verir.

Balıq

Biri gedir bazara, balıq almaq istəyir. Baxır görur ki, balıq əyridi. Satıcıdan soruşur ki, balıq niyə əyridi?
Satıcı deyir :
-Pavarotda tutmuşam....

Gülüş insan ömrünü uzadır

Bir gün bir uşaq dəniz sahilində gəzirmiş. Birdən bir lampa görür və lampaya təpik vurur. Lampanin içindən bir cin çıxır və deyir:
-Sən məni neçə illik məhrum olduğum azadlığa çıxardın. İndi məndən nə istəyirsən denən.
-Üzr istəyirəm...

Gülüş insan ömrünü uzadır

2. Molla bardağı qızına verir vә üzünә iki şillә çәkib deyir:
-Gözətlə sındırma ha!
Qızın günahsız döyüldüyünü vә ağladığını görәnlәr deyirlәr:
- Molla, bu günahsız qızı nә üçün döyürsәn?
-Vurdum ki, bardağı sındırmasın, yoxsa sınandan sonra nә etsәn yersizdir.

Gülüş insan ömrünü uzadır

Mollaya üzlü bir qonaq gәlir. Gecә yeyib-içәndәn sonra yerlәr salınır, yatmaq istәyirlәr. Qonaq başını yuxarı qaldırıb tavandan asılmış üzüm salxımlarını görən kimi mızıldaya-mızıldaya oxuyur:
Bizim yerlәr, bizim yerlәr.
Yatanda üzüm yeyәrlәr.
Molla yorğanı düzәldә-düzәldә cavab verir:
Bizdә elә adәt yoxdur:
Saxlayıb gündüz yeyәrlәr.

Gülüş insan ömrünü uzadır

-Ana, o kişi kimdir?
- Hansı bala?
- O saçları biz-biz durmuş, gözləri qızarmış kişini deyirəm.
- Hə bala, o sənin atandır. İnternetə qoşulub... :-)

İki sevgili yeməyə çıxırlar, yemək yeyəndə oğlan qızı qucaqlayır və deyir: Əzizim atapleniyaya oxşayırsan. Qiz deyir: Nədi bəyəm çox istiyəm ? Oğlan deyir: Yox qabırqaların görsənir.

Gülüş insan ömrünü uzadır

Çukça çöldə yüyürür :
- Hey mənim çölüm !
Hey mənim çadırım !
Hey marallarım !
It's my life !!!

Gülüş insan ömrünü uzadır

Deməli bir gün qarışqa meşədə qışqıra-qışqıra qaçır. Birdən qabağına krokodil çıxır. Ağzını yekə açıb soruşur:
- Noooolub eeeee səsin-küyün bürüyüb meşəni?
Qarışqa cavab verir:
- Meşəyə insanlar gəlib. Kimin ağzı yekədirsə onu oldürürlər.
Krokodil reski ağzını balacalaşdırıb deyir:
- Dİ SİNÖL?

Gülüş insan ömrünü uzadır

Müəllim sual verir:- Kim mənə iki hadisənin eyni vaxtda olması haqda misal gətirə bilər ?Uşaq əlini qaldırır:-Atamın da anamın da toyu təsadüfən eyni günde olub.

9.Bir gün bir kişi evdə yemək yeyəndə həyat yoldaşı onu arxadan tava ilə vurur. Neyləmişəm mən deyəndə arvadı deyir:
- Cibində kağız tapdım üzərində Daisy yazıb. O kimdi?
-Daisy? eh.. Mən at yarışı oynayıram axı. Bax ordakı atların birinin adıdır.
Həyat yoldaşı:
- Bağışla mən səni çox qısqanıram səni.
Aradan 1 həftə keçəndən sonra yenə arvadı əlində telefon ilə gələrək tava ilə kişini vurur. Kişi deyir:
- Axı bu dəfə nə etmişəm?
Həyat yoldaşı:
- Heç nə. Atın mesaj yazıb al cavab yaz.

Gülüş insan ömrünü uzadır

Bir həkim xəstəsindən soruşur:
- Oğlum sənin bir qulağını kəssəm nə olar?
Dəli:
- Canım ağrıyar,həkim
- Bəs iki qulağını da kəssəm?..
Dəli:
- Onda görə bilməyəcəm ki?..
Həkim:
- Nə əlaqəsi var oğlum!?
Dəli:
- Necə yəni nə əlaqəsi var?! Eynəyimi harama taxacam?!

Gülüş insan ömrünü uzadır

Bir nəfər toyda yiyib-içir , gəlir musiqiçilərə deyirki:Mənə bir piraşki mahnısı çalın.
Musiqiçilər deyirki:Belə mahnı yoxdu.
Kişi deyir:Çalmırsız.Cibindən tapancanı çıxarır musiqiçinin üzünə tutur
Musiqişi:Biz sifariş götürə bilmirik sarpayı var burda get onun yanına.Gedir yanına.Sarpayı deyir:Nə olub.
Kişi deyir:piraşki mahnısı çalın.
Sarpayı:Belə mahnı yoxdu otur yerivə.Deyir yoxdu deyir yox .Tapancanı qoyur sarpayının başına.Sarpayı deyir ətlə olsun kartofla?

Gülüş insan ömrünü uzadır

Bir kişi gəlir həkimdən pulsuz arayış almağa.
Başını salır aşağı deyir:Doktor bizim uşağımız olmur.
Atamında uşağı olmurdu.Babamında uşağı olmurdu.
Həkim soruşdu:Bəs sən hardansan?
Kişi:Mən Lerikdən.

Gülüş insan ömrünü uzadır

Naxçıvanın Nehrən kəndində yaşayan emi oğlu Cəfərqulu və Məmmədqulu Turkiyəyə ikimərtəbəli avtobusla yola düşürlər.Cəfərqulu ikinci Məmmədqulu birinci mərtəbədə oturur.Turkiyə ərazisinə çatanda Cəfərqulu yuxarıdan qışqırır:Ay Məmmədqulu?
Məmmədqulu:Hə?
Cəfərqulu:Aşağıda yer var?
Məmmədqulu:Neyniyirsən oturmusan yuxarda da?
Cəfərqulu:Ə qardaş, sizdə sürücü var biz Allahın ümüdünə gedirik.

Gülüş insan ömrünü uzadır

Yol polisi bir nəfər sürücünü saxalayır.Bu surucudə Şəkidən olur.
Polis deyir:Sən pavarotniki sola yandırdın amma sağa döndün.
Sürücü:Ay sənin canuvu yiyim,mən maşının içində pavarotnik bayırda görməmişəm.

Gülüş insan ömrünü uzadır

Bir nəfəri yanmış formada həkimə gətirirlər.palaza bükülmüş halda.Həkim əlinə əl vurur deyir: əl vurma əlim sınıb,ayağını tutur deyir: tutma ayağım sınıb,belini tutur deyir: tutma belim sınıb.
Həkim deyir: sən nəcə yanmısan hər yerin sınıb?
Xəstə:Məni lapatka ilə söndürüblər.

Gülüş insan ömrünü uzadır

Jurnalistlər deputatlığa namizəddən soruşurlar:

- Siz nə məqsədlə namizədliyinizi irəli sürürsünüz?

- Özünüz görürsüz, nələr baş verir, rüşvət, korrupsiya, büdcənin talan edilməsi.... Mən bunlara biganə qala bilmərəm!

- Siz bunların hamısına qarşı necə mübarizə aparmağa hazırlaşırsınız?

- Hər şeydən əvvəl ... mən prosesdə iştirak etmək istəyirəm!

Gülüş insan ömrünü uzadır

Hüquq fakültəsi tələblərinin ağız söhbətindən:
- Səncə, ağıllı, ədalətli, dürüst və tərbiyəli hakim necə olur:
- Bunun dörd şərti var:
1. Ağıllı hakim rüşvəti vəkilin vasitəsilə alar, birbaşa müttəhimin özündən pul götürməz.
2. Ədalətli hakim cəzaları yalnız qiymət cədvəlinə uyğun təyin edir.
3. Dürüst hakim pul aldığını danmır.
4. Tərbiyəli hakim isə aldığını öz həmkarları, rəhbərlik, prokurorlarla bölüşə biləndir.

Gülüş insan ömrünü uzadır

Baş həkim xəstəyə baş çəkir:
- Artıq əməliyyatınız başa çatıb?
- Bəli.
- Necə oldu?
- Üç minə?
- Onu demirəm. Soruşuram, Sizin nəyiniz vardı?
- Yalnız iki minim.
- Yenə başa düşmədiz, deyirəm, narahtlıq nədən idi?
- Qiymət yaman yuxarı idi, ay, həkim...

Gülüş insan ömrünü uzadır

Yol polisiinin əməkdaşı maşını saxladıb sürücüyə yaxınlaşır. Baxır ki, sürücü hər əlində bir kitab tutub. Soruşur:
- O nə kitabdı elə?
- Yol hərəkəti qaydaları və Azərbaycan Respublikasının Cinayət-Prosessual məcəlləsi.
- Bəs yaxandan asılan bu məftillər nədi elə?
- Mikrofondu. Bizim söhbətimiz lentə yazılır.
Polis ehtiyyatla maraqlanır:
- Təsadüfən, maşında videokamera quraşdırılmayıb ki?
- Yox, videokamera yoxdur.
- Elə isə Sizə yaxşı yol arzulayıram. – deyə DYP əməkdaşı qəzəblə barmaqlarının ədəbsiz işarəsini sürücüyə göstərir.

Gülüş insan ömrünü uzadır

1990-cı illərin Bakısı, polis yolda maşını saxlayır.
- Saxla, saxla… Qırmızıda keçdin.
- Doğrudan, rəis, bağışla, amma mən Məmmədin qohumuyam, kişiyə zəng etmək istəmirəm, qoy çıxım gedim.
- Hansı Məmmədi deyirsən, ə?
Sürücü cibindən min manat çıxarıb yol polisinə uzadır.
- Bax, bu şəkildəki kişini deyirəm, tanıdın, rəsi?
- Hə, tanıdım, Allah canını sağ eləsin. Başqa şəkilləri yoxdu? Mən də onu çox istəyirəm, bir-ikisini ver, biz də ürəyimizin üstündə gəzdirək...
- Yox, da, rəis, kişinin albomunu maşında gəzdirmirəm.

Gülüş insan ömrünü uzadır

Bir azərbaycanlı, bir gürcü və bir də Anadolu türkü avtomobil qəzasında həlak olurlar. Mərhumları dəfn edəndən bir ay keçmiş bir də görürlər azərbaycanlı məzardan çıxıb gəlir. Təəccüblə hərə bir yandan buna sarı gedir, soruşular ki, nə xəbər, o dünyadan necə döndün?
- Əşi, bizim keçmiş məmurlardan biri bu dünya ilə o dünya arasında gedən yolda polis işləyir. Anlaşdıq, beş min manat verdim, qayıtdım.
Soruşurlar bəs, türk qardaşımız necə oldu?
- O, hələ bazarlıq edir, çalışır üç minə işi həll eləsin.
Bəs, gürcü yazıq harda qaldı?
- O, iki ayağını dirəyib ki, dövlət qiymətini denən, çek ver, nə bilim nə…

Gülüş insan ömrünü uzadır

İcra başçısı təsadüfən uşaqlıq dostu ilə qarşılaşır. Dostu soruşur:
- Bura bax, səndən ev tikmək üçün beş min dollara torpaq almaq olar?
- Yox, əşi, mən sənin üçün RÜŞƏVTXOR-ZADAM?
- Deyirsən yəni, 20-ə, 30 da tapmaq olmaz?
- Mən sənin üçün nəyəm, AXMAQ-ZADAM?

Gülüş insan ömrünü uzadır

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Baş prokurorla qarşılaşır. Rəsmi tərzdə hərbi salam verib təntənəli şəkildə məruzə edir:
- Cənab Baş prokuror! Sizin əmrini yerinə yetirildi!
Baş prokuror təəccüblə ətrafındakılara baxır, hamı çiynini çəkir:
- Axı mən heç nə əmr eləməmişəm?
- Mən də elə onu deyirəm, cənab Baş prokuror, BİZ HEÇ NƏ ELƏMƏMİŞİK!


Gülüş insan ömrünü uzadır

Parlamentə dəvət olunmuş iki nazirin davası gedir:
- Keçən il o nazirliyə bir milyard dollara yaxın pul ayrılıb. Hanı o pullar? Mən bilirəm, hanı... Bu komandada sənin kimi korrupsionerə yer yoxdur!
- Görün, kim nə haqqında danışır?! Sən o Dubayda, Avropanın beş ölkəsində villarları nəylə alıbsan, oğlunun maşın qarajı necə meydana gəlib?
İclası izləyən jurnalistlərdən biri o birinə:
- Bunlar bir-birini nə gözəl tanıyırlar?

Gülüş insan ömrünü uzadır

Məhkəmə gedir. Prokuror:
- Mən hesab edirəm ki, müttəhimin hüququları kobud şəkildə pozulub. Bu iş dərhal bağlanmalı, müttəhimin bütün əmlakı özünə qaytarılmalı, ona bəraət verilməlidir.
Prosesi izləyən jurnalistləri təəəcüb götürüb. Jurnalistlərdən biri yanındakına:
- Başa düşmədim, bu çıxış edən prokuror idi, ya vəkil?
- Yaxşı pula prokuroru da vəkil etmək olar.

Gülüş insan ömrünü uzadır

Birləşmiş Ərəb Əmirliyi, Norveç və Azərbaycanın neft gəlirlərindən necə istifadə etdiklərini müzakirə edirlər. Norveçdən olan deyir:
- Biz bir xətt çəkir, neft pullarını da göyə atırıq. Xəttin sağına düşənlər hökumətin, soluna düşənlər xalqın olur.
Ərəb:
- Biz də bir balaca dairə çəkib, neft pullarını göyə atırıq. Dairənin içinə düşənlər xalqın, çölünə düşənlər hökumətin olur.
Azərbaycanlı:
- Biz xətt-mətt çəkmirik. Neft pulunu göyə atırıq. Yerə düşənlər hökumətin, göydə qalanlar xalqın olur.

Gülüş insan ömrünü uzadır

Bir gün ABŞ-dan bir bankir, Almaniyadan zavod direktoru və Rusiyanın gömrük məmuru mübahisə edirlər. Hərə özünün dünyada ən çox qazandığını deyir. Müzakirə mübahisəyə keçəndə bankir təklif verir:
- Bax, o dağın başında momin bir adam yaşayır, alim adamdır, hər şeyi oxuyur, bilir, hamı da ona inanır. Gəlin, gedib ondan soruşaq.
Razılaşırlar. Alimin yayına birinci alman girir. Az sonra çıxıb təvazökarcasına deyir.
- Haqlıymışam, dünyada ən çox qazanan zavod direktoru mən imişəm.
İkinci bankir gedir və tez də qayıdır:
- Haqlıymışam, dünyada ən çox qazanan bankir mən imişəm.
Rusiyanın gömrük məmuru otaqdan pərt halda çıxır və soruşur:
- Axı bu Azərbaycan haradır, e?!

Gülüş insan ömrünü uzadır

ABŞ, Almaniya və Azərbaycanın təhsil nazirləri bir beynəlxalq konfransda dərdləşirlər.
ABŞ naziri:
- Mən müəllimlərimə ayda 5 000 dollar maaş verirəm. Təxminən 1000 dollara dolana bilirlər. Qalanı necə xərcləyirlər, özləri bilərlər, heç vaxt bir şey soruşmaram.
Almaniyalı nazir:
- Mən müəllimlərimə ayda 3500 avro maaş verirəm. Təxminən 8-9 yüz avroya dolana bilirlər. Qalanı necə xərcləyirlər, özləri bilərlər, heç vaxt bir şey soruşmaram.
Azərbaycanlı nazir:
- Mən müəllimlərimə ayda 150 manat maaş verirəm. Aya təxminən 8-9 yüz manata dolana bilirlər. Qalanı necə tapırlar, özləri bilərlər, heç vaxt bir şey soruşmaram.


Gülüş insan ömrünü uzadır

Medianın, QHT-lərin qınağından sonra nazir parlamentə hesabt verir.
- Danışırlar ki, guya neft pullarından xalqa heç nə düşmür. Əgər bunu konkret pul kimi ciblərində görmək istəyirlərsə, Neft Fondundan 18 milyon manat ayrılıb. Onu bölüşdürəcəyik. Hərəyə 144 min manat pul düşür.
- Amma 18 milyonu 9 milyonluq xalq arasında necə böldün ki, hərəyə bu qədər düşdü?
- 125-ə böldüm!...

Gülüş insan ömrünü uzadır

Təzə YAP-a üzv qəbul edilmiş azərbyacanlının bəxti gətirib tilovuna qızıl balıq düşüb. Balıq:

- Nə istəyirsən de.

- "Hummer", "lük", "avtomat karobka", rəngi də qara, "metallik".

- Yaxşı, seçə bilərsən, lizinqlə, ya adi kreditlə?

- Yox, sən seç, bitki yağında, yoxsa, kərə yağında!

Gülüş insan ömrünü uzadır

Polisdə:
- Denən görək, bu cür ali məktəbin, bu cür keyfiyyətli diplomunu necə əldə elədin?
- İnanın, yoldan tapmışam.
- Bu necə olur, sən yoldan öz adına olan diplomu tapmısan?!
- Rəis, vallah, yoldan tapmışam, sadəcə sonra sizinkilər diploma uyğun pasport düzəltidlər.

Gülüş insan ömrünü uzadır

Prezidenti Vaşinqtona səfərdə müşayiət edən Azərbaycan məmuru qarnının acdığını hiss edir və ozunu verir Ağ Evin restoranına. Görür girişdə belə bir elan vurublar: “Siz yeyin, hesabı nəvəniz ödəyəcək!”

Məmur sevincdən uça-uça düşür stolların birinə, dünyanın naz-nemətini tökdürür qabağına. Elə doyub qalxım deyəndə xidmətçi uzun bir siyahını qoyur onun qabağına.

- Bu nədi, bəs, orda yazıbsız, hesabı nəvələr verəcək.

- Bəli, ser, amma bu, Sizin babanızın hesabıdır.

Gülüş insan ömrünü uzadır

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada yeni boş iş yerlərinə məmur qəbulu üçün imtahan gedir. İmtahanı götürən YAP üzvü olan namizədə sual verir:
- De görüm, Rusiyanın paytaxtı haradır.
- Moskva.
Sıra müxalifətçiyə çatır.
- De görüm, Antiqua və Barbuda işsizlik nə qədərdir?
- - Day, denən sənə iş verən deyilik də!!!

Gülüş insan ömrünü uzadır

Məmur jurnalisti məhkəmə verib ki, təhqir olunub. Prosesdə jurnalist bir kitabı hakimə uzadıb deyir:
- Cənab hakim, baxın, bu “Kütləvi İnformasiya Vasitələri haqqında” qanundur. Bu qanuna görə mənim yazdıqlarım təhqir deyil.
Məmur yerində eşələnib hakimə bir kitab uzadır.
- Cənab, hakim, bu da Kütləvi İnformasiya Vasitələri haqqında qanundur. Bu qanuna görə onun yazdıqları təhqirdir.
Hakim məmurun uzatdığı kitabı alıb vərəqləyir, onun arasındakı pulları görəndən sonra tez kitabı bağlayır və onu əlində tutaraq jurnalistə deyir:
- Bax, bu qanuna görə o, sənin də atanı söyə bilər, mənim də.

Gülüş insan ömrünü uzadır

Azərbaycanın təzə məmurlarından biri Moskvada taksiyə minib. Sürücüdən xoşu gəlməyən məmur öz-özünə deyir:
- Ə, bu şoferin nə protivni mordası var?!
Sürücü:
- Tı sam protivnıy!
- Oy daa... ə, bu bizim dili bilirmiş ki!

Gülüş insan ömrünü uzadır

Gürcüstanda Gömrük Komitəsinin sədri vəzifəsinə təklif gəlir. Cavab:
- Getmirəm, o qədər məsuliyyət, maaşı da ki, heç nə!
Azərbaycanda Gömrük Komitəsinin sədri vəzifəsinə təklif gəlir. Cavab:
- Allah balanızı saxlasın!
- Amma bax, ha, maash bir az aşağıdır.

Gülüş insan ömrünü uzadır

Jurnalist bir il əvvəl təyin olunmuş nazirdən müsahibə götürür:
- Sizin villalarınız, şəhərdə mənzilləriniz, xanımın kilo-kilo brilyantı, qızılı...
- Noolsun ki, hamısını öz puluma almışam....
- Amma müxalifət deyir xalqın puluna alıbsız...
- Nə danışırsız, xalqda bu qədər pul hardandı?!

Gülüş insan ömrünü uzadır

ABŞ-da polisə zəng:

- Bizim qonşunun çoxlu pulu var.
- Sənə nə?!
- Pulu dövlətdən oğurlayana oxşayır.
- Hələ bilmək olmaz.
- Vergi də vermir.
- Gəlirik!

Avropada polisə zəng:

- Bizim qonşunun çoxlu pulu var.
- Noolsun ki?!
- Onu dövlətdən oğurlayana oxşayır.
- Gəlirik!

Azərbaycanda polisə zəng:

- Bizim qonşunun çoxlu pulu var.
- GƏLİRƏMMM!!!!

Gülüş insan ömrünü uzadır

Bank işçilərindən biri həmkarına zəng edib:
- Salam, ağsaqqal, işlər necə gedir?
- Qaydasındadı.
- ... bağışlayın, səhv düşmüşəm.

Gülüş insan ömrünü uzadır

Bakıda yol polisinə “Formula 1” yarışlarına baxmaq qadağan edildi.
Daxili İşlər Nazirliyi bunun səbəbini polis əməkdaşları arasında kütləvi infrakt halları ilə izah edir.

Gülüş insan ömrünü uzadır

İmtahan vaxtı tələbə qiymət kitabçasının içinə 500 manat pul və bir qeyd qoyub professora uzadaraq zaldan çıxır.
Qeydində də yazıb: “Müəllim, hər bala 100 manat, zəhmə olmasa.”
Bir azdan qiymət kitabçasını ona qaytarırlar, içində də 300 manat və belə bir qeyd:
“Buyur, bala, bu da pulun qalığı.”

Gülüş insan ömrünü uzadır

Yol polisi saxladığı sürcünün içkili olub-olmadığını yoxlamaq istəyir:
- Bura üfür görüm.
Sürcü çıxarıb polisin ona uzatdığı qaba 50 manat atır.
- Yenə üfür.
Sürücü 20 manat atır.
- Olmadı, yenə üfür.
Sürcü bu dəfə də 10 manat atır.
- Ə, astmasan? Noolub, bir də üfür, birinci dəfəki kimi!


Geri dön

GuNaY_83

  • 6 iyun 2013 15:56
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
2. Molla bardağı qızına verir vә üzünә iki şillә çәkib deyir:
-Gözətlə sındırma ha!
Qızın günahsız döyüldüyünü vә ağladığını görәnlәr deyirlәr:
- Molla, bu günahsız qızı nә üçün döyürsәn?
-Vurdum ki, bardağı sındırmasın, yoxsa sınandan sonra nә etsәn yersizdir.

--------------------

✰ ♥..Золушка..♥ ✰

  • 6 iyun 2013 10:54
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
tewekkur.....

sebnem98

  • 1 iyun 2013 23:57
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
Adəm və Həvva

Adəmlə Həvva cənnətdə gəzinirmişlər. Həvva soruşur :
-Əzizim, sən məni həqiqətən sevirsən?
Adəm kədərli bir halda :
-Başqa birisi varmı ki? – deyə cavab verir

--------------------

★NuTeLLa★

  • 1 iyun 2013 10:41
  • Məqalə: 278
  • Şərh: 5715
  • Bal:
{awards}
Cim və Meri

Cim və Meri dəlixanadakı dəlilərdəndir. Bir gün dəlixanada hovuzun ətrafında gəzərkən Cim hoppanıb hovuzun dibinə batır. Meri bunu görən kimi tullanıb Cimini xilas edir. Merinin bu qəhrəmanlığı bütün dəlixanaya yayılır. Dəlixana müdiri Merinin ağıllandığını düşünür və onu yanına çağıtdırıb azad etmək üçün əmr verməyə hazırlaşır.
Meri baş həkimin otağına daxil olur.
Baş həkim :
- Meri sənə bir yaxşı, bir də pis xəbərim var. Yaxşı xəbərim odur ki, səni azadlığa buraxacağıq. Pis xəbərim odur ki, sən Cimi qurtardıqdan sonra o özünü hamamda asıb.
Meri :
- O özünün asmayıb. Sudan çıxarıb mən asmışam ki, qurusun...

Adəm və Həvva

Adəmlə Həvva cənnətdə gəzinirmişlər. Həvva soruşur :
-Əzizim, sən məni həqiqətən sevirsən?
Adəm kədərli bir halda :
-Başqa birisi varmı ki? – deyə cavab verir.

Balıq

Biri gedir bazara, balıq almaq istəyir. Baxır görur ki, balıq əyridi. Satıcıdan soruşur ki, balıq niyə əyridi?
Satıcı deyir :
-Pavarotda tutmuşam....

Roya_____

  • 31 may 2013 23:13
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
twkkkkkkkkkkkkkkkkkkkkkk))))

timoss13

  • 28 may 2013 23:46
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
tewekkurler

my angel__

  • 17 may 2013 19:50
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
BalıqBiri gedir bazara, balıq almaq istəyir. Baxır görur ki, balıq əyridi. Satıcıdan soruşur ki, balıq niyə əyridi?Satıcı deyir :-Pavarotda tutmuşam.

--------------------
Помни, что ты - мое все ❤

-BLOOM-

  • 17 may 2013 16:29
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
{awards}
Adəm və Həvva

Adəmlə Həvva cənnətdə gəzinirmişlər. Həvva soruşur :
-Əzizim, sən məni həqiqətən sevirsən?
Adəm kədərli bir halda :
-Başqa birisi varmı ki? – deyə cavab verir.


Bunu yazan seydi .Vurub oldurecem yazani.Bunu yazmaq gunahdi.(yuxardaki sozlere aidir.) am angry

SEVGI YOXDUR...

  • 16 may 2013 19:53
  • Məqalə: 0
  • Şərh: 69
  • Bal:
{awards}
Biri gedir bazara, balıq almaq istəyir. Baxır görur ki, balıq əyridi. Satıcıdan soruşur ki, balıq niyə əyridi?
Satıcı deyir :
-Pavarotda tutmuşam....

:):):):):)

--------------------
Bir qəlbi qırmadan öncə düşün,
bəlkə də
içində sən varsan :/ ♥ ♥

lady anna

  • 15 may 2013 20:58
  • Məqalə: 26
  • Şərh: 2973
  • Bal:
{awards}
Allah sizi guldursun ne qeder guldum eeee wink wink wink

--------------------

pervis

  • 15 may 2013 19:12
  • Məqalə: 68
  • Şərh: 4366
  • Bal:
{awards}
tewekkurlerrrrrrrr

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

Directioner_26

  • 13 may 2013 21:04
  • Məqalə: 4
  • Şərh: 259
  • Bal:
{awards}
Twk, maraqli oldu)

Twk, maraqli oldu)

alexandra1

  • 13 may 2013 14:51
  • Məqalə: 0
  • Şərh: 65
  • Bal:
{awards}
oxuya oxuya lezzet eledi etaga hihihih

--------------------
нə gözəL вiяi dэyiLəм... ___ama xasiyyəтiмi мiи gözəLLiyə dəyişмəяəм !!! нəм güLüв нəм güLdüяüв , нaмıyиaи yoLa gэdiяəмsə , cнox iиsaи мəиə , sözüмə нöямəт эLiyiв xəтяiмi isdiyiяsə əи əsası caиıмиaиda cнox sэvdiyiм şəxs yaиıмdadısa gözəLLiy fufLo тэмadı мəмçün ....!!

Zehra Awiqi

  • 11 may 2013 22:13
  • Məqalə: 39
  • Şərh: 3019
  • Bal:
{awards}
Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Baş prokurorla qarşılaşır. Rəsmi tərzdə hərbi salam verib təntənəli şəkildə məruzə edir:
- Cənab Baş prokuror! Sizin əmrini yerinə yetirildi!
Baş prokuror təəccüblə ətrafındakılara baxır, hamı çiynini çəkir:
- Axı mən heç nə əmr eləməmişəm?
- Mən də elə onu deyirəm, cənab Baş prokuror, BİZ HEÇ NƏ ELƏMƏMİŞİK!

--------------------
http:// [?] Загрузить с интернета:

✰Маша✰

  • 11 may 2013 21:37
  • Məqalə: 43
  • Şərh: 2331
  • Bal:
{awards}
Bir gün bir uşaq dəniz sahilində gəzirmiş. Birdən bir lampa görür və lampaya təpik vurur. Lampanin içindən bir cin çıxır və deyir:
-Sən məni neçə illik məhrum olduğum azadlığa çıxardın. İndi məndən nə istəyirsən denən.
-Üzr istəyirəm...

pervis

  • 11 may 2013 20:24
  • Məqalə: 68
  • Şərh: 4366
  • Bal:
{awards}
Biri gedir bazara, balıq almaq istəyir. Baxır görur ki, balıq əyridi. Satıcıdan soruşur ki, balıq niyə əyridi?
Satıcı deyir :
-Pavarotda tutmuşam....

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

ShoKKi_MoKKi

  • 11 may 2013 17:19
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
tesekkurler :)))

--------------------

..:Crystal:..

  • 11 may 2013 17:09
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR GÜLDÜRMƏYİ BACARIRSIZ!!!

--------------------

★NuTeLLa★

  • 11 may 2013 14:37
  • Məqalə: 278
  • Şərh: 5715
  • Bal:
{awards}
2. Molla bardağı qızına verir vә üzünә iki şillә çәkib deyir:
-Gözətlə sındırma ha!
Qızın günahsız döyüldüyünü vә ağladığını görәnlәr deyirlәr:
- Molla, bu günahsız qızı nә üçün döyürsәn?
-Vurdum ki, bardağı sındırmasın, yoxsa sınandan sonra nә etsәn yersizdir.

☮★Azerbaijan Boy★☮

  • 11 may 2013 13:18
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}
Cim və Meri dəlixanadakı dəlilərdəndir. Bir gün dəlixanada hovuzun ətrafında gəzərkən Cim hoppanıb hovuzun dibinə batır. Meri bunu görən kimi tullanıb Cimini xilas edir. Merinin bu qəhrəmanlığı bütün dəlixanaya yayılır. Dəlixana müdiri Merinin ağıllandığını düşünür və onu yanına çağıtdırıb azad etmək üçün əmr verməyə hazırlaşır.
Meri baş həkimin otağına daxil olur.
Baş həkim :
- Meri sənə bir yaxşı, bir də pis xəbərim var. Yaxşı xəbərim odur ki, səni azadlığa buraxacağıq. Pis xəbərim odur ki, sən Cimi qurtardıqdan sonra o özünü hamamda asıb.
Meri :
- O özünün asmayıb. Sudan çıxarıb mən asmışam ki, qurusun...

Adəm və Həvva

Adəmlə Həvva cənnətdə gəzinirmişlər. Həvva soruşur :
-Əzizim, sən məni həqiqətən sevirsən?
Adəm kədərli bir halda :
-Başqa birisi varmı ki? – deyə cavab verir.

--------------------

Re►PLay

  • 10 may 2013 23:53
  • Məqalə: 11
  • Şərh: 2923
  • Bal:
{awards}
tesekkurler

:: Pure Love ::

  • 10 may 2013 19:57
  • Məqalə: 11
  • Şərh: 2195
  • Bal:
{awards}
Gülüş insan ömrünü uzadır
Mence beledi insan xowbext olduqda omru uzanir Twk.

LoVe_HaTe

  • 10 may 2013 19:49
  • Məqalə: 53
  • Şərh: 2342
  • Bal:
{awards}
tesekkurler

--------------------
Əl uzatmağın min bir yolu olduğu halda sən hər səfərində şillə vurursan mənə...Ən çox da bu üzür məni...

Banned549678

  • 10 may 2013 18:56
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Biri gedir bazara, balıq almaq istəyir. Baxır görur ki, balıq əyridi. Satıcıdan soruşur ki, balıq niyə əyridi?
Satıcı deyir :
-Pavarotda tutmuşam.... lol

ShoKKi_MoKKi

  • 10 may 2013 17:53
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
tewekkurler...

--------------------

_CimBomBom_

  • 10 may 2013 17:28
  • Məqalə: 0
  • Şərh: 384
  • Bal:
{awards}
suppeppper.. ellerinize saglik!

--------------------
I love ..BuRaK YiLmAz..

pervis

  • 10 may 2013 17:24
  • Məqalə: 68
  • Şərh: 4366
  • Bal:
{awards}
Jurnalistlər deputatlığa namizəddən soruşurlar:

- Siz nə məqsədlə namizədliyinizi irəli sürürsünüz?

- Özünüz görürsüz, nələr baş verir, rüşvət, korrupsiya, büdcənin talan edilməsi.... Mən bunlara biganə qala bilmərəm!

- Siz bunların hamısına qarşı necə mübarizə aparmağa hazırlaşırsınız?

- Hər şeydən əvvəl ... mən prosesdə iştirak etmək istəyirəm!

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

✰_DeLNoLiNi_✰

  • 10 may 2013 16:30
  • Məqalə: 155
  • Şərh: 6036
  • Bal:
{awards}

-Ana, o kişi kimdir?
- Hansı bala?
- O saçları biz-biz durmuş, gözləri qızarmış kişini deyirəm.
- Hə bala, o sənin atandır. İnternetə qoşulub... :-)

İki sevgili yeməyə çıxırlar, yemək yeyəndə oğlan qızı qucaqlayır və deyir: Əzizim atapleniyaya oxşayırsan. Qiz deyir: Nədi bəyəm çox istiyəm ? Oğlan deyir: Yox qabırqaların görsənir.

--------------------

ZayNster

  • 10 may 2013 15:50
  • Məqalə: 12
  • Şərh: 2029
  • Bal:
{awards}
tewekkurler

Zehra Awiqi

  • 10 may 2013 15:26
  • Məqalə: 39
  • Şərh: 3019
  • Bal:
{awards}
[left][center]Bir gün bir uşaq dəniz sahilində gəzirmiş. Birdən bir lampa görür və lampaya təpik vurur. Lampanin içindən bir cin çıxır və deyir:
-Sən məni neçə illik məhrum olduğum azadlığa çıxardın. İndi məndən nə istəyirsən denən.
-Üzr istəyirəm...
[/center]
[/left]

--------------------
http:// [?] Загрузить с интернета:
<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 44
Cəmi: 61

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}