Müasir Azərbaycanın memarı və qurucusu

 
Müasir Azərbaycanın memarı və qurucusu

Müasir müstəqil Azərbaycan öz memarı və qurucusu - Böyük Azərbaycanlı, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyini böyük təntənə ilə qeyd edir. Ulu öndərin Azərbaycana rəhbərlik dövrü xalqımızın tarixi yaddaşına Heydər Əliyev epoxası kimi daxil olmuşdur. Bu dövr Azərbaycanın inkişaf arxitekturasının ən şərəfli səhifələrindən biridir. Hazırda beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən daxili və xarici siyasət strategiyası, xüsusən sosial-iqtisadi inkişaf məhz ulu öndərin fəaliyyətinin bəhrələridir. Bu dövrün ən böyük uğuru odur ki, Azərbaycan son 21 ildə dövlət müstəqilliyini qoruyub saxlaya bilmiş, onu möhkəmləndirmiş və inkişaf etdirmişdir. Qısa zaman kəsiyində Azərbaycan nəinki inkişafın ən düzgün istiqamətlərini müəyyən etmiş, hətta aparıcı ölkələrin böhran yaşadığı bir dövrdə böhranı qabaqlamağın milli modelini formalaşdıra və dünyaya təqdim edə bilmişdir.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın inkişaf modelinin uzunömürlülüyünü təmin edən üç universal irs yaratmışdır - milli ideologiya, milli dövlətçilik və milli dövlət. Bunların hər biri ayrı-ayrılıqda Heydər Əliyevin ümummilli lider statusu üçün kifayət edərdi. Ancaq Heydər Əliyev xarizmatik lider, zəngin dövlətçilik təcrübəsinə malik siyasi xadim olduğuna görə hər bir məsələyə kompleks yanaşma onun fəaliyyətinin xarakterik cəhəti idi.

Siyasi təhlilçilər yazırlar ki, Azərbaycanın davamlı inkişafını təmin edən Heydər Əliyev ideologiyası ideyanı praktik fəaliyyətə transformasiya edərək, insanların davranışını stimullaşdırmaq qüdrətinə malik olan dəyərləri özündə ehtiva edir. Məhz bunun nəticəsidir ki, cəmiyyətin hər bir üzvü bu ideologiya çərçivəsində özünün istək və arzularının ifadəsini tapır. Bu prizmadan yanaşdıqda aydın olur ki, ulu öndər Heydər Əliyev inkişaf strategiyasını üç fundamental dəyər üzərində qurmuşdur. Bunlar güclü müstəqil dövlət, şaxələndirilmiş dinamik iqtisadiyyat və azad insan amilidir. Hər üç dəyərin harmoniyası ölkənin hərtərəfli tərəqqisinə hədəflənən trenddir. Ulu öndər bu dəyərləri müəyyənləşdirərkən Azərbaycan xalqının keçdiyi tarixi yolu, milli-mənəvi amilləri, eyni zamanda perspektivdə qarşıda duran vəzifələri nəzərə almışdır.

Ümummilli lider milli ideologiyanı yaradarkən dövlətçilik prinsiplərini əsas götürdüyünü bildirərək deyirdi: "Bu milli ideologiya nədən ibarətdir? Birincisi, dövlətçilik. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə hər bir vətəndaş vətənpərvərlik hissi ilə yaşamalıdır".

Tam qətiyyətlə demək olar ki, Heydər Əliyev bütün ömrünü vətənpərvərlik hissi ilə yaşamışdır. Müasir Azərbaycan dövlətinin siyasi, iqtisadi və sosial inkişaf parametrlərindən danışılarkən çox vaxt Heydər Əliyevin müstəqillik illərindəki titanik fəaliyyətinin nəticələri diqqətə çatdırılır. Ancaq yaxın tarixi keçmiş Azərbaycanda dövlətçilik hissinin və milli mənlik şüurunun hələ 1970-ci illərin əvvəllərindən formalaşdığını və sürətlə inkişaf etdiyini göstərir. Xalqımızın böyük oğlu Heydər Əliyevin siyasi hakimiyyətinin birinci dövründə Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi-mədəni həyatın bütün sahələrində böyük uğurlar qazanaraq, təkcə keçmiş SSRİ-də deyil, dünya miqyasında tanınmağa başlamışdı. Sərt imperiya qadağalarına baxmayaraq, Heydər Əliyev o dövrdə müstəsna siyasi çeviklik və uzaqgörənlik nümayiş etdirmiş, xalqımız və ölkəmiz üçün misilsiz işlər görmüş, tənəzzül girdabında boğulan Azərbaycanı ittifaqın qabaqcıl respublikaları sırasına çıxarmışdı.

Heydər Əliyevin hakimiyyətinin sovet dönəmi Azərbaycanda ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində möhtəşəm quruculuq dövrü olmuşdur. Milli təəssübkeşlik hissi ilə zəngin olan bu quruculuq dövrünün baş memarı Heydər Əliyev idi. Sözün həqiqi mənasında, müasir müstəqil Azərbaycan dövləti məhz Heydər Əliyevin siyasi hakimiyyətinin birinci dövründə - 1969-1982-ci illərdə yaradılmış təməl üzərində qurulmuşdur. Heydər Əliyev istər Azərbaycanda, istərsə də keçmiş ittifaq dövlətində ali rəhbər vəzifələrdə çalışarkən erməni millətçilərinin torpaqlarımıza olan iddialarına sipər çəkmişdi. Onlar hər dəfə baş qaldıranda Heydər Əliyev bu fitnəkarlığa qarşı qətiyyətli, sərt və barışmaz mövqe nümayiş etdirmişdir.


Tarix təsdiq edir ki, məhz Heydər Əliyev 1987-ci ilin oktyabrında ali hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra erməni millətçiləri respublikamıza və xalqımıza qarşı təxribat planlarını həyata keçirməyə başlamışlar. Heydər Əliyevin ittifaq rəhbərliyindən uzaqlaşdırılması ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ilhaqı və işğalı planının ilk mərhələsi idi. Çünki onlar Heydər Əliyev fenomeninə bələd idilər və yaxşı bilirdilər ki, onu siyasi rəhbərlikdən uzaqlaşdırmadan özlərinin məkrli niyyətlərinə nail ola bilməyəcəklər. Bundan sonra isə Azərbaycanda yaradılmış güclü iqtisadi potensialın dağıdılmasından tutmuş, milli ləyaqət hissinin tapdalanmasına, düşmən qarşısında təslimçilik ruhunun aşılanmasına qədər hər cür çirkin üsullara rəvac verildi. Heydər Əliyevin rəhbərliyi dövründə respublikamızın sənayedə, aqrar sektorda və mədəni quruculuqda qazandığı böyük uğurlara kölgə salmaq məqsədi güdən təbliğat maşını işə salındı. Azərbaycanlıların Ermənistan ərazisi sayılan əzəli dədə-baba torpaqlarından zorla, vəhşiliklə qovulması həyata keçirildi. Azərbaycan öz tarixi ərazisi olan Dağlıq Qarabağa siyasi, iqtisadi nəzarəti itirdi. Bunun ardınca, 1990-cı ilin Qanlı Yanvar qırğını törədildi, Ermənistanın Azərbaycana açıq hərbi təcavüzü başlandı. Məhz o dövrdə səriştəsiz, milli təəssübkeşlikdən uzaq, dövlət işində naşı rəhbərlərin bir-birini əvəzləməsi, Heydər Əliyevi xalqdan və böyük siyasətdən təcrid etmək cəhdləri Azərbaycanı parçalanmaq təhlükəsi, vətəndaş müharibəsi ilə üz-üzə qoydu.

Hakimiyyət davası, cinayətkarlıq və terrorçuluq, qorxu və sabaha inamsızlıq, Qarabağın əliyalın azərbaycanlı əhalisinin silahlı Ermənistan ordusu qarşısında köməksizliyi, şəhər və kəndlərimizin yerlə-yeksan edilməsi, ordu quruculuğuna cinayətkarcasına biganə münasibət, iqtisadi təxribatlar, milli strateji sərvətlərin talan olunması, tayfabazlıq və dövlət mafiyası - o dövrdəki hakimiyyətlərin əsas cizgiləri idi. Belə bir ağır vaxtda Azərbaycan xalqı müdriklik göstərərək xilaskar oğlunu - Heydər Əliyevi siyasi rəhbərliyə dəvət etdi.

Bəs, 1969-1982-ci illərdə öz əlləri ilə qurduğu abad, firavan Azərbaycandan 1993-cü ildə Heydər Əliyevə nə miras qalmışdı? Səbatsız və təsadüfi "rəhbərlərin" xalqa zidd siyasəti nəticəsində daxili və xarici düşmən təxribatları üçün poliqona çevrilmiş, xəyanət və satqınlıqlar üzündən torpaqlarının bir hissəsi işğal olunmuş, yüz minlərlə soydaşımızın öz doğma yurdlarından didərgin düşdüyü bir ölkə. Bütün bunlarla yanaşı, hərbi-siyasi anarxiya, iqtisadi böhran, talançılıq və terror Azərbaycanın ictimai-siyasi həyatında düşkünlük və tənəzzül əhval-ruhiyyəsi yaratmışdı. İnsanlar sabaha inam hissini itirmişdilər.

Adı Azərbaycan xalqının yaddaşına dövlət qurucusu kimi əbədi həkk olunmuş ulu öndər Heydər Əliyev öz yeni tarixi missiyasına məhz belə ağır, mürəkkəb şəraitdə başlamışdı. Təsadüfi deyil ki, tale özü Azərbaycanı yenidən dirçəltmək, onun müstəqilliyini və suverenliyini qorumaq kimi çətin və şərəfli vəzifəni məhz Heydər Əliyevin qadir əllərinə tapşırdı. Yalnız 1993-cü ilin yayından, Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra illərlə davam edən siyasi hakimiyyət böhranına, anarxiya və özbaşınalığa son qoyuldu, Azərbaycanda yeni tarixi mərhələ - dövlət müstəqilliyinin möhkəmləndirilməsi və real dövlət quruculuğu dövrü başlandı.


Dövlətin müqəddəratının sual altında olduğu bir dövrdə Azərbaycan xalqının öz taleyini Heydər Əliyevə etibar etməkdə yanılmadığını ulu öndər qayıdışının elə ilk aylarından sübuta yetirdi. Ölkəni bir neçə il ərzində taqətdən salan hərc-mərcliyə qısa müddətdə son qoyuldu, sabitlik və əmin-amanlıq təmin edildi, siyasi və iqtisadi böhran dayandırıldı, erməni təcavüzünün Azərbaycanın içərilərinə irəliləməsinin qarşısı alındı. Ən başlıcası isə insanlarda ölkənin gələcəyinə inam yarandı. Bu inamın fəlsəfəsini o dövrdə meydana gəlmiş "Xalq-Heydər, Heydər-Xalq" deyimi çox aydın şəkildə təcəssüm etdirirdi. Beləliklə, 1993-cü il Azərbaycanın müasir tarixinə yeni dövrün başlanğıcı kimi daxil oldu. Qüdrətli dövlət xadimi Heydər Əliyev çox böyük müdrikliklə ölkənin inkişaf vektorunu müəyyənləşdirdi, strateji hədəfləri dəqiqləşdirilmiş mükəmməl xarici siyasət konsepsiyası işləyib hazırladı.

Ölkəmizin xarici tərəfdaşları açıq etiraf edirlər ki, Heydər Əliyev dövlətin xarici siyasət konsepsiyasını - Azərbaycanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən körpü rolunu möhkəmləndirən, modernləşmənin əsasını qoyan konsepsiyanı son dərəcə tarazlaşdırılmış şəkildə quraraq, onu beynəlxalq inkişafın qlobal meyilləri ilə əlaqələndirmişdir. Müstəqil Azərbaycanda modernləşmə prosesi 1994-cü ildə aparıcı beynəlxalq neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanmasından başlanmışdır. Bu müqavilə milli iqtisadiyyatın inkişafına güclü təkan vermiş, onu keyfiyyətcə yeni çalarlarla zənginləşdirmişdir. Qısa müddətdə 22 beynəlxalq neft sazişinin imzalanmasına nail olan Heydər Əliyev dünyanın maliyyə elitasını bu layihələrin təkcə Azərbaycan və region üçün deyil, bütün Avropa üçün real və zəruri olmasına inandıra bilmişdi.

Heydər Əliyev cəbhədə atəşkəsə nail olmaqla, ölkədə möhkəm siyasi sabitlik təmin etməklə müstəqil Azərbaycan dövlətinin böhrandan çıxması və gələcək inkişafı üçün zəmin yaratdı. Bunun ardınca 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkənin modernləşdirilməsinin, yeni iqtisadi sistemə keçidin hüquqi bazasını yaratdı və həmin vaxtdan respublikanın iqtisadi həyatının yeni mərhələsi başlandı.

Heydər Əliyev bazar iqtisadiyyatına keçidi təmin edəcək islahatların dərinləşdirilməsində özəlləşdirməyə həlledici yer verirdi. İlkin olaraq kiçik özəlləşdirmə adlanan proses - xidmət sahələrinin, ticarətin, tikinti və nəqliyyatda bir sıra sahələrin özəlləşdirilməsi bazar münasibətlərinə yumşaq keçidi təmin etdi. Bu sahədəki təcrübə orta və iri müəssisələrin özəlləşdirilməsi prosesini uğurla davam etdirməyə imkan verdi.

Lakin ölkə əhalisinin 40 faizdən çoxunun yaşadığı kənd yerlərini bazar münasibətlərinə cəlb etmədən yeni iqtisadiyyatın yaradılması təmin oluna bilməzdi. Bu isə, ilk növbədə, torpağın şəxsi mülkiyyətə verilməsi, kolxoz və sovxozların əmlakının özəlləşdirilməsi - yəni, aqrar islahatın aparılması nəticəsində mümkün idi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə respublikamızda çox cəsarətli, keçmiş SSRİ məkanında bənzəri olmayan torpaq islahatının həyata keçirilməsi, əslində, Azərbaycan kəndində bütün təsərrüfat ukladını, kəndin həyat tərzini kökündən dəyişdi.

Heydər Əliyevin iqtisadi strategiyasında ölkəyə xarici sərmayələrin cəlb edilməsi xüsusi yer tuturdu. İlk vaxtlar əsasən Azərbaycanın yeni neft strategiyasının reallaşdırılması ilə bağlı qoyulan xarici sərmayələr getdikcə iqtisadiyyatın digər sahələrinə, infrastruktur layihələrinə də sirayət edirdi. Ölkədə əlverişli sərmayə mühitinin yaradılması, o cümlədən xarici sərmayələrin qorunması üçün dövlət tərəfindən bütün zəruri tədbirlər görülür, müvafiq qanunvericilik bazası yaradılırdı. 1995-2003-cü illərdə ölkə iqtisadiyyatına qoyulmuş 16 milyard dollardan artıq sərmayənin 12,3 milyard dolları və ya 77 faizi xarici sərmayənin payına düşürdü. Təkcə 2000-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 7,5 milyard dollardan çox xarici sərmayə qoyulmuşdu ki, bu da adambaşına götürdükdə bütün MDB məkanında ən yüksək göstərici idi.

Mülkiyyət, maliyyə-bank, valyuta, vergi, məhkəmə-hüquq sahələrində qəbul olunmuş qanunlar iqtisadi münasibətlərin və mexanizmlərin əhəmiyyətli dərəcədə liberallaşmasına, təsərrüfat həyatının dövlət tərəfindən tənzimlənməsinin azalmasına gətirib çıxardı. Heydər Əliyevin yeni iqtisadi strategiyasının reallaşdırılması sahəsindəki uğurları Azərbaycanın intensiv inkişafına yol açdı. Ölkəmiz iri transmilli layihələrin həyata keçirilməsi üçün mühüm geoiqtisadi və geosiyasi məkana çevrilməyə başladı.

Ümummilli lider müasir dövlət yaratmaqla bərabər, onun gələcək illərə hesablanmış inkişaf strategiyasını da müəyyən etmiş, öz zəmanəsini qabaqlayaraq, Azərbaycanın qarşısında duran strateji vəzifələri dəqiq göstərmişdi. O, Azərbaycanı mühüm strateji meydan və dünya dövlətləri birliyinin layiqli iqtisadi tərəfdaşı kimi görürdü.

Heydər Əliyev Azərbaycan dövlətinin təməl prinsiplərində qanunçuluğun bərqərar olmasına xüsusi əhəmiyyət verirdi: dövlət varsa, qanun olmalıdır. Əgər qanun yoxdursa, dövlət də olmayacaq. Ulu öndər deyirdi ki, dövlət qanuna söykənməlidir. Dövlətin söykəndiyi qanun onun idarə edilməsinin əsas xətlərini və prinsiplərini müəyyən edir. Bu qanunlar olmasa, idarəçilik olmayacaq, idarəçiliyi olmayan dövlətin gələcəyi isə təhlükə qarşısında qalar.

Müdrik dövlət xadiminin müəyyən etdiyi təməl prinsiplərindən biri də varislikdir. Varislik dövlətin idarəçiliyində, siyasətdə, iqtisadiyyatda və ideologiyada prinsipial olaraq əldə edilənlərin gələcək nəsillərə ötürülməsidir. Varislik mexaniki deyil, yaradıcı şəkildə, təkamül yolu ilə baş verir. Yaradıcı varislik nəticəsidir ki, Azərbaycan ümummilli liderin müəyyən etdiyi təməl üzərində keçmişə söykənərək, gələcəyə doğru inkişaf etməkdədir. Bəzən varislik deyəndə kimlərsə hakimiyyət varisliyini önə çəkmək istəyir. Ancaq bu, hakimiyyət varisliyi, fərdi şəkildə varislik deyildir. Bu, hakimiyyətin ideoloji, siyasi, iqtisadi baxımdan gələcək nəsillərə ötürülməsidir.

Azərbaycan dövlətinin çox vacib təməl prinsiplərindən biri də vətəndaş həmrəyliyidir. Məhz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda vətəndaş sülhünə nail olunmuşdur. Onun ölkədə vətəndaş qarşıdurmasını aradan qaldırmaq istiqamətində gördüyü tədbirlər, dövlət çevrilişi cəhdlərinin qarşısını alması, silahlı yolla hakimiyyətə gəlmək ənənəsinə birdəfəlik son qoyması əmin-amanlığa yol açmışdır. Vətəndaş həmrəyliyi ölkəmiz üçün daimi prinsipdir. Çünki bu, bizim hamımızı birləşdirən amillərdən biridir.

Heydər Əliyevin müəyyən etdiyi digər bir prinsip isə sosial ədalətdir. Digər sahələrdə olduğu kimi, sosial ədalət prinsipinin təmin olunmasının yolu da islahatlardan keçir. Davamlı islahatlar, sürətli inkişaf yolu, cəmiyyətdə insanların rifah halının yaxşılaşdırılması fonunda sosial ədalətin təmin olunması indi siyasi və iqtisadi vasitələrlə uğurla gerçəkləşir.

Ümummilli lider həmişə vurğulayırdı ki, milli ideologiyamız tarixi keçmişimizə, adət-ənənələrimizə, xalqımızın mentalitetinə söykənməlidir. Bu, həqiqətən də belədir. Azərbaycan xalqı məhz bu prinsiplərə söykənərək gələcəyə doğru inamla addımlayır, dövlətimiz inkişaf edir.

Yeni cəmiyyət quruculuğuna transformasiya prosesində ölkənin dəyərlər sisteminin arxitekturasında da dəyişikliklər baş verirdi. Bu amil humanitariyanın yeni platformasını formalaşdırmaq zərurətini yaradırdı. Bu mənada xalqımızın qədim dəyərlərinin, ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin, tarixinin özümüzə qaytarılması sahəsindəki xidmətlər də məhz Heydər Əliyevə məxsusdur. Xilaskar liderin hakimiyyətə qayıdışı respublikamızda elmin və mədəniyyətin, ictimai və dövlət həyatının ən müxtəlif sahələrinin tərəqqisi ilə əlamətdar olmuşdur. Onun qayğı və diqqəti sayəsində yüzlərlə görkəmli elm və mədəniyyət xadimi, yaradıcı ziyalıların nümayəndələri istedad və qabiliyyətlərini inkişaf etdirmək və təkmilləşdirmək, öz potensiallarını maksimum reallaşdırmaq imkanı əldə etmişdir. Heydər Əliyev elmi xalqın mənəvi həyatının ən mühüm elementi hesab edirdi. O bilirdi ki, vaxtında tətbiq edilmiş elmi-texniki nailiyyətlər və kəşflər dövlətə çox böyük fayda gətirir, iqtisadi və sosial həyat sahələrinin inkişafı üçün güclü stimula çevrilir. Buna görə o, qabaqcıl texnologiyaların tətbiqinə, elmin və istehsalın modernləşdirilməsinə, onların arasında əlaqələrin möhkəmləndirilməsinə həmişə tükənməz qayğı göstərirdi.

Ümummilli lider yüksək ixtisaslı kadr hazırlığına çox böyük əhəmiyyət verirdi. Hələ sovet dövründə yüzlərlə istedadlı gənc o vaxtkı SSRİ-nin ən qabaqcıl tədris müəssisələrinə təhsil almağa və təcrübə keçməyə göndərilirdi ki, respublikaya qayıdandan sonra əldə etdikləri bilikləri Vətənimizin naminə tətbiq etsinlər. O istəyirdi ki, Azərbaycan elmi müasir ideyaların, səmərəli axtarışların, elmi tədqiqatların güclü generatoruna çevrilsin.

İnformasiya blokadasının yarılmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında da ulu öndərin xidmətləri danılmazdır. O, hər dəfə xarici ölkələrə səfərə gedəndə Dağlıq Qarabağın tarixən Azərbaycan torpağı olmasını sübut edən müxtəlif xəritələri də özü ilə aparır, bu və ya digər ölkənin hər bir dövlət xadimi ilə söhbətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəblərini və nəticələrini açıqlayır, jurnalistlər üçün bir növ ustad dərsləri keçir, hadisələri necə işıqlandırmağı, yazılarda hansı məqamlara xüsusi diqqət yetirməyi izah edirdi.

Heydər Əliyev dövlətin daha bir təməl prinsipini - azərbaycançılıq ideologiyasını yaratmışdır. Məhz bu ideologiya sayəsində biz milli ideya, milli mənlik şüuru, millətin mədəniyyəti və digər mühüm anlayışları yeni tərzdə dərk etməyə başladıq. Xalqımızın vahid qüvvə kimi birləşməsində ulu öndərin xidmətləri ölçüyəgəlməzdir. Azərbaycan xalqına qarşı soyqırımlar, onun deportasiyalara məruz qalması haqqında həqiqətləri ilk dəfə yüksək tribunalardan dünya ictimaiyyətinə çatdıran məhz Heydər Əliyev olmuşdur. Ümummilli liderin əzmkarlığı sayəsində Azərbaycan haqqında tarixi həqiqətlərin bərpa edilməsi üçün çox böyük elmi tədqiqat işləri aparılmışdır və bunun nəticələri göz qabağındadır.

Tam əminliklə demək olar ki, XX əsrin ikinci yarısında və XXI əsrin əvvəlində Azərbaycanın əldə etdiyi bütün uğurlar Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Bu həqiqəti çıxışlarının birində çox dəqiq ifadə edən Prezident İlham Əliyev demişdir: "XXI əsrdə Azərbaycanın milli dövlətçiliyi elə bir insanın həyat fəaliyyətinin bəhrəsidir ki, onun amalları azərbaycançılıq ideyasının zəfər çaldığı, fərdin hüquq və azadlıqlarının təmin edildiyi, iqtisadiyyatın ardıcıl surətdə yüksəldiyi və ictimai inkişafa nail olunduğu məkan qurulmasına yönəlmişdir".

Heydər Əliyev zamanın və taleyin mütləq mənada ehtiyac duyduğu, tarixin yeni mərhələsində, yeni sosial-siyasi və iqtisadi şəraitdə özünün çox böyük fitri lider potensialını reallaşdıra bilmiş bir şəxsiyyət idi. Bu, ötən əsrdə ondan başqa heç kəsə nəsib olmamışdır.

Artıq Azərbaycan milli inkişaf strategiyasında keçid mərhələsini uğurla adlayaraq, yüksəlişin keyfiyyətcə növbəti fazasına qədəm qoymuşdur. Bu mərhələdəki məqsədlərə nail olmağın yolu isə XXI əsrdə ölkəmizin siyasi, iqtisadi və sosiomədəni həyatını modernləşdirməkdən keçir. Son illərdə daxili və xarici siyasətdə qazanılmış çox böyük uğurlar indi inkişafın Azərbaycan modeli haqqında danışmağa əsas verir. Ölkənin mövcud reallıqları və perspektivləri sübut edir ki, modernləşmənin Azərbaycanın timsalında çox böyük inkişaf ehtiyatları vardır və onların hərəkətə gətirilməsi ölkənin sürətli tərəqqisinə birbaşa təsir göstərir. Ötən illərdə Azərbaycan iqtisadiyyatının, büdcə gəlirlərinin intensiv surətdə artması düşünülmüş şəkildə, konkret proqramlar əsasında həyata keçirilən iqtisadi və infrastruktur layihələri nəticəsində yaranmış yeni iqtisadi münasibətlərin səmərəli fəaliyyətinin inkaredilməz reallığıdır.

İnkişafın Azərbaycan modelindən bəhs edərkən regionların sosial-iqtisadi inkişafı sahəsində görülmüş nəhəng işləri xüsusi vurğulamaq lazımdır. Bu sahədə həyata keçirilən dövlət proqramları inkişaf səviyyəsi baxımından təkcə paytaxtla bölgələr arasında deyil, həm də ayrı-ayrı bölgələr arasında fərqləri tədricən aradan qaldırmış, yüz minlərlə yeni iş yeri açılmışdır. Qeyri-neft sektorunun sürətli inkişafına güclü təkan verən bu tədbirlər Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığının azaldılması, ölkənin tarazlı şəkildə müasirləşdirilməsi baxımından da çox böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən bəri ölkədə 1 milyondan çox yeni iş yeri açılmışdır ki, bunun da əksəriyyəti bölgələrin payına düşür. İqtisadiyyatda özəl bölmənin payı 80 faizi keçmişdir.

Prezident İlham Əliyev Azərbaycanın müasirləşdirilməsinin başlıca məqsəd olduğunu dəfələrlə qeyd edərək demişdir ki, biz ölkəmizi hər cəhətdən müasirləşdirməliyik. Azərbaycan sözün əsl mənasında inkişaf etmiş ölkəyə çevrilməlidir, bu, bizim məqsədimizdir. Dünyada inkişaf etmiş ölkələrin sayı çox deyil və Azərbaycanın bütün meyarlar üzrə bu sıraya daxil olmağa imkanları vardır.

Qlobal transformasiyaların baş verdiyi müasir dövrdə Azərbaycanın daxili və xarici siyasətinin gündəliyində əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən xətt - modernləşdirilmiş iqtisadiyyatı, vətəndaş cəmiyyəti və liberal ənənələri olan suveren dövlət qurmaq xətti dayanır. Bu isə postindustrial cəmiyyətə, informasiya cəmiyyətinə aparan yoldur. Azərbaycanın bu yolda əldə etdiyi uğurların sırasına daha bir möhtəşəm nailiyyət də əlavə olunmuşdur. Bu il fevralın 9-da Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarılmışdır. Bu tarixi hadisə ölkəmizdə iqtisadiyyatın daha bir trendinin - kosmik sənayenin yaranmasının təsdiqidir.

Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun müəyyənləşdirdiyi müstəqil dövlətçilik siyasəti xalqımızın gələcəyinə yönəlmişdir və Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edir. Bu siyasi xətt qloballaşan dünyanın yeni nizamına uyğun olaraq, bəzi məqamlarda isə ona təsir göstərərək təkamül yolu ilə inkişaf edir. Məhz buna görədir ki, Azərbaycan dünya siyasətində öz sözünü deməklə yanaşı, digər dövlətlərin də problemlərini həll etməyə qadir olan dövlətə çevrilir. Bunun üçün sarsılmaz zəmin - dahi Heydər Əliyevin müəyyənləşdirdiyi praqmatik xarici və daxili siyasəti olan hüquqi, demokratik, müstəqil Azərbaycan dövləti və bu ideyaların daşıyıcısı Azərbaycan xalqı və onu yeni zəfərlərə aparan müdrik Prezidenti İlham Əliyev vardır.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 10 ildə milli yüksəlişin şərəfli mərhələsini yaşayır. Xalqımız Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olmasına tam əmindir və inanır ki, İlham Əliyev ölkəmizi Heydər Əliyev yolu ilə daha işıqlı gələcəyə aparır.

milli.az


Geri dön

GuNaY_83

  • 6 iyun 2013 17:18
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
tesekkurler super ve deyerlı meqale ucun

--------------------

sebnem98

  • 1 iyun 2013 19:26
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
tWKLER XEBER UCUN.

--------------------

Roya_____

  • 20 may 2013 20:28
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
twkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk

★NuTeLLa★

  • 19 may 2013 17:25
  • Məqalə: 278
  • Şərh: 5715
  • Bal:
{awards}
tesekkurler super ve deyerlı meqale ucun

LoVe_HaTe

  • 12 may 2013 20:37
  • Məqalə: 53
  • Şərh: 2342
  • Bal:
{awards}
tsk....................

--------------------
Əl uzatmağın min bir yolu olduğu halda sən hər səfərində şillə vurursan mənə...Ən çox da bu üzür məni...

:: Pure Love ::

  • 12 may 2013 14:33
  • Məqalə: 11
  • Şərh: 2195
  • Bal:
{awards}
tWKLER XEBER UCUN.

Əkbər007

  • 12 may 2013 12:53
  • Məqalə: 255
  • Şərh: 4709
  • Bal:
{awards}
TEWEKKUR yeri var

--------------------

legend sun girl

  • 12 may 2013 12:33
  • Məqalə: 89
  • Şərh: 1623
  • Bal:
{awards}
ALLAH RƏHMƏT ETSİN DAHİ ŞƏXSİYYƏTİMİZƏ
TƏŞƏKKÜRLƏR DƏYƏRLİ MƏQALƏ ÜÇÜN

surawka

  • 12 may 2013 10:02
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
Sitat: Aykanin_Royasi
tesekkurler super ve deyerlı meqale ucun

ALLAH rehmet elesin

Re►PLay

  • 11 may 2013 22:25
  • Məqalə: 11
  • Şərh: 2923
  • Bal:
{awards}
meqaleye gore cooooox sagol ama oxuya bilmedimeee___)))

VitamiN_Ka

  • 11 may 2013 22:16
  • Məqalə: 160
  • Şərh: 2123
  • Bal:
{awards}
Sitat: Selena Gomez fanatI
Xəbərə görə çoxx saolun...

--------------------

ShoKKi_MoKKi

  • 11 may 2013 16:48
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
Coox saqolun deyerli meqale ucun..

--------------------

★NuTeLLa★

  • 11 may 2013 14:45
  • Məqalə: 278
  • Şərh: 5715
  • Bal:
{awards}
Tam qətiyyətlə demək olar ki, Heydər Əliyev bütün ömrünü vətənpərvərlik hissi ilə yaşamışdır. Müasir Azərbaycan dövlətinin siyasi, iqtisadi və sosial inkişaf parametrlərindən danışılarkən çox vaxt Heydər Əliyevin müstəqillik illərindəki titanik fəaliyyətinin nəticələri diqqətə çatdırılır. Ancaq yaxın tarixi keçmiş Azərbaycanda dövlətçilik hissinin və milli mənlik şüurunun hələ 1970-ci illərin əvvəllərindən formalaşdığını və sürətlə inkişaf etdiyini göstərir. Xalqımızın böyük oğlu Heydər Əliyevin siyasi hakimiyyətinin birinci dövründə Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi-mədəni həyatın bütün sahələrində böyük uğurlar qazanaraq, təkcə keçmiş SSRİ-də deyil, dünya miqyasında tanınmağa başlamışdı. Sərt imperiya qadağalarına baxmayaraq, Heydər Əliyev o dövrdə müstəsna siyasi çeviklik və uzaqgörənlik nümayiş etdirmiş, xalqımız və ölkəmiz üçün misilsiz işlər görmüş, tənəzzül girdabında boğulan Azərbaycanı ittifaqın qabaqcıl respublikaları sırasına çıxarmışdı.

angels never die

  • 11 may 2013 13:47
  • Məqalə: 0
  • Şərh: 1161
  • Bal:
{awards}
TWK MARAQLI MEQALEYE GORE.

--------------------
BIZ AWAGIDA PLAN QURARKEN,TANRI YUXARIDAN BIZE GULER.
HEYAT COX ZALIM BIR MUELLIMDIR.EVVEL IMTAHAN EDER SONRA DERS VERER.
BUGUNKI AGLIM OLSAYDI DUNEN ETDIKLERIMI ETMEZDIM,AMMA DUNEN ETDIKLERIMI ETMESEYDIM BUGUNKI AGLIM OLMAZDI....

Nara Neznakomka

  • 11 may 2013 13:06
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Ümummilli lider Heydər Əliyev Azərbaycanın inkişaf modelinin uzunömürlülüyünü təmin edən üç universal irs yaratmışdır - milli ideologiya, milli dövlətçilik və milli dövlət. Bunların hər biri ayrı-ayrılıqda Heydər Əliyevin ümummilli lider statusu üçün kifayət edərdi. Ancaq Heydər Əliyev xarizmatik lider, zəngin dövlətçilik təcrübəsinə malik siyasi xadim olduğuna görə hər bir məsələyə kompleks yanaşma onun fəaliyyətinin xarakterik cəhəti idi.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

Bash Belası

  • 11 may 2013 12:18
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Xəbərə görə çoxx saolun...

★KaRaMeLKa★

  • 11 may 2013 11:08
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
Tewekkurler...........

Zehra Awiqi

  • 11 may 2013 10:54
  • Məqalə: 39
  • Şərh: 3019
  • Bal:
{awards}
tewekkkurler

--------------------
http:// [?] Загрузить с интернета:

Roya_____

  • 11 may 2013 10:21
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tesekkurler super ve deyerlı meqale ucun

★Украду Девушку★

  • 11 may 2013 09:46
  • Məqalə: 100
  • Şərh: 3646
  • Bal:
{awards}
Ümummilli lider Heydər Əliyev Azərbaycanın inkişaf modelinin uzunömürlülüyünü təmin edən üç universal irs yaratmışdır - milli ideologiya, milli dövlətçilik və milli dövlət. Bunların hər biri ayrı-ayrılıqda Heydər Əliyevin ümummilli lider statusu üçün kifayət edərdi. Ancaq Heydər Əliyev xarizmatik lider, zəngin dövlətçilik təcrübəsinə malik siyasi xadim olduğuna görə hər bir məsələyə kompleks yanaşma onun fəaliyyətinin xarakterik cəhəti idi.

--------------------

damla 505

  • 11 may 2013 09:35
  • Məqalə: 5
  • Şərh: 1544
  • Bal:
{awards}
........TEWEKKUR........

--------------------
Torpagin ustunde risofka kimi gezme,cunki torpagin altinda senden zor oglanlar yatir

ZayNster

  • 11 may 2013 09:01
  • Məqalə: 12
  • Şərh: 2029
  • Bal:
{awards}
tewekkurler

Angry Boy

  • 11 may 2013 08:44
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
Ilk serh menden
Müasir müstəqil Azərbaycan öz memarı və qurucusu - Böyük Azərbaycanlı, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyini böyük təntənə ilə qeyd edir. Ulu öndərin Azərbaycana rəhbərlik dövrü xalqımızın tarixi yaddaşına Heydər Əliyev epoxası kimi daxil olmuşdur. Bu dövr Azərbaycanın inkişaf arxitekturasının ən şərəfli səhifələrindən biridir. Hazırda beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən daxili və xarici siyasət strategiyası, xüsusən sosial-iqtisadi inkişaf məhz ulu öndərin fəaliyyətinin bəhrələridir. Bu dövrün ən böyük uğuru odur ki, Azərbaycan son 21 ildə dövlət müstəqilliyini qoruyub saxlaya bilmiş, onu möhkəmləndirmiş və inkişaf etdirmişdir. Qısa zaman kəsiyində Azərbaycan nəinki inkişafın ən düzgün istiqamətlərini müəyyən etmiş, hətta aparıcı ölkələrin böhran yaşadığı bir dövrdə böhranı qabaqlamağın milli modelini formalaşdıra və dünyaya təqdim edə bilmişdir

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}