QARAQAN [Yeni müsahibə]

 
QARAQAN [Yeni müsahibə]

Gənc yazıçı, Milli Kitab mükafatının ilk qalibi Qaraqanın müsahibəsi:

Sizi tanınmış adam hesab etmək olar. Amma tanımayanlar üçün Qaraqan kimdir? Özünüzü necə təqdim edərdiniz?
Sadəcə Azərbaycan vətəndaşı.

Sizdə repə maraq hardan yarandı? Məsələn, siz estrada janrında da oxuya bilərdiniz,niyə məhz rep?

Rep özü qaradərili amerikan vətəndaşlarının öz vətəndaşlıq hüquqlarını tələb etdiyi bir dövrdə kütləvi şəkil almış bir musiqi növüdür. Və bu musiqi növünün əsas məğzi, əsas məqsədi düz sözü insanlara çatdırmaq və həqiqəti söyləmək olub. Yəqin ki, repə məni cəlb edən də onun musiqidən çox sözə yaradıcılığna aid bir sənət olmasıdır. Düzdü bu bizim yaşlı nəslin nümayəndələrinə qeyri ciddi bir iş kimi görünə bilər. Amma o vaxtlar Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadələr Molla Nəsrəddini nəşr edəndə onların da yaşlı nəsilləri barmaq ilə oları göstərib gülürdülər. Jurnal qəzet çıxarmağı Avropadan gəlmiş pis vərdiş kimi qiymətləndirirdilər. Elə indi də rep Azərbaycanda eyni problemi yaşayır. Yəni ki, eyni sözü kitabda yazsan olacaq ciddi ədəbiyyat, mikrofonla desən olacaq qeyri ciddi rep. Amma ki, sözün mahiyyəti eyni olaraq qalır.

Sizin mahnılarda bir etiraz, üsyan var. Nəyə etiraz edirsiniz?

Etiraz üsyan hər bir gəncin içində var. Yəni bunu həyati silkllərə, mərhələlərə böləndə belə 18- 21 yaş hr bir insanın üsyan etmə dövrü kimi qiymətləndirilir. Və hər bir gənc özünü dərk etmə və inkişafda bu mərhələdən keçməlidir. Bu belə desək evolusiyanın, inkişafın bir işartısıdı. Yəni, söhbət konkret bir üsyan və ya tənqiddən getmir, söhbət bütöv bir sosiumun köhnə mərhələdən yeni mərhələyə keçidinə təkan deməkdir. Məncə HOST olaraq biz sadəcə Azərbaycan gəncinin beynindəki musiqi çərçivələrini genişləndirdik. Musiqidəki mövzularda ciddiliyi artıra bildik. Bilmirəm nə dərəcədə rep ilə maraqlanırsız, amma Azərbaycan repində HOSTdan sonra fəlsəfi və ciddi mövzular daha çox istifadə olunmağa başladı. Bəlkə bu kiçik bir iş kimi görünə bilər. Amma 13-14 yaşlı uşaqları təsəvvür edin. Gördükləri yalnız çal-çağır və savadsız müəllimlər. Mən rusdilli kütləni demirəm. Rusdilli kütlənin həmişə öz intellektual biliyini artırmaq üçün istifadə etdiyi bədii filmlər, dərgilər və kitablar olub. Amma məhz müstəqilliydən sonrakı Azərbaycanda gənclərin inkişafı üçün o qədər də çox işlər görülə bilməyib. Və qəribə bir sindromla rastlaşırıq. Azərbaycan gənclərində “Dayazlıq” sindromu. Bizim əslində mübarizəmiz, üsyanımız və etirazımız da məhz dayaz beyinlərə, düşüncələrə qarşı olub.

Repdəki uğuru ədəbiyyatda da təkrarladınız. Roman yazmaq ideyası hardan gəldi?

Sözün düzü yazılarım uşaqlıqdan var. Yəni lap on il əvvəl də nə isə bir cızma qara edirdim. Nə isə yazmağı sevirdim. Ümumiyyətlə ziyalı ailədə anadan olmuşam və uşaqlıqdan kitabların qoxusu ilə böyümüşəm. Yəqin ki, ilk olaraq yazdıqlarıma görə valideynlərimə borcluyam ki, hərdən topu, oyuncaqları əlimdən alıb mənə kitab verirdilər. Elə yazmaq arzusu da ordan gəmişdi. Oxuduqca öyrənirsən, öyrəndikcə bildiklərini palaşmaq istəyirsən. Mən də belə deyim, roman yazmaq yox, sadəcə paylaşmaq arzusu ilə başladım.

Milli Kitab Mükafatını qazanmağınız deyəsən özünüz üçün də gözlənilməz oldu…

Mən o vaxt hərbi xidmətdə idim və ümumiyyətlə sözün açığı müsabiqələrə və yarışlara birmənalı yanaşmamışam. Həmişə mənə elə gəlirdi ki, burda hansısa tanışlıq, qohumbazlıq, pul əsas amil olur. Amma birdən deyəndə ki, birinci yeri tutmusan əslində inana bilmədim. Və sadəcə sevindim ki, doğrudan da deməli hələ hər şey itirilməyib. Əslində bu mükafatı hansısa dahi bir sənətkar da ala bilərdi. Amma mənim bu mükafatı almağım məncə mənim kimi yüzlərlə gənci ilk dəfə olaraq qələmini götürüb yazmağa həvəsləndirdi. Yadıma gəlir, hələ lap əvvəllər belə müsabiqələrdən, nə bilim mükafatlardan gənc yazıçılar arasında söhbət düşəndə, uşaqlar gülə-gülə deyirdilər ki, əşşi kimdi ee bizə mükafat verən ən azı 50 yaşımız olmalıdı.

Hər zaman mahnılarda cəmiyyətdəki mənfi hallara qarşı çıxırsınız, ona görə də bu suala siz səmimi cavab verə bilərsiniz: Milli Kitab Mükafatının çatışmayan cəhətləri hansılardır?

Hər halda sizin də bəyənmədiyniz nüanslar olmamış deyil.
Vallah, yalandan nə deyim, mən o vaxt dediyim kimi əsgərlikdə idim. Heç xəbərim olmayıb kitab necə seçilib, kimlər seçib. Bircə onu bilirəm ki, deyəsən kitabları oxuyanların bir-birilərinin verdiyi baldan xəbərləri olmayıb. Nəsə bu cür şeylər, müsabiqə, seçki, münsiflər, sənəd-sünəd işləri həmişə mənim üçün qaranlıq qalıb. Sadəcə elə şeylərə çox diqqət eləyəndə ürəyim sıxılır elə Yazıçılarla olan iclaslarda da hamı başlayanda uzun uzun danışmağa darıxıb özümə hansısa bir oyun fikirləşirəm. Ya içəridə olan oturacaqları sayıram, ya pəncərədən bayıra baxıram. Müsabiqədə çatışmayan cəhət nəyi deyim vallah. Əvvəl Milli Kitab Müsabiqəsi yox idi, indi var. Burda pis nə ola bilər ki? Məncə daha yaxşı eləmək olar gələcəkdə. Amma bu da zamanla olan şeydi. İlk Oskar müsabiqəsi də indikilərdən çox zəif idi. Amma təzəcə nəsə bir yenilik cücərəndə bizim millət çalışır onun belini qırsın. Amma onun əlindən tutmaq lazımdı.

Ədəbiyyatdakı uğurunuz sizə qarşı tənqidi fikirlərin də meydana gəlməsinə səbəb oldu. Əsərinizi zəif hesab edənlər, mükafata layiq olmadığını iddia edənlər də oldu. Siz nə düşünürsünz, bu fikirləri eşidəndə? Bu fikirləri bir gəncin uğuruna qısqanclıq kimi qəbul edirsiniz, yoxsa həqiqətən tənqidlərlə razılaşırsınız?

Ümumiyyətlə, özümə qarşı olan neqativləri sevməyən adamam. Tənqid yox, məhz neqativ enerji. Yəni əgər kiminsə sözündən mən pis olacamsa onu niyə dinləyim prinsipi ilə. Düzdü ölkəmizdə söz azadlığı var və hər kəsin istədiyi sözü demək hüququ. Amma eləcə də konstitutsiyada olmasa da hər kəsin “qulaq” azadlığı da var. Yəni istədiyi şeyi eşitmək və ya istəmədiyi şeyi eşitməmək hüququ. Mən də əsgərlikdən gəlib görəndə ki, hamı düşüb üstümə tənqid eləyir başımı götürüb getdim Avropaya. Kiyevdə oldum, ordan Odessaya, ordan Krima, sonra bir az aşağı, İstanbula düşdüm, gəzdim özümçün. 23 yaşım var, vaxtımı neqativ fikirləri oxumağa niyə sərf eləyim ki? Bəyəm dünyanın ən yaxşı yazıçısı olmaq istəyirəm ki, tənqidlərə qulaq asıb özümü düzəldim? Yox, öz oxucum mənə bəsdi. Kim də bəyənmirsə, özləri bilər mən belə şeylərə pis baxmıram. Hər dəfə kimsə gələndə ki, bax sənə aid tənqid yazıblar oxu- oxumuram. Tənqiddən qorxmuram sadəcə xoşuma gəmir. Qorxsaydım oxuyardım ki, tez cavab verim canım qurtarsın.

Siz necə fikirləşirsiniz: doğrudanmı hansısa gənc maraqlı bir bədii əsər yazsa onun həqiqətən maraqlı olmasını etiraf etmək üçün müəllifin nə vaxt qocalacağını gözləmək lazımdır?

Nə bilim vallah, bizdə bir az yaş sindromu qalmaqdadı. Bizim millətdə bu xüsusiyyət var. Amma onun da ömrü beş il ya on il olacaq. Dünya çox sürətlə inkişaf eləyir və qloballaşır. Bir azdan bizdə də bu məsələlələr həll olunacaq.

Hansısa partiyalara bağlı olan və ildə bir neçə kitab buraxanlar bu qədər hədəfə alınmır,amma tənqidçiləriniz sizi nəsə unutmaq istəmirlər, nədən irəli gəlir bu?

Yəqin görürlər ki, məndən bir səs çıxmır onlar da tənqid eləyir də. Belə baxanda burda nə pis şey var ki?

Onlar tənqid eləyir – onlara yaxşıdı
Mən tənqidləri oxumuram- mənə də yaxşıdı
Camaatın başı qarışır – camaata da yaxşıdı.
Kitab reklam olunur- kitaba da yaxşıdı
Hansısa qəzetlərin, saytların reytinqi artır- onlara da yaxşıdı.
Əgər hamıya yaxşıdısa niyə tənqid olmasın ki?

Azərbaycanın müstəqillik dövr ədəbiyyatında iz qoymuş hansı yazıçı və ya şairin, oxucu sevgisi qazana bilmiş hansı maraqlı əsərin adını çəkə bilərsiniz?

Düzünü desəm bizim ədəbiyyatı o qədər də çox oxumuram. Amma ən son kitablardan oxuduqlarım var. Xoşuma gələn şeylər də var. Ümumiyyətlə artıq üç ildi demək olar ki, bədii ədəbiyyatdan elmi ədəbiyyata keçmişəm. Elmi əsərləri oxumağı çox sevirəm. Sənədli filmlərə baxıram. Elə bil hiss edirəm ki, beynimin daha çox informasiyaya ehtiyyacı var. Ya özümü dərk etmək üçün, ya yaradılışı dərk etmək üçün. Bilmirəm.. Amma Mayya ritualları, illuminatlar, Teslanın təcrübələri, Genetika kimi sahələr mənə qəmli sevgi romanından daha çox maraqlı gəlir.

Sizcə Yazıçılar Birliyi edə biləcəklərini edə bilirmi? Bu qurumun sədri kimi özünüzü təsəvür edə bilərsinizmi?

Yazıçılar Birliyinin цzvüyəm və ayda bir dəfə də olsa ora baş çəkirəm. Orda gənc yazıçı və şairlər var, içlərində dostum olanlar da var. Otururuq danışırıq, nəsə bir şey öyrənirik. Yazıçıya nə lazımdı ki, əsas həvəsdi. Yəni biz metal emalı zavodu tikmirik ki, Yazıçılar Birliyi qaldırıcı kranlar gətirsin, nə bilim böyük sponsorlar tapsın, BP ilə danışsın, Obamaya zəng eləsin ki, hər şey qaydasındadı hamısı yazır. Məncə yazmaq üçün bir qələm lazımdı bir də dəftər ikisi bir yerdə elədi 1 Azn. Yəni yaxşı əsər yazmaq üçün güclü bir dəstəyə ehtiyac yoxdu. Yaxşı əsər yazandan sonra da ehtiyac yoxdu ki, Yazıçılar Birliyi yazıçıya dayəlik eləsin, nə bilim ailəsini saxlasın onun, pencək alsın, papaq tikdirsin. Yaxşı əsər yazan elə öz əsərini satmaqla ona lazım olan hər şeyi qazana bilər. Mənim əsərlərim yaxşı satılır və gələcək əsərlər üçün lazım olan həvəsi də elə alıcılarımın dəstəyindən qazanıram. Burda qeyri adi heç nə yoxdu, sadəcə dəyər mübadiləsi baş verir. Mən onlara “dəyərli söz” satıram, onlar da pul verib mənə “dəyərli zaman” qazandırırlar. “Dəyərli Zaman” deyəndə mən pulu nəzərdə tuturam. Yəni kitablardan qazandığım pul mənə imkan yaradır ki, 8 saat hansısa bankda işləyib vaxtımı ona itirməyim. Oxucuların pulu ilə mən əlavə işə ehtiyyac duymuram, əlavə iş də məndən vaxtımı almır. Həmin boş vaxtı da mən yeni yazacağım əsərə sərf edirəm. Çünki əsər yazmaq elə asan iş deyil, aylarla baş sındırırsan.

Ümumiyyətlə yazıçıların hansısa qurumlarda birləşməsi zəruridirmi?

Deyə bilmərəm, bircə onu bilirəm ki, bizdə əsas çatışmayan qurum və ya mənim xəbərim olmadığım qurum bu kitabların mağazalara ötürülməsini təmin edən qurumdu. Yəqin bu işə nəşriyyat baxmalıdı. Ümumiyyətlə Azərbaycandakı kitab dükanları və kitab satılan nöqtələrin siyahisi toplanmalı və onlara kitabların ötürülməsi bir mərkəzdən və ya bir neçə azad rəqabətdə olan qurum tərəfindən göndərilməsi təmin olunmalıdı. Yəni, gənc yazıçıların qarşılaşdığı əsas problem kitabların mağazalara ötürülmə poblemidi. Yazıçı kitabları belinə alıb qapı-qapı mağazalara rayonlara getməməlidi ki?
Bunu hanısa bir qurum edə bilər, öz faizini istəməklə. Bununla kitab biznesi də vergiyə düzgün oturar. Yoxsa açığına qalsa indi kim nə bilir ki, mən nə qədər kitab satmışam və vergidən yayınmışammı? Bunu necə müəyyənləşdirə bilərlər? Heç cür. Çünki buna nəzarət eləyən bir qurum olmalıdı.

Sizin mahnıları gənclər çox sevirlər. Bəs romanınızı ən çox sevən kimlərdir? Həmçinin sizi dinləyənlər kitabınızı da sevərək oxuyurlarmı?
Oxucularla dinləyicilər bəzən eyni də olur, bəzən də elə adamlar olur ki, birini bəyənir o birini bəyənmir. Yəni insanlar müxtəlifdi, zövqlər müxtəlifdi. Elə də olur, belə də olur. Amma danmıram ki, repdəki “A” romanı olub və sonradan onlarda kitaba, elmə maraq oyanıb. Eləcə də ikinci romanım “Bir milyon dollarım olsaydı” da 2009-cu il nəşr olundu və elə “A” qədər də satılır. Camaat oxuyur da nə deyim.

Bu il də Milli Kitab Mükafatına iddialısınızmı?

Bilmirəm sözün düzü. Hərdən səmimi deyim içimdə elə fikir yaranır ki, ikinci romanımı ora versəm münsiflər görsə ki, bu mənim romanımdı, bəlkə sadəcə keçən ilki tənqidlərə görə mənə yaxşı qiymət verməyə cəsarət etməzlər. Sonra da baxıram ki, axı münsiflərdə elə adamlar yığışmayıb ki, boş tənqidlərə fikir verə. Başqa bir tərəfdən fikirləşəndə keçən dəfə birinci yer tutmuşam, bu dəfə iştirak eləyib 5-ci yer tutmağım mənə də sərf eləmir. Deyəcəklər ki, zəifləyib. Amma iştirak eləməsəm də deyəcəklər ki, qorxdu iştirak eləmədi. Ona görə bu vəziyyət mənə Məşədi İbadın papaq taxmaq səhnəsini xatırladır. “Belə qoysam, elə biləcək Bakı qoçusuyam, elə qoysam elə biləcək Şamaxı lotusu. Elə ən yaxşısı keçəl gedim”(gülür)

Hazırda hansısa yeni roman üzərində işləyirsiniz. O nə barədə olacaq?

“Bir milyon dollarım olsaydı” romanı müsabiqədə iştirak etməyib, onu təqdim edə bilərəm əslində. Çox adam deyib ki, ikinci romanda dilim və təxliyyəm güclənib, nə yalan deyim özüm də hiss etmişəm ki, ikinci romanda daha çox inkişaf var. Təsirlilik olmasa da, dərinlik daha çoxdu.
Amma bundan başqa bu son ayda yeni bir roman bitirdim. Onu rusca yazmışam. Nə üçün rusca yazdığım bilirəm ki, mübahisə doğura bilər. Sadəcə bəzi hisslər və fikirlərim var ki, onları rusca daha yaxşı ifadə edə bilirəm. Məncə burda pis bir şey yoxdu. Dillər insan üçün yaradılmış alətlərdi. Hamısından da istifadə eləmək hüququmuz var. Allah bizi dil üçün yaratmayıb ki, dili bizim üçün yaradıb da.
Yeni romanın mövzusu bir az qəlizdi. Burda bir çox qərəzli məqamlara toxunmuşam və sözün düzü Azərbaycan oxucusu üçün bir az yeni və bir az vaxtından tez gəlmiş mövzu olacaq. Camaatın reaksiyası bir az qorxudur məni. Amma bir şeydə əminəm ki, yazdığım bu roman indi Azərbaycan gənclərinə çox lazımdı.

Oxucularınıza Yeni il qabağı nə sözünüz var?


Nə deyim. Hər halda yazıçı və repçi olduğum üçün yəqin ki, Yeni illə bağlı da “Düz Söz” deməliyəm:
“Şaxta Baba zad yoxdu- sizi aldadırlar!”(gülür)


Fikirləriniz...


Geri dön

R_A_P_U_N_Z_E_L

  • 26 noyabr 2011 23:41
  • Məqalə: 36
  • Şərh: 2964
  • Bal:
tesekkurler xebere gore

Seven urek

  • 24 sentyabr 2011 07:56
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
nece tapim Qaraqani? ona deyeceyim cox sozler var smile tewekkurler

Ulya

  • 7 yanvar 2011 15:09
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
super baciw)

CrazyGirl

  • 4 yanvar 2011 09:52
  • Məqalə: 601
  • Şərh: 2349
  • Bal:
{awards}
[b]celal,
L_SimuS,
rafo_886,
Sergio Ramos,
Emo_girl_98,
tesekkurler........[/b]

--------------------
Sən varsansa həyat çox gözəl!

L_SimuS

  • 3 yanvar 2011 23:41
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
oxumadim,maraqli olmadigi ucun
eziyyee gore tewekkur

Sergio Ramos

  • 3 yanvar 2011 20:05
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
Oxumadım maraqlı deyil

--------------------

CandyGirl

  • 3 yanvar 2011 18:16
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
beyenmirem qaraqani........

--------------------

CrazyGirl

  • 3 yanvar 2011 15:58
  • Məqalə: 601
  • Şərh: 2349
  • Bal:
{awards}
_MISS ANGEL_,
Deymez canim sen sagol...

--------------------
Sən varsansa həyat çox gözəl!

_MISS ANGEL_

  • 3 yanvar 2011 15:38
  • Məqalə: 0
  • Şərh: 142
  • Bal:
{awards}
canim superrrrrrrrr coooox sag ol


heyatimdiye bu menim ayyaaaaaaaaaaalaaa halaldi valla buna

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 54
Cəmi: 70

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}