Azərbaycan məktəbləri: yuxu və dərs..

 
Azərbaycan məktəbləri: yuxu və dərs..
Təhsil sahəsində araşdırmalar aparan beynəlxalq ekspertlər qrupunun gəldiyi rəyə əsasən, yuxu çatışmazlığı şagirdlərin məktəbdə geriləməsinin əsas səbəblərindən biridir.

Bu məsələ xüsusən mobil telefon və kompüterlərin geniş yayıldığı inkişaf etmiş ölkələrdə ciddi problemə çevrilib.

Yuxu ekspertləri problemi məktəblilərin hətta yataqda olarkən belə mobil telefon və kompüterdən istifadə etmələrilə bağlayırlar.

Alimlər şagirdlərin riyaziyyat, ədəbiyyat və fiziki tərbiyə üzrə nailiyyətlərini, həmçinin onların neçə saat yatmalarını təhlil ediblər.

Daha az yatan uşaqların daha aşağı, yuxusu normasında olan uşaqların isə daha yükcək nailiyyətlər əldə etdiyi məlum olub.

Eyni zamanda yuxu sahəsində ekspertlər bildirirlər ki, yatmazdan öncə mobil telefon və kompüterlərdən istifadə edilməsi yuxunun keyfiyyətini və gümrahlıq dərəcəsini xeyli aşağı salır.

Yuxu çatışmazlığı o dərəcədə ciddi problemə çevrilib ki, araşdırmaya əsasən, yuxu çatışmazlığı keçirən şagirdlər üçün məktəb dərslərinin sadələşdirilməsi ehtiyacı yaranıb.
Yuxu çatışmazlığı - dərs çatdırmasına əngəldir


Boston Kolleci tərəfindən aparılmış beynəlxalq tədqiqatın nəticələrinə əsasən, ABŞ yuxu çatışmazlığından əziyyət çəkən tələbələrin sayına görə dünyada ən irəlidə gedən ölkədir – burada 9 yaşlı şagirdlərin 73%-i və 10 yaşlı şagirdlərin 80%-i müəllimlər tərəfindən bu problemdən əziyyət çəkənlər siyahısına aid edilib.

Bu göstərici isə dünya ölkələri üzrə ortalanmış müvafiq rəqəmlərdən xeyli yüksəkdir.

Azərbaycan

ABŞ-dan sonra yuxu çatışmazlığı cədvəlində yerləri tutan ölkələr Yeni Zelandiya, Səudiyyə Ərəbistanı, Avstraliya, İngiltərə, İrlandiya və Fransadır. Təhsildə kifayət qədər yüksək səviyyə nümayiş etdirən Finlandiya da tələbələri yuxu çatışmazlığından əziyyət çəkən ölkələr sırasındadır.

Yuxu çatışmazlığından ən az əziyyət çəkən ölkələr sırasında Azərbaycan, Qazaxıstan, Portuqaliya, Çex Respublikası, Yaponiya və Malta kimi ölkələrin adı çəkilir.

Amma yuxunun lazımı dərəcədə alınması eyni zamanda təhsildə yüksək nəticə göstərməyən ölkəni təhsil qabaqcılına da çevirmir.

Misal üçün, şagirdlərinin yuxu çatışmazlığı əmsalı ən az olan Azərbaycan təhsildə yuxu çatışmazlığından əziyyət çəkən Finlandiya şagirdlərindən nəzərə çarpacaq dərəcədə geri qalır.

Araşdırma gənclərin nə səbəbdən yuxularını ala bilmədiklərini və texnoloji cəhətdən daha çox inkişaf etmiş ölkələrdə bu problemin nəyə görə daha kəskin olduğu sualına cavab vermir.

Təhsil üçün ciddi əngəl

Ekspertlər yuxu çatışmazlığına gətirən əsas səbəblər arasında gənclərin dostlarıyla gecə saatlarınadək internet və SMS vasitəsilə yazışmalarını göstərir.
Yuxu çatışmazlığı - dərs çatdırmasına əngəldir

Kömpüter ekranının yaxın məsafədən üzə işıq salması nəticəsində yuxunun qaçdığı qeyd olunur.

Illinoysda Northwestern Universitetinin yuxu tədqiqatçısı Karrie Fitzpatrick qeyd edir ki, kompüter və mobil telefonlar yuxuya getmək istəyən adamın beynini ayıq saxlayır.

Ekspertlər yuxu çatışmazlığının təhsil prosesi üçün ciddi əngələ çevrilə biləcəyini qeyd edirlər.

"Yuxusuzluq təhsillə bağlı bütün mərhələlərdə yaddaş və təhsil üçün ciddi problemdir", - Surrey Universiteti Yuxu Araşdırmaları Mərkəzinin əməkdaşı Derk-Jan Dijk deyir.

Yuxu çatışmazlığı şəraitində məlumatın qavranması və yadda saxlanması xeyli çətinləşir.

Bununla belə ekspertlər qeyd edir ki, yuxusuzluğun fəsadlarını əksər hallarda aradan qaldırmaq mümkündür, bunun üçün yuxu normasını gözləmək kifayət olur.


Milli.az


Geri dön

GuNaY_83

  • 7 iyun 2013 16:04
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
Məqaləyə görə təşəkkürlər...

--------------------

sebnem98

  • 1 iyun 2013 15:17
  • Məqalə: 0
  • Şərh: 6748
  • Bal:
{awards}
"Yuxusuzluq təhsillə bağlı bütün mərhələlərdə yaddaş və təhsil üçün ciddi problemdir", - Surrey Universiteti Yuxu Araşdırmaları Mərkəzinin əməkdaşı Derk-Jan Dijk deyir.

--------------------

Roya_____

  • 20 may 2013 14:27
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
twkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk

★NuTeLLa★

  • 19 may 2013 17:23
  • Məqalə: 278
  • Şərh: 5715
  • Bal:
{awards}
Məqaləyə görə təşəkkürlər...

pervis

  • 18 may 2013 08:36
  • Məqalə: 68
  • Şərh: 4366
  • Bal:
{awards}
seher tezden duruf mektebe gedende yuxu gelerde bizim gunahimizdi?????

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

★Miss_Alekss★

  • 16 may 2013 01:23
  • Məqalə: 11
  • Şərh: 1269
  • Bal:
{awards}
Bu məsələ xüsusən mobil
telefon və kompüterlərin
geniş yayıldığı inkişaf etmiş
ölkələrdə ciddi problemə
çevrilib.

--------------------

Aytac98

  • 16 may 2013 00:46
  • Məqalə: 0
  • Şərh: 700
  • Bal:
{awards}
Bu məsələ xüsusən mobil telefon və kompüterlərin geniş yayıldığı inkişaf etmiş ölkələrdə ciddi problemə çevrilib.

--------------------
Eshedu enle ilehe ilellah!
Eshedu enle Muhemmedu ve abduhu resuluhu!
Men sehadet getiriremki Allahdan baska tanri ve ibadete layiq megbud yoxdu,ve Mehemmed onun qulu ve elcisidir!

Re►PLay

  • 15 may 2013 01:43
  • Məqalə: 11
  • Şərh: 2923
  • Bal:
{awards}
tesekkurler

LoVe_HaTe

  • 15 may 2013 00:08
  • Məqalə: 53
  • Şərh: 2342
  • Bal:
{awards}
tesekkurler

--------------------
Əl uzatmağın min bir yolu olduğu halda sən hər səfərində şillə vurursan mənə...Ən çox da bu üzür məni...

..:Crystal:..

  • 14 may 2013 20:47
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
təşəkkürlər!!!!

--------------------

Banned549678

  • 14 may 2013 16:25
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Məqaləyə görə təşəkkürlər...

Bash Belası

  • 14 may 2013 10:39
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Məqaləyə görə təşəkkürlər...

my angel__

  • 13 may 2013 20:38
  • Məqalə: 291
  • Şərh: 11177
  • Bal:
{awards}
Twk melumata gore

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

★NuTeLLa★

  • 13 may 2013 16:38
  • Məqalə: 278
  • Şərh: 5715
  • Bal:
{awards}
Twkkkk qaqawwwwwwwwwwww

Banned549678

  • 13 may 2013 16:14
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Hmm tewekkurler...

pervis

  • 13 may 2013 16:08
  • Məqalə: 68
  • Şərh: 4366
  • Bal:
{awards}
tewekkurlerr

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

✰_DeLNoLiNi_✰

  • 13 may 2013 15:44
  • Məqalə: 155
  • Şərh: 6036
  • Bal:
{awards}
Hmm tewekkurler...

--------------------

gunahsiz_gunahkaram

  • 13 may 2013 15:10
  • Məqalə: 0
  • Şərh: 555
  • Bal:
{awards}
muellim var dersde yuxun geler nuellim var yatmislari oyadar

★Украду Девушку★

  • 13 may 2013 14:59
  • Məqalə: 100
  • Şərh: 3646
  • Bal:
{awards}
"Yuxusuzluq təhsillə bağlı bütün mərhələlərdə yaddaş və təhsil üçün ciddi problemdir", - Surrey Universiteti Yuxu Araşdırmaları Mərkəzinin əməkdaşı Derk-Jan Dijk deyir.

--------------------

ZayNster

  • 13 may 2013 14:47
  • Məqalə: 12
  • Şərh: 2029
  • Bal:
{awards}
tewekkurler

surawka

  • 13 may 2013 13:32
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
maragli xebere gore twkler

lady anna

  • 13 may 2013 13:32
  • Məqalə: 26
  • Şərh: 2973
  • Bal:
{awards}
Maraqli idi twk.................. winked

--------------------

Nara Neznakomka

  • 13 may 2013 13:18
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Yuxu ekspertləri problemi məktəblilərin hətta yataqda olarkən belə mobil telefon və kompüterdən istifadə etmələrilə bağlayırlar.

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

LeLLi

  • 13 may 2013 12:57
  • Məqalə: 166
  • Şərh: 3306
  • Bal:
{awards}
Maraqli xeberdi...sag olun

--------------------

✰Маша✰

  • 13 may 2013 12:08
  • Məqalə: 43
  • Şərh: 2331
  • Bal:
{awards}
hm maraqliydi twk......

✰ ♥..Золушка..♥ ✰

  • 13 may 2013 11:09
  • Məqalə: 242
  • Şərh: 12221
  • Bal:
{awards}
sagol xebere gore

Roya_____

  • 13 may 2013 10:14
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
ABŞ-dan sonra yuxu çatışmazlığı cədvəlində yerləri tutan ölkələr Yeni Zelandiya, Səudiyyə Ərəbistanı, Avstraliya, İngiltərə, İrlandiya və Fransadır. Təhsildə kifayət qədər yüksək səviyyə nümayiş etdirən Finlandiya da tələbələri yuxu çatışmazlığından əziyyət çəkən ölkələr sırasındadır.

damla 505

  • 13 may 2013 09:11
  • Məqalə: 5
  • Şərh: 1544
  • Bal:
{awards}
Yuxu ekspertləri problemi məktəblilərin hətta yataqda olarkən belə mobil telefon və kompüterdən istifadə etmələrilə bağlayırlar.

--------------------
Torpagin ustunde risofka kimi gezme,cunki torpagin altinda senden zor oglanlar yatir

Əkbər007

  • 13 may 2013 08:55
  • Məqalə: 255
  • Şərh: 4709
  • Bal:
{awards}
Ilk werh menden saq olun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 43
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}