
Şirin bir yuxudur sənli günlərim,
canlanır-oyanır hey yaddaşımda...
Xəfif bir qorxudur sənli günlərim,
dönüb ağ tellərə mənim başımda!...
Bəlkə də,ətirli-gözəl çiçəkdir,
ayrılıb özünün son röyasından...
Bəlkə də,o,xallı bir kəpənəkdir,
uçubdur ömrümün eşq dünyasından!...
Bir könül sazıdır-teli qırılıb,
çalır tək simində "Yanıq Kərəmi".
Bir Məcnun ahıdır,daha yorulub,
dolanmır işığa pərvanə kimi!...
Milyon ulduzlardan biriydi o da,
ancaq çox qalmadı,əridi-axdı...
Könlümdə məhəbbət yeriydi o da,
şimşəkdi-parladı,tez yoxa çıxdı!...
Bənzərdi vüqarlı uca zirvəyə,
dondura bilmədi qarı da məni...
O,eşqi unutdu,"Əlvida!..."-deyə,
qoydu bu yollarda yarıda məni!...
Şirin bir yuxudur sənli günlərim,
canlanır-oyanır hey yaddaşımda...
Xəfif bir qorxudur sənli günlərim,
dönüb ağ tellərə indi başımda!...
Dünyamin Məmmədov
canlanır-oyanır hey yaddaşımda...
Xəfif bir qorxudur sənli günlərim,
dönüb ağ tellərə mənim başımda!...
Bəlkə də,ətirli-gözəl çiçəkdir,
ayrılıb özünün son röyasından...
Bəlkə də,o,xallı bir kəpənəkdir,
uçubdur ömrümün eşq dünyasından!...
Bir könül sazıdır-teli qırılıb,
çalır tək simində "Yanıq Kərəmi".
Bir Məcnun ahıdır,daha yorulub,
dolanmır işığa pərvanə kimi!...
Milyon ulduzlardan biriydi o da,
ancaq çox qalmadı,əridi-axdı...
Könlümdə məhəbbət yeriydi o da,
şimşəkdi-parladı,tez yoxa çıxdı!...
Bənzərdi vüqarlı uca zirvəyə,
dondura bilmədi qarı da məni...
O,eşqi unutdu,"Əlvida!..."-deyə,
qoydu bu yollarda yarıda məni!...
Şirin bir yuxudur sənli günlərim,
canlanır-oyanır hey yaddaşımda...
Xəfif bir qorxudur sənli günlərim,
dönüb ağ tellərə indi başımda!...
Dünyamin Məmmədov
