Buraxılış imtahanları ləğv ediləcək?

 
Buraxılış imtahanları ləğv ediləcək?

“Orta məktəbi bitirən hər kəsə attestat veriləcək”. Yeni təhsil naziri Mikayıl Cabbarovun jurnalistlərin qarşısına ilk çıxışında səsləndirdiyi bu fikirlər birmənalı qarşılanmadı. Nazir bu fikirləri 2009-2010-ci tədris ilində 11-ci sinif məzunlarının 22 faizi, 2010-2011-ci tədris ilində 24 faizi, 2011-2012 tədris ilində isə 10,5 faizi attestat almaması ilə əsaslandırıb.

Onun sözlərinə görə, şagirdlərin attestat almaması yerlərdə sui-istifadə hallarının artmasına səbəb olur. “Təhsil haqqında” qanuna əsasən, attestatın verilməsi məsələsi yekun qiymətləndirmənin “qeyri-kafi” nəticələrilə bağlı olmadığını göstərir.Publika.Az-ın “Gələcəyimizi necə xilas edək?” layihəsində bu dəfə yeni nazirin yeni təklifinin reallaşmasının mümkünlüyünü araşdıracağıq.

2009-cu ildən Azərbaycanda buraxılış imtahanları mərkəzləşmiş qaydada keçirilir. İldən-ilə attestat ala bilməyən şagirdlərin faizi azalsa da, almayanların sayı da yetərincədir. Hətta attestat almayanların sayını azaltmaq üçün ötən il mərkəzləşmiş imtahanlarda fənlərin sayını 8-dən 2-yə endirdilər. Amma nəticə onu göstərir ki, şagirdlər ana dili və riyaziyyatdan belə bəsit suallara cavab verə bilmirlər. 11 oxuduqları fəndən sadə suallara cavab verə bilməyən şagirdə attestat vermək onun ali məktəbə daxil olmaq hüququnun pozulmasıdırmı?

Maraqlıdır “2” alan da, "5" alan kimi attestat alacaqsa, o zaman imtahan nə üçündür?

Bundan başqa nazirin attestatın verilməsi məsələsi yekun qiymətləndirmənin “qeyri-kafi” nəticələri ilə bağlı olmadığını desə də, qanun da bunun əksi göstərilib.“Təhsil haqqında” qanunun 19-cu maddəsinin 20-21-ci bəndlərində göstərilir ki, tam оrta təhsil ümumi təhsilin sonuncu səviyyəsini təşkil edir və bu səviyyədə təhsil alanların biliyinin qiymətləndirilməsinin yekun dövlət attestasiyası həyata keçirilir. Attestasiyanın nəticələrinə görə məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd – attestat verilir.
Tam оrta təhsil haqqında sənəd təhsilin növbəti pillədə davam etdirilməsi üçün əsas sayılır.


Artıq ötən ildən orta məktəblərin buraxılış imtahanlarını keçirən TQDK-nın sədri Məleykə Abbaszadə də bu fikirlərin sadəcə təklif olduğunu bildirib: “Hələlik attestatlar məzunlara mövcud qanunvericiliyə uyğun olaraq veriləcək. Çünki ölkədə bununla bağlı mövcud qanunvericilik qüvvədədir. Bu, bir təklifdir. Hələ ki, mövcud qanunvericilikdə olan qaydadan istifadə edəcəyik. Müəyyən qaydada bu təklif müzakirə edilib, qərar qəbul edildikdən sonra biz də onu yerinə yetirəcəyik”.

“Qeyri-standart qərar”

Təhsil eksperti Şahlar Əsgərovun sözlərinə görə, nazirin bu sözləri qeyri-standart olsa da, lazımlıdır: “Bu məktəblərdə olan neqativ halların azalmasına kömək edəcək. Xüsusən də, attestat almaq üçün valideynlərdən rüşvət almaq problemini aradan qaldıracaq.

Bundan başqa riyaziyyatdan qeyri-kafi qiymət alan şagird kitabxanaçılıq, tarix fakültələrində təhsil ala biləcək. Qeyri-kafi qiymət alan şagirdlərə orta məktəbi bitirdiyinə görə, kağız verilməsi əlavə büroktarik əngəl yarada bilər. Bu, həmçinin neqativ halları artması ilə nəticələnər”.


Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlünün sözlərinə görə, bir fəndən 2 aldığına görə, şagirdin attestatdan məhrum edilməsi düzgün yanaşma deyil. Ona görə də, nazirin bu qərarını müsbət yanaşma hesab etmək olar:“Artıq bir sıra Avropa ölkələrində də qeyri-kafi qiymət alanlara attestat verilməsi ənənəsi var. Azərbaycan təhsil sisteminin qarşısında əsas vəzifə vətəndaş yetişdirməkdir. Əlbəttə, müəyyən biliyə malik olmalısı da mühümdür. Bu gün ağır tədris proqramları ilə təhsil alan şagirdlərdən hər fənni yüksək mənimsəməsini tələb etmək düzgün deyil”.

Ekspert onu da vurğuları ki, şagirdin 11 il öyrəndiyi fəndən 2 alması doğru deyil. Amma elə şagirdlər olur ki, nə qədər oxusa da fizika, kimyanı, yaxud dəqiq anlaya bilmir. Əlbəttə, qeyri-kafi qiymət yalnız bir fənnə aid edilməlidir. Onsuz da qeyri-kafi qiymətlə alınmış attestatların əksəriyyəti sandıqda qalacaq.Maraqlıdır, sandıqda qalacaq attestat nə üçün verilməlidir.

Şagirdlərdən nazirə dəstək

Şagirdlər də nazirin qərarın müsbət olduğunu düşünür. Keçirdiyimiz sorğuda iştirak edən şagirdlərin fikrinə görə, “2” alanlar bir yol tapıb, attestat alırlar. Bu məsələ əsasən, rüşvətlə həll edilir. Amma hamıya attestat verilsə, valideynlərin bu problemi aradan qalxacaq. Onsuz da “2” alan şagirdlər ali məktəbə çox zaman sənəd vermir, versə də, minimum bal toplaya bilmir.

“Şagirdlərin imtahana münasibətinə təsir edəcək”

Məsələyə münasibət bildirən 115 nömrəli məktəbin direktoru Tanrıverdi Orucovun sözlərinə görə, “2” alan şagirdlərə attestatın verilməsi, şagirdlərin imtahana münasibətinə təsir edəcək: “Bununla bağlı xüsusi qaydalar qəbul edilməlidir. Əks halda “2” alanla “5” alan arasında nə fərq olacaq? Bundan başqa attestat verilməsi barədə düşünmək lazımdır. Çünki attestat ali məktəbə sənəd vermək imkanı verir. Ona görə də, onlara elə sənəd verilməlidir ki, peşə məktəblərində oxuya bilsinlər”.

Direktor onu da bildirdi ki, şagirdlərin ali məktəbə hazırlaşdıqları qrupda 2 aldığı fənn yoxdursa, attestat verilməsi mümkündür. Amma bir tərəfdən də düşünməliyik ki, orta məktəbi bitirən şagird heç olmasa minimal biliklərə malik olmalıdır.

19 nömrəli məktəbin direktoru Məhəmməd Qənbərovun sözlərinə görə,orta məktəbi bitirən hər kəs, keçdiyi fənlər barədə ən azı minimal biliklərə sahib olmalıdır. Amma şagird qəbul imtahanı verməyəcəyi fənndən “2” alarsa, ona attestat verilə bilər.

“Təhsildə, biliyin keyfiyyətinin qiymətləndirilməsində arayış verilməsi ən yaxşı sənəddir. Çünki arayış alan ali məktəbə sənəd verə bilməz. Bir neçə il bundan əvvəl 2 alan şagirdə attestat verilirdi. Sonra nədənsə, qərar ləğv edildi. Bundan başqa 2 alan şagird attestat almayanda digər sinif yoldaşlarından fərqlənirdi. Bu da onlara təsir edirdi. Amma indi bu problem aradan qalxacaq”.

Milli Məclisin Elm və təhsil komissiyasının üzvü Musa Qasımlı isə qərarın qəbul olunması üçün ciddi müzakirəyə ehtiyac olduğunu bildirdi: “Nazir tərəfindən səsləndirilmiş fikirə şərh vermək doğru olmazdı. Hesab edirəm ki, bu məsələnin ciddi müzakirəyə ehtiyac var. Belə bir addım atılarsa, onun təhsil sistemi üçün nəticələri nə ola bilər?, Şagirdlər arasında münasibətlərə necə təsir edə bilər? Məktəb idarəçiliyində nələrə səbəb ola bilər?, Müəllimlərin dərsə münasibətinə necə təsir göstərə bilər? Və s. amillər ciddi şəkildə müzakirə edilməlidir”.


Müəllim və ekspertlərin fikirləri fərqli olsa da, onların əksəriyyəti nazirin bu fikrini dəstəkləyir. Amma fikirdə yarımçıq məqamlar yetərincədir. İlk növbədə isə, millət vəkilinin sualları cavab tapmalıdır. Hazırkı durumda 2-ilə 5-ə fərq qoyulmaması, problemləri artıra bilər.


Geri dön

GuNaY_83

  • 8 iyun 2013 12:46
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
tesekkurler xebere gore

--------------------

surawka

  • 23 may 2013 15:10
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
tesekkurler winked

☮★Azerbaijan Boy★☮

  • 19 may 2013 16:30
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}

Milli Məclisin Elm və təhsil komissiyasının üzvü Musa Qasımlı isə qərarın qəbul olunması üçün ciddi müzakirəyə ehtiyac olduğunu bildirdi: “Nazir tərəfindən səsləndirilmiş fikirə şərh vermək doğru olmazdı. Hesab edirəm ki, bu məsələnin ciddi müzakirəyə ehtiyac var. Belə bir addım atılarsa, onun təhsil sistemi üçün nəticələri nə ola bilər?, Şagirdlər arasında münasibətlərə necə təsir edə bilər? Məktəb idarəçiliyində nələrə səbəb ola bilər?, Müəllimlərin dərsə münasibətinə necə təsir göstərə bilər? Və s. amillər ciddi şəkildə müzakirə edilməlidir”.

--------------------

★KaRaMeLKa★

  • 19 may 2013 14:21
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
^^TeWeK_KuRLeR....

★Украду Девушку★

  • 19 may 2013 12:06
  • Məqalə: 100
  • Şərh: 3646
  • Bal:
{awards}
“Orta məktəbi bitirən hər kəsə attestat veriləcək”. Yeni təhsil naziri Mikayıl Cabbarovun jurnalistlərin qarşısına ilk çıxışında səsləndirdiyi bu fikirlər birmənalı qarşılanmadı. Nazir bu fikirləri 2009-2010-ci tədris ilində 11-ci sinif məzunlarının 22 faizi, 2010-2011-ci tədris ilində 24 faizi, 2011-2012 tədris ilində isə 10,5 faizi attestat almaması ilə əsaslandırıb.

--------------------

☮★Azerbaijan Boy★☮

  • 19 may 2013 08:31
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}
Müəllim və ekspertlərin fikirləri fərqli olsa da, onların əksəriyyəti nazirin bu fikrini dəstəkləyir. Amma fikirdə yarımçıq məqamlar yetərincədir. İlk növbədə isə, millət vəkilinin sualları cavab tapmalıdır. Hazırkı durumda 2-ilə 5-ə fərq qoyulmaması, problemləri artıra bilər.

--------------------

★NuTeLLa★

  • 19 may 2013 07:36
  • Məqalə: 278
  • Şərh: 5715
  • Bal:
{awards}
wassat lol Wekildeki qizin gozleri nie eledi wink

Xeyale97

  • 19 may 2013 01:21
  • Məqalə: 1
  • Şərh: 860
  • Bal:
{awards}
ne yaxwi olar...twki

--------------------
Eşitdim demisən ki " Mən onun kimilərini cibimdən çıxardaram "
Indi oxu...." Məndə sənin kimiləri təsbehə düzər tövbə deyə çevirərəm "... (

naz_sam

  • 19 may 2013 00:37
  • Məqalə: 52
  • Şərh: 929
  • Bal:
{awards}

2ni kecimdee 4 almasam yaxsidi....

--------------------

..:Crystal:..

  • 18 may 2013 23:53
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
melumata gore sagolum tşk

--------------------

Nara Neznakomka

  • 18 may 2013 23:36
  • Məqalə: 174
  • Şərh: 11090
  • Bal:
{awards}
Xəbərə görə təşəkkürlər

--------------------
ッ ßøøм ßøøм ßøøм ყล Xล4ų Jêllყßøм

pessimistka hebibe

  • 18 may 2013 23:34
  • Məqalə: 8
  • Şərh: 5629
  • Bal:
{awards}
twkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk

ღ★Yağmur★ღ

  • 18 may 2013 23:21
  • Məqalə: 1135
  • Şərh: 6725
  • Bal:
{awards}
Xəbərə görə təşəkkürlər

--------------------
Dəyərli LeGenD.Az ailəm, mən saytdan gedirəm. Səbəb təhsilimə görədi...Sizi çox istəyirəm mənim üçün burda həqiqətən doğma insanlar var...2 ildən çox əziyyətim var burda və buranı tərk etmək mənim üçün həqiqətəndə çox çətindir...Yaxşı pis günlərimiz olub burda. Çalışmışam ki, heç birinizə haqsızlıq etməyim və etməmişəmdə...kimnsədə etməsinə yol verməmişəm bilənlər bilir(bilməyənlər elə o düşüncədə də qalacaqlar onsuzda nə etsəndə hər kəsə yarana bilməzsən bu həyatda)...Tək-tək yazıb sağollaşmayacam bağışlayın buna dözə bilmirəm çünki...Hamınız Allaha əmanət olun.Sizi unutmayacam:(

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 18 may 2013 23:14
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
bu teze nazir ne isder acdiye bawimiz.xebere gore twk

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

☮★Azerbaijan Boy★☮

  • 18 may 2013 23:01
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}
“Orta məktəbi bitirən hər kəsə attestat veriləcək”. Yeni təhsil naziri Mikayıl Cabbarovun jurnalistlərin qarşısına ilk çıxışında səsləndirdiyi bu fikirlər birmənalı qarşılanmadı. Nazir bu fikirləri 2009-2010-ci tədris ilində 11-ci sinif məzunlarının 22 faizi, 2010-2011-ci tədris ilində 24 faizi, 2011-2012 tədris ilində isə 10,5 faizi attestat almaması ilə əsaslandırıb.

--------------------

★Miss_Alekss★

  • 18 may 2013 22:58
  • Məqalə: 11
  • Şərh: 1269
  • Bal:
{awards}
Hmmmmm TEwekkuR...

--------------------

Angry Boy

  • 18 may 2013 22:21
  • Məqalə: 348
  • Şərh: 6251
  • Bal:
{awards}
9 darinde itahani olacaq

LoVe_HaTe

  • 18 may 2013 22:13
  • Məqalə: 53
  • Şərh: 2342
  • Bal:
{awards}
tesekkurler meqale ucun

--------------------
Əl uzatmağın min bir yolu olduğu halda sən hər səfərində şillə vurursan mənə...Ən çox da bu üzür məni...

GunesGunes

  • 18 may 2013 22:00
  • Məqalə: 34
  • Şərh: 926
  • Bal:
{awards}

Müəllim və ekspertlərin fikirləri fərqli olsa da, onların əksəriyyəti nazirin bu fikrini dəstəkləyir. Amma fikirdə yarımçıq məqamlar yetərincədir. İlk növbədə isə, millət vəkilinin sualları cavab tapmalıdır. Hazırkı durumda 2-ilə 5-ə fərq qoyulmaması, problemləri artıra bilər.

enigmatic_girl

  • 18 may 2013 21:51
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
mene ne 2alandan)) men 5mi alim besdi

--------------------

☮★Azerbaijan Boy★☮

  • 18 may 2013 21:45
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}
“Orta məktəbi bitirən hər kəsə attestat veriləcək”. Yeni təhsil naziri Mikayıl Cabbarovun jurnalistlərin qarşısına ilk çıxışında səsləndirdiyi bu fikirlər birmənalı qarşılanmadı. Nazir bu fikirləri 2009-2010-ci tədris ilində 11-ci sinif məzunlarının 22 faizi, 2010-2011-ci tədris ilində 24 faizi, 2011-2012 tədris ilində isə 10,5 faizi attestat almaması ilə əsaslandırıb.

--------------------

VitamiN_Ka

  • 18 may 2013 21:28
  • Məqalə: 160
  • Şərh: 2123
  • Bal:
{awards}
holleeeeeee yaşasınn wink

--------------------

legend sun girl

  • 18 may 2013 21:14
  • Məqalə: 89
  • Şərh: 1623
  • Bal:
{awards}
təşəkkür məlumat üçün

LeLLi

  • 18 may 2013 21:13
  • Məqalə: 166
  • Şərh: 3306
  • Bal:
{awards}
Xebere gore sag olun

--------------------

Roya_____

  • 18 may 2013 21:12
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
tesekkurler xebere gore

Sudan Bikmis Balik

  • 18 may 2013 21:12
  • Məqalə: 38
  • Şərh: 574
  • Bal:
{awards}
Maraqlıdır “2” alan da, "5" alan kimi attestat alacaqsa, o zaman imtahan nə üçündür?

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 19
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}