"Nəhcül Bəlağə" İmam Əli əleyhis-salamın hikmətli kəlamları (3)

 
"Nəhcül Bəlağə" İmam Əli əleyhis-salamın hikmətli kəlamları (3)

1-ci hikmət
İmam Əli əleyhis-salam (fitnəkarlarla rəftar barəsində) buyurmuşdur:
Fitnə fəsad zamanı nə minilməli beli (gücü) və nə də süd sağılmalı əmcəyi olan (iki yaşı tamam olmuş və anası ondan sonra doğduğu balasını süd verən) erkək dəvə balası kimi ol.1
————————————————————
1Fit-fəsad zamanı elə hərəkət et ki, fitnə törətmək istəyənlər sənin can və malına tamah salmasınlar. Əlbəttə, bilmək lazımdır ki, bu, müharibə və döyüş Əbdülməliklə İbn Zübeyrin və ya Həccac ibn Əş’əsin fitnələri kimi iki azğın və azdırıcı başçı arasında olan zaman üçündür. Cəməl və Siffeyn müharibələri kimi onlardan biri haqq, digəri batil olanda isə mövcud qarşıdurma fitnə sayılmır və haqq tərəfə birləşərək onun yolunda mal və canı qurban vermək vacibdir.

2-ci hikmət
İmam Əli əleyhis-salam (tamah, hərislik, çətinlik və yoxsulluğu başqalarına bildirmək və düşünmədən danışmağın məzəmmətində) buyurmuşdur:
Tamah və hərisliyi (başqalarının əlində olan şeylərə göz tikməyi) öz şüarı etmiş şəxs özünü kiçildib. (Çünki tamah möhtaclığa və insanın özünün əyməsinə səbəb olur. Möhtaclıq və özünü əymək isə alçaqlıq və kiçikliyə səbəb olur.) Öz çətinlik və pərişanlığını (başqasının yanında) bildirən kəs zillət və xarlığa qol qoyub. (Çünki çətinlik və pərişanlığı aşkar etmək həqirlik və xarlıqdır.) Dilini özünə hakim edən (fikirləşib düşünmədən dilinə gələni danışan) kəs öz yanında da xar və zəlildir.1
————————————————————
1Çünki həmin şey çox vaxt onun məhvinə və həlakına səbəb ola bilər. Belə adam özünə heç bir məqam və dərəcə nəzərdə tutmayıb.

3-cü hikmət
İmam Əli əleyhis-salam (xəsislik, qorxaqlıq, kasıblıq, yoxsulluq və acizliyin məzəmməti və səbrlilik, zahidlik və günahlardan uzaq olmağın mədhində) buyurmuşdur:
Xəsislik ardır. (Çünki xalq xəsis adamı dünya malına bağlılığına görə məzəmmət edir.) Qorxaqlıq nöqsan və çatışmazlıqdır. (Ona görə ki, hər hansı bir məqam və dərəcəyə çatmaq şücaət və cəsurluqdan sonra mümkün ola bilər.) Kasıblıq zirək şəxsi dəlil və sübutunu bəyan etməkdə lal və dilsiz edir (necə ki, varlılıq alçaq və nadanı natiqləşdirir.) Yoxsul öz şəhərində qəribdir (heç kəs onunla get-gəl etmir.) Acizlik (insanı əldən salan) bəla və biçarəlikdir. Səbr şücaətdir. Zahidlik sərvətdir. (Çünki zahid, heç kəsə ehtiyacı olmayan varlı şəxs kimi dünya və onun malına möhtac deyil.) Günahlardan uzaqlıq (ilahi əzab müqabilində) qalxandır. (Qalxan insanı qılıncdan qoruduğu kimi pəhrizkarlıq da onun dünya və axirət çətinliklərindən xilas edir.)

4-cü hikmət
İmam Əli əleyhis-salam (insanın ilahi təqdirə razı olması, elm gözəl xasiyyət və təfəkkürün mədhində) buyurmuşdur:
İlahi təqdirə razı olmaq gözəl yoldaşdır. (İnsanın yoldaşı onu rifah və əmin-amanlıqda saxladığı kimi, ALLAHın istədiyi şeyə razı olan şəxs də rifah və əmin-amanlıqla olur.) Elm müqəddəs və əziz bir mirasdır (ki, belə bir irs çatmış hər bir kəs səadət və xoşbəxtlik açarını əldə edib.) Gözəl xasiyyətlər (heç vaxt köhnəlməyən) təzə və yeni zinətlərdir. (Hər bir işdə) fikirləşmək təmiz və pak güzgüdür (güzgü kimidir ki, fikirləşən şəxs onunla işin xeyir və ziyanını görür).

5-ci hikmət
İmam Əli əleyhis-salam (sirr saxlamaq, gülərüzlülük və çətinliklərə qatlaşmağın mədhində) buyurmuşdur:
Ağıllı adamın sinəsi onun sirlərinin xəzinəsidir. (Ağıllı şəxs yadı öz sirrindən xəbərdar etməz.) Gülərüzülülük və yaxşı xasiyyətlilik dostluq tələsidir. (Gözəl xasiyyət və gülərüzlülüklə xalqın ürəyini ələ almaq mümkündür.) Çətinliklərə dözüb səbr etmək pisliklərin örtüyüdür.1 (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)
Nəql edilib ki, o Həzrət əlehis-salam bu mətləbin yozumunda həmçinin belə buyurmuşdur: Sülh və barışıq eybləri örtməkdir.2
————————————————————
1Çünki əgər şəxs çətinliklər müqabilində səbrli olsa, xalq ondan razı qalaraq onun eyb və pisliklərinə göz yumar. Yaxud onun təmkinliyi ilə eybləri aşkar, nadanlıqları faş olmaz.
2Əgər iki nəfər arasında vuruşma yerinə sülh və barışıq bərqərar edilsə xalq onların pisliklərindən xəbardar olmaz. “Nəhcül Bələğə”nin bəzi nüsxələrində həmin kəlam “sülh bə barışıq eyblərin örtüyüdür” şəklində yazılıb. Çünki vuruşan tərəflər döyüş zamanı bir-birilərinin eyblərinin üstünü açırlar və əgər sülh və barışıq etsələr bir-birilirənin eybləri barəsində də danışmazlar.

6-cı hikmət
İmam Əli əleyhis-salam (özündənrazılığın məzəmməti, yoxsullara sədəqə vermək və bəxşiş etməyin faydaları və hər kəsin öz əməlinin savab və cəzasına çatacağı barəsində) buyurmuşdur:
Özündənrazı olan kimsəyə qəzəb edən çox olar. (Çünki özündənrazı kimsə xalqı xar sayar və buna görə də hamı ona qəzəb edər.) Sədəqə xeyirli və şəfaverici dərmandır.1 Bəndələrin dünyadalı əməlləri axirətdə gözləri önündə olacaq.2
————————————————————
1Çünki sədəqə insanın qəlbini onu verənə yönəldir və o, ALLAHın dərdi ondan uzaqlaşmasına səbəb olur. Buna görə də Həzrət Peyğəmbər (s.a.v) buyurmuşdur: “Xəstələrinizi sədəqə verməklə müalicə və dərman edin.”
2Çünki axirət hər bir gizlin şeyin aşkar olunaraq göründüyü müşahidə diyarıdır, necə ki ALLAH-Təala Qurani-Kərimin Ali-İmran surəsinin 30-ci ayəsində buyurmuşdur: “O gün hər kəs, etdiyi yaxşı və pis əməlləri, qarşısında hazır görəcək və günahları ilə özü arasında çoz uzaq məsafə olmasını arzulayacaqdır (ki, ey kaş onları etməmiş olaydı).”

7-ci hikmət
İmam Əli əleyhis-salam (insanın yaradılışının heyrətamizliyi barəsində) buyurmuşdur:
Bu insana (onun yaradılışına) heyrətlənin (onun xilqəti barəsində düşünün ki, onu yaradanın qüdrət və bacarığını dərk edəsiz. Yaradan onu elə yaradıb) ki, piylə (gözü görür) görür, ətlə (dil ilə) danışır, sümüklə (qulaq ilə) eşidir və dəlikdən (burundan) nəfəs alır!!

8-ci hikmət
İmam Əli əleyhis-salam (dünyanın məzəmmətində) buyurmuşdur:
Dünya bir dəstəyə üz tutan zaman başqalarının yaxşılıqlarını müvəqqəti olaraq onlara (nisbət) verər. Onlara arxa çevirəndə isə onların öz yaxşılıqlarını da alar. (Biri imkanlı olanda və bir məqama çatanda dünyapərəstlər onun üçün yaxşılıqlar uydurarlar. Yoxsul və imkansız olanda isə onun öz kamillikləini də yaddan çıxararlar.)

9-cu hikmət
ikmətİmam Əli əleyhis-salam (xalqa mehriban davranmağın faydası barəsində) buyurmuşdur:
İnsanlara elə qaynayıb-qarışın və rəftar edin ki, əgər həmin halda ölsəniz (onlardan ayrıldığınız üçün) sizə ağlasınlar və əgər sağ qalsanız sizinlə ünsiyyətdə olmağa can atsınlar.

10-cu hikmət
İmam Əli əleyhis-salam (düşməni bağışlayaraq onun günhlarından keçmək barəsində) buyurmuşdur:
Düşməni ələ keçirən zaman onu bağışlayaraq günahından keçməyi ondan üstünlük qüdrətinin şükrü et1
————————————————————
1Həzrət Peyğəmbər (s.a.v) rəvayət edilib ki: Qiyamət günü bir carçı uca səslə car çəkəcək ki, kimin ALLAHın öhdəsində savab və mükafatə varsa ayağa dursun. Həmin vaxt başqasının təqsirindən keçənlərdən başqa heç kəs ayağa durmayacaq. Məgər ALLAH-Təalanın (Şura surəsinin 40-cı ayəsindəki) “bununla belə hər kəs düşməninə güzəşt edib, onunla öz arasını düzəltsə, onun mükafatı ALLAHın öhtəsindədir.” buyuruğunu eşitməmisiniz?


Geri dön

siyah gozlum

  • 10 iyun 2013 13:21
  • Məqalə: 1
  • Şərh: 2172
  • Bal:
allah razi olsun

GuNaY_83

  • 8 iyun 2013 15:24
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
7-ci hikmət
İmam Əli əleyhis-salam (insanın yaradılışının heyrətamizliyi barəsində) buyurmuşdur:
Bu insana (onun yaradılışına) heyrətlənin (onun xilqəti barəsində düşünün ki, onu yaradanın qüdrət və bacarığını dərk edəsiz. Yaradan onu elə yaradıb) ki, piylə (gözü görür) görür, ətlə (dil ilə) danışır, sümüklə (qulaq ilə) eşidir və dəlikdən (burundan) nəfəs alır!!

--------------------

☮★Azerbaijan Boy★☮

  • 27 may 2013 11:44
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}
1-ci hikmət
İmam Əli əleyhis-salam (fitnəkarlarla rəftar barəsində) buyurmuşdur:
Fitnə fəsad zamanı nə minilməli beli (gücü) və nə də süd sağılmalı əmcəyi olan (iki yaşı tamam olmuş və anası ondan sonra doğduğu balasını süd verən) erkək dəvə balası kimi ol.1

--------------------

Roya_____

  • 21 may 2013 21:16
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
twkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk..

surawka

  • 21 may 2013 19:26
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
Allah razı olsun...

☮★Azerbaijan Boy★☮

  • 20 may 2013 22:28
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}

1-ci hikmət
İmam Əli əleyhis-salam (fitnəkarlarla rəftar barəsində) buyurmuşdur:
Fitnə fəsad zamanı nə minilməli beli (gücü) və nə də süd sağılmalı əmcəyi olan (iki yaşı tamam olmuş və anası ondan sonra doğduğu balasını süd verən) erkək dəvə balası kimi ol.1

--------------------

..::MisS DioR::..

  • 20 may 2013 20:10
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
serhlerinize gore tesekkurler

--------------------

pervis

  • 20 may 2013 18:41
  • Məqalə: 68
  • Şərh: 4366
  • Bal:
{awards}
,,,,,,,,,,,,tewekkurler..............

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

..:Crystal:..

  • 20 may 2013 18:31
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!!!

--------------------

☮★Azerbaijan Boy★☮

  • 20 may 2013 18:25
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}
1-ci hikmət
İmam Əli əleyhis-salam (fitnəkarlarla rəftar barəsində) buyurmuşdur:
Fitnə fəsad zamanı nə minilməli beli (gücü) və nə də süd sağılmalı əmcəyi olan (iki yaşı tamam olmuş və anası ondan sonra doğduğu balasını süd verən) erkək dəvə balası kimi ol.1

--------------------

Gözlüklü

  • 20 may 2013 17:23
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Tewekkurler

ShoKKi_MoKKi

  • 20 may 2013 17:07
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN....

--------------------

^^Nazli^^

  • 20 may 2013 16:23
  • Məqalə: 134
  • Şərh: 7769
  • Bal:
{awards}
İmam Əli əleyhis-salam (tamah, hərislik, çətinlik və yoxsulluğu başqalarına bildirmək və düşünmədən danışmağın məzəmmətində) buyurmuşdur:
Tamah və hərisliyi (başqalarının əlində olan şeylərə göz tikməyi) öz şüarı etmiş şəxs özünü kiçildib. (Çünki tamah möhtaclığa və insanın özünün əyməsinə səbəb olur. Möhtaclıq və özünü əymək isə alçaqlıq və kiçikliyə səbəb olur.) Öz çətinlik və pərişanlığını (başqasının yanında) bildirən kəs zillət və xarlığa qol qoyub. (Çünki çətinlik və pərişanlığı aşkar etmək həqirlik və xarlıqdır.) Dilini özünə hakim edən (fikirləşib düşünmədən dilinə gələni danışan) kəs öz yanında da xar və zəlildir.1
————————————————————
1Çünki həmin şey çox vaxt onun məhvinə və həlakına səbəb ola bilər. Belə adam özünə heç bir məqam və dərəcə nəzərdə tutmayıb.

--------------------

Banned549678

  • 20 may 2013 16:18
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN....

ShoKKi_MoKKi

  • 20 may 2013 16:01
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
Allah razı olsun bacı.

--------------------

Banned1

  • 20 may 2013 15:26
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
GöZəLiM MəNiM BiRDəNəM
ALLAH RAZI OLSUN....

ShoKKi_MoKKi

  • 20 may 2013 15:24
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
Allah Razi Olsun..

--------------------

★KaRaMeLKa★

  • 20 may 2013 15:18
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
Tesekkurlerrrrr..

: Sensizde Babatdi :

  • 20 may 2013 14:53
  • Məqalə: 38
  • Şərh: 3283
  • Bal:
{awards}
Allah razi olsun ...

--------------------

pessimistka hebibe

  • 20 may 2013 14:16
  • Məqalə: 8
  • Şərh: 5629
  • Bal:
{awards}
twkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk

Nazlim_97_

  • 20 may 2013 14:02
  • Məqalə: 28
  • Şərh: 2816
  • Bal:
{awards}
TEWEKURLER

Roya_____

  • 20 may 2013 13:56
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
1-ci hikmət
İmam Əli əleyhis-salam (fitnəkarlarla rəftar barəsində) buyurmuşdur:
Fitnə fəsad zamanı nə minilməli beli (gücü) və nə də süd sağılmalı əmcəyi olan (iki yaşı tamam olmuş və anası ondan sonra doğduğu balasını süd verən) erkək dəvə balası kimi ol.1 ALLAH RAZI OLSUN

Bash Belası

  • 20 may 2013 13:47
  • Məqalə: 158
  • Şərh: 5011
  • Bal:
{awards}
Allah razı olsun...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 33

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}