Elə dəqiqələr var ki

 
Elə dəqiqələr var ki

Görüşdük,Gözlədiyini ala bilməyən insan nəzərləri ilə baxırdı mənə.”Nə olub sənə?” deyə soyuq,cansıxıcı söhbətdən sonra sözə başladı.
-Üzünü görməsəydim söhbətindən başqa insan olduğunu düşünərdim.Hardadır mənim o balaca,şıltaq,heç vaxt böyüməyən,sinfin baş bəlası sinif yoldaşım?:))Yadındadır,bizim sinif?
-Hə.Yadımdadır. Hər şey çox gözəl yadımdadır…..
- O günlər..Direktor əlimizdən bezmişdi.Bir sinifi neçə dəfə cəza otağına salmaq olar?:)) Soyuqdan donurduq amma sözümüzdən dönmürdük. Hələ 10-cu sinifdə necə dəyişdik?mehribanlaşdıq.Heç kəs bir-birini tanımırdı.Hələ sən.Necə həyat dolu olmuşdun,dəyişmişdin.Dərsdən qaçırdıq yadındadır? Bütün sinif:) Ayda,hələ də yadımdan çıxmır , 12 saat məktəbdə hamımızı cəzalı olaraq saxladılar.Hazırlıqlara gecikdim deyə özünü öldürürdün.Həmişə deyirdin ki, son zəngdə ağlamaq nədir ee? Ölsəm ağlamaram. Sevinəcəm ki, sizdən canım qurtarır.Üzünüzü bir də görməyəcəm. Hamımız daş qəlbli deyirdik sənə. Amma son zəng günü sonda uşaq kimi ağlamağa başladın. Hamıdan kənarda gəzirdin amma məktəgi bitirdikdən sonra hamını təkcə sən axtarırdın,görüş təşkil edirdin, bayramlarda yada salırdın. O zamanlar necə həyat dolu idin.Elə tələsirdim ki görüşünə,o balaca,şıltaq,küsəyən,üzündə daim sevinc,gülüş olan qızı görmək üçün.Amma sən sanki 30 ildir məni görmürsən.
-Yox elə deyil…Mən elə mənəm.Həmişəki mən.
-Gözlərində qəribə ifadə var. Sanki həyatın keşmkeşlərindən keçmisən.Xoşbəxt deyilsən?Axı ən böyük arzuna çatmısan istədiyin universitetə girmisən. Niyə xoşbəxt deyilsən? İkİ İL,CƏMİ İL KEÇİB.Iki il nəyi dəyişə bilər axı?
-Hə düzdür.Bəli,mən arzuma çatmışam. Universitetə daxil oldum. Dərslərimdə yaxşı gedir.Xoşbəxt olmalıyam düzdür.Amma…Amma hər şey… Həyat.. Bu… qədər.. asan deyil.. və iki il yox hətta iki gün də çox şeyi dəyişə bilər. Nə isə. Bağışla mən getməliyəm gecikirəm.Sağol.
-Hara?Dayan gözlə hara?Bir bir də nə vaxt görüşə bilərik.
Özümü eşitməməzliyə vurdumsa da dodağımın altında pıçıldadım.”Ümid edirəm ki,heç vaxt”İstəmirəm məni belə görəsiniz.Sizi köhnə,güclü,dikbaş,özündənrazı dostunuz yoxdur artıq”Həyat onu basdırdı.
Hə düzdür,mən həmişə şıltaq,lovğa olmuşam.Amma çox çox çox dəyişdi hər şey.Universitetə daxil olduqdan sonra ailəmdən ayrılmalı oldum.Atamın işləri çox pisləşdi.Bu da imkan vermədi ki,ailəm də mənimlə bir yerdə bura köçsün.Məlum,3 nəfərin ehtiyaclarını ödəmək daha çətin. İlk dəfə anam “qənaət etməlisən qızım” dedi mənə.Onsuzda deməyinə ehtiyac yox idi həyat bunu tələb edirdi artıq.Universitetə ilk addımımı atanda illər boyu arzuladığım arzuma çatmağım sevindirirdi məni. Amma sonra hər şey dəyişməyə başladı…Yadımdadır. Mən necə də lovğa idim. Bir paltarı bir dəfə geyinib ərköyüncəsinə tullayırdım.İndi yeni mövsüm gəlib.Qış paltarları almaq lazım.Nə ilə? Necə? Köhnə paltomu geyinim dedim amma o da cırılıb.Çox köhnəlib.Utanıram…Eybi yox hələ ki,nazik gödəkçədə gedərəm… bəlkə sonra anam bir şey fikriləşər…Hər ayın başı olanda ölmək,yox olmaq istəyirəm.Ev yiyəsi üzündən nifrət yağarcasına gözlərimə baxır və “mən səni hələ nə qədər gözləməliyəm?” deyir. Yadındadır? Dikbaş qoymuşduz adımı.Heç kəsdən söz götürmürdüm.Heç kəsin nazını çəkmirdim.Amma indi qürurumu əzmək məcburiyyətindəyəm.Anam hər dəfə telefonda “bir az da gözlə qızım,mən xalana demişəm o borc verəcək, maaşı alanda qaytaracam ona”.deyəndə ölmək istəyirdim.Özümü məcbur edirdim hər şey yaxşıdır deyirdim. Mən üzülürəm qoy heç olmasa o üzülməsin.Dərslərim çoxdur.Bütün həyatımı onlara həsr etmişəm. Gecələr səhərə qədər oxuyuram.Pəncərənin qabağında.Qaranlıqda.Məlum,işıq yandırmasam daha yaxşıdır. Sayğac,pul,əlavə xərc….Gözlərim də zəifləyib artıq.Məcburam.Kitablar da çox bahadır.Ala bilmirəm. Məcburam özündənrazı “dostlarımın” nazını götürüb kitablarını alım, onları 1 gün özümdən saxlayıb səhər açılana qədər. bütün gecəni əlimlə yazım…Bir zamanlar məndə beləydim…Ancaq onda mən bilməzdim ki,qarşımdakılar bu qədər əzab çəkir.And içirəm təsəvvür etməzdim.O gün anam dedi,atam gecələri də sürücü işləyir. Mümkün olmadığını onlar da anlayırdılar.Heç vaxt ağlamıram güclüyəm deyən mən həmin gün səhərə qədər ağladım. Sən demə ağlamamağım güclülüyümdən yox.həyatın məni ağlatmamağından imiş. Dostlarımda ətrafımdna dağılışdı bir-bir.Təkəm,bir kitablar bir mən,bir də hər zaman yanımda olan valideynlərim… İndi bunu yazdığımı bir daha oxuya-oxuya dənizə doğru irəliləyirəm. Bilirsən,atam o gün sevinclə zəng vurdu,”qizim pulu göndərdim poçtla.3 aylıq pul.3 ay sənə pul göndərməyəcəyik.bunu da borc tapdıq ki,sonra yavaş-yavaş ödəyək.Al pulu və evin kirayəsini ödə,əzizim.”Baş üstə deyib onun sevincli isti səsini eşidikdən sorna telefonu bağladım.pulu poçtdan alıb universitetə yollandım.Cibimdə bərk-bərk tuturdum itirməyim deyə bilmirdim hara qoyum
Onun içində atamın yorğunluqları, ağrıları var idi… Çıxarıb çantanın cibinə qoydum birdən gözüm qrup yoldaşıma sataşdı.. Qəribə baxışlarla baxırdı.Tez pulu çantanın cibinə qoyub ağzını bağıadım.Yolda qarşıma çıxdı dəli kimi idi. Pulu ver dedi. Çıx get əl çək dedim.Qışqırmağa başladı.Ağlı üstündə deyildi.Artıq narkotikinin vaxtı çatmışdı.Havalı idi. Qaçırdım ardıma da baxmadan qaçırdım.Birdən boynumun ardından küt ağrı hiss elədim…Yerə yıxıldım 5 dəqiqəlik heç nə hiss etmədim.Pulu götürüb qaçırdı…Dəli kimi bağıraraq sağa-sola qaçmağa başladım.Onun götürüb qaçdığı pul deyildi,atamın ağrıları yorğunluqları çırpıntıları,anamın əlinin əməyi idi..İlahi mən nə etdim?Cibimdə sadəcə hər ehtimala qarşı saxladığım amma istifadə etməyi ağlımdan belə keçirmədiyim bıcağı çıxardım və dəli kimi ardıyca qaçmağa başladım.Sadəcə onda ayıldım ki, bıçaq onun kürəyinə sancılmış, gözləri yerindən çıxacaq kimi bərəlmiş,mənimsə əlim qana bulanmışdı.Əlimi bıçaqdan buraxdım və qışqıraraq dəli kimi qaçmağa başladım.Baxışları hələ də ağlımdan çıxmır lənət olsun…Anam… Mən ardıma baxmadan qaçırdım.Kimdən?Nədən?Bəlkə bu cılızlaşmış həyatımın son akkordlarını vururdum? Anamdan zəng gəldi. Buna bənd imişəm kimi dəli kimi ağlamağa başladım.Telefonu açdım amma hıçqırıqlarımı zorla saxlayırdım. Susdum.Anam həyəcanla ağlamağa başladı.Atan infarkt keçirdib.Bacardığın qədər tez tez gəl.Vəziyyəti ağırdır.Qızım,qızım,məni eşidirsən?Alo,alo..
Donmuşdum…Səninlə görüşə qanlı əllərimlə gəlmişdim. Hətta inan görüş vaxtını belə unutmuşdum.Bir də gördüm dənizin sahilindəyəm və qarşımda sən durubsan. Hansı qüvvə gətirdi bura məni?Bilmirəm..Əlimdə kağız dənizə tərəf gedirəm.Dünən gecə günlüyümə yazdım bunları sonra cırdım və indi əlimdə saxlayıram.İndi bu kağızı poçt qutusuna atacam və sənə göndərəcəm.Həyatımı isə qəbirə…Mən bacarmadım.İstəklərim eqoistliklərim məni xoşbəxt olmağa qoymadı…İki insanın ölümünə səbəb oldum…Dünyaya daha çox ziyan vurmamış mənə əlvida…Bəlkə də mən dözərdim,bəlkə də hər şeyə tab gətirərdim amma bilirəm..Günahlarım məni rahat buraxmayacaq…Sulara qərq olmağıma bəlkə də dəqiqələr qalıb…Bəlkə də qəribədir ancaq səndən başqa bunları yazacaq heç kəsim yoxdur…Yalvarıram,anamdan muğayət ol.O sənə əmanət. Sənə demək istədiklərimi heç vaxt deyə bilməmişəm.Bu bir vərəqini cırıb sənə göndərdiyim günlüyümdədir bütün sənə olan sözlərim.Onu tap və oxu.RUHUM SAKİT OLSUN DEYƏ… Hərdənbir mənə məktub yaz,dənizə at..O hökmən mənə çatacaq…İmza:Sənin balaca dostun…

Mərhum tələbənin "həyat gündəliyindən”...


Geri dön

L_SimuS

  • 4 yanvar 2011 21:01
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
tewekkur eziyyete gore

CrazyGirl

  • 4 yanvar 2011 15:54
  • Məqalə: 601
  • Şərh: 2349
  • Bal:
{awards}
AYSE17,
asiya_760,
tesekkurler.....
Sergio Ramos,
no

--------------------
Sən varsansa həyat çox gözəl!

Sergio Ramos

  • 4 yanvar 2011 14:25
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
İs long did not reach and İs long should not study in order one my patience
Gratitude

--------------------

CrazyGirl

  • 4 yanvar 2011 11:42
  • Məqalə: 601
  • Şərh: 2349
  • Bal:
{awards}
YazYamuru,
aha olur))tesekkur sene de..........

--------------------
Sən varsansa həyat çox gözəl!

YazYamuru

  • 4 yanvar 2011 11:41
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
DÜZDÜR YƏQİN BELƏ DƏQİQƏLƏR OLUR feel TŞK

--------------------



CrazyGirl

  • 4 yanvar 2011 11:37
  • Məqalə: 601
  • Şərh: 2349
  • Bal:
{awards}
FikrileriniZ......

--------------------
Sən varsansa həyat çox gözəl!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 38
Cəmi: 62

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 49
Cəmi: 636
 
MiSS HaPPy)
Xəbərləri: 43
Cəmi: 74
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 40
Cəmi: 54
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 173
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 145
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}