Bizi kim zəhərləyir? - Araşdırma

 
Bizi kim zəhərləyir? - Araşdırma

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ildə 2 milyona yaxın insan təhlükəsiz hesab etdiyimiz sulardan zəhərlənərək ölür. Bir il ərzində 1 milyard insan isə su vasitəsilə müxtəlif xəstəliklərə yoluxur. Azərbaycanda sudan nə qədər insanın zəhərləndiyini və ya öldüyünü heç bir qurum araşdırmasa da, içdiyimiz suyun gözlə görünməyən xeyli sayda problemlər yaratdığı hər kəsə məlumdur.

Ötən il İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Kəhriz-2008” MMC-yə məxsus firmanın istehsal etdiyi suların tərkibində bağırsaq çöpləri (koliform) aşkar olunub. Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən suların tərkibində mezofil-aerob və fakultativ-anaerob mikroorqanizmlərinin sayının normadan çox olduğu da müəyyənləşib. Bundan sonra həmin sular satışdan çıxarılıb, müəssisə isə bağlanıb.

Bu, insan orqanizminə zərərli məhsullar istehsal edən firmanın bağlanması ilə bağlı yeganə fakt deyil. Hər il istifadəyə yararlı xeyli sayda müxtəlif çeşidli sərinləşdirici içkilər, qazlı-qazsız sular, dondurmalar satışdan çıxarılır, kustar üsulla işləyən sexlər bağlanır, amma yenə də bu problem həll olunmamış qalır.

İqtisadçı-ekspert Vüqar Bayramlı Anspress-ə verdiyi müsahibədə bu problemin həlli üçün birinci növbədə nəzarəti gücləndirməyin vacib olduğunu bildirir. Lakin ekspert bəzən bütün sexlərdə yoxlamalar aparmağın texniki baxımdan mümkün olmadığını da vurğulayır.

“Burada söhbət birmənalı şəkildə insanların sağlamlığından getdiyinə görə, cərimələr daha da sərtləşdirilməlidir. Bu təkrarlanarsa, Cinayət Məcəlləsinə uyğun olaraq cinayət işi qaldırılmalıdır”. Ekspert hesab edir ki, burada cərimələrin edilməsinə də nəzarət lazımdır. İnzibati metodlardan istifadə edilməsi olduqca vacibdir, amma bununla yanaşı, təşviqedici metodlardan da istifadə edilməlidir.

Mütəxəssisin sözlərinə görə, araşdırmalar göstərir ki, saxta sərinləşdirici içkilərin yayılmasının bir səbəbi də bazara sərbəst çıxışın olmamasıdır: "Lisenziyalaşdırma sistemi sadələşdirilməlidir, elektronlaşdırılmalıdır. Sərinləşdirici içkilərin satışı ilə məşğul olan sahibkarların bazara sərbəst çıxışını təmin etmək lazımdır. Kiçik sahibkarlar sertifikat və lisenziya almaqda problemlərlə üzləşir, onlardan ödəniş tələb olunur ki, məcbur olaraq saxta yola əl atırlar. Əgər onların işi leqallaşdırılsa, bu sahibkarların bir qismi leqal yoldan istifadə edəcək".

Vüqar Bayramlı bu sahədə ixtisaslaşmış zavodların tikilərək kiçik sexlərin sıradan çıxmasını düzgün hesab etmir. Ekspert kiçik, qanuni yolla fəaliyyət göstərən sexlərin fəaliyyətinə şərait yaradılmasını vacib sayır.

İqtisadi İnkişaf Nazirliynini mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin Anspress-ə verdiyi məlumata görə, İstehlakçılarının Hüquqlarının Müdafiəsi Dövlət Xidməti artıq intensiv nəzarət tədbirlərinə ötən həftədən başlayıb. Ümumilkdə bu tədbirlər ilboyu davam etdirilir. Saxta, qanunsuz sərinləşdirici içkilər aşkarlandıqda bununla bağlı tədbirlər görülür.

Hər il müəyyən saxta sexlər bağlanır, içkilər satışdan çıxarılsa da, problemlər yenə qalır. Daha effektiv nəticəyə nail olmaq üçün nə etmək lazımdır? Cəza tədbirləri sərtləşdirilməlidir?

Abbas Əliyev hesab edir ki, hər il aparılan monitorinqlərin təhlili qanunsuzluqların olduğu ticarət obyektlərinin sayının azaldığını, hər bir ortalama ticarət obyektinə düşən vaxtı keçmiş, markalanma aparılmayan, insan sağlamlığına zərərli malların sayı da azalır.

“2009-cu ildən cərimə və qanun pozuntusuna yol verən obyektlər üçün cərimələr artırılıb. Hər bir sahibkar çalışmalıdır ki, öz istehlak bazarındakı imicini qorusun, bu baxınmdan ticarət obyektinin sahibi daha ucuz və keyfiyyətli malların satışında maraqlı olmalıdır.

Bizim apardığımız monitorinqlər də göstərir ki, artıq sahibkarlar da maarifləndirmə tədbirlərinə meyllidirlər. Özləri də qanunun pozulması hallarına yol verilməməsində maraqlıdırlar. Müəyyən qanun pozuntusu halları ilə qarşılaşırıq, amma buna uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür”.

Qanunvericilikdə saxlama müddəti ötmüş, normativ sənədlərin tələblərinə cavab verməyən, sertifikatlaşdırılmamış malların istehsalına görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 5000 manatadək inzibati qaydada cərimə olunurlar.

Digər bir problem isə sərinləşdirici içkilərin saxlama şəraiti ilə bağlıdır. Spirtsiz içkilər 0-20 dərəcə temperaturda saxlanmalıdır. Meyvə şirələri və ekstraktları 0-10 dərəcə, şəkər əlavə edilmiş şirələr 0-20 dərəcə, şərbət, mors və quru konsentratlar 12-20 dərəcə temperaturda saxlanıla bilər.

Qazlı içkilərin saxlanma müddəti 30 gündən 6 aya, diabetiklər üçün içkilər və süni mineral sular 15 günə, bütün növ düşes limonadları 20 günə, təbii mineral sular 4 aydan 1 ilə, meyvə-giləmeyvə şirələri 1 ilə, qazlı içki konsentratları 2 ilə, meyvə nektarları ən çoxu 9 aya, feyxoa nektarı ən çoxu 6 aya qədər saxlanıla bilər.

Daşınma və saxlanma şərtlərinə görə spirtsiz içkilərin saxlanma müddəti istehsalçı tərəfindən səlahiyyətli orqan ilə razılaşdırılaraq müəyyən edilir. Günəş şüaları altında və 20 dərəcədən yuxarı saxlanılan spirtsiz içkilərin istifadəsi olduqca təhlükəlidir. Spirtsiz içkilərin keyfiyyəti orqonoleptiki, həm də fiziki-kimyəvi göstəricilərinə görə müəyyən edilir. Keyfiyyətli spirtsiz içkilər şəffaf və çöküntüsüz olur. Spirtsiz içkilərin etiketində istehsalçı müəssisənin adı, mənşəyi və istehsal olunduğu ölkə, tərkibi, qida dəyərliliyi, istehsal tarixi, saxlanılma şəraiti və müddəti, istehsalçının ticarət nişanı, minerallaşma dərəcəsi, suyun təyinatı (müalicəvi süfrə suyu və ya təbii süfrə suyu olması), istehsalında istinad olunan standartın nömrəsi, sertifikatlaşdırma barədə qeyd olmalıdır.

Şəkərli spirtsiz içkilərin tərkibində 7-10 faizə qədər şəkər, 0,1-1,2 faizə qədər üzvi turşu, eləcə də vitaminlər və digər bioloji fəal maddələr olur. Təbii meyvə-giləmeyvə ekstraktı ilə hazırlanmış spirtsiz içkilərin tərkibində minerallar, rəngləyici, digər bioloji fəal maddələr mövcuddur. Bəzi hallarda bu məhsullar saxlanma müddətindən artıq saxlandığından və temperatur rejiminə əməl edilmədiyindən zəhərlənməyə səbəb ola, mədə-bağırsa sistemində fəsadlar və maya göbələkləri yarada bilər.

Sonda onu bildirək ki, hər il aparılan reydlər, monitorinqlər problemi sonadək həll etmir. Yeganə çıxış yolu isə yalnız ona qalır ki, hər kəsi özü öz sağlamlığının qeydinə qalsın və mümkün qədər saxta məhsullardan özü qorunsun; kustar üsulla hazırlanan, üzərində tərkibi haqqında məlumatlar əksini tapmamış sərinləşdirici içkiləri almaqdan çəkinsin.


Geri dön

GuNaY_83

  • 9 iyun 2013 16:54
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
Bizi heyat zeherleyir bunu bilirdiz

--------------------

sebnem98

  • 4 iyun 2013 03:30
  • Məqalə: 0
  • Şərh: 6592
  • Bal:
{awards}
twk.............

--------------------

lady anna

  • 3 iyun 2013 19:05
  • Məqalə: 26
  • Şərh: 2910
  • Bal:
{awards}
TWK...........

--------------------

★NuTeLLa★

  • 2 iyun 2013 08:09
  • Məqalə: 278
  • Şərh: 5538
  • Bal:
{awards}
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ildə 2 milyona yaxın insan təhlükəsiz hesab etdiyimiz sulardan zəhərlənərək ölür. Bir il ərzində 1 milyard insan isə su vasitəsilə müxtəlif xəstəliklərə yoluxur. Azərbaycanda sudan nə qədər insanın zəhərləndiyini və ya öldüyünü heç bir qurum araşdırmasa da, içdiyimiz suyun gözlə görünməyən xeyli sayda problemlər yaratdığı hər kəsə məlumdur.

☮★Azerbaijan Boy★☮

  • 23 may 2013 17:09
  • Məqalə: 89
  • Şərh: 7392
  • Bal:
{awards}
Deymez.....

--------------------

LeLLi

  • 23 may 2013 14:53
  • Məqalə: 166
  • Şərh: 3223
  • Bal:
{awards}
Xebere gore sag olun

--------------------

pessimistka hebibe

  • 23 may 2013 13:54
  • Məqalə: 8
  • Şərh: 5507
  • Bal:
{awards}
twkkkkkkkkkkkkkkkkkkkkkkkk

: Sensizde Babatdi :

  • 23 may 2013 13:44
  • Məqalə: 38
  • Şərh: 3255
  • Bal:
{awards}
Bizi heyat zeherleyir bunu bilirdiz

--------------------

Banned456

  • 23 may 2013 13:43
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
İqtisadi İnkişaf Nazirliynini mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin Anspress-ə verdiyi məlumata görə, İstehlakçılarının Hüquqlarının Müdafiəsi Dövlət Xidməti artıq intensiv nəzarət tədbirlərinə ötən həftədən başlayıb. Ümumilkdə bu tədbirlər ilboyu davam etdirilir. Saxta, qanunsuz sərinləşdirici içkilər aşkarlandıqda bununla bağlı tədbirlər görülür.

★Украду Девушку★

  • 23 may 2013 13:15
  • Məqalə: 100
  • Şərh: 3474
  • Bal:
{awards}
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ildə 2 milyona yaxın insan təhlükəsiz hesab etdiyimiz sulardan zəhərlənərək ölür. Bir il ərzində 1 milyard insan isə su vasitəsilə müxtəlif xəstəliklərə yoluxur. Azərbaycanda sudan nə qədər insanın zəhərləndiyini və ya öldüyünü heç bir qurum araşdırmasa da, içdiyimiz suyun gözlə görünməyən xeyli sayda problemlər yaratdığı hər kəsə məlumdur.

--------------------

Dikaya_Kavkazka

  • 23 may 2013 13:13
  • Məqalə: 0
  • Şərh: 2740
  • Bal:
{awards}
maraqli melumata gore sag olun..)

✰SLαTKαyα ŞεyTαηKα✰

  • 23 may 2013 11:57
  • Məqalə: 985
  • Şərh: 11599
  • Bal:
{awards}
Qazlı içkilərin saxlanma müddəti 30 gündən 6 aya, diabetiklər üçün içkilər və süni mineral sular 15 günə, bütün növ düşes limonadları 20 günə, təbii mineral sular 4 aydan 1 ilə, meyvə-giləmeyvə şirələri 1 ilə, qazlı içki konsentratları 2 ilə, meyvə nektarları ən çoxu 9 aya, feyxoa nektarı ən çoxu 6 aya qədər saxlanıla bilər.

--------------------

✰_DeLNoLiNi_✰

  • 23 may 2013 11:00
  • Məqalə: 156
  • Şərh: 5825
  • Bal:
{awards}
TeWeKKuRLeR...

--------------------
[

..:Crystal:..

  • 23 may 2013 10:46
  • Məqalə: 61
  • Şərh: 7144
  • Bal:
{awards}
tewekkurler.......

--------------------

surawka

  • 23 may 2013 10:28
  • Məqalə: 123
  • Şərh: 7029
  • Bal:
{awards}
tewekkurler...

romantik_awk

  • 23 may 2013 10:22
  • Məqalə: 35
  • Şərh: 3237
  • Bal:
{awards}
Sonda onu bildirək ki, hər il aparılan reydlər, monitorinqlər problemi sonadək həll etmir. Yeganə çıxış yolu isə yalnız ona qalır ki, hər kəsi özü öz sağlamlığının qeydinə qalsın və mümkün qədər saxta məhsullardan özü qorunsun; kustar üsulla hazırlanan, üzərində tərkibi haqqında məlumatlar əksini tapmamış sərinləşdirici içkiləri almaqdan çəkinsin.

--------------------

Roya_____

  • 23 may 2013 10:19
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Bu, insan orqanizminə zərərli məhsullar istehsal edən firmanın bağlanması ilə bağlı yeganə fakt deyil. Hər il istifadəyə yararlı xeyli sayda müxtəlif çeşidli sərinləşdirici içkilər, qazlı-qazsız sular, dondurmalar satışdan çıxarılır, kustar üsulla işləyən sexlər bağlanır, amma yenə də bu problem həll olunmamış qalır.

✰ ♥..Золушка..♥ ✰

  • 23 may 2013 10:18
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
{awards}
tewekkurler.......

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 55
Cəmi: 93

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 53
Cəmi: 229
 
NIGAR
Xəbərləri: 47
Cəmi: 868
 
Limon qoxusu
Xəbərləri: 46
Cəmi: 69
 
Nergiz__Sirinova
Xəbərləri: 23
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 277
 
aytc.sza
Xəbərləri: 19
Cəmi: 21
 
Lmzade
Xəbərləri: 16
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}