Almayanaq körpələr bu xəstəliyin qurbanıdır

 
Almayanaq körpələr bu xəstəliyin qurbanıdır

Cəmiyyət kök uşaqları hər zaman baxımlı, ailəsi tərəfindən bəslənilən uşaq kimi qəbul edir. Kök uşaqlar ətrafdakı insanların da nəzərini cəlb edir. Şirinlik, toppuşluq uşaqlara hər nə qədər yaraşsa da, əslində köklük xəstəlikdir.

Bəzən elə uşaqlarla qarşılaşırıq ki, yaşlarının az olmasına baxmayaraq yaşlı görünür, hərəkət etməkdə çətinlik çəkir, lakin buna baxmayaraq valideynlər uşaqlarının bu "sağlam görünüş"ü ilə qürur duyurlar. "Böyüdükcə arıqlayar" düşüncəsi ilə uşaqların qidasına fikir verməyən valideynlər uşağının kifayət qədər böyüməyinə baxmayaraq arıqlamamasından narahat olurlar. Zamanla qarşısı alınmayan piylənmə yaş ötdükcə daha faciəli bir hala gəlir. Uşaq ağlı kəsdikdə və ətrafdakı insanların maraq hədəfi olduqda özündə olan qüsurların fərqinə varır. Bu zaman isə arıqlamaq üçün qoyulan hədəf çox zaman ya uğursuzluqla, ya da depresiya ilə nəticələnir. Bütün bunların kökündə isə uşağın vaxtında çəkisinə və qidasına nəzarət edilməməsidir.

Bu gün yaşından asılı olmayaraq insanların yarı faizi piylənmədən əziyyət çəkir. Bu isə heç də kiçik bir hissə deyil. Piylənmə bədəndəki yağ toxumalarının artması və yağ kütləsinin bədən kütləsinə nisbətdə normadan artıq olmasıdır. Bu, bütün yaş qrupu insanları üçün xarakterikdir. Amma uşaqlarda piylənmənin olub-olmamasının aydınlaşdırılması çətindir. Çünki uşaq həm inkişafdadır, həm özünəxas boyu və çəkisi var. Hər uşağı onun öz formasına, çəkisinə, ailəsinə görə dəyərləndirmək lazımdır.

Körpələr aybaay həkim müayinəsi zamanı onların kiloları ölçülür. Əgər uşağın kilosu normadan artıq artmağa başlayırsa və bu hər ay davam edirsə, uşaqda piylənməyə meylli olduğu ortaya çıxır. Yeni doğulan körpələrin çəkisi normalda 3-3,5 kq olur. 4 kq-ı keçən uşaqlara kök, 4,5 kq-dan artıq olanlara isə piylənməyə meylli olan uşaqlar deyilir. Amma elə hallar olur ki, bədən quruluşu baxımından çox iri olan ata və ananın uşağı 4 kq-ı keçir. Belə olan halda o uşağa piylənməyə meylli uşaq deyilməz. Elə buna görə, uşağın piylənməyə meylli olub-olmaması valideynlərinə baxaraq da müəyyən etmək mümkün olur.

Pediatr Xatirə İsayevanın sözlərinə görə, uşaqlarda piylənmə müxtəlif səbəblərdən yarana bilər. Amma ən çox rast gəlinən səbəb valideynlərinin piylənməyə meylli olması, yaxud piylənmədən əziyyət çəkməsidir. "Bundan əlavə, uşaqların piylənməsinə səbəb onların yaşadığı mühitdən də birbaşa asılıdır. Uşaqlar çox passiv həyat keçirirlər. Demək olar ki, günün bütün hissəsini evdə televizor, kompüter qarşısında keçirirlər. Bu da enerjinin kifayət qədər sərf olunmamasına və nəticədə kökəlməyə gətirib çıxarır. Daha azyaşlı uşaqların kökəlməyə meylli olmasına və normadan artıq kökəlməsinə səbəb isə valideynlərinin onlara qarşı daha həssas olmasıdır. Sevgi göstərmək, ac qalmasın, vitaminsiz qalmasın deyərək uşaq acdı-acmadı ona yemək yedizdirməyə çalışmaq, rejimsiz qidalandırmaq da onların kökəlməsinə səbəb olur. Normadan artıq yedizdirib, hərəkətlərinə məhdudiyyət qoymaq, qucaqda daşımaq, gəzməsinə, yaxud hərəkət etməsinə mane olmaq uşaqlarda passivlik yaradacaq ki, sonradan uşaq gəzməkdən, hərəkət etməkdən imtina edəcək, həm də enerji sərf etmədikləri üçün piylənmə gedəcək. Bundan əlavə, uşaqların kökəlməsinin digər səbəblərindən biri onların erkən ana südündən kəsilməsi, əlavə qidalara başladılması, bu qidaların tərkibində həddindən artıq kalori və yağ olmasıdır".

İçində yüksək kalori olan "market qidaları" adlandırılan müxtəlif çipslər, peçenyelər və bu kimi uşağa xoş gələn qidalar da onların kökəlməsinin səbəbidir. Təkcə qidalar deyil, şəkər xətəliyi, zob və bu kimi xəstəliklər zamanı da uşaqlarda köklük yarana bilər. Buna görə, piylənməyə meylli olan uşaqların endekrinoloq həkimə də göstrilməsində fayda var.

Uşaqlarda olan köklüyün qarşısını almaq üçün əvvəla mütləq ailənin yaşam forması dəyişdirilməlidir. Bundan sonra isə uşağın qidalardan aldığı kalorini yandırması üçün şərait yaratmaq lazımdır. Onun daha aktiv olması, daha çox hərəkət etməsi üçün ona yardım etmək, idmana yazdırmaq, özünün dostları ilə aktiv vaxt keçirə biləcək parklara aparmaq lazımdır. Bununla yanaşı, onun ayaqüstü qidalardan da uzaq durması vacibdir. "Çünki belə qidaların boyu kiçik kalorisi isə çox yüksək olur. Uşağı doydurmaz, əksinə kilo almasına səbəb olar".

Pediatr bildirir ki, uşaqlarınıza nə gəldi yedirtmək onların kökəlməsinə səbəb olur. Keks, şokolad, hamburger kimi qidalar uşaqların köklük xəstəliyinə tutulmaq ehtimalını artırır. 8 saatdan az yatan uşaqların kökəlməsi 12 saatdan çox yatanlara nisbətən 3 qat çox olur: "Həmişə körpənin çəkisini nəzarətdə saxlayın. Uşağı televizora çox yaxın buraxmayın. Həftədə 4 dəfə televizora baxan uşaqların köklük xəstəliyinə tutulmaq ehtimalı artır. Südəmər körpəyə başqa qida verməyin, çünki bu vaxt onun çəkisi artır, körpə erkən yaşda yağ ehtiyatı toplamağa başlayır. Yeriməyən uşaqlarda köklük varsa, bu, uşaq ayaq açdıqdan sonra qismən azalmağa başlayır. Çünki körpə hərəkət edir, hərəkətə meylli olmayan körpələrdə isə artım davam edir. Buna görə, körpələrə qarşı diqqətli olmaq, onların qidalanma rejiminə fikir vermək və aktiv həyat tərzi keçirməsi üçün hər bir şəraiti yaratmaq lazımdır. Böyüdükdən sonra sağlam həyatı olub-olmaması valideynlərdən birbaşa asılıdır".

Qeyd edək ki, qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpələrdə piylənmə riski təbii yolla doğulanlardan 2 dəfə çoxdur. Amerika alimlərinin apardığı araşdırmaların nəticələri belə deməyə əsas verir. ABŞ-ın Boston şəhərində uşaq xəstəxanasının tədqiqatçıları müəyyən edib ki, bu hal uşaq 3 yaşa çatanda özünü göstərir. Alimlərin fikrincə, qeysəriyyə əməliyyatı ilə doğulma körpənin bağırsaqlarındakı bakteriyalara təsir göstərir, onlar isə öz növbəsində, qidanın necə həzm edilməsinə təsir edir.


Geri dön

lady anna

  • 20 iyun 2013 13:24
  • Məqalə: 26
  • Şərh: 2910
  • Bal:
twkkkkkkkkkkkk

--------------------

★Alison MicCan★

  • 14 iyun 2013 00:27
  • Məqalə: 4
  • Şərh: 1371
  • Bal:
{awards}
tewekkurler

--------------------
''Ben'' kattım sana biraz, öyle sevdim seni. Çünkü sen de bensiz; o kadar güzel değilsin hani..'':)))

GuNaY_83

  • 10 iyun 2013 15:54
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
Allah komekleri olsun

--------------------

sebnem98

  • 1 iyun 2013 15:44
  • Məqalə: 0
  • Şərh: 6592
  • Bal:
{awards}
tesekkurler

--------------------

☮★Azerbaijan Boy★☮

  • 31 may 2013 17:43
  • Məqalə: 89
  • Şərh: 7392
  • Bal:
{awards}
Qeyd edək ki, qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpələrdə piylənmə riski təbii yolla doğulanlardan 2 dəfə çoxdur. Amerika alimlərinin apardığı araşdırmaların nəticələri belə deməyə əsas verir. ABŞ-ın Boston şəhərində uşaq xəstəxanasının tədqiqatçıları müəyyən edib ki, bu hal uşaq 3 yaşa çatanda özünü göstərir. Alimlərin fikrincə, qeysəriyyə əməliyyatı ilə doğulma körpənin bağırsaqlarındakı bakteriyalara təsir göstərir, onlar isə öz növbəsində, qidanın necə həzm edilməsinə təsir edir.

--------------------

☮★Azerbaijan Boy★☮

  • 28 may 2013 10:16
  • Məqalə: 89
  • Şərh: 7392
  • Bal:
{awards}
Allah komekleri olsun

--------------------

dafne

  • 26 may 2013 14:08
  • Məqalə: 0
  • Şərh: 25
  • Bal:
{awards}
yaxsi xeberdarliq ucun twk

tinker bell

  • 25 may 2013 11:12
  • Məqalə: 0
  • Şərh: 3806
  • Bal:
{awards}
cox istirem uwaglari.......((

--------------------

..:Crystal:..

  • 25 may 2013 00:05
  • Məqalə: 61
  • Şərh: 7144
  • Bal:
{awards}
Caaannnn....yaziqlar.Allah komekleri olsun

--------------------

☮★Azerbaijan Boy★☮

  • 24 may 2013 23:49
  • Məqalə: 89
  • Şərh: 7392
  • Bal:
{awards}
twkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk

--------------------

★NuTeLLa★

  • 24 may 2013 21:24
  • Məqalə: 278
  • Şərh: 5538
  • Bal:
{awards}
DeLKa,
Milawka R-vaa,
xmmm sad

✰_DeLNoLiNi_✰

  • 24 may 2013 20:47
  • Məqalə: 156
  • Şərh: 5825
  • Bal:
{awards}
Sitat: Milawka R-vaa
caaan uzuldum=(

Mendeye bacim..

--------------------
[

Banned456

  • 24 may 2013 18:10
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
caaan uzuldum=(

Serin_Kulek

  • 24 may 2013 17:28
  • Məqalə: 1
  • Şərh: 71
  • Bal:
{awards}
can allak komek etsin bele korpelere

--------------------
sen(S)sen sene inan hec kime inama sen(s)seni sev hec kimi sevme sen(s)sene guven hec kime guvenme...s lerin yerine m qoyub oxuyun

surawka

  • 24 may 2013 17:27
  • Məqalə: 123
  • Şərh: 7029
  • Bal:
{awards}
<<<<<<<<<<<<♥♥♥Tewekkurler♥♥♥>>>>>>>>>>>>>>>

angels friends

  • 24 may 2013 15:24
  • Məqalə: 6
  • Şərh: 609
  • Bal:
{awards}
Caaannnn....yaziqlar.Allah komekleri olsun

--------------------

pessimistka hebibe

  • 24 may 2013 14:36
  • Məqalə: 8
  • Şərh: 5507
  • Bal:
{awards}
maraqlidir twkkkkkkkkkkkk

☮★Azerbaijan Boy★☮

  • 24 may 2013 14:06
  • Məqalə: 89
  • Şərh: 7392
  • Bal:
{awards}
Cəmiyyət kök uşaqları hər zaman baxımlı, ailəsi tərəfindən bəslənilən uşaq kimi qəbul edir. Kök uşaqlar ətrafdakı insanların da nəzərini cəlb edir. Şirinlik, toppuşluq uşaqlara hər nə qədər yaraşsa da, əslində köklük xəstəlikdir.

--------------------

★KaRaMeLKa★

  • 24 may 2013 14:04
  • Məqalə: 166
  • Şərh: 6629
  • Bal:
{awards}
tesekkurler...

Roya_____

  • 24 may 2013 13:53
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Cəmiyyət kök uşaqları hər zaman baxımlı, ailəsi tərəfindən bəslənilən uşaq kimi qəbul edir. Kök uşaqlar ətrafdakı insanların da nəzərini cəlb edir. Şirinlik, toppuşluq uşaqlara hər nə qədər yaraşsa da, əslində köklük xəstəlikdir.

Banned456

  • 24 may 2013 13:40
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
TesHekkur Baciwkommmmmmm^_^

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 47
Cəmi: 81

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 53
Cəmi: 229
 
NIGAR
Xəbərləri: 47
Cəmi: 868
 
Limon qoxusu
Xəbərləri: 46
Cəmi: 69
 
Nergiz__Sirinova
Xəbərləri: 23
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 278
 
aytc.sza
Xəbərləri: 19
Cəmi: 21
 
Lmzade
Xəbərləri: 16
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}