Bir insan sizi necə silə bilir?

 
Bir insan sizi necə silə bilir?

Həyatda hər zaman bir şeylər yaşanar və qurtarar. Və insan arxasına heç baxmadan, qaçıb xilas olmaq istəyər bu vəziyyətdən. Və heç düşünmədən və dayanmadan qaçar o adamın tərsinə... Onunla zərrə qədər olan təması kəsmək üçün, hər şeyi edər, hətta təzə bir əlaqəyə belə gözləmədən başlayar. Onlar üçün gec deyil bu… Bir əlaqə qurtarar və təzəsi başlayar. Keçmişdə yaşananların zərrə qədər əhəmiyyəti yoxdur bu cür insanlar üçün. Onlar yalnız yaşayar…

Unudar keçmişi öz fikrincə, sırf vicdanını susdurmaq üçün, məcbur edər hər şeyi. Nə var nə yoxsa etməyə çalışar, yetər ki sussun vicdanı, yetər ki unutsun keçmişi. Amma boş yerədi etdikləri… Özü nə qədər unutmaq üçün çalışsa da və ohh çəkib rahatlasa da, yəni unutduğunu düşünsə də, o içində həmişə durar. Və bir həyat boyu onun arxasından qaçar...

Və yenə vicdanını rahatlaşdırmaq üçün davamlı o insanı pis düşünər, heç müsbət düşünməz. Həmişə pis günləri düşünərək, bütün yaşanan anları ilə onu günahlandıraraq özünü rahatlaşdırma və yeni bir həyata başlama səyi içinə girər. Dedim axı boş yerə…

Üstü qarla bağlı olsa da gerçəklərin, sözsüz ki bir gün günəş çıxacaq. O qar əridiyi zaman, öz gizlətdiyi gərçəklər ortaya çıxdığı zaman, anlayacaq. Bunu şübhəsiz yaşayacaq. Ahını alıb, heç arxasına baxmadan sorğusuz sualsız tərk etdiyi adamın ağrısına şübhəsiz ortaq olacaq, onu yaşayacaq.

Hər kişidə və ya qadında, özünü yuxuda düşünüb gerçəyi tapdım, xoşbəxt oldum sözləri, əslində yeni bir yuxuya başlamağın göstəricisidir. O yuxuda əlbət bitəcək və acı çəkdirdiyi günləri-yuxuları eynilə oyandığı yuxuda yaşamış olacaq.

Həyatmı yoxsa insanlarmı insafsız, bunu heç bir zaman öyrənə bilməyəcəm yəqinki… Amma öyrəndiyim bir şey var ki, insanlar həqiqətən vicdansız, hələ etdikləri eşq andları, sizə bağlılıqları, sənsiz ola bilməyəcəm sözləri YALANDAN başqa bir şey deyil...

İnanmayın və əsla bağlanmayın, tədbirli olun, çünki bir gün uçar gedərsə, zərrə qədər pis olmaz sizə etdiyinə görə və arxasına baxmaz... Sənin xoşbəxt olmağını diləyər, amma bunlar da yalandan ibarətdir. Yalnız dəyər vermədiyi insana, son vicdanı sözləridir...
Və bir daha dərk etdim ki, tək qarşılıqsız qurtarmayan sevgi, Allah sevgisidir!!!



Bir insan sizi necə silə bilir? Necə arxasına baxmadan çıxıb gedə bilir?... Həyatınızdan kimisə silmisinizmi???Silə bilmisinizmi???


Geri dön

nilayka

  • 20 fevral 2011 12:47
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
cox sagol yaziya gore

--------------------

AYKA-93

  • 16 yanvar 2011 11:35
  • Məqalə: 2
  • Şərh: 85
  • Bal:
{awards}
men silmishem.sile bileceyime ozum de inanmirdim. amma men bunu bacardim ve indi cox xoshbextem onsuz. teshekkurler

CandyGirl

  • 14 yanvar 2011 18:36
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
Bir insan sizi necə silə bilir-pozannan

--------------------

L_SimuS

  • 11 yanvar 2011 22:59
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
kimlerse mene yalniz ad xatirladir.......

tewekkur yaziya gore

CrazyGirl

  • 11 yanvar 2011 21:17
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
İnanmayın və əsla bağlanmayın, tədbirli olun, çünki bir gün uçar gedərsə, zərrə qədər pis olmaz sizə etdiyinə görə və arxasına baxmaz... Sənin xoşbəxt olmağını diləyər, amma bunlar da yalandan ibarətdir. Yalnız dəyər vermədiyi insana, son vicdanı sözləridir...
Və bir daha dərk etdim ki, tək qarşılıqsız qurtarmayan sevgi, Allah sevgisidir!!

Super xeber idi tesekkur edirem......

--------------------
Sən varsansa həyat çox gözəl!

Sergio Ramos

  • 11 yanvar 2011 21:14
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
Məni Silən olmayıb

--------------------

YazYamuru

  • 11 yanvar 2011 18:09
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
BUDA BİZİM YZIMIZI POZMAQ KİMİ BİRŞEYDİR POZANDA NƏ QƏDƏR OLMASADA BİR QƏDƏR İZİ QALIR BU DA ONUN KİMİ SİLSƏKDƏ ONUN BİZDƏ İZİ QALIR feel BAŞIMA GƏLMƏYİB AMA YƏQİNKİ BELƏDİR winked

--------------------



_PESSIMIST_SINDY_

  • 11 yanvar 2011 17:29
  • Məqalə: 0
  • Şərh: 115
  • Bal:
{awards}
TAM RAZIYAM,SEVGILERIN EN GOZELI ALLAHA QARSI OLAN SEVGIDI.

--------------------
" NOTHING IS PERFECT "

Irane

  • 11 yanvar 2011 16:27
  • Məqalə: 8
  • Şərh: 651
  • Bal:
{awards}
Silmek asant deyil....sildiyini soyleye bilersen ama esla sile bilmezsen buna urek izin vermez

--------------------

Asiyan

  • 11 yanvar 2011 16:15
  • Məqalə: 0
  • Şərh: 655
  • Bal:
{awards}
SİLDİYİNİ SANIR AMMA SİLMİR ESLİNDƏ ATIR KEÇMİŞİNƏ.

Cowardly

  • 11 yanvar 2011 16:10
  • Məqalə: 0
  • Şərh: 149
  • Bal:
{awards}
MENI HEYATINDAN SILENI MEN SILE BILMIREM...ARTIQ MEHV OLURAM.ONU HEYATIMDAN SILE BILMEDIYIM CUN ELE OZUM HEYATDAN SILINMEYE BASLAYIRAM

Ulya

  • 11 yanvar 2011 15:55
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol yaziya gore

gul_93

  • 11 yanvar 2011 15:53
  • Məqalə: 56
  • Şərh: 1872
  • Bal:
{awards}
menden pislik gorduyu zaman.allaha sukur sile bilmisem.twk

Cici-Kiz

  • 11 yanvar 2011 15:31
  • Məqalə: 38
  • Şərh: 655
  • Bal:
{awards}
[b]Aynadan bir iz sildiyinde yeri temiz qalar
Amma qelbden birini sildiyinde yeri sizlayar.


Bu mənim fikrimdi, təsəkkurlər. [/b]

--------------------
Şüşə qəlbə gəl sən vurma daş, kəsək,
Qırılsa çətindir onu düzəltmək!

Just For Legend

  • 11 yanvar 2011 15:18
  • Məqalə: 407
  • Şərh: 3195
  • Bal:
{awards}
Ozu gedenler ele ozu de qayidir )))))))

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 545
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 92
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}