Qardaş-bacı münasibətləri

 
Qardaş-bacı münasibətləri

Qardaş və qardaş-bacı münasibətlərində nəyə diqqət yetirmək lazımdır?

Uşaqlar arasında olan mübahisələrin əksəriyyəti yaş fərqi ilə bağlı olur. Məsələn, bəzən beş yaşlı qızın və ya oğlanın bitib-tükənməyən “niyə” sualları on yaşlı böyük qardaş və ya bacı üçün dözülməz olur. Yaxud da sakitcə öz oyuncaqları ilə oynayan kiçik uşaqla aləmi bir-birinə qatan, bir yerdə dayanmayan böyük qardaş və ya bacının sərt mübahisələri müşahidə edilir.

Ailədə uşaqların yola getməməsinin digər səbəbi isə bacı-qardaş arasında olan qısqanclıqdır. Qısqanclıq bəşərin yarandığı gündən mövcuddur. İnsanın böyüməsi ilə bu hiss kiçilib yox olmur, əksinə böyüyüb həsədə çevrilir, ictimai problem kimi varlığını davam etdirir. Saç-saqqalı ağaran, ancaq hələ də yaxınları, dost-tanışları ilə küsülü olan bir çox insan buna əyani misaldır. Kiçik yaşlarda qarşısı alınmayan qısqanclıq hissi böyüyəndə həsədə dönüb onları cəmiyyət üçün zərərli fərdlərə çevirir.

Bəzən uşaqlar valideynlərin yalnız onlara diqqət göstərməsini və yalnız onları sevməsini istəyir ki, bu da qısqanclığa səbəb olur. Ana-atasını çox istəyən bir uşaq valideynlərini o biri qardaş və ya bacısına qısqanır. Bəzi uşaqlar isə bunu biruzə verməyib içinə salır. Belə uşaqlar bacı-qardaşlarına üzdə süni mehribanlıq göstərir, ancaq təklikdə qalan kimi onları incidir.

Bir vaxtlar Hz Yaqubun böyük oğulları məhz qısqanclıq hissi ilə kiçik qardaşları Həzrəti Yusifə zərər vermək istəmiş, onu quyuya atmışdılar. Allah Təala Qurani-Kərimdə: “Yusifin və qardaşlarının əhvalatında (bu haqda) soruşanlar üçün (neçə-neçə) ibrətlər vardır” (Yusif, 12/7) buyuraraq bizə bu mövzuda xəbərdarlıq edir. Yaqub peyğəmbərin on iki oğlu vardı. Bunların ən kiçiyi Yusif və Bünyamin idi. Hz. Yaqub (əleyhissalam) övladlarından ən çox Yusifi istəyirdi və bunu biruzə verdiyi üçün də qardaşları onu qısqanırdı. Bir gecə Yusif (əleyhissalam) bir yuxu gördü. Yuxudan oyananda atasının yanına gedib ona: “Atacan! Mən (yuxuda) on bir ulduz və Günəşlə Ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (təzim) edirlər.”(Yusif, 12/4)

Hz. Yaqub (əleyhissalam) oğlu Yusifin yuxusu barədə uzun-uzun düşündü. Allahın Yusifə böyük lütf edəcəyini, onun digər insanlardan fərqli olacağını, şərəf və şöhrəti ilə yüksək məqamlara çatacağını anladı. Hz. Yaqub oğlanlarının Yusifi qısqandığını bilirdi. Ona pislik etmələrindən qorxdu və belə dedi: “Can oğul!” “Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki şeytan insanın açıq-aşkar düşmənidir.”(Yusif, 12/5)

Quran Hz. Yusifin (əleyhissalam) qardaşlarının şər əməllərindən də bəhs edərək qardaşlar arasında qısqanclığın hansı səviyyəyə çata biləcəyini də göstərir: “Bir zaman onlar (Yusifin qardaşları öz aralarında) belə demişdilər: “Biz (bir-birimizə bağlı, sayca çox güclü) olduğumuz halda, Yusif və onun (atabir-anabir) qardaşı (Bünyamin) atamıza daha əzizdir. Həqiqətən, atamız açıq-aşkar səhv edir! Yusifi öldürün və ya (uzaq) bir yerə atın ki, atanız mehrini yalnız sizə salsın. Ondan sonra isə (tövbə edib) əməlisaleh olarsınız!” (Yusif, 12/8-9)

Bu məsələdə valideynlərin vəzifəsi qısqanc olmamağı öyrət­mək deyil, uşağın qısqanclıq etdiyini başa düşmək və bu hislərə hakim olmağı öyrətməkdir. Bu baxımdan, uşaqlar arasında qarşılıqlı münasibətləri tənzimləmək və mübahisələrə nəzarət etmək olduqca çətindir.

Şübhəsiz ki, qısqanclıq insanın təbiətinə xas fitri bir hisdir. Əsas məsələ bu mənfi hissin uşağa və ətrafa zərərli şəklə düşməsinə imkan verməməkdir. Buna da uşaqların bu hissini zərərsiz yönlərə istiqamətləndirməklə nail olmaq mümkündür.

Bu həssas və bir o qədər də qarışıq mövzuda hər vəziyyətə uyğun həll yolları təklif etmək çox çətindir. Uşaqların problemlərinə qulaq asmaq, davranışlarının səbəbini aydınlaşdırmaq, onlarla diqqətli rəftar etmək lazımdır. Üstəlik, hadisələri və vəziyyətləri onların gözü ilə qiymətləndirməyi bacarmalıyıq.

Ancaq bu münasibətlərdə evin böyük övladına məsuliyyət dü­şür. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) İslamda böyük qar­­­daşın xüsusi yeri olduğunu vurğulamışdır. Bu, onun ailə yü­künü çəkməsi, özündən kiçiklərin qayğısına qalması, onların tər­biyə və təhsilindən az da olsa məsuliyyət daşıması ilə bağlıdır. Səhabələrdən Küleyb Əl-Cuhəni (radiyallahu anh) Rəsulullahın (sal­lal­lahu əleyhi və səlləm): “Böyük övlad ata kimidir,” – buyurduğunu rəvayət etmişdir. Buna görə də valideynlər böyük övladında­ ki­çiklərə qarşı sevgi və şəfqət, kiçiklərdə də böyüklərə qarşı hör­mət hissi aşılamalıdır. Bununla ailədə həm nizam-intizam olar və həm də xəbərdarlığa ehtiyac olmadan hər kəs öz yerini, vəzifəsini bilər.

Uşaqlar arasında qısqanclığı gözəl rəqabətə və əyləncəli yarışa çevirmək, uşaqların fiziki və hissi enerjisini sərf etməsi üçün oyunlara şərait hazırlamaq, bəzən də bir-birilə yaxşı yola getdiklərinə, sakit oynadıqlarına görə onları mükafatlandırmaq lazımdır.

Bu mövzuda bəzi təklifləri maddə-maddə verək:

1. Uşaqlara yanlış tərbiyə verməyin. Məsələn, hər məsələdə böyük uşağı günahlandırmaq və ya kiçik uşağı müdafiə etmək. Çox vaxt evin sonbeşiyi sırf valideynləri onu müdafiə etsinlər deyə, dava-dalaş salır. Siz də böyük uşağı danlayırsınız. Bəzən də bunun əksi olur. Deməli, hədsiz dərəcədə diqqətli, həssas və ədalətli olmalı, onlarla bərabərhüquqlu rəftar etməlisiniz. Uşaqlara “Siz öz məsələnizi özünüz həll edə bilərsiniz” deyib buna inandığınızı göstərin, ya da onları ayırın.

2. Hər bir uşağınızla bərabər vaxt keçirin. Əgər uşaqlardan birinə daha çox vaxt ayırsanız, bu digər bacı və qardaşlarında qısqanclığa səbəb ola bilər. Belə hallarda, narazılıq edən uşağa hər kəslə bərabər vaxt keçirmək istədiyinizi və onun növbəsinin də gələcəyini deyin. Ayrı-ayrı maraqlanmaq çətindirsə, onlarla birlikdə maraqlanın.

3. Uşaqlar arasında, xüsusilə, ayrıseçkilik qoymamağa çalışın və birinin günahı üzündən o birini danlamayın.

4. Uşaqlar arasında qiymətləndirmə, mükafatlandırma və s. məsələlərdə qız-oğlan fərqi qoymayın. Məsələn, qız övladlarından sonra dünyaya gələn oğlan, yaxud oğlanlardan sonra doğulan qız uşaqlarını digər övladlardan seçmək, çox istəmək, onlara çox vaxt ayırmaq uşaqların münasibətlərinə mənfi təsir göstərir.
Heysəmi, Məcməüz-zəvaid, VIII, 149.

meneviyat.az


Geri dön

GuNaY_83

  • 10 iyun 2013 16:39
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
Tesekkurler

--------------------

☮★Azerbaijan Boy★☮

  • 30 may 2013 15:07
  • Məqalə: 89
  • Şərh: 7392
  • Bal:
{awards}
Uşaqlar arasında olan mübahisələrin əksəriyyəti yaş fərqi ilə bağlı olur. Məsələn, bəzən beş yaşlı qızın və ya oğlanın bitib-tükənməyən “niyə” sualları on yaşlı böyük qardaş və ya bacı üçün dözülməz olur. Yaxud da sakitcə öz oyuncaqları ilə oynayan kiçik uşaqla aləmi bir-birinə qatan, bir yerdə dayanmayan böyük qardaş və ya bacının sərt mübahisələri müşahidə edilir.

--------------------

..:Crystal:..

  • 25 may 2013 16:41
  • Məqalə: 61
  • Şərh: 7144
  • Bal:
{awards}
★♥★♥★♥★♥★♥TƏŞƏKKÜRLƏR★♥★♥★♥★♥★

--------------------

pessimistka hebibe

  • 25 may 2013 15:36
  • Məqalə: 8
  • Şərh: 5507
  • Bal:
{awards}
QARDAWIMLA YOLA GETMIREM...TWK

Silent_ Night

  • 25 may 2013 15:30
  • Məqalə: 647
  • Şərh: 5114
  • Bal:
{awards}
qaqawimla mehribanam ama herden dalasiriqda..twkler maraqli xbr ucun

--------------------

damla 505

  • 25 may 2013 14:57
  • Məqalə: 5
  • Şərh: 1466
  • Bal:
{awards}
TeWeKKuRLeR

--------------------
Torpagin ustunde risofka kimi gezme,cunki torpagin altinda senden zor oglanlar yatir

✰_DeLNoLiNi_✰

  • 25 may 2013 14:54
  • Məqalə: 156
  • Şərh: 5827
  • Bal:
{awards}
nemm cox vaxti it-pisiy kimi olur...

--------------------
[

☮★Azerbaijan Boy★☮

  • 25 may 2013 14:54
  • Məqalə: 89
  • Şərh: 7392
  • Bal:
{awards}
Bəzən uşaqlar valideynlərin yalnız onlara diqqət göstərməsini və yalnız onları sevməsini istəyir ki, bu da qısqanclığa səbəb olur. Ana-atasını çox istəyən bir uşaq valideynlərini o biri qardaş və ya bacısına qısqanır. Bəzi uşaqlar isə bunu biruzə verməyib içinə salır. Belə uşaqlar bacı-qardaşlarına üzdə süni mehribanlıq göstərir, ancaq təklikdə qalan kimi onları incidir.

--------------------

angels friends

  • 25 may 2013 13:42
  • Məqalə: 6
  • Şərh: 609
  • Bal:
{awards}
Oxumaga vaxtim yoxdu indi.birgun oxuyub werh yazacam.Neyse bizim munasibetleri bilseniz.qardaw baci.butun gunu it-piwik kimi bezi vaxtlarda mehriban olur ama oda nadir halllarda

--------------------

romantik_awk

  • 25 may 2013 13:39
  • Məqalə: 35
  • Şərh: 3237
  • Bal:
{awards}
Çünki şeytan insanın açıq-aşkar düşmənidir.”(Yusif, 12/5)

--------------------

LeLLi

  • 25 may 2013 13:35
  • Məqalə: 166
  • Şərh: 3223
  • Bal:
{awards}
Tewekkurler melumata gore

--------------------

surawka

  • 25 may 2013 13:15
  • Məqalə: 123
  • Şərh: 7029
  • Bal:
{awards}
tewekkurler

★CaNdy GiRL★

  • 25 may 2013 13:15
  • Məqalə: 32
  • Şərh: 1528
  • Bal:
{awards}
tewekurler......................

--------------------

Zehra Awiqi

  • 25 may 2013 12:54
  • Məqalə: 39
  • Şərh: 2948
  • Bal:
{awards}
♥TEŞEKKÜRLER♥

--------------------
http:// [?] Загрузить с интернета:

SPY_GIRL

  • 25 may 2013 12:37
  • Məqalə: 56
  • Şərh: 1595
  • Bal:
{awards}
twk................

--------------------


© Profile Original & Official®
█║▌│█│║▌║││█║▌║▌║║▌
█║▌│█│║▌║││█║▌║▌║║▌
█║▌│█│║▌║││█║▌║▌║║▌

✔ Official Copyright 2012-2013

★KaRaMeLKa★

  • 25 may 2013 11:54
  • Məqalə: 166
  • Şərh: 6629
  • Bal:
{awards}
3. Uşaqlar arasında, xüsusilə, ayrıseçkilik qoymamağa çalışın və birinin günahı üzündən o birini danlamayın.

★Украду Девушку★

  • 25 may 2013 11:53
  • Məqalə: 100
  • Şərh: 3474
  • Bal:
{awards}
Uşaqlar arasında olan mübahisələrin əksəriyyəti yaş fərqi ilə bağlı olur. Məsələn, bəzən beş yaşlı qızın və ya oğlanın bitib-tükənməyən “niyə” sualları on yaşlı böyük qardaş və ya bacı üçün dözülməz olur. Yaxud da sakitcə öz oyuncaqları ilə oynayan kiçik uşaqla aləmi bir-birinə qatan, bir yerdə dayanmayan böyük qardaş və ya bacının sərt mübahisələri müşahidə edilir.

--------------------

..:Crystal:..

  • 25 may 2013 11:30
  • Məqalə: 61
  • Şərh: 7144
  • Bal:
{awards}
♥♥♥♥♥♥♥♥♥TEŞEKKÜRLER♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥TEŞEKKÜRLER♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥TEŞEKKÜRLER♥♥♥♥
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥TEŞEKKÜRLER♥♥♥♥♥♥♥♥

--------------------

Feat Deniz

  • 25 may 2013 11:18
  • Məqalə: 10
  • Şərh: 1950
  • Bal:
{awards}
tewekkurler.melumat ucun

--------------------

Banned456

  • 25 may 2013 10:57
  • Məqalə: 638
  • Şərh: 24924
  • Bal:
{awards}
ALLAH razi olsun...xixi ALLAH baci ve qardasimla aramda 2yas ferq varrrr^_^

ღLovelyღ

  • 25 may 2013 10:53
  • Məqalə: 491
  • Şərh: 5232
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

Roya_____

  • 25 may 2013 10:43
  • Məqalə: 734
  • Şərh: 26322
  • Bal:
{awards}
Uşaqlar arasında olan mübahisələrin əksəriyyəti yaş fərqi ilə bağlı olur. Məsələn, bəzən beş yaşlı qızın və ya oğlanın bitib-tükənməyən “niyə” sualları on yaşlı böyük qardaş və ya bacı üçün dözülməz olur. Yaxud da sakitcə öz oyuncaqları ilə oynayan kiçik uşaqla aləmi bir-birinə qatan, bir yerdə dayanmayan böyük qardaş və ya bacının sərt mübahisələri müşahidə edilir.

✰ ♥..Золушка..♥ ✰

  • 25 may 2013 10:42
  • Məqalə: 242
  • Şərh: 12081
  • Bal:
{awards}
meqaleye gore twk

★Miss_Alekss★

  • 25 may 2013 10:41
  • Məqalə: 11
  • Şərh: 1214
  • Bal:
{awards}
TewekkuR...)

--------------------

Re►PLay

  • 25 may 2013 10:40
  • Məqalə: 11
  • Şərh: 2884
  • Bal:
{awards}
Tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 60
Cəmi: 108

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 36
Cəmi: 137
 
The Shield
Xəbərləri: 31
Cəmi: 293
 
Darling
Xəbərləri: 29
Cəmi: 916
 
aytc.sza
Xəbərləri: 22
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 16
Cəmi: 575
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
lamiye_2001
Xəbərləri: 12
Cəmi: 72
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 300
 
Jesicca
Xəbərləri: 11
Cəmi: 51
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}