2 gündə 50 cinayət aktı nəzərə alınıb

 
2 gündə 50 cinayət aktı nəzərə alınıb

Onların sırasında oğurluqlar və qətllər olsa da, üstünlük təşkil edəni avtomobil qəzalarıdır. Daxili İşlər Nazirliyindən verilən məlumata görə yanvarın 1-də respublikanın avtomobil yollarında baş verən 6 yol-nəqliyyat hadisəsində 3 nəfər ölüb, 11 nəfər isə yaralanıb.
Yeni ilin ilk günü Binəqədidə qətl törədilib. Bayram gecəsi kirvələr Vüqar Namazovla İmran Bayramov Sumqayıtda qonaqlıq məclisində sərxoş olana qədər içiblər. İmranın sərxoş olduğunu görən qohumu onu Binəqədi rayonu, Novxanı bağlar massivindəki evinə ötürüb. Burada İmran Vüqara təşəkkürünü başqa formada edib. Çox sağol əvəzinə bacısı oğlu Ramil Rəsulovla birləşərək Vüqarı yaxşica əzişdiriblər. Bütün bunlar dekabrın 31-i axşam olub.
Yanvarın 1-i isə Vüqar onu döyənlərin cavabını qaytarmaq üçün kirvəsinin evinə əli bıçaqlı gəlib. Binəqədi rayon Polis İdarəsinin Baş əməliyyat müvəkkili Vaqif Aslanovun verdiyi məlumata görə, İmran ürəyindən aldığı bıçaq yarasından xəstəxanada keçinib. Digər yaralı Ramil Rəsulov isə müalicəsini xəstəxanasında davam etdirir.

Yanvarın 1-də münaqişə zəminində daha 2 bıçaqlanma faktı qeydə alınıb. Hadisənin biri Mingəçevir şəhərində, digəri isə Bakının Xətai rayonunda baş verib. Mingəçevirdə həmyerlisi Anar Əmrahova bıçaqla xəsarət yetirən Aqil Məmmədov tutulub. Xətai rayonunda isə bayram günündə 2 dostun münaqişəsi biçaqlanma ilə nəticələnib.

Ümumilikdə yanvarın 1-də baş verən 5 cinayət hadisəsinin üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 1 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Yanvarin 2-də isə respublikada 28 cinayət faktı qeydə alınıb ki, onlarin da 13-ü “isti izlər”lə açılıb. Axtarışda olan 1 nəfər tutulub. Dünən baş verən 3 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə yaralanaraq xəstəxanaya çatdırılıb. Narkotiklərlə bağlı 3 cinayət faktı müəyyən edilib. Hadisələr içərisində avtomobil qaçırma, qazdan partlayış, quldurluq, oğurluq, habelə fahişəliyə cəlb etmə kimi faktlar da var. Ümumilikdə 10 nəfər həbs olunub.

Dünən 11 yanğın hadisəsi də qeydə alınıb. Nəticədə 1 nəfər yaralanıb.

Həftənin ən dəhşətli hadisəsi isə Xəzər rayonu ərazisində baş verib. İlin son gecəsi saat 22.00 radələrində Qala-Binə yolunda elektrovozla "VAZ 2106" markalı maşın toqquşub. Qəza nəticəsində sürücü Yardımlı rayon sakini Şahəli Nəcəfov elektrovozun altina düşüb və bədəni bir neçə hissəyə bölünüb. Xəsarət alan sərnişinlər, oğlanları 10 yaşlı Rahib, 7 yaşlı Murad və 3 yaşlı Mehdi və bacısı oğlu İsmayıl Heydərov 3 saylı şəhər klinik xəstəxanasina yerləşdiriliblər. Ötən gün 3 yaşlı uşaq xəstəxanada keçinib.


Geri dön

_RONALDO_

  • 14 may 2011 09:39
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
kriminal oglanlar varda tew

--------------------

Nurlan_253

  • 15 aprel 2011 15:34
  • Məqalə: 0
  • Şərh: 188
  • Bal:
{awards}
bular nefes almayibeeee

tesekkur xebere gore

only-girl

  • 10 aprel 2011 22:25
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
Maraqli xeberdi twk

--------------------

CandyGirl

  • 9 yanvar 2011 19:36
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
2 gunde 50??????

--------------------

Rauf_800

  • 8 yanvar 2011 10:24
  • Məqalə: 0
  • Şərh: 22
  • Bal:
{awards}
xəbərə görə təşəkkürlər

kukla_2019

  • 8 yanvar 2011 02:44
  • Məqalə: 20
  • Şərh: 348
  • Bal:
{awards}
FSYO.
MEN DE OZUMU OLDURECEM.GORESEN MEN OLSEM MENIM YAXINLARIM MENSIZ NE EDER?!
-------------MARAGLIDIIIIIIIIIIIIIIIII-----------------------

MiYasKa KrEoZi

  • 8 yanvar 2011 02:09
  • Məqalə: 35
  • Şərh: 695
  • Bal:
{awards}
ALLAH sOnumuZu xEyiR eTsin... fellow

--------------------

L_SimuS

  • 8 yanvar 2011 00:36
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler eziyyete gore

Made_In_Bakinka

  • 8 yanvar 2011 00:30
  • Məqalə: 86
  • Şərh: 2343
  • Bal:
{awards}
Sitat: Y_E_R_A_Z--86
kriminal oglanlar varda

lol tesekkurler qorxulu xeber idi

MuslimGirl

  • 7 yanvar 2011 20:51
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
Indi kriminallarin sayi cox artib. Allah xeyir elesin! Tesekkurler

YazYamuru

  • 7 yanvar 2011 19:38
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
TŞK MÜƏLLİF QARDAŞ feel BU BİZƏ HƏQİQƏTƏN VACİB OLAN BİR XƏBƏR İDİ feel belay

--------------------



R_O_M_A

  • 7 yanvar 2011 19:38
  • Məqalə: 463
  • Şərh: 1132
  • Bal:
{awards}
kriminal oglanlar varda tew

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 71
Cəmi: 118

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 54
Cəmi: 229
 
NIGAR
Xəbərləri: 48
Cəmi: 871
 
Limon qoxusu
Xəbərləri: 47
Cəmi: 69
 
Nergiz__Sirinova
Xəbərləri: 23
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 278
 
aytc.sza
Xəbərləri: 20
Cəmi: 21
 
Lmzade
Xəbərləri: 16
Cəmi: 19
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}