"Nəhcül Bəlağə" İmam Əli əleyhis-salamın hikmətli kəlamları [4]

 
"Nəhcül Bəlağə" İmam Əli əleyhis-salamın hikmətli kəlamları [4]

31-ci hikmət
İmam Əli əleyhis-salam (səbəbin nəticədən üstün olması barəsində) buyurmuşdur:

Yaxşı işin sahibi yaxşılıqdan daha yaxşıdır və pis işin sahibi pislikdən daha pisdir. (Çünki iş onu görəndən asılıdır. Buna görə də onu görən işin özündən üstündür.)

32-ci hikmət
İmam Əli əleyhis-salam (ifrata varmaq və təfritə düçar olmaqdan çəkindirərək) buyurmuşdur:

Bəxşiş edən ol, amma israf və yersiz həddə yox (ki, ifrat və həddi aşmaq olsun)! Mötə’dil ol və xəsis olma (ki, o, təfrit – hədd və əndazədən aşağı haldır).

33-cü hikmət
İmam Əli əleyhis-salam (arzulara ürək bağlamamaq barəsində) buyurmuşdur:

Varlılıq və zənginliyin ən üstünü arzuların qəlbə buraxmamaqdır. (Çünki arzu insanı möhtac edir.)

34-cü hikmət
İmam Əli əleyhis-salam (baqasını incitməyin ziyanı barəsində) buyurmuşdur:

Kim xalqın inciməsinə səbəb olan şeyə tələssə (düşünmədən danışsa və ya onların meyl və istəyinə zidd bir iş görə) onun barəsində bilmədikləri şeyi danışarlar. (Çünki insan birindən inciyəndə təbii olaraq onun barəsində eşitdiyini və ya yalan deməkdən çəkinmir.)

35-ci hikmət
İmam Əli əleyhis-salam (uzun arzuların ziyanı barəsində) buyurmuşdur:

Arzusunu uzadan kəs əməlini pisləşdirib. (Çünki uzun arzu, axirətdən qafil olmağa və əbədi həyat səadətindən məhrumluğa səbəb olur. Amma miqdarında olan arzu və ümidvarlıq bəyənilmir.)

36-cı hikmət
İmam Əli əleyhis-salam Şama gedəndə (İraq şəhərlədindən olan) Ənbar şəhərinin kəndxuda və böyükləri onunla rastlaşdılar və o Həzrətə təzim və ehtiram məqsədi ilə atlarından düşüb miniyinin qabağında qaçmağa başladılar. Bu zaman o Həzrət buyurdu: Bu nə iş idi ki, siz gördünüz? Dedilər: Bu bizim adətimizdir və öz əmir və hakimlərimizə belə ehtiram göstəririk. Sonra o Həzrət (ALLAHdan başqası üçün əyilməyin məzəmmətində) buyurdu:

ALLAHa and olsun ki, sizin hökmdarlarınız bu işdən heç bir xeyir görmürlər. Siz isə bu işinizlə özünüzü dünyada əziyyətə, axirətdə isə bədbəxtliyə düçar edirsiniz. (Çünki ALLAHdan başqasının müqabilində əyilmək günahdır və əzaba səbəb olur.) Arxasınca cəza olan əziyyət (ALLAHdan başqası üçün əyilmək) necə də çox ziyanlıdır! Kənarında oddan (cəhənnəmdən) xatircəmlik olan rahatlıq (məxluqa xoş gəlmək üçün əziyyət çəkməmək) nə qədər çox xeyirlidir!

37-ci hikmət
İmam Əli əleyhis-salam oğlu (imam) Həsən əleyhis-salama (öyüd verərkən) buyurmuşdur:

Oğulcanım, məndən dörd və dörd şeyi yadda saxla ki, onlarla gördüyün heç bir iş sənə zərər gətirməz.1(Şəxsin özünə aid olan dörd şeydən birincisi belədir:) Var-dövlətin ən üstünü ağıldır (ki, şəxs onun vasitəsi ilə dünya və axirət saədət və xoşbəxtliyini əldə edir). (İkincisi:) Ən böyük yoxsulluq ağılsızlıqdır (ki, iki dünyada da bədbəxtliyə səbəb olur). (Üçüncüsü:) Ən böyük qorxu xudpəsəndlikdir (ki, belə olan şəxs heç kəslə ünsiyyətdə olmur və bu səbəbdən hamı onunla düşmən olur və o, həmişə qorxu içində olur). (Dördüncüsü:) Ən üstün böyüklük xoşxasiyyətlilikdir. (Çünki xoşxasiyyət olan kəs hamının yanında yüksək məqama malik olur.)

Oğulcanım, (başqaları ilə davranış barəsində olan dörd şeydən birincisi budur:) axmaqla dostluq etməkdən çəkin. Çünki o, sənə xeyir vermək istəyər, amma ziyan vurar. (Çünki axmaq xeyirlə ziyanın yerlərini bir-birindən ayıra bilmir.) (İkincisi:) Xəsis adamla dostluq etməkdən çəkin. Çünki o, (xəsislik və simicliyinə görə) çox ehtiyacın olan şeyi səndən əsirgəyər. (Üçüncüsü:) Pis əməl sahibi ilə dostluq etməkdən çəkin ki, o, səni lap az şeyə satar. (Çünki öz səadətini az şeyə görə əldən vermiş kəs səni, əlbəttə ki, daha az qiymətə satacaqdır.) (Dördüncüsü:) Çox yalan danışan adamla dost olmaqdan çəkin ki, o , uzağı yaxın və yaxını uzaq edən ilğım (hamar yerdə su kimi nəzərə çarpan suya bənzər görüntü) kimidir (öz nadürüst məqsədlərini həyata keçirmək üçün çətin işi asanlaşdırar, asan işi isə çətinləşdirər).

1Deyiblər ki, İmam əleyhis-salam ona görə “dörd və dörd” buyurub ki, birinci dörd şey şəxsin özünə aiddir, ikincisi isə başqaları ilə davranış barəsindədir.

38-ci hikmət
İmam Əli əleyhis-salam (vacib əməllərə əhəmiyyət vermək barəsində) buyurmuşdur:

Müstəhəbi əməllər vacibata zərər yetirəndə onların vasitəsi ilə ALLAHın rəhmətinə yaxınlaşmaq rəva deyildir.1

1Çünki vacibi əməllərin yerinə yetirilməsində səhlənkarlıq edən kəs itaətsizlik edib və buna görə, cəzalandırılacaqdır. İtaətsizlik edən kəs əslində ALLAHa yaxınlaşmayıb, çünki yaxınlaşmaq itaətsizliklə, bir araya sığmır.

39-ci hikmət
İmam Əli əleyhis-salam (axmağın məzəmmətində) buyurmuşdur:

Ağıllı adamın dili qəlbinin arxasındadır. (Ağıllı adam əvvəl deyəcəyi şeyin yaxşı və ya pis cəhətlərini öz ağlı ilə ölçür və sonra deyir.) Axmağın isə qəlbi dilinin arxasındadır. (Ağılsız adam başa düşmədən istədiyini deyir və onun düz və ya səhv, xeyirli və ya ziyanlı olması barəsində sonra fikirləşir. Seyyid Rəzi əleyhir-rəhmə deyir:)

Bu kəlam gözəl və ürəyəyatan mənalardandır. Məqsəd budur ki, ağıllı adam düşüncəsi ilə məsləhətləşmə aparıb onun müsbət rəyini almadan dilini buraxmır (söz danışmır). Ağılsızın dilinin çölə ötürdükləri və düşünülməmiş danışıqları isə, işin aqibəti barəsində fikrə və dərin düşüncəyə müraciət etməyi ötür. Buna görə də sanki ağıllı adamın dili qəlbinə, ağılsız adamın isə qəlbi dilinə tabedir. Bu məna o Həzrət əleyhis-salamdan başqa sözlə də nəql edilib və həmin kəlam belədir: “Axmağın qəlbi ağzında, ağıllı adamın dili qəlbindədir.” Hər iki kəlamın mənası eynidir.

40-cı hikmət
İmam Əli əleyhis-salam səhabələrindən biri xəstə olan zaman (xəstəliyinin günahların bağışlanmasına səbəb olması barəsində) buyurmuşdur:

ALLAH sənin xəstəylini, günahlarının silinməsi (üçün səbəb) edib. Buna görə də xəstəlik üçüm savab yoxdur. Amma (insanı üzgün və zəyif etdiyi və o, belə bir vəziyyətdə tövbə edib Rəbbinə doğru döndüyü, günah və itaətsizliyindən peşman olaraq onları tərk etmək qərarına gəldiyi üçün) günahları aradan aparır və onları yarpaqların (ağacdan) tökülməsi kimi tökür. Savab və mükafat dillə danışmaqda və əl və ayaqlarla olan əməllərdədir. (Xəstəlik nə danışmaqdır, nə də əməl.) Nöqsan sifətlərdən pak və uzaq olan ALLAH, bəndələrindən istədiyini niyyətinin paklığı və batininin saflığına görə cənnətə daxil edir.1(Seyyid Rəzi eleyhir-rəhmə deyir:)

Deyirəm: İmam əleyhis-salam xəstəlik üçün savab olmamasını düz buyurub. Çünki xəstəlik əvəzi olan şeylər qismindədir. Ona görə ki, əvəz ALLAH-Təalanın bəndələrə verdiyi dərd, xəstəlik və bu kimi şeylər müqabilindədir. Savab isə bəndənin iş və əməli müqabilindədir. Deməli, əvəzlə savab arasında fərq var və İmam əleyhis-salam dərin elm və dolğun nəzəri ilə onu açıqlayıb.

Buna görə də kimsə xəstəlikdə dözümlü və gözəl batinə, pak qəlbə malik olsa, ola bilər ki, ALLAH əl və ayaqla əməl olmadan onu bağışlasın.


Geri dön

★Alison MicCan★

  • 15 iyun 2013 22:26
  • Məqalə: 4
  • Şərh: 1389
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------
''Ben'' kattım sana biraz, öyle sevdim seni. Çünkü sen de bensiz; o kadar güzel değilsin hani..'':)))

Al-Shia313

  • 28 may 2013 13:47
  • Məqalə: 72
  • Şərh: 214
  • Bal:
{awards}
Bismilləh..♥

Əs-Sələmu Aləykum Va Rahmətullah..♥

Sağ olasız bacım..Allah (c.c.) razı olsun..♥

Qur`andan sonra 2-ci fəzilətli və mö`təbər kitabdır Nəhcül-Bəlağə..♥

--------------------

☮★Azerbaijan Boy★☮

  • 27 may 2013 11:33
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}
31-ci hikmət
İmam Əli əleyhis-salam (səbəbin nəticədən üstün olması barəsində) buyurmuşdur:

Yaxşı işin sahibi yaxşılıqdan daha yaxşıdır və pis işin sahibi pislikdən daha pisdir. (Çünki iş onu görəndən asılıdır. Buna görə də onu görən işin özündən üstündür.)

--------------------

PSIXOPATKA

  • 27 may 2013 01:13
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

pessimistka hebibe

  • 26 may 2013 18:54
  • Məqalə: 8
  • Şərh: 5629
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

twkkkkkkkkkkkkkkk

surawka

  • 26 may 2013 18:34
  • Məqalə: 123
  • Şərh: 7238
  • Bal:
{awards}
<<<<<<<<<<♥♥♥♥Tewekkurler♥♥♥♥>>>>>>>>>>>>

pervis

  • 26 may 2013 11:08
  • Məqalə: 68
  • Şərh: 4366
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrrrrrrrrrrr

--------------------
25.08.2014 FenerBahce-Galatasaray

☮★Azerbaijan Boy★☮

  • 26 may 2013 09:37
  • Məqalə: 89
  • Şərh: 7648
  • Bal:
{awards}
Buna görə də kimsə xəstəlikdə dözümlü və gözəl batinə, pak qəlbə malik olsa, ola bilər ki, ALLAH əl və ayaqla əməl olmadan onu bağışlasın.

--------------------

Re►PLay

  • 26 may 2013 03:30
  • Məqalə: 11
  • Şərh: 2923
  • Bal:
{awards}
Allah razi olsun

WonderAlice

  • 26 may 2013 00:11
  • Məqalə: 0
  • Şərh: 445
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
Birini sevməyə başlamaq başlı başına bir iş, bir cəhddir. Güc istər, ürək istər, korluq istər. Hətta başlanğıcda elə bir an vardır ki uçurumun üstündən sıçramaq istər; düşünməyə çalışsan aşa bilməzsən onu

Əkbər007

  • 26 may 2013 00:06
  • Məqalə: 255
  • Şərh: 4709
  • Bal:
{awards}
38-ци хикмəт
İмам Əли əлеыхис-салам (вациб əмəллəрə əхəмиыыəт вермəк барəсиндə) буыурмуşдур:

Мüстəхəби əмəллəр вацибата зəрəр ыетирəндə онларıн васитəси илə АЛЛАХıн рəхмəтинə яхıнлаşмая рəва деыилдир.1

1Çüнки вациби əмəллəрин ыеринə ыетирилмəсиндə сəхлəнкарлıя едəн кəс итаəтсизлик едиб вə буна гöрə, цəзаландıрıлацаядıр. İтаəтсизлик едəн кəс əслиндə АЛЛАХа яхıнлаşмаыıб, çüнки яхıнлаşмая итаəтсизликлə, бир арая сığмıр.

--------------------

angeL :)

  • 26 may 2013 00:04
  • Məqalə: 39
  • Şərh: 2313
  • Bal:
{awards}
Buna görə də kimsə xəstəlikdə dözümlü və gözəl batinə, pak qəlbə malik olsa, ola bilər ki, ALLAH əl və ayaqla əməl olmadan onu bağışlasın.

--------------------

YaLnızLıq deYə biR şeY taPdıM..:'(

YaşA YaşA biTmiR...:-/

..:Crystal:..

  • 25 may 2013 22:20
  • Məqalə: 61
  • Şərh: 7273
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!!!!

--------------------

★NuTeLLa★

  • 25 may 2013 22:16
  • Məqalə: 278
  • Şərh: 5715
  • Bal:
{awards}
Allah razi olsun.

LeLLi

  • 25 may 2013 22:14
  • Məqalə: 166
  • Şərh: 3306
  • Bal:
{awards}
Allah razi olsun..!

--------------------

★KaRaMeLKa★

  • 25 may 2013 21:24
  • Məqalə: 166
  • Şərh: 6794
  • Bal:
{awards}
tesekkurler :)))))))))))

Silent_ Night

  • 25 may 2013 21:19
  • Məqalə: 647
  • Şərh: 5280
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Banned549678

  • 25 may 2013 21:09
  • Məqalə: 638
  • Şərh: 25427
  • Bal:
{awards}
Allah razi olsun

Roya_____

  • 25 may 2013 20:59
  • Məqalə: 734
  • Şərh: 26880
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.

Banned1

  • 25 may 2013 20:52
  • Məqalə: 1528
  • Şərh: 12553
  • Bal:
{awards}
Allah razi olsun ureimlove

ღLovelyღ

  • 25 may 2013 20:52
  • Məqalə: 491
  • Şərh: 5413
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 52
Cəmi: 70

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}