Sən idin saf eşqim sən idin varım,
Getdiyin o gündən nainsaf yarım,
Tənhalıq baş daşım, həsrət məzarım,
Mən səni doyunca sevə bilmədim...
Səni bəsləmişdim tər ləçək kimi,
Soldun yad əllərdə bir çiçək kimi,
Olmadıq ikimiz bir ürək kimi,
Mən səni doyunca sevə bilmədim...
Getməyin bir yara, bir dağ qəlbimə,
Daha yetişməyin gec, sağ qəlbimə,
Gətir kəfən kimi bir ağ, qəlbimə,
Mən səni doyunca sevə bilmədim...
Qalıbmı yadında o günlər görən,
Üzümə baxaraq kövrək söyləyən,
Bir vaxtlar bu sözü sən idin deyən,
Mən səni doyunca sevə bilmədim...
Qəlbimin istisi alovu söndü,
Baharım xəzanlı payıza döndü,
Qınayan olmasa ağlaram indi,
Mən səni doyunca sevə bilmədim...
Göz yaşım süzülür hər cümlələrdə,
Qələm də dözməyir çəkdiyim dərdə,
Rusif gedən yara deyir, bu yerdə,
Mən səni doyunca sevə bilmədim..
Getdiyin o gündən nainsaf yarım,
Tənhalıq baş daşım, həsrət məzarım,
Mən səni doyunca sevə bilmədim...
Səni bəsləmişdim tər ləçək kimi,
Soldun yad əllərdə bir çiçək kimi,
Olmadıq ikimiz bir ürək kimi,
Mən səni doyunca sevə bilmədim...
Getməyin bir yara, bir dağ qəlbimə,
Daha yetişməyin gec, sağ qəlbimə,
Gətir kəfən kimi bir ağ, qəlbimə,
Mən səni doyunca sevə bilmədim...
Qalıbmı yadında o günlər görən,
Üzümə baxaraq kövrək söyləyən,
Bir vaxtlar bu sözü sən idin deyən,
Mən səni doyunca sevə bilmədim...
Qəlbimin istisi alovu söndü,
Baharım xəzanlı payıza döndü,
Qınayan olmasa ağlaram indi,
Mən səni doyunca sevə bilmədim...
Göz yaşım süzülür hər cümlələrdə,
Qələm də dözməyir çəkdiyim dərdə,
Rusif gedən yara deyir, bu yerdə,
Mən səni doyunca sevə bilmədim..
